Bibiheybət yolu nə zaman təmir olunacaq? .....                     İsa Qəmbər seçki mesajı verdi, Kirov adına ADU-nun 40 il əvvəlki diplomunu paylaşdı: .....                     Yunus Oğuzdan Prezidentə sensasion müraciət: .....                     ABŞ "Şimal Axını 2" layihəsinə görə Almaniya şirkətlərinə sanksiya tətbiq edəcək .....                     BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib .....                     Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər .....                     Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı .....                     UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib .....                     İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib .....                     Mal-qara arasında yoluxucu xəstəliklər yayılıb, insanlara da keçə bilər .....                     Arif Alışanovun qızının 5 şirkəti üzə çıxdı .....                     Rusiyanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb .....                     Goranboy sakini ağacdan yıxılıb .....                     Bu sürücülər 800 manat cərimə olunacaq! .....                     Bakıda Pakistan vətəndaşı küçədə döyüldü .....                     Azərbaycan Dünya Bankının kreditindən imtina edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     5 dəfə dəyişdirilən Baş plan: .....                     Zakir Fərəcovun oğlu vəzifəyə təyin olundu .....                     YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI GƏLDİ .....                     Vəhdət Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək .....                     Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək .....                     Dia.az-ın baş redaktoru deputatlığa namizəd oldu .....                     Əli Əhmədov Vladimir Zelenski ilə görüşüb .....                     Almaniyadakı erməni mafiyası .....                     Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi .....                     Milyarder YAP-ı niyə Kommunust Partiyasına bənzətdi? .....                     Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! .....                     Əhməd Əhmədzadə ilə deputatın varis planı... .....                     "Nə torpaqların qaytarılmasından söhbət gedir, nə də sülhməramlılardan, hamısı imitasiyadır" .....                     "Gürcüstan parlamentinə kimyəvi hücum olub" .....                     "Bəhrə"nin acınacaqlı bəhrəsi... .....                     Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 12%-ə endirib .....                     Müsavat Partiyasinin "mühacir" biznesiylə bağlı YENİ DETALLAR .....                     Ağsuda nə qanun bilən var, nə də tanyan... .....                     Əlimizdən gələni edəcəyik ki, Qarabağ münaqişəsinin nizamlanması üçün dialoq konstruktiv şəkildə davam etdirilsin .....                     Sabirabadda qadın 3 nəfərin bank hesabındakı 36 500 manatı mənimsəyib .....                     "Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" .....                     “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla! .....                 

“Razılaşma ilk növbədə qardaş ölkənin xeyrinədir” - TƏHLİL
Tarix: 19-10-2019, 10:28 | Çap et
“Razılaşma ilk növbədə qardaş ölkənin xeyrinədir”
Türkiyə Suriyada apardığı “Barış bulağı” əməliyyatını Amerika ilə əldə etdiyi razılıq əsasında 120 saat içərisində müvəqqəti olaraq dayandırıb. İki ölkə arasındakı danışıqlardan əldə olunan nəticə 13 bənddən ibarət olub. YPG ərazidən tamamilə çəkildikdən sonra Türkiyə atəşkəs elan edəcək.

Lakin ABŞ-la Türkiyə arasında Suriyada atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, Senat bu məsələdə fərqli mövqe sərgiləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın iki nüfuzlu senatoru, Senatın Beynəlxalq əlaqələr komitəsinin sədri Ceyms Riş (Respublikaçı, Aydaho ştatı) və Robert Menendez (Demokrat, Nyu-Cersi ştatı) Türkiyəyə Suriya müdaxiləsi səbəbindən sanksiyalar hazırlayırlar.

Bu barədə komitənin saytında mətbuat üçün hazırlanan xüsusi bülletendə deyilir.

Senatorlar Rusiyanın “Suriyada zərərverici fəaliyyəti”, “rəsmi Moskvanın prezident Bəşər Əsədə dəstəyi”nə görə yeni tədbirlərin görülməsinin vacibliyini bildiriblər. Kremlə qarşı yeni sanksiyaların detalları hələ ki açıqlanmır.

Qanun layihəsində Türkiyəyə silah satışının məhdudlaşdırılması, Türkiyənin bir sıra iri rütbəli məmurlarına, habelə türk ordusuna silah tədarük edən hüquqi və fiziki şəxslərə sanksiyalar gətirilməsi nəzərdə tutulur.

Sənəddə bu tədbirlərin əsas məqsədinin “Ankara və Moskvanın Yaxın Şərqdə yaratdığı qeyri-sabitliyə qarşı dayanmaq olduğu” qeyd olunub.

Robert Menendez bundan başqa qanun layihəsində prezident Donald Trampdan İŞİD-lə mübarizə aparılması, habelə ABŞ-ın Yaxın Şərqdəki milli təhlükəsizlik sahəsinəki problemlərinin həlli ilə bağlı tam həcmli strategiyanın işlənib hazırlanması tələbinin yer aldığını söyləyib.

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış Pınarı” hərəkatında itkiləri açıqlanıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərəkat zamanı Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

O qeyd edib ki, hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusunun 74 üzvü həyatını itirib.

Bu andan etibarən 120 saat ərzində Suriyadakı məlum terror təşkilatı təhlükəsiz bölgə olaraq müəyyən etdiyimiz ərazilərdən çıxmalıdır.

Azvision.az xəbər verir ki, bunu Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ-la Suriyaya dair razılaşmada Türkiyə-Suriya sərhədi boyunca 440 kilometrlik təhlükəsizlik bölgəsinin təmin edilməsindən söhbət gedir:

“Bu məsələ ilə bağlı ABŞ-la təmaslarımızı davam etdirəcəyik. Bizim razılaşmamızın bir xüsusiyyəti oradakı təhlükəsizlik qüvvələrimizin indi ərazini tərk etməməsidir”.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü bu prosesin ayrı bir elementi kimi qəbul etdiyini bildirib.

Suriyadakı terror təşkilatı artıq Türkiyənin müəyyən etdiyi bölgədən geri çəkilməyə başlayıb. Bu barədə də Ərdoğan jurnalistlərə açıqlama verib.

“120 saatlıq bir proses işləyir. Bu proses içərisində terror təşkilatının güvənli bölgəni tərk etməsi söz mövzusudur. Mən Putinlə keçiriləcək görüşü də bu prosesin tərkib hissəsi olaraq görürəm. Səhər müdafiə nazirimizlə görüşdüm, terror təşkilatının bölgədən çəkilməyə başladığını bildirir. Bizim oradakı təhlükəsizlik qüvvələrimiz ərazini tərk etməyəcək, orada qalmağa davam edəcəyik. Terror təşkilatının bölgəni tərk edib etməyəcəyini görəcəyik” - Ərdoğan belə deyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin bu proseslərdən uduşlu çıxdığını düşünür: “Türkiyənin Suriyadakı hərbi əməliyyatına 5 gün ara verilməsi gərgin danışıqların nəticəsi idi. Oktyabrın 9-da Amerika prezident Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazdı. Tramp məktubda Ərdoğana Suriyada əməliyyata başlamamasını istədi. Məktubun üslubu sərt idi, Tramp hədələyici ifadələrdən istifadə etmişdi. Ərdoğan bu məktuba fikir vermədi və elə həmin gün əməliyyata başlamağı əmr verdi. Bununla da Donald Tramp çətin vəziyyətə düşdü. Dünyada çox az dövlət başçısı var ki, supregüc olan - Amerikanın istəyini yerə salsın. Bunlardan biri də Türkiyə Cumhurbaşqanıdır. Bu arada, Trampın Amerikadakı rəqibləri ona qarşı təzyiqi artırdılar. Deomokratlar və bəzi respublikaçılar Ağ Ev sahibini onda ittiham etdilər ki, Tramp Suriyadakı terrorçu PKK-nın simasında müttəfiqlərini qoruya bilmədi. Bu təzyiqlər qarşsında Tramp oktyabrın 17-də vitse-prezident Mayk Pensi və dövlət katibi Mayk Pompeonu Ankaraya göndərdi. Gözlənildiyinin əksinə olaraq, Ankarada tərəflər razılaşma əldə etdilər. Birincisi, Türkiəyinin ”Barış Pınarı" əməliyyatına 120 saat ara verilir. İkincisi, YPG və PYD təmas xəttindən təxminən 20 kilometr geri çəkilir və ağır silahlarını təhvil verirlər. Üçüncüsü, Amerika Birləşmiş Ştatları və Türkiyə DAİŞ terrorçularına qarşı birgə mübarizəni gücləndirirlər. Sadalanan bəndlərdən də görünür ki, razılaşma ilk növbədə Türkiyənin xeyrinədir. Türkiyənin məqsədi PKK-ya bağlı olan terrorçuları Türkiyə-Suriya sərhədindən uzaqlaşdırmaq idi. Türkiyə Suriyada hərbi əməliyyata elə buna görə başlamışdı. Amerika razılaşma nəticəsində YPG və PYD-ni Türkiyə sərhəddindən uzaqlaşdırmağa qərar verdi. Buna baxmayaraq, təminat yoxdur ki, Amerika ilə Türkiyə arasındakı razılaşma tam yerinə yetiriləcək. Çünki PKK uzantıları ağır silahlarının bir qismini gizlədə də bilərlər. Bunu əvvəllər də ediblər.

Və ya PKK uzantıları razılaşmada qeyd edilən bütün mövqeləri tərk etməyə də bilərlər. Bu halda Türkiyə əməliyyata dayandığı yerdən davam edəcək. Əsas odur ki, Türkiyə ordusu mövqelərindən geri çəkilmir. Amerika ilə əldə olunan razılaşmaya görə Türkiyə ordusu Suriya ərazisində təhlükəsizlik zonasında qalacaq. Türkiyə Suriyada təhlükəsizlik zolağını gücləndirdikdən sonra nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarına başlayacaq. Məqsəd Türkiyədə sığınacaq tapmış suriyalıları yeni ərazilərdə yerləşdirməkdir. Qərb və Amerika mətbuatı son razılaşmanı Türkiyənin qələbəsi kimi qələmə verdilər. Həqiqətən Tramp əvvəlcə türkiyəli həmkarını hədələdi, razılaşmadan sonra isə sözlərini nəinki geri götürdü, Ərdoğanın dostu və güclü lider adlandırdı. Donald Tramp razılaşmadan sonra Türkiyəyə qarşı sanksiyaları geri götürəcəyini də açıqladı. Əslində Amerikanın Suriyada hərbi varlığı Trampın deyil, keçmiş prezident Barak Obamanın səhvi idi. Obama müttəfiqi Türkiyə ilə birgə Suriyada hərəkət etmək əvəzinə PKK uzantılarını seçdi. O illərdə Tramp prezident olsaydı Amerika qoşunlarını uzaq Suriyaya göndərməzdi, digər tərəfdən PKK-nın uzantılarını müttəfiq olaraq seçməzdi. Təsadüfi deyil ki, Donald Tramp son çıxışlarının birində PKK-nı DAİŞ-dən betər terrorçu təşkilat adlandırdı. Türkiyə Suriyada terrorçulara qarşı hərbi əməliyyata başladıqda PKK uzantıları olan YPG və PYD iki hiyləgərliyə əl atdılar. Birinci hiyləgərlik: PKK-lılar həbsxanalardakı DAİŞ terrorçularını sərbəst buraxdılar. Məqsədləri Qərbə göstərmək idi ki, guya Türkiyənin hücumları DAİŞ terrorçularının azad olunmasına gətirib çıxarıb. Halbuki, PKK həbsxanaların qapılarını Türkiyəni şantaj etmək üçün qəsdən açmışdı. Terrorçuların ikinci hiyləgərliyi: YPG və PYD terrorçuları nəzarət etdikləri bölgələrə Əsəd ordusunu dəvət etdilər. Bəziləri bu gedişatın Türkiyənin maraqlarına zidd olduğunu bildirdi. Mən əksini düşünürəm. Suriya ordusunun şimal-şərq istiqamətində irəriləməsi əslində Türkiyənin ziyanına deyil. Rusiya Əsədə imkan verməz ki, Suriya ordusu Türkiyə ordusu ilə toqquşsun. Əsas odur ki, uzun illərdən sonra Suriya ordusu kürd bölgələrinə daxil oldu və bununla Suriyada kürd dövlətinin yaradılması ideyası ortadan qaldırıldı. Vaxtilə Əsədə meydan sulayan radikal kürdlər Əsədə yalvardılar ki, onları Türkiyədən qorusun. Türkiyənin əsas hədəflərindən biri elə Suriya ordusunun kürd bölgələrinə nəzarət etməsidir. Buna da nail olundu. O ki qaldı, Türkiyənin planlarına, sərhəd boyu təhlükəsizlik zolağının yaradılmasına Suriya rejimi mane ola bilməyəcək, çünki ortada Moskvanın razılığı var. Daha bir ortaq nəticə var: Türkiyə, Rusiya və Əsəd rejimi Amerikanın Suriyada hərbi varlığının əleyhinə idi. Buna da nail olundu. Türkiyə və Rusiya prezidentləri gələn həftə, daha doğrusu oktyabrın 22-də Soçidə görüşəcəklər. Məncə, yaxın gələcəkdə 3 qüvvə - Rusiya, Türkiyə və Əsədə bağlı ordu İdlibdəki problemi də həll edə biləcək. Bu arada iki proqnoz vermək istərdim: Birinci proqnozum belədir ki, Türkiyə əvvəlkitək İdlibin təmizlənməsinin əleyhinə çıxmayacaq. Məlumdur ki, Rusiya Əsəd ordusu ilə birgə keçən ildən İdlibi müxtəlif terrorçu qruplardan azad etmək istəyir. Türkiyə isə bunun əleyhinə idi. Çünki, İdlibdə Türkiyənin dəstıklədiyi silahlı müxalifət var. Ankara Moskvadan vaxt istəyirdi ki, İdlibdə silahlı müxalifət DAİŞ-ə bağlı terrorçuları sıxışdırıb çıxarsın. Ancaq təəssüf ki, bu alınmadı. Tam əksinə, terrorçular silahlı müxalifəti sıxışdrıdı. Digər tərəfdən Ankara Rusiyanın Əsəd ordusu ilə birgə İdlibdə əməliyyata başlamasının həm də ona görə əleyhinəydi ki, şəhərdə yaşayan milyonlarla insan qaçqına çevrilib Türkiyəyə üz tutmasınlar. Türkiyə 3 milyon 600 min suriyalıya sığınacaq verib. Türkiyənin bundan artığına gücü çatmır. Buna baxmayaraq, Türkiyə ordusunun Suriya sərhəddində başladığı hərbi əməliyyat qarşılğında Rusiya da Əsəd ordusu ilə birgə İdlibdə əməliyyata başlaya bilər. İkinci proqnozum isə belədir ki, rəsmi Ankara Dəməqşlə təmaslara başlaya bilər. Bu məsələdə Rusiya vasitəçi rolunu oynayacaq. Bu zamanın tələbidir. Vaxtilə Ankara ilə Dəməşq arasında sıx təmaslar olub. Ancaq Suriyada müharibə başladıqdan sonra münasibətlər kəsildi. Rusiya, Əsəd rejimi və eləcə də Türkiyə Suriyanın ərazi bütövlüyünün təmin olunmasını istəyir. Onda nədən Ankara Dəməşqlə yenidən dialoqa başlamasın?".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bibiheybət yolu nə zaman təmir olunacaq?
Bu gün, 18:33
İsa Qəmbər seçki mesajı verdi, Kirov adına ADU-nun 40 il əvvəlki diplomunu paylaşdı: - “Bizimdir, bizim olacaq!”
Bu gün, 18:31
Yunus Oğuzdan Prezidentə sensasion müraciət: - “Məni vətəndaşlıqdan çıxarın”
Bu gün, 18:24
ABŞ "Şimal Axını 2" layihəsinə görə Almaniya şirkətlərinə sanksiya tətbiq edəcək
Bu gün, 18:19
BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib
Bu gün, 18:15
Bayağı mahnıları indi də sosial şəbəkələr təbliğ edir: - Kimdir günahkar?
Bu gün, 18:14
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 18:07
Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb, 5 iddiaçı var
Bu gün, 18:02
Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər - FOTO
Bu gün, 17:59
Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı
Bu gün, 17:46
UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib
Bu gün, 17:45
İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
Bu gün, 17:33
Mal-qara arasında yoluxucu xəstəliklər yayılıb, insanlara da keçə bilər - Diqqət!
Bu gün, 17:31
Arif Alışanovun qızının 5 şirkəti üzə çıxdı - İLGİNC
Bu gün, 17:28
Rusiyanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb
Bu gün, 17:27
Goranboy sakini ağacdan yıxılıb
Bu gün, 17:25
Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”
Bu gün, 17:22
Bakıda Pakistan vətəndaşı küçədə döyüldü
Bu gün, 17:17
Azərbaycan Dünya Bankının kreditindən imtina edib
Bu gün, 17:17
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
5 dəfə dəyişdirilən Baş plan: - Bakı necə qurulacaq?
Bu gün, 16:49
Zakir Fərəcovun oğlu vəzifəyə təyin olundu
Bu gün, 16:46
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
Bu gün, 16:42
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI GƏLDİ - “Partiyanın əsas namizədlərindən biri olacaq”
Bu gün, 16:40
Vəhdət Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək
Bu gün, 16:36
Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək
Bu gün, 16:27
Dia.az-ın baş redaktoru deputatlığa namizəd oldu
Bu gün, 16:19
Əli Əhmədov Vladimir Zelenski ilə görüşüb - FOTO
Bu gün, 16:14
Almaniyadakı erməni mafiyası - narkotik alveri və qanlı qarşıdurmalar
Bu gün, 16:10
Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi
Bu gün, 16:09
Milyarder YAP-ı niyə Kommunust Partiyasına bənzətdi? – “Bu, hakimiyyətə demarşdır”
Bu gün, 16:04
Azərbaycanlı aparıcı bahalı avtomobil aldı
Bu gün, 16:02
Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə!
Bu gün, 15:56
Heydər Əliyev haqqında çəkdiyim filmlərə görə qürur hissi keçirirəm
Bu gün, 15:46
Əhməd Əhmədzadə ilə deputatın varis planı... - GƏLİŞMƏ
Bu gün, 15:39
"Nə torpaqların qaytarılmasından söhbət gedir, nə də sülhməramlılardan, hamısı imitasiyadır" - Keçmiş nazir
Bu gün, 15:37
"Gürcüstan parlamentinə kimyəvi hücum olub"
Bu gün, 15:35
"Bəhrə"nin acınacaqlı bəhrəsi... - GİLEY
Bu gün, 15:33
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 12%-ə endirib
Bu gün, 15:24
Müsavat Partiyasinin "mühacir" biznesiylə bağlı YENİ DETALLAR — Rauf Arifoğluda HANSI FAKTLAR VAR?
Bu gün, 15:21
Ağsuda nə qanun bilən var, nə də tanyan... - Özbaşınalıq
Bu gün, 15:18
"Heç mənə lazım da deyil..." — Aşıq Zülfiyyə
Bu gün, 15:17
Əlimizdən gələni edəcəyik ki, Qarabağ münaqişəsinin nizamlanması üçün dialoq konstruktiv şəkildə davam etdirilsin - Rusiya XİN
Bu gün, 15:12
Sabirabadda qadın 3 nəfərin bank hesabındakı 36 500 manatı mənimsəyib
Bu gün, 15:09
"Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" - YAP icra katibinin müavini
Bu gün, 13:15
Niyə məhz Çingiz Mustafayevin 102 Mhz tezliyi? - Tenderin altında yatan gizlinlər
Bu gün, 13:14
“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
Bu gün, 13:10
Deputatlar silahlarını da təhvil verib? - “Tapançanın 2 darağından bir güllə belə istifadə etmədim”
Bu gün, 13:06
Etiraz aksiyaları: 16 azərbaycanlı öldürüldü - Adlar
Bu gün, 13:02
Qazaxıstan torpağını Rusiyadan geri alır
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru