Soyuqdan ölən 6 aylıq körpənin nənəsi DANIŞDI: .....                     Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb .....                     “Dövlətimizi nüfuzdan salmaq niyyətindədirlər" .....                     İntellektual oyun izləyərək “Nar”-dan hədiyyə qazanmaq imkanı! .....                     Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olu .....                     İcra başçısını kimlər hədəfə alır? .....                     Qidadan niyə zəhərlənirik? .....                     Sumqayıtın 70 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb .....                     Dolların noyabrın 25-nə olan məzənnəsi .....                     Azərbaycanın işğal altındakı əraziləri səyahət üçün riskli bölgələr siyahısına daxil edilib .....                     Məhəbbət Vəliyeva məktəb direktorlarına xəbərdarlıq edib .....                     Radikal müxalifət gerçəyi görməyib lal və kor olduğunu deyir .....                     “AAAF Park” sakinləri prezidentdən kömək istədilər .....                     "20 Yanvar" metrostansiyası yaxınlığında kişi meyiti tapılıb .....                     Arif Hacılı faktlar qarşısında aciz qalıb .....                     “Mehman Əliyevlə, Hikmət Hacızadə ilə Əli İnsanov hansı formada birlik yarada bilər ki?” .....                     Nikola Sarkozi Azərbaycanda olub .....                     Baş redaktordan erməni əsilli olması ittihamına cavab: .....                     Gədəbəydə qudalar arasında dava düşüb, xəsarət alan var .....                     Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq .....                     Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb .....                     Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına .....                     Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 000 manat ayrılıb .....                     Bakıda müəllim şagirdi döyüb .....                     Bakıda qadın keçmiş qayınanası tərəfindən döyülüb .....                     Bakıda kredit verilməsi məqsədilə quraşdırılmış özünəxidmət terminallarının sahibi açıqlanıb .....                     Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi .....                     Elmira Süleymanova istefa verdi? .....                     Bakıda maşınların üstünə kərpic atdılar .....                     "Pentaqonun İŞİD-lə bağlı hesabatı saxtadır" .....                     Ombudsman vəzifəsinə namizədlərin siyahısı Milli Məclisin plenar iclasına .....                     Rafael Cəbrayılov villasına müştəri tapdı .....                     “Mən niyə istefa verməliyəm?!” .....                     Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar .....                     Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib .....                     Masallıdan Ağcabədiyə XƏBƏRDARLIQ... .....                     Milli Məclisin komitə iclasında Ombudsmanlığa namizədlik müzakirə olunur .....                     Ədliyyə işçilərinin peşə bayramı günü Abşeron rayonunda da qeyd edilib .....                     "Onlar ilk növbədə Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər" .....                     “Rəsul Rza küçəsində yerləşən Fransa səfirliyinə çatanda özümü Parisdəki kimi hiss etdim” .....                 

"Bakı hücum fürsəti gözləyir" təlaşı... - GƏLİŞMƏ
Tarix: 19-10-2019, 09:41 | Çap et
"Bakı hücum fürsəti gözləyir" təlaşı...
Azərbaycanın NATO üzvü Türkiyə ilə tarixi dostluğu və davam edən müttəfiqliyi təkcə ərazisinin 1/5-i işğalı altında olan ölkəmiz üçün, onun milli maraqları üçün önəm kəsb etmir.

Eyni zamanda, regional təhlükəsizliyin təminatında yetərincə çəkindirici faktor rolundadır. İki qardaş ölkənin xüsusən də hərbi sahədə ilbəil dərinləşən əməkdaşlığı, o sırada intensivləşən birgə hərbi təlimlər, Naxçıvanda qurulan müasir hərbi sistemlər Ermənistana göz dağı, açıq siqnaldır ki, onun Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması mümkün olmayacaq. Daha dəqiqi, erməni təcavüzünə son veriləcək gün elə də uzaqda deyil.

Söz düşmüşkən, bu arada Türkiyənin özünün yeni güclü silahı - “Hisar -A” yaxın mənzilli havadan müdafiə sistemlərinin seriya istehsalına hazırlaşdığı barədə xəbər yayılıb. “Yeni Müsavat”ın Türkiyə qaynaqlarına istinadən verdiyi məlumata görə, bu komplekslər 2021-ci ildən ordunun silahlanmasına daxil ediləcək. Bildirilir ki, həmin müdafiə sistemlərin istehsalını “Roketsan” raket istehsalçısı və hərbi elektronika sahəsində ixtisaslaşan “Aselsan” şirkəti birgə həyata keçirəcək.

“Texniki xarakteristikalara gəlincə, ”Hisar -A" şaquli antiraket zərbələri hesabına istənilən hava hədəflərini vurmağa imkan verir. Kompleksin tərkibinə üç koordinatlı radar, elektro-optik hesablayıcı qurğu və atəşi idarə edən sistem daxildir. Qarşısına qoyulan hədəfləri baxımından Rusiyanın ZRK “Top” sistemləri ilə müqayisə edilə bilər" - Rusiyadakı nüfuzlu “Voenniye vedomosti” (“Hərbi icmal” - red.) nəşri yazıb.

“Sistem mühüm inzibati və hərbi bazalar da daxil, hərbi obyektlərin, hava və dəniz limanlarının müdafiəsini təmin edir, hərbi qruplşamların yerdəyişməsi zamanı onları havadan qoruyur. ”Hisar -A" həmçinin, vertolyot və təyyarələr, pilotsuz uçan aparatlar, qanadlı raketlər və “hava-torpaq” sinfindən olan raketlərlə mübarizə üçün nəzərdə tutulur və heç sübhisiz, Rusiyanın S-350 komplekslərinin yer aldığı sırada yer alacaq", - deyə nəşr əlavə edib.

*****

Başqa sözlə, qardaş ölkə özünün hərbi-sənaye kompleksinin inkişafı baxımından növbəti, dost-müttəfiqləri sevindirəcək, düşmənləri kədərləndirəcək olduqca mühüm uğura imza atmaq ərəfəsindədir. Türkiyənin güclənməsi, silah alıcısından silah satıcısına çevrilməsi isə şübhəsiz ki, Azərbaycanın güclənməsi, Qarabağ məsələsində özünü daha güvənli hiss etməsi deməkdir.

Yeri gəlmişkən, məlumatlara görə, Ankara yeni sistemlər Türkiyə Ordusunun silahlanmasına daxil olan kimi onun ixracına da başlayacaq. “İxrac ölkələri isə dost dövlətlər, o cümlədən Azərbaycan, habelə Pakistan, Qətər və Orta Asiyanın bəzi ölkələri olacaq”, - deyə Türkiyə müdafiə sahəsi üzrə məmurlardan biri “Defense News”a bildirib.

Beləcə, iki qardaş ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq yeni fazaya keçmək ərəfəsindədir. Bunun həm Türkiyə, həm də Ermənistanla illərdir müharibə vəziyyətində olan Azərbaycan üçün şəkk-şübhəsiz bir sıra üstünlükləri var.

Əvvəla, belə silah ticarəti ilə Azərbaycan hansısa yad dövlətin, tutaq ki, Ermənistanın müttəfiqi Rusiyanın deyil, qardaş ölkənin büdcəsinə xeyir verir.

İkincisi, ordumuzun silah parkı və onun funksionallığı, təmiri, əvəzlənməsi Moskvadan daha çox, Ankaradan asılı duruma gəlir ki, bu da hərbi əməliyyatlar zamanı mühüm önəm kəsb edir.

Üçüncüsü, Rusiyanın analoji silahları ilə müqayisədə Türkiyə silahları daha ucuzdur. Keyfiyyəti isə geri qalmır.

Nəhayət, dördüncüsü, söhbət hava-hücumundan effektli müdafiədən gedir ki, əksər ekspertlərə görə, müasir dövrdə müharibənin aqibətini ən əvvəl ondan asılıdır. Azərbaycanın hərbi-hava qüvvələri, bütövlükdə ordumuz isə əcnəbi analitiklərin də təsdiqlədiyi kimi, Güney Qafqazda ən güclüdür.

*****

Azərbaycan Ordusunun hərbi və döyüş potensialının daha da artırılması üçün şübhəsiz ki, Türkiyə bundan sonra da əlindən gələni edəcək. “Bir millət, ortaq ordu” - niyə də olmasın? Qardaş ölkənin ali rəsmiləri bunu da zaman-zaman bəyan edir ki, Türkiyə Azərbaycanı heç vaxt yalnız qoymayacaq. Hər mənada - yetər ki, Azərbaycan kömək istəsin.

Yəqin ki, bu köməyə ehtiyac olmayacaq. Rusiyanın neytral qalması yetər ki, Azərbaycan işğalçının dərsini özü, artıqlaması ilə versin və öz ərazi bütövlüyünü qısa müddətdə bərpa eləsin. Bunu düşmən tərəfdə də artıq anlayıblar. Hər halda, 2016-cı ilin “aprel qulaqburması”, aprel dərsi var. Hansı məğlubiyyəti ki, işğalçı ölkədə yaradılan parlament komissiyası aylardır araşdırır. Acı etiraflar, ittihamlar səslənir.

“Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi”. Bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi, general Norat Ter Qriqoryants deyib (Axar.az). “Erməni tərəfi komandirlərini, zabitlərini, əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar vardı. Hərbi işdə oxşar məntiq olmalıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan yeni hücum üçün uyğun zaman gözləyir: “Buna görə ordumuz hazırlıqla məşğul olmalı, bilik və təcrübəsini təkmilləşdirməlidir. Düşmən hərbi təlimə başlayanda biz hazır olmalıyıq. Belə ki, onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər. Bir tərəfdən atəş açıb, digər tərəfdən hücum edə bilərlər”.

*****

Düşmən tərəfin təlaşı boşuna deyil. O gün mütləq gələcək. Azərbaycanın genişmiqyaslı təlimləri “X günü”ndə torpaqlarımızda kök salmış çağırılmamış qonaqlara qarşı real əməliyyatlara da keçə bilər...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Aramız “dəyib” ona görə belə deyirəm"
Bu gün, 17:50
Soyuqdan ölən 6 aylıq körpənin nənəsi DANIŞDI: - “Bizə kömək etmədilər”
Bu gün, 17:45
Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb
Bu gün, 17:40
“Dövlətimizi nüfuzdan salmaq niyyətindədirlər" - Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Bu gün, 17:32
Özbəkistanda sevilən azərbaycanlı müğənnilər kimlərdir? – özbək müğənnidən maraqlı açıqlama
Bu gün, 17:31
İntellektual oyun izləyərək “Nar”-dan hədiyyə qazanmaq imkanı!
Bu gün, 17:26
Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olu
Bu gün, 17:23
İcra başçısını kimlər hədəfə alır? - "Bədxahların işidir..."
Bu gün, 17:21
Qidadan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, yenidən satışa çıxarırlar”
Bu gün, 17:12
Sumqayıtın 70 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb
Bu gün, 17:09
Dolların noyabrın 25-nə olan məzənnəsi belə olacaq
Bu gün, 17:01
Nazpəri stomatoloqla duet oxudu
Bu gün, 17:00
Azərbaycanın işğal altındakı əraziləri səyahət üçün riskli bölgələr siyahısına daxil edilib - SİYAHI
Bu gün, 16:57
Məhəbbət Vəliyeva məktəb direktorlarına xəbərdarlıq edib
Bu gün, 16:56
Radikal müxalifət gerçəyi görməyib lal və kor olduğunu deyir - VİDEO
Bu gün, 16:53
“AAAF Park” sakinləri prezidentdən kömək istədilər - GİLEY
Bu gün, 16:50
"20 Yanvar" metrostansiyası yaxınlığında kişi meyiti tapılıb
Bu gün, 16:46
Arif Hacılı faktlar qarşısında aciz qalıb - FOTO
Bu gün, 16:43
“Mehman Əliyevlə, Hikmət Hacızadə ilə Əli İnsanov hansı formada birlik yarada bilər ki?” - İqbal Ağazadə
Bu gün, 16:41
Nikola Sarkozi Azərbaycanda olub - FOTO
Bu gün, 16:39
Baş redaktordan erməni əsilli olması ittihamına cavab: - "Anaların milliyyəti olmur"
Bu gün, 16:37
Gədəbəydə qudalar arasında dava düşüb, xəsarət alan var
Bu gün, 16:31
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM
Bu gün, 16:29
"Aktyoru, rejissoru qeyri-peşəkarlardır"
Bu gün, 16:27
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:24
“Üzeyir Mehdizadə hocaların hocasıdır” - Məşhur türk müğənnisi
Bu gün, 16:23
Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb
Bu gün, 16:21
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 000 manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:19
Bakıda müəllim şagirdi döyüb - VİDEO
Bu gün, 16:04
Bakıda qadın keçmiş qayınanası tərəfindən döyülüb
Bu gün, 16:00
Bakıda kredit verilməsi məqsədilə quraşdırılmış özünəxidmət terminallarının sahibi açıqlanıb - “Azpulmat” məsələsi...
Bu gün, 15:56
Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi - TƏHLİL
Bu gün, 15:54
Elmira Süleymanova istefa verdi?
Bu gün, 15:52
“30 ildir, mənzil növbəsindəyəm, piano çalırsan, qonşu qapını taqqıldadır ki, yavaş çal”
Bu gün, 15:44
"Tamaşaçının qulağı güclüdür"
Bu gün, 15:42
Bakıda maşınların üstünə kərpic atdılar
Bu gün, 15:37
"Pentaqonun İŞİD-lə bağlı hesabatı saxtadır"
Bu gün, 15:34
Ombudsman vəzifəsinə namizədlərin siyahısı Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bu gün, 15:33
Rafael Cəbrayılov villasına müştəri tapdı – Məhkəməyə verilməsi sabiq deputatı təşvişə salıb...
Bu gün, 15:32
“Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən AÇIQLAMA
Bu gün, 15:30
Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar - deputat
Bu gün, 15:28
Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib
Bu gün, 15:25
Masallıdan Ağcabədiyə XƏBƏRDARLIQ... - Rafil Hüseynov GƏLİR!!!
Bu gün, 15:24
Milli Məclisin komitə iclasında Ombudsmanlığa namizədlik müzakirə olunur
Bu gün, 15:09
"Kukla oynadan olanda nə olar?"
Bu gün, 15:08
Ədliyyə işçilərinin peşə bayramı günü Abşeron rayonunda da qeyd edilib - FOTO
Bu gün, 15:03
"Onlar ilk növbədə Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər"
Bu gün, 15:01
“Rəsul Rza küçəsində yerləşən Fransa səfirliyinə çatanda özümü Parisdəki kimi hiss etdim” - Səfir
Bu gün, 14:59
Dövlətə xəyanətdə ittiham edilən Fəxrəddin Abbasovun məhkəməsi başlayıb
Bu gün, 14:57
Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb
Bu gün, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru