Bayram HüseynzadəƏli İnsanova açıq məktub YAZDI .....                     "Naxçıvanın 383 milyon manatlıq büdcəsinin cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır" .....                     "Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır" .....                     Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? .....                     Tiflisdə etirazların keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri gətirilib .....                     "Naxçıvandakı bütün dağ postlarına yollar çəkilib" .....                     "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir" .....                     Prezident İlham Əliyev Vasif Talıbovu .....                     İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı .....                     Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək .....                     Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: .....                     "Bakcell" Azərbaycanda ən sürətli mobil interneti təqdim edir .....                     Gələn il dövlət büdcəsi haqqında qanun layihəsi II oxunuşda Milli Məclisin plenar iclasına .....                     Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib .....                     Oqtay Gülalıyevdən yeni .....                     Bakıda evdən meyit tapılıb .....                     Tofiq Yaqublu azadlığa çıxıb .....                     SEPAH İranda keçiriən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb .....                     Nardaranda adam öldürən şəxs həbsdə ölüb .....                     İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi .....                     Məhkəmə "Holcim"in 216 min manatlıq iddiası ilə bağlı qərar qəbul edib .....                     "Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir .....                     Əyləncəyə milyonlar xərcləyən rəhbər... .....                     Xəzərdə neftçi batıb .....                     Sosial Tədqiqatlar Mərkəzi ali məktəblərə qəbulla bağlı araşdırma aparıb .....                     İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib .....                     Şimal-şərq küləyi əsəcək .....                     “Lotu Quli”nin dəstəsinin üzvü saxlanılıb .....                     Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini .....                     "Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." .....                     Prezident İlham Əliyev İordaniya və Qətərin Azərbaycandakı yeni səfirlərinin etimadnamələrini .....                     Azərbaycanda vəkil qəfildən ölüb .....                     Siyasi partiyaların növbəti “dəyirmi masası” nə zaman keçiriləcək? .....                     Həmkəndlisini silahla hədələyən şəxs tutulub .....                     Bakıda avtomobildən 1800 manat oğurlanıb .....                     Qaz limiti ilə bağlı şikayətlər çox idi .....                     "Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim" .....                     Bakı Ali Neft Məktəbinə YENİ TƏYİNAT .....                     Cəlilabadda evdən meyiti tapılan müəllimin ölüm səbəbi məlum olub .....                     Bakıda 39 yaşlı şəxs spirtli içkidən zəhərlənərək ölüb .....                 

Qarabağ səmasında artan barıt qoxusu - TƏHLİL
Tarix: 17-10-2019, 09:12 | Çap et
Qarabağ səmasında artan barıt qoxusu
Bakıda Türk Şurasının 7-ci zirvə toplantısı başa çatdı. Zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ məsələsi də diqqət mərkəzində saxlanıldı. Önəmli bəyanatlar və mesajlar verildi, liderlər bir daha Azərbaycana dəstək ifadə etdilər. NATO üzvü qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı açıqlaması isə xüsusi önəm daşıyırdı. Gözlənildiyi kimi, Türkiyə lideri növbəti dəfə Qarabağ məsələsində qardaş ölkənin Azərbaycanın haqq savaşında yanında olduğunu bəyan etdi.

“Ankara Dağlıq Qarabağ konfliktinin Azərbaycanın ərazi bütövlüyü əsasında dinc nizamlanmasına dəstək verməyə davam edəcək”. Bunu Ərdoğan Bakıda dedi. “Azərbaycan torpaqları - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon insan öz evini tərk edib. BMT Baş Assambleyasının son iclasında dediyim kimi, bu, qəbuledilməz situasiyadır”, - deyə Türkiyə dövlət başçısı qeyd edib və əlavə edib ki, Ankara bundan sonra da Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü əsasında, qısa müddətdə həllinə kömək edəcək.

Əlbəttə ki, əgər Türkiyə kimi bütün böyük dövlətlər, regional və qlobal güclər, özəlliklə də Rusiya və ABŞ məsələdə eyni prinsipiallıq, ədalətli yanaşma sərgiləsəydi, separatçılara və separatizmə münasibətdə “ikili standart” yanaşması olmasaydı, yəni “yaxşı və pis separatçılar” bölgüsü aparılmasaydı, Dağlıq Qarabağ ixtilafı çoxdan, elə ABŞ və Rusiyanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi əsasında yoluna qoyulmuşdu...

*****

“İkili standart” yanaşmalardan söz düşmüşkən, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin növbəti dəfə, qanunsuz olaraq işğal altındakı Xankəndində olması, oradakı üzdəniraq tədbirə qatılması və Azərbaycan dövləti əleyhinə çıxışlar etməsi ilə bağlı rəsmi Bakı artıq Rusiyaya nota verib. Bu haqda ölkəmizin Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, 2019-cu il oktyabrın 11-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən təşkil olunan məlum tədbirdə Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib. Notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycanla Rusiya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi, həmin səfərin kim tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilib.

Bundan əlavə, notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanıb, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya Xarici İşlər Nazirliyindən lazımi tədbirlərin görülməsi xahiş edilib.

“Deputat Konstantin Zatulinin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin Dövlət Duması və Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Bu fikirlər Zatulinin şəxsi mövqeyidir”.

Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib (APA). O, Azərbaycanın işğal altında olan ərazilərinə səfərin Zatulinin şəxsi məsələsi olduğunu söyləyib: “Bildiyiniz kimi, bizdə deputatlıq haqqında qanun var. Təəssüflər olsun ki, həmin qanun elə fəaliyyət göstərir ki, deputatlar hərdən şəxsi məqsəd, maraq güdür, ya da siyasi əqidəsi bunu ona diktə edir. Mən öz mövqeyimi bu barədə demişəm. Bir daha təkrar edirəm. Konstantin Zatulinin məlum fəaliyyətlərinin, bu bəyanatlarının Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinə heç bir aidiyyəti yoxdur. Siz mənə sual verirsiniz ki, sizin müavininiz bunu edib. Mən də deyirəm ki, bu müavini mən özümə təyin etməmişəm”.

Kalaşnikov işğal altında olan torpaqlarda səsləndirilən bəyanatların da Zatulinin şəxsi baxışı olduğunu vurğulayıb: “Bu baxışların Rusiya Dövlət Duması ilə, Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Rusiya Dövlət Dumasının Dağlıq Qarabağ münaqişəsinə baxışı bu cür deyil. Rusiya Dövlət Dumasının xalqların və dövlətlərin arasını vurmaq kimi baxışı ola bilməz. Dövlətlərin arasını çoxu vurmaq arzusundadır. Lakin mən hər zaman öz komitəmin üzvlərini bu tip addımlardan uzaq durmağa çağırıram. Biz məsələnin üstünə odla getməməliyik, əksinə, elə etməliyik ki, barışıq olsun. Lakin bəziləri bunun əksini edir”.

Rəsmi Moskvanın isə Bakının notasına necə cavab verəcəyi hələlik məlum deyil. Əgər heç bir reaksiya verilməyəcəksə və ya Zatulinin təxribatçı səfəri qınanmayacaqsa, əksinə, onun özəl bir ziyarət olduğu iddia edilərək, səfərin qeyri-qanuniliyinə don geydirməyə çalışılacaqsa, demək ki, bu, elə Moskvanın rəsmi mövqeyidir ki var: yəni qənaət hasil olacaq ki, Rusiya erməni separatizminə rəsmən qahmar çıxır. Əlbəttə ki, belə mövqedə olan dövlətin Dağlıq Qarabağ məsələsində qərəzsiz vasitəçiliyə iddia eləməsi məntiqsizdir.

Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgədə səfərdədir. Vasitəçilərin İrəvan və Xankəndidən sonra Bakıya gələcəyi gözlənilirdi. Bəs diplomatların regiona budəfəki gəlişi sülh prosesini dalandan çıxara, nizamlama prosesinə hansısa impuls verə biləcəkmi?

Əsas sual da budur. Təbii ki, çox şey münaqişənin həllinə məsul olan Rusiya və ABŞ-ın işğalın bitməsində nə dərəcədə maraqlı olmasından asılıdır. Ermənistanın işğalçı siyasəti ilə bağlı “ikili standart” siyasəti davam edəcəksə, sözsüz ki, hansısa pozitiv dinamikadan da danışmaq mümkün olmayacaq.

*****

Bu arada Almaniyanın “Der Freitag” qəzetində Azərbaycanın Qarabağla bağlı mövqeyinin müdafiəsinə həsr olunan məqalə dərc olunub. Məqalədə beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edilən Dağlıq Qarabağ bölgəsinin 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanıldığı nəzərə çatdırılır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməklə yanaşı, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldığı vurğulanır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın dünyanın heç bir dövləti və ya təşkilatı tərəfindən tanınmadığı bildirilir.

Məqalədə habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Almaniyanın mövqeyi açıqlanır və AFR XİN-ə istinadən Almaniyanın “Dağlıq Qarabağ respublikası” adlı qurumu tanımadığı qeyd olunur. Atəşkəs xətti boyunca daim atəş səslərinin eşidildiyi, habelə minalanmış ərazi təhlükəsinin olduğu vurğulanır. Avropa Parlamentinin həyat yoldaşı erməni olan deputatı Martin Sonnebornun Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olduğu nəzərə çatdırılır. Deputatın Dağlıq Qarabağa qanunsuz səfəri zamanı Brüsseldə fəaliyyət göstərən erməni lobbi təşkilatı Ədalət və Demokratiya naminə Avropa Erməniləri Federasiyasının prezidenti Kaspar Karampetyan və təşkilatın direktoru Hegvine Evinjan tərəfindən müşayiət olunduğu diqqətə çatdırılır.

Rəsmi İrəvanın, öncəliklə də baş nazir Nikol Paşinyanın Qarabağla bağlı mövqeyi isə sülh danışıqlarının uğurlu davamı üçün heç bir şans qoymur. Hərçənd Paşinyanı guya Bakı ilə gizli sövdələşməyə getməkdə suçlayanlar da var. Məsələn, qarabağlı səhra komandiri-general Vitali Balasanyan deyib ki, Ermənistan hakimiyyətinin bu gün Qarabağla bağlı müşahidə edilən siyasəti tam olaraq eks-prezident Levon Ter-Petrosyanın bu münaqişə ilə baglı proqramının davamıdır (Virtualaz.org): “Onun (Levon Ter-Petrosyanın - red.) məşhur sitatını yada salaq: ”Serqo can, biz Qarabağı qaytarmasaq, pis gündə yaşayacağıq".

Balasanyana görə, o, Azərbaycanın Ağdam şəhərini işğal edən erməni əsgərlərinə başçılıq edib. “Mən Ağdama hücuma keçən hərbi birləşmənin komandiri idim. Bizə ovaxtkı hakimiyyət tərəfindən tapşırıq gəldi: ”Ağdama girməyin!" Amma mən bu qərara fikir verməyib, hücuma keçdim. Fürsəti əldən vermək olmazdı. Biz bir günə Agdamı öz nəzarətimiz altına aldıq. Demək olar ki, hər gün hakimiyyətdən telefonoqramlar gəlirdi: Ağdamı boşaldın! Onu demək istəyirəm ki, Ter-Petrosyanın Qarabağla bağlı planı başqadır və hazırkı hakimiyyət bu yola davam edir. Paşinyan Qarabağı qaytarmaq istəyir", - deyə Balasanyan qeyd edib.

Erməni generalın fikrincə, Dağlıq Qarabağa Azərbaycan bayrağı altında geniş muxtariyyət veriləcək.

*****

Doğrudur, rəsmi Bakı dəfələrlə bəyan edib ki, konfliktin həlli məhz bu formul üzrə mümkündür və Azərbaycan Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Hərgah, Ermənistandan zorla qovulmuş 200 minlik azərbaycanlı əhali bu statusu qat-qat çox haqq edir. Lakin bu kimi bəyanatlar ilk növbədə Nikol Paşinyanı erməni elektoratın gözündən salmağa xidmət edir. Çünki hələ ki nə Paşinyan, nə də erməni toplumu Qarabağda ədalətli sülh formulunu yaxına buraxmır, sülhə hazır deyillər. O da bəllidir ki, konkret olaraq Paşinyan hətta Qarabağ məsələsində sələflərindən də radikal mövqe sərgiləməkdədir. Bundan sonra nələrin baş verəcəyi məlum deyil. Məlum olan odur ki, Qarabağ ətrafında nə hərb, nə sülh durumu davam edir. Bölgə üzərində barıt qoxusu isə günbəgün artmaqdadır...
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayram HüseynzadəƏli İnsanova açıq məktub YAZDI
Bu gün, 16:33
"Naxçıvanın 383 milyon manatlıq büdcəsinin cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır" - Prezident
Bu gün, 16:31
"Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır" - Prezident
Bu gün, 16:29
Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT
Bu gün, 16:24
Tiflisdə etirazların keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri gətirilib
Bu gün, 16:21
"Naxçıvandakı bütün dağ postlarına yollar çəkilib" - Vasif Talıbov
Bu gün, 16:19
"Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir" - Prezident İlham Əliyev
Bu gün, 16:18
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib
Bu gün, 16:16
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Bu gün, 16:08
Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək - Stanislav Pritçin
Bu gün, 16:05
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Bu gün, 16:03
"Bakcell" Azərbaycanda ən sürətli mobil interneti təqdim edir
Bu gün, 16:00
Gələn il dövlət büdcəsi haqqında qanun layihəsi II oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bu gün, 15:55
Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib - FOTO
Bu gün, 15:52
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR
Bu gün, 15:46
Bakıda evdən meyit tapılıb
Bu gün, 15:44
“Beynimi 100 milyona sığortalandıracam” - Telli Borçalı
Bu gün, 15:44
Tofiq Yaqublu azadlığa çıxıb
Bu gün, 15:41
SEPAH İranda keçiriən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
Bu gün, 15:33
Nardaranda adam öldürən şəxs həbsdə ölüb
Bu gün, 15:30
İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi
Bu gün, 15:28
Məhkəmə "Holcim"in 216 min manatlıq iddiası ilə bağlı qərar qəbul edib
Bu gün, 15:25
"Mühacir alverçilәri"nin həbsi Avropa üzrә genişlәnәcәk, sırada Hollandiya vә İsveçdir - Yafəz Əkrəmoğlu
Bu gün, 15:23
Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal
Bu gün, 15:21
Xəzərdə neftçi batıb - YENİLƏNİB
Bu gün, 15:18
Sosial Tədqiqatlar Mərkəzi ali məktəblərə qəbulla bağlı araşdırma aparıb
Bu gün, 15:16
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib
Bu gün, 13:16
Şimal-şərq küləyi əsəcək
Bu gün, 13:15
“Lotu Quli”nin dəstəsinin üzvü saxlanılıb - Rusiya FTX
Bu gün, 13:08
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Bu gün, 13:05
"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM
Bu gün, 13:04
Prezident İlham Əliyev İordaniya və Qətərin Azərbaycandakı yeni səfirlərinin etimadnamələrini qəbul edib
Bu gün, 12:57
Azərbaycanda vəkil qəfildən ölüb - FOTO
Bu gün, 12:53
Xalq artisti əməliyyat olunub
Bu gün, 12:52
Siyasi partiyaların növbəti “dəyirmi masası” nə zaman keçiriləcək?
Bu gün, 12:50
Həmkəndlisini silahla hədələyən şəxs tutulub
Bu gün, 12:43
Bakıda avtomobildən 1800 manat oğurlanıb
Bu gün, 12:40
"Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq"
Bu gün, 12:34
Qaz limiti ilə bağlı şikayətlər çox idi - Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Bu gün, 12:30
"Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim" - Cəlil Məmmədquluzadənin nəticəsi
Bu gün, 12:21
Bakı Ali Neft Məktəbinə YENİ TƏYİNAT
Bu gün, 12:20
Cəlilabadda evdən meyiti tapılan müəllimin ölüm səbəbi məlum olub - TƏFƏRRÜAT
Bu gün, 12:16
Bakıda 39 yaşlı şəxs spirtli içkidən zəhərlənərək ölüb
Bu gün, 12:14
"Söz götürən olsaydım, ərə gedərdim, ərimin sözünü götürərdim"
Bu gün, 12:12
"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL
Bu gün, 12:10
Müsavatın "mühacir alveri" ilə bağlı yeni FAKT üzə çıxıb - Məhkəmə qərarı
Bu gün, 12:08
Ermənilər ruslardan aldıqları silahların pulunun bir hissəsini sərvətlərimiz hesabına ödəyirlər - FAKT
Bu gün, 12:00
Əbülfəs Qarayev üçün Azərbaycan tarixinin qara qəpik qədərində də dəyəri yoxdur... - Keçmişimizə atılan güllə...
Bu gün, 11:55
Deputata təhqir yazanı “facebook” profilindən tapdılar - İDDİA
Bu gün, 11:48
Azərbaycanda son bir ildə minlərlə "erməni"… - Şok
Bu gün, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru