Qaregin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır .....                     Ağcabədi polisinə yeni rəis müavini təyin olunub .....                     Mühacir alverinə görə həbs edilən eks-rəis .....                     Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib .....                     Nazirlər Kabinetinin səlahiyyəti artırılıb .....                     Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ .....                     Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb .....                     Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb .....                     Müsavat cəzaçəkmə müəssisəsinin rəisi olmuş Elçin Əkbərova arayış verib? .....                     "ABŞ neftimizi oğurlayır" .....                     Bakıda mənzildən meyit tapılıb .....                     İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə .....                     “Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” .....                     Prezident üç nəfərə fəxri ad verib .....                     “Artıq saxta müxalifətçilik keçmir” .....                     İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində .....                     “Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdı” .....                     İmişlinin başçısı ilə bağlı ŞOK İDDİA .....                     Azərbaycanla Litva arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında saziş təsdiqlənib .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Erməni jurnalistlərin Bakıya gəlişinə imkan verməyəcəyik!” .....                     Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidentini .....                     Prezident İlham Əliyev Bilal Ərdoğanı .....                     Optimal nöqtəyə qədər tariflər artırılmalıdır .....                     Cəlilabad Statistika İdarəsinə müdir təyin olunub .....                     Yevlax sakini dəm qazından boğulub .....                     Təyyarədə Bakı sakininin külli miqdarda pulu oğurlanıb .....                     ABŞ qoşunlarını Kobanidən tam çıxarıb .....                     İcazəsiz ov edən şəxslər saxlanılıb .....                     Arif Hacılı Almaniyadakı həbslərə susur .....                     Şair Şamxal Rüstəm vəfat etdi .....                     İncəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin .....                     Müxalifətin "mühacir alveri" şəbəkəsi ifşa olunsa... .....                     Şərurlu İsfəndiyar yenə də şikayətə səbəb olub... .....                     Bakı xəstəxanasında yeniyetmə qız doğuş edib .....                     “Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Maqsud Mahmudov haqda ŞOK: .....                     “Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir” .....                     Həbsdə olan MTN zabiti İlham Əliyevə müraciət etdi .....                     Nazirlik işçilərinə qiymətli qol saatları alır .....                 

Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...
Tarix: 17-10-2019, 08:43 | Çap et
Şişirdilən rəqəmlər, saxta tenderlər...
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Müşavirədə ölkədə aparılan islahatlardan, nailiyyətlərdən danışan dövlət başçısı daha sonra iqtisadi sahədə olan neqativ məqamlara da toxunaraq dövlət maliyyəli qurumların gördükləri işləri şişirtdiklərini bildirib.

"Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək - bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi - bunu təkcə onların boynuna atmaq olmaz - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik"-deyə Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, bu müşavirədən sonra Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.

Qlobal.az xəbər verir ki, illərlə müstəqil media qurumlarında yazılanlara və iqtisadçı ekspertlərin açıqlamalarına baxdıqda görürük ki, dövlət büdcəsindən oğurlanan vəsaitlər əsasən dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalar yolu ilə həyata keçirilir. Belə ki, əksər qurumların keçirdiyi tenderlərdə qalib olan şirkətlər ya həmin qurumların rəhbər şəxslərinə yaxın olan, dost-tanışlarının adlarına rəsmiləşdirilən şirkətlər olur, ya da haradasa fəhlə işləyən, sosial tərəfdən acınacaqlı durumda yaşayan, satınalmalardan xəbərsiz insanların adlarına qeydiyyata alınan şirkətlər olur.

Məsələn, ötən ayın əvvəlində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayarkən ictimaiyyət və mətbuat açıq-aşkar maxinasiya halları ilə üz-üzə qaldı. Komitənin 10 müqavilə üzrə dörd şirkətilə bağladığı, ümumilikdə 833,6 min manatlıq tenderin qalibi olan şirkətlərin hər birinin dövlətə külli-miqdarda vergi borcu olduğu aşkara çıxdı. Qalib olan şirkətlərdən "Rubicon-Dizayn" MMC-nin 920.781, "Uğur Servis-H" MMC-nin 212.591 və "MADERIN-AA" MMC-nin 127.613 manat vergi borcu var. Bu məlumatın mediada işıqlandırılmasına baxmayaraq aidiyyatı qurumların heç biri məsələyə münasibət bildirmədi.

Dövlətsatınalmalarına birbaşa nəzarəti həyata keçirən, şəffaflığın və rəqabətliliyin təmin olunmasına nəzarət etməli orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu cür açıq-aşkar olan qanunpozuntularına heç bir münasibət bildirmir.

Dövlət maliyyəli qurumların sifarişçi olduqları milyonlarluq tenderlərlə bağlı daha bir şübhəli məlumat oktyabr ayının 12-də tirajlandı. "Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub? - ARAŞDIRMA" başlığı ilə dərc olunan yazıda Aqrar Kredit və İnkişaf Agentliyinin sentyabr ayının 12-də yekun vurduğu 1.278.97 manatlıq "Aqro-texniki xidmətlərin göstərilməsi" lotu üzrə tenderin qalibi olan şirkətin - "AgroDev" MMC-nin Agentliyin təşəbbüskarlarından biri olduğu Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri Elvin Nəbiyevə məxsus olduğu bildirilirdi.

Bu yazının dərcindən də bir həftə keçməsinə baxmayaraq, indiyədək heç bir qurum məsələyə münasibət bildirməyib.

Cənab Prezidentin dünənki müşavirədə xüsusi olaraq vurğuladığı məqamlardan biri də yuxarıda da qeyd etdiyimiz kimi qiymətlərin şişirdilməsi ilə bağlı idi.

Ölkədə keçirilən tenderlərə nəzər saldıqda burada göstərilən rəqəmlərin reallığa uyğun olmadığını hər kəs anlaya bilir. Məsələn, qaydaya görə dövlət satınalmalarında ehtimal olunan qiymət hesablanan zaman əvvəlki dövrdə bağlanmış müqavilə qiymətindən, qara bazarda olan real qiymətlərdən, müxtəlif mənbələrdən və internet resurslarından öyrənilməli, bu zaman vergi, transport, gömrük xərcləri və digər vacib amillər nəzərə alınmalıdır. Ancaq bizim yuxarıda misal göstərdiyimiz tenderlər isə PR işləri və tədbirlərlə bağlı olan xidmətlər olduğuna görə avtomatik olaraq transport və gömrük kimi xərclərdən azaddırlar. Bu isə özülüyündə təklif olunan qiymətlərə mühüm təsir edən amillərdən biridir. Digər bir tərəfdən isə bu tenderlərdəki xidmətlərin bəziləri ilk dəfədir ki, təklif olunur.

Belə olan halda, haqlı olaraq sual olunur: qiymətlər haradan və necə əldə edilib?! "Dövlətsatınalmaları haqqında Qanun”a görə bir milyon manatdan artıq dəyəri olan satınalmalarda İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndəsi iştirak etməlidir. Bu isə o deməkdir ki, ölkədə keçirilən milyonluq tenderlərdə ya İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri iştirak etmir, ya da bu nümayəndələr milyonluq tenderlərdə formal olaraq iştirak edirlər.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaregin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır - Zaxarova
Bu gün, 18:27
Ağcabədi polisinə yeni rəis müavini təyin olunub
Bu gün, 18:25
Mühacir alverinə görə həbs edilən eks-rəis qardaşına 610 min dollar pul “atıb”
Bu gün, 18:22
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
Bu gün, 18:20
Nazirlər Kabinetinin səlahiyyəti artırılıb - Prezident imzaladı...
Bu gün, 18:14
Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ
Bu gün, 18:14
Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb - FƏRMAN
Bu gün, 18:06
İkinci dəfə əməliyyat olunan Xalq artisti: - “Ağrılarım çoxdur”
Bu gün, 18:05
Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb
Bu gün, 18:03
Müsavat cəzaçəkmə müəssisəsinin rəisi olmuş Elçin Əkbərova arayış verib? - Arif Hacılıdan MÜƏMMA DOLU REAKSİYA
Bu gün, 18:02
"ABŞ neftimizi oğurlayır" - Bəşşar Əsəd
Bu gün, 17:57
Bakıda mənzildən meyit tapılıb
Bu gün, 17:52
İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Bu gün, 17:44
“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL
Bu gün, 17:43
Prezident üç nəfərə fəxri ad verib - SƏRƏNCAM
Bu gün, 17:40
“Artıq saxta müxalifətçilik keçmir” - Almaniyada yaşayan azərbaycanlı jurnalist
Bu gün, 17:39
İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər
Bu gün, 17:28
“Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdı” - Alya Yaqublu
Bu gün, 17:25
İmişlinin başçısı ilə bağlı ŞOK İDDİA - Durumu GƏRGİNDİR
Bu gün, 17:24
Azərbaycanla Litva arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında saziş təsdiqlənib - FƏRMAN
Bu gün, 17:12
"Akif İslamzadə bizim üçün nümunədir" - deputat
Bu gün, 17:05
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
“Erməni jurnalistlərin Bakıya gəlişinə imkan verməyəcəyik!” - QAT hədələdi
Bu gün, 16:59
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidentini təbrik edib
Bu gün, 16:57
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Bu gün, 16:56
Optimal nöqtəyə qədər tariflər artırılmalıdır - “Azəristiliktəchizat”
Bu gün, 16:55
Elməddinin MTRŞ sədrinə cavabı: - Tənqid edirsinizsə...
Bu gün, 16:48
Türkiyəlilər "Gucci"nin erməni modelini lağa qoydu - VİDEO
Bu gün, 16:43
Cəlilabad Statistika İdarəsinə müdir təyin olunub
Bu gün, 16:40
“O pula aktyorluq etməkdənsə, elə gedib daş daşıyaram” - deputat
Bu gün, 16:38
Yevlax sakini dəm qazından boğulub
Bu gün, 16:36
Təyyarədə Bakı sakininin külli miqdarda pulu oğurlanıb
Bu gün, 16:33
ABŞ qoşunlarını Kobanidən tam çıxarıb
Bu gün, 16:29
İcazəsiz ov edən şəxslər saxlanılıb
Bu gün, 16:24
Arif Hacılı Almaniyadakı həbslərə susur - Müsavatdan açıqlama
Bu gün, 16:23
"Məni istəməyənləri də “like” edirəm ki, qoy sevinsinlər"
Bu gün, 16:20
Şair Şamxal Rüstəm vəfat etdi
Bu gün, 16:13
İncəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı artırılıb
Bu gün, 16:12
Müxalifətin "mühacir alveri" şəbəkəsi ifşa olunsa... - hüquqi məsuliyyəti çoxları paylaşacaq
Bu gün, 16:10
Şərurlu İsfəndiyar yenə də şikayətə səbəb olub... - NARAZILIQ...
Bu gün, 16:08
Bakı xəstəxanasında yeniyetmə qız doğuş edib
Bu gün, 15:58
“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 15:58
Maqsud Mahmudov haqda ŞOK: - Girov pulları götürərək qaçıb
Bu gün, 15:56
“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir” - Türkiyə Prezidentinin oğlu
Bu gün, 15:54
Həbsdə olan MTN zabiti İlham Əliyevə müraciət etdi - “Ulu Öndərin müqəddəs qəbrini 4 ildir ki, həbsdə olduğuma görə ziyarət edə bilmirəm”
Bu gün, 15:46
Nazirlik işçilərinə qiymətli qol saatları alır - Azərbaycanda
Bu gün, 15:40
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
Bu gün, 15:38
"Rəqəm elə də böyük deyil, ancaq mətbuat üçün kifayət qədər böyük rəqəmdir" - deputat
Bu gün, 15:36
""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur" - Nuşirəvan Məhərrəmli
Bu gün, 15:33
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
Bu gün, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru