Azərbaycanda icra başçıları sahibkarlara hansı problemləri yaradır? .....                     Azərbaycanlı güləşçi İran çempionu oldu .....                     “İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər” .....                     "Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib" .....                     Büdcə zərfinə daxil olan sənədlərin MM-də II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub .....                     "Çox şadam ki, Prezidentin təyin etdiyi cavan kadrlar işin içinə belə giriblər" .....                     Bəxtiyar Hacıyev Paşinyana sualından DANIŞDI: .....                     "Bundan gözəl nə təəssürat ola bilər ki?" .....                     ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar .....                     Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini .....                     Nazir “uşaq pulu” verilməsi ilə bağlı təkliflərə münasibət bildirib .....                     Azərbaycanda orta aylıq əmək haqqı 600 manatı keçib .....                     Azərbaycanda gələn il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləği məlum olub .....                     "Abonent "Azəriqaz"ın üzləşdiyi texniki problemlərdən əziyyət çəkməməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Minimum penisyanın artırılmasına dair işlər görüləcək" .....                     “Test üsulunun Azərbaycana gətirməsində mən də iştirak etmişəm” .....                     "Təqaüdçülərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun" .....                     "Holcim Azərbaycan" haqda ŞOK İTTİHAMLAR... .....                     Sosial evlər niyə baha qiymətə satılır? .....                     İlham Əliyevin hədəfində kimlər var? .....                     Texniki Universitetə mətbuat katibi təyin olunub .....                     Bakıda ata oğlu və gəlini tərəfindən döyülüb .....                     "XalqBank" 17 milyon dollar qanunsuz kredit verib .....                     Gəncə sakininin iki avtomobili yandırılıb .....                     Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayrıb .....                     "Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır" .....                     "Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm" .....                     350 manat rüşvətə görə həbs edilən polkovnik azadlığa çıxdı .....                     Gürcüstanda tikintidən yıxılan Azərbaycan vətəndaşı ölüb .....                     Vilayət Eyvazov Zakari Qrosu qəbul edib .....                     Prezident Cavid Qurbanovu .....                     Cəhalətdə çürüyən ermənilər və Njde abidəsi .....                     Bakıda kapitalı 170 000 manat olan şirkət yaradılıb .....                     ERMƏNİLƏR İNDİ DƏ AZƏRBAYCANIN ƏRZAQ BAZARINDA .....                     "Bu məsələ hər birimizi düşündürməlidir" .....                     "Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər" .....                     Ağdaşın deputatı ilə bağlı şok iddialar... .....                     Qətər əmiri əhalini yağış duasına çağırdı .....                     Gürcüstanın Milli Təhlükəsizlik Şurasına rəhbər təyin olunub .....                 

Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir - Zəngəzur Cəmiyyətləri Birliyinin sədri
Tarix: 16-10-2019, 16:12 | Çap et
Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Azərbaycan Prezidentinin bu fikri Zəngəzurla bağlı tarixi həqiqətləri tamamilə dolğun əks etdirir. Zəngəzur bölgəsi tarixi Azərbaycan torpağıdır. Zəngəzur mahalının ərazisi bəzi dəyişikliklərlə, əsasən, indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edir.

Bu fikriləri Trend-ə açıqlamasında Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, bu bölgənin tarixi ilə bağlı bir neçə kitabın müəllifi, araşdırmaçı Hacı Nərimanoğlu deyib.

Birlik sədrinin sözlərinə görə, sahəsi 7.892 kv.km olan Zəngəzurun ərazisi tarix boyu ölkəmizin hüdudlarında mövcud olmuş dövlətlərin tərkibində olub: "E.ə. IV əsrdən başlayaraq Alban, Sacilər, Salarilər və Rəvvadilər, Atabəylər, Hülakülər, Cəlairlər, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması ilə əlaqədar olaraq Səfəvi dövlətinin tərkibində olub. XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında Səfəvi imperiyasının zəifləməsi ilə əlaqədar 1590-1612 və 1724-1735-ci illərdə qısa müddət ərzində Osmanlı idarəçiliyi altına düşüb. Zəngəzur ərazisi xanlıqlar zamanında Qarabağ xanlığının hakimiyyəti altında olmuşdur. XIX əsrin əvvəllərində çar Rusiyanın idarə sistemində Yelizavetpol quberniyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ general-qubernatorluğunun tərkibindəki 4 qəzadan biri olmuşdur".

H.Nərimanoğlu bildirib ki, Zəngilan adındakı “zəngi” etnonimdir, türk tayfa adıdır. Tarixi Türküstan, Orta Asiyadan üzübəri türklərin tarixən məskunlaşdığı bir çox ərazilərdə bu tayfanın adı daşlaşıb, səlcuqların, oğuzların izlərini yaşadır: "Məsələn, Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, Zəngilli və b. yer adları var. Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və digərlərinin əsərlərində də “zəngi” tayfasının adı çəkilib. Zəngəzurdakı ikinci leksem qədim türk dillərində “sur”, “sır” sözü dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir, dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib. Bu ad ərazinin relyefini düzgün səciyyələndirir, yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların bir çoxunda “sur-zur-zor” tərkibi daşlaşıb qalıb.

Ermənilərin Zəngəzura dair iddialarında heç bir əsas, həqiqət izi yoxdur. Tarixi Azərbaycan vilayətləri olan İrəvan, Naxçıvan, Zəngəzur və digər bölgələrdə erməni izi axtarmaq, məkrli siyasi iddialarına elmi-tarixi, hüquqi-mənəvi don geyindirmək absurddur, gülüncdür, əsassızdır, erməni xislətindən irəli gələn genetik xəstəlikdir, böyük dövlətlərin antitürk siyasətində ermənilərin şərəfsiz alət olmasının nəticəsidir. Bunu, çox sayda erməni mənbələri, erməni tarixçiləri, salnaməçilərinin əsərləri, arxiv sənədləri, rus, ingilislər də daxil olmaqla (məs; Hovannes Ter-Martirosyan-A-do, B.İşxanyan, Z.Balayan, A.İonisian, T.Hacikoğluyan, S.Zavaryan, İ.Alibeqov, Z. Korkodyan, Veliçko, Şavrov, Qlinka, Qriboyedov və s.) çox sayda tarixçilər etibarlı mənbələrə istinadla yazıb, faktlarla təsdiq də ediblər".

Tarixçi vurğulayıb ki, hətta, Gülüstan, Türkmənçay müqavilələrindən sonra rus idarəçilərinin davamlı olaraq Qacarlar və Osmanlı dövlətləri ərazisindən təşkil etdiyi köçlərdən sonra belə heç zaman Zəngəzurda ermənilər sayca türk-müsəlman əhalidən üstün ola bilməyiblər: "Tanınmış rus tarixçisi N.Q.Volkova yazırdı - 1897-ci ildə Zəngəzur qəzasında 137, 9 min əhalinin 71,2 mini (51,7%) azərbaycanlılar, 63,6 mini (46,2%) ermənilər, 1,8 mini (1,3%) kürdlər olmuşdur. 1922-ci ilin siyahıya alınmasına görə (yəni 1918-20-ci illərin qanlı qətliamlarından sonra-H.N), Zəngəzurda cəmi 65, 5 min nəfər yaşayırdı ki, bunun da 56,9 mini (89,5%) erməni, cəmi 6,5 mini (10,2%) azərbaycanlı idi”.

H.Nərimonağlu əlavə edib ki, dövlət başçısı İlham Əliyevin sözügedən tədbirdə çıxışında vurğuladığı fikrin bir məqsədi də ermənilərə, qardaş dövlətlərin başçılarına və dünyaya ünvanlanan bir mesajdır ki, Zəngəzurun Azərbaycandan qoparılıb ermənilərə verilməsi tarixi ədalətsizlikdir, xalqımızın iradəsindən kənar baş vermişdir, hüquqi cəhətdən əsası olmayan qərarların nəticəsidir, dövlətimiz, xalqımız bunu qəbul etməyib, bununla barışmayıb, tarixi ərazilərimizin bərpası uğrunda siyasi ilə yanaşı, hərbi yollardan da istifadə olunması istisna deyil: "Əminik ki, qardaş Türkiyənin Suriyada terrorizmə, qanunsuz silahlı birləşmələrə, ölkənin ərazi bütövlüyünü təhdid edən güclərə qarşı başlatdığı hərbi əməliyyatları Azərbaycan da Ermənistana qarşı təkrar edə bilər. Şübhə yoxdur ki, dünyanı ikili standartlarla idarə edən dövlətlərin ikiüzlü mövqeyinə baxmayaraq, qardaş Türk dövlətləri indi Türkiyənin yanında olduğu kimi, o zaman da Azərbaycanın yanında olacaqlar”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda icra başçıları sahibkarlara hansı problemləri yaradır? – “Oyun qaydası dəyişməlidir”
Bu gün, 18:34
Azərbaycanlı güləşçi İran çempionu oldu - FOTO
Bu gün, 18:32
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
Bu gün, 18:29
“İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər” - DYP
Bu gün, 18:10
"Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib" - Şəhid qızı
Bu gün, 17:56
Büdcə zərfinə daxil olan sənədlərin MM-də II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub
Bu gün, 17:53
"Çox şadam ki, Prezidentin təyin etdiyi cavan kadrlar işin içinə belə giriblər" - Oqtay Əsədov
Bu gün, 17:46
Bəxtiyar Hacıyev Paşinyana sualından DANIŞDI: - "Arzu edirəm ki, tənqid edənlər, elə bəzi KİV rəhbərləri özləri də..."
Bu gün, 17:43
"Bundan gözəl nə təəssürat ola bilər ki?" - Xətainin yeni icra başçısı
Bu gün, 17:39
ABŞ-dakı ermənilər Ərdoğanın səfərinə etiraz aksiyası hazırlayıblar
Bu gün, 17:37
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
Bu gün, 17:28
Nazir “uşaq pulu” verilməsi ilə bağlı təkliflərə münasibət bildirib
Bu gün, 17:26
Azərbaycanda orta aylıq əmək haqqı 600 manatı keçib
Bu gün, 17:20
Azərbaycanda gələn il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləği məlum olub
Bu gün, 17:18
"Abonent "Azəriqaz"ın üzləşdiyi texniki problemlərdən əziyyət çəkməməlidir" - Ruslan Əliyev
Bu gün, 17:10
“ANS ÇM”dən sonra tezlik boş qaldığı üçün müsabiqə elan etdik” - MTRŞ sədri
Bu gün, 17:09
Sabah dollar neçəyə olacaq? belə olacaq
Bu gün, 17:03
"Minimum penisyanın artırılmasına dair işlər görüləcək" - Sahil Babayev
Bu gün, 16:59
“Test üsulunun Azərbaycana gətirməsində mən də iştirak etmişəm” - Misir Mərdanov
Bu gün, 16:55
"Təqaüdçülərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun"
Bu gün, 16:52
"Atam ağladı ki, mənə kim baxacaq?"
Bu gün, 16:52
"Holcim Azərbaycan" haqda ŞOK İTTİHAMLAR... - təhdid, milyonlar...
Bu gün, 16:49
Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA
Bu gün, 16:47
İlham Əliyevin hədəfində kimlər var? – “Korrupsiya silinməlidir”
Bu gün, 16:43
Texniki Universitetə mətbuat katibi təyin olunub - FOTO
Bu gün, 16:42
Bakıda ata oğlu və gəlini tərəfindən döyülüb
Bu gün, 16:40
"XalqBank" 17 milyon dollar qanunsuz kredit verib - ŞOK FAKTLAR
Bu gün, 16:33
Gəncə sakininin iki avtomobili yandırılıb
Bu gün, 16:30
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayrıb - SƏRƏNCAM
Bu gün, 16:29
"Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır"
Bu gün, 16:26
"Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm" - Erməni əsir
Bu gün, 16:22
350 manat rüşvətə görə həbs edilən polkovnik azadlığa çıxdı
Bu gün, 16:19
Gürcüstanda tikintidən yıxılan Azərbaycan vətəndaşı ölüb
Bu gün, 16:18
Vilayət Eyvazov Zakari Qrosu qəbul edib - FOTO
Bu gün, 16:14
Prezident Cavid Qurbanovu qəbul edib
Bu gün, 16:10
Cəhalətdə çürüyən ermənilər və Njde abidəsi – Erməni ekspert
Bu gün, 16:08
Bakıda kapitalı 170 000 manat olan şirkət yaradılıb
Bu gün, 16:01
“Nəşriyyat siçanları...” – Şair meyxanaçıları duelə çağırdı, ara qarışdı
Bu gün, 16:00
ERMƏNİLƏR İNDİ DƏ AZƏRBAYCANIN ƏRZAQ BAZARINDA – Təhlükə
Bu gün, 15:57
"Məndən əxlaqlısı yoxdur" - Mətanət Əsədova
Bu gün, 15:53
"Bu məsələ hər birimizi düşündürməlidir" - deputat
Bu gün, 15:50
"Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər" - Allahşükür Paşazadə
Bu gün, 15:46
Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...
Bu gün, 15:44
Qətər əmiri əhalini yağış duasına çağırdı
Bu gün, 15:38
Gürcüstanın Milli Təhlükəsizlik Şurasına rəhbər təyin olunub
Bu gün, 15:38
Tramp bu gün canlı yayımda məşhər ayağına çəkiləcək - “PREZİDENTLİYİN ŞƏRTLƏRİNİ HƏYASIZCASINA POZUB...”
Bu gün, 15:37
Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli
Bu gün, 15:35
Gəncədə narkotacir saxlanılıb
Bu gün, 15:32
"Yekəxanalıqdan başqa heç nə..." - Müğənnidən məmur övladları ilə bağlı sərt sözlər
Bu gün, 15:29
Azərbaycanda toyda qan töküldü
Bu gün, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru