Azərbaycanda dövlət satınalmalarında şəffaflığa nəzarətin gücləndirilməsi təklif edilir .....                     “Şərq Tərəfdaşlığı” ilə bağlı görüşlərdə müzakirə olunacaq məsələlər açıqlanıb .....                     Müəllimlərin yay məzuniyyəti ilə bağlı .....                     Təhsil Nazirliyi həbs edilən sabiq direktorla bağlı məlumat yaydı .....                     Bakıda 7 ekspress marşrut üzrə sərnişindaşımaları dayandırılır .....                     "Rayonlara gediş-gəlişin bərpası üçün bir müddət gözləmək lazımdır" .....                     Məcburi köçkünlərin “Qobu park 3” yaşayış kompleksinə köçürülməsinə başlanılır .....                     Tramp şəbəkəyə qarşı: Yeni oyun qaydaları .....                     Əhali banklardakı pulunu xərcləyir .....                     İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb .....                     Baş metroçu mətbuata SAVAŞ AÇIB .....                     Azərbaycanda 1 100-dən çox sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub .....                     Xüsusi karantin rejimində aksiya keçirilməsinə məhdudiyyət qoyulub .....                     İLGİNC GƏLİŞMƏ: Növbədənkənar parlament seçkisi ehtimalı VAR .....                     Dərsliklər nə vaxt təhvil verilməlidir? .....                     İyunun 2-dən 15-dək direktor müavinləri, sinif müəllimləri işə cəlb olunacaq .....                     Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır .....                     Sabah dollar neçəyə olacaq? .....                     Adil Qəribova və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edilib .....                     Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim olunub .....                     Siyəzəndə durum gərgindir .....                     Tədris ilinin sonunadək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb .....                     DİN metroda polis əməkdaşları ilə bir neçə vətəndaşın mübahisəsinə aydınlıq gətirdi .....                     Baş Nazir təhsillə bağlı .....                     Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb .....                     İş adamı Sumqayıta 1 milyon maska göndərdi .....                     "Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır" .....                     “SetexGroup” şirkətində ÖZBAŞINALIQ .....                     Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb .....                     "Neft Fondundan büdcəyə daxil olan vəsaitləri kənd təsərrüfatı gəlirləri olə əvəzləmək olar" .....                     Masallı rayon prokuroru işdən çıxarılıb .....                     Kənd ərazisi xüsusi nəzarətə götürülüb .....                     Deputat Mahmudovların xaricdə aşkarlanan milyonlarından DANIŞDI .....                     : "Sırf şahmata görə həyatda bəzi səhvlər etmişəm" .....                     “PAŞA Holdinq”in struktur bölməsi yenidən təşkil olunur .....                     İslahatlar davam edəcək .....                     Şəhid analarını təhqir edən Fuad Muradovun ailəsindən prezidentə müraciət .....                     Korrupsiyaya yol vermiş orta məktəb direktoru ifşa edilib .....                     Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına yaba ilə hücum edib .....                     Hesablama Palatası büdcənin icrasına rəy verib .....                 

Bakı Zirvə Görüşü: Azərbaycan Türk Şurasının gücünün və nüfuzunun artmasında mühüm rol oynayır - TƏHLİL
Tarix: 16-10-2019, 13:08 | Çap et
Bakı Zirvə Görüşü: Azərbaycan Türk Şurasının gücünün və nüfuzunun artmasında mühüm rol oynayır
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşü bir neçə cəhətdən əlamətdar oldu. Bunlardan ən vacibi kimi Özbəkistanın təşkilatın yeni üzvü kimi sammitdə iştirakını qeyd etmək olar. Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovla yanaşı, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev də iştirak etdi. Macarıstanın Baş Naziri Viktor Orban isə ölkəsi adından sammitə müşahidəçi statusuyla qatılmışdı.

Qeyd edək ki, Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişi əsasında yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Özbəkistan Türk Şurasına üzv olmaq barədə bu yaxınlarda qərar qəbul edib. Macarıstan isə təşkilatda müşahidəçi statusundadır.

Özbəkistanın təşkilata üzv olması əlbəttə ki, mühüm hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev də toplantıda bu müdrik qərara görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü çatdırmaqla yanağı, qeyd etdi ki, Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək.

Elə ilk samiitdə aydın oldu ki, Özbəkistan Türk Şurasında aktiv fəaliyyət göstərmək niyyətindədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında Türk Şurası gənc iş adamlarının forumunun təşkil olunmasını, forumun ilk iclasının isə gələn il Özbəkistanda keçirilməsini təklif etdi. Türkdilli dövlətlərin ortaq investisiya fondunun da yaradılmasını təklif etdiklərini bildirən Özbəkistan Prezidenti Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən səmərəli istifadənin əhəmiyyətini vurğuladı. Prezident dedi ki, nəqliyyat, loqistika əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərin irəliləməsinə töhfə verəcək, eyni zamanda Özbəkistanın şəhərlərini Avropaya daha da yaxınlaşdıracaq.

Ş Mirziyoyevin Bakıda keçirdiyi görüşlərdən, habelə sammitdəki çıxışından belə qənaətə gəlmək olar ki, Özbəkistan Türk Şurasının daha da güclənməsi, eləcə də türkdilli ölkələr arasında münasbitlərin daha da dərinləşməsi və genişlənməsində maraqlıdır və bu işə öz təhfəsini verəcək.

Daşkəndin bu addımı Türk Şurası ölkələri arasında inteqrasiyanı və əməkdaşlığı daha da inkişaf etdirəcək. Özbəkistan Azərbaycanın, Türkiyənin və Qazaxıstanın yer aldığı regional layihələrdə iştirak edə bilər, bu isə olduqca ciddi ittifaqın qurulmasının xəbərçisidir. Özbəkistan Qazaxıstan kimi Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edərək mallarını dünya bazarlarına çıxarmaq istəyir. Bu isə yeni inteqrasiya müstəvisinin formalaşması deməkdir. Digər tərəfdən, Özbəkistanın Türk Şurasına qatılması Türkmənistanı da eyni addımı atmağa həvəsləndirə bilər. Türkmənistan artıq Türk Şurasına müşahidəçi statusunda qatılmaq istəyini bəyan edib. Ehtimal etmək olar ki, Türkmənistan da tezliklə Türk Şurasına üzv olacaq. Bu isə təşkilatın daha da güclənməsi deməkdir.

Digər vacib amil isə Macarıstanın təşkilatda müşahidəçi statusu iə təmsil olunmasıdır. Macarıstan müşahidəsi olsa da, təşkilatın güclənməsi və nüfuzunun artması üçün mühüm addımlar atır. Bu yaxınlarda Macarıstanda Türk Şurasının nümayəndəliyinin fəaliyyətə başlamasını buna misal göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə Görüşündə Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsinin məmnunluq doğurduğunu vurğuladı. Prezident ümidvar olduğunu bildirdi ki, Türk Şurasının Macarıstandakı nümayəndəliyi Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafına təkan verəcək.

Onu da xüsusi vurğulamaq yerinə düşər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Macarıstan vasitəsilə Avropada mövqelərini gücləndirmək imkanı qazanacaq. Macarıstan isə türk dünyası ilə siyasi və iqtisadi əlaqələrini genişləndirəcək, türkdilli dövlətlərin regional layihələrində yer alacaq.

Bakı sammiti Türki Şurasının getdikcə gücləndiyini, nüfuzlu quruma çevrildiyini bir daha təsdiqlədi. Sammitin gedişində aydın oldu ki, qurum türkdilli ölkələr arasında münasibətlərin, istisadi, siyasi, nəqliyyat-loqistika, humanitar, mədəni və digər səhələrdə münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır. Təbii ki, bu prosesdə Azərbaycanın rolu danılmazdır. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışında bildirdi ki, Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir: "2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsi ilə daşınıb. Biz enerji sahəsində əməkdaşlığa da böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir”.

Dövlət başçısı türkdilli ölkələrdən Azərbaycana gələn turistlərin sayına da diqqət çəkdi: "2019-cu ilin ilk 9 ayında Azərbaycana ümumilikdə 2 milyon 400 min turist səfər edib ki, bunlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min olub".

Prezident türkdilli ölkələr arasənda münasibətlərdən danışarkən təhlükəsizlik sahəsində əməkdaşlığı xüsusi vurğuladı: "Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransının 22-ci iclası Bakıda keçirilib. Təhlükəsizliyimizin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.

Türk Şurasının fəaliyyətindən danışarkən bu təşkilatın Azərbaycanın ən ağırılı problemi olan Dağlıq Qarabağ münasişəsinə münasibətini diqqətdən kənarda saxlamaq olmaz. Prezdient İlham Əliyevin Zirvə Görüşündə də dediyi kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin bütün yekun bəyanatlarında dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı ifadə olunur. Bu o deməkdir ki, Türk Şurasının üzvləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daim dəstək verir. Bu isə ölkəmiz üçün çox mühüm amildir. Azərbaycan dövlət başçısı məhz buna görə Türk Şurasındakı tərəfdaşlara münnətdarlığını bildirdi.

Prezident İlham Əliyev çıxışında Ermənistan faktorunun Türk Şurası ideyasının gercəkləşməsinə yaratdığı əngələ də toxundu: "Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi Türk Dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir”.

Prezident Əliyev faktiki olaraq Türk Şurası ideyasının gerçəkləşməsinə Ermənistanın ciddi əngəl olduğunu bir daha türkdilli ölkələrin diqqətinə çatdırdı və bu məsələdə hər kəsi ədalətli mövqe sərgiləməyə səslədi. Prezident Əliyev yeni geosiyasi reallıqlarda türk-islam ölkələrin daha sıx əməkdaşlıq etməyə səsləməklə yanaşı başlıca problemi – Ermənistanın işğalını da hər kəs üçün başlıca problem kimi səciyyələndirdi.

Həm Azərbaycan Prezidentinin şəxsi nüfuzu, həm ölkəmizin geosiyasi mövqeyi və iqtisadi qüdrəti Bakının daha bir platformada - Türki Şurasında mühüm oyunçu kimi öz layiqli yerini tutması ilə nəticələnib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısı bir daha göstərdi ki, Azərbaycan yalnız bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, eyni zamanda türkdilli dövlətlər sırasında əsas ölkə statusunu qazanıb. Əminliklə söyləmək olar ki, Bakının birləşdirici mövqeyi olmadan Türk Şurası ideyasını gerçəkləşdirmək olduqca çətin olardı. Azərbaycan türk-islam dünyasını Avropa ilə birləşdirən ən əsas ölkəyə çevrilib. Zirvə toplantısının imkanlarından faydalanan Prezident Əliyev bir daha nümayiş etdirdi ki, bölgənin əh mühüm ölkəsi olan Azərbaycanın arxasında çoxmilyonlu türk-islam ölkələri dayanır. Bakı Qərbə inteqrasiya, Rusiya və İranla sıx əməkdaşlıq fonunda türkdilli ölkələrlə əməkdaşlığa da önəm verir. Bu isə Azərbaycanın siyasi çəkisinin göstəricisidir.

APA Analytics






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda dövlət satınalmalarında şəffaflığa nəzarətin gücləndirilməsi təklif edilir
Bu gün, 18:15
“Şərq Tərəfdaşlığı” ilə bağlı görüşlərdə müzakirə olunacaq məsələlər açıqlanıb
Bu gün, 18:05
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Bu gün, 18:04
Təhsil Nazirliyi həbs edilən sabiq direktorla bağlı məlumat yaydı
Bu gün, 18:02
Bakıda 7 ekspress marşrut üzrə sərnişindaşımaları dayandırılır
Bu gün, 18:02
"Rayonlara gediş-gəlişin bərpası üçün bir müddət gözləmək lazımdır"
Bu gün, 18:00
Məcburi köçkünlərin “Qobu park 3” yaşayış kompleksinə köçürülməsinə başlanılır
Bu gün, 17:55
"Heyvan olaraq da tanına bilərsən, əsas insan olmaqdır" - VİDEO
Bu gün, 17:53
Tramp şəbəkəyə qarşı: Yeni oyun qaydaları - TƏHLİL
Bu gün, 17:49
Əhali banklardakı pulunu xərcləyir - AKTUAL
Bu gün, 17:48
İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb
Bu gün, 17:45
Baş metroçu mətbuata SAVAŞ AÇIB - GƏLİŞMƏ
Bu gün, 17:43
Azərbaycanda 1 100-dən çox sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub
Bu gün, 17:36
"Kişilərin çoxu evdə oturub divanında poz verirdi"
Bu gün, 17:35
Xüsusi karantin rejimində aksiya keçirilməsinə məhdudiyyət qoyulub - RƏSMİ AÇIQLAMA
Bu gün, 17:32
İLGİNC GƏLİŞMƏ: Növbədənkənar parlament seçkisi ehtimalı VAR - İDDİA
Bu gün, 17:31
Dərsliklər nə vaxt təhvil verilməlidir? - AÇIQLAMA
Bu gün, 17:23
İyunun 2-dən 15-dək direktor müavinləri, sinif müəllimləri işə cəlb olunacaq
Bu gün, 17:20
"Qısqanclıqdan ölə bilərəm"
Bu gün, 17:18
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır
Bu gün, 17:14
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:12
Adil Qəribova və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edilib
Bu gün, 17:12
Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim olunub
Bu gün, 17:10
Siyəzəndə durum gərgindir - GİLEY
Bu gün, 17:09
Tədris ilinin sonunadək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb
Bu gün, 17:01
DİN metroda polis əməkdaşları ilə bir neçə vətəndaşın mübahisəsinə aydınlıq gətirdi
Bu gün, 16:56
Baş Nazir təhsillə bağlı daha bir qərar verdi
Bu gün, 16:41
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:38
"Bəli, sevirdi, axır ki, dedi"
Bu gün, 16:32
İş adamı Sumqayıta 1 milyon maska göndərdi
Bu gün, 16:30
"Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır" - deputat
Bu gün, 16:25
“SetexGroup” şirkətində ÖZBAŞINALIQ – İşçilərlə əmək müqaviləsi bağlanmır, etiraz edənlər işdən azad edilir…
Bu gün, 16:21
Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb
Bu gün, 16:17
“Bu günə qədər elə bilirdim, Asəf Zeynallının məzarı Fəxri Xiyabandadır... “
Bu gün, 16:15
"Neft Fondundan büdcəyə daxil olan vəsaitləri kənd təsərrüfatı gəlirləri olə əvəzləmək olar" - deputat
Bu gün, 16:04
Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı oğurlandı
Bu gün, 16:02
Masallı rayon prokuroru işdən çıxarılıb
Bu gün, 15:59
Kənd ərazisi xüsusi nəzarətə götürülüb - RƏSMİ
Bu gün, 15:57
Xalq artistinin karantin günləri: - “Hamı kimi mən də qorxurdum”
Bu gün, 15:55
Deputat Mahmudovların xaricdə aşkarlanan milyonlarından DANIŞDI
Bu gün, 15:51
: "Sırf şahmata görə həyatda bəzi səhvlər etmişəm" - Zeynəb Məmmədyarov
Bu gün, 15:47
“PAŞA Holdinq”in struktur bölməsi yenidən təşkil olunur
Bu gün, 15:40
İslahatlar davam edəcək - Dövlət Gömrük Komitəsi
Bu gün, 15:39
Şəhid analarını təhqir edən Fuad Muradovun ailəsindən prezidentə müraciət - İLGİNC
Bu gün, 15:36
Korrupsiyaya yol vermiş orta məktəb direktoru ifşa edilib - Baş Prokurorluq
Bu gün, 15:30
Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına yaba ilə hücum edib
Bu gün, 15:27
Hesablama Palatası büdcənin icrasına rəy verib
Bu gün, 15:26
“Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil” - Maliyyə naziri
Bu gün, 15:25
Neft bahalaşmaqda davam edəcəkmi? - TƏHLİL
Bu gün, 13:15
“Ticarət əlaqələri zəifləyərsə, ölkədə ciddi problemlər yarana bilər”
Bu gün, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru