Göyçayda 25 yaşlı oğlan özünü asıb .....                     “Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik” .....                     “COVİD-19-a qarşı vaksin yarada bilməyəcəklər” .....                     “Royal Bank”ın rəhbərlərinin məhkəməsi başladı .....                     Daha bir sığorta şirkəti BÖHRAN HƏDDİNDƏ... .....                     Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb .....                     Sahil Babayevin kadrı karantini pozdu: .....                     Azərbaycan sərhədləri açır? .....                     Gürcüstan ermənilər üçün sərhədlərini açmayacaq .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı .....                     “Bakı Dəmir Beton-8”in rəhbəri dəyişəcək .....                     Oğuzda şəlaləni kim özəlləşdirib? .....                     Klinika sahibinin qətl törədən oğlu hakim qarşısına çıxarıldı .....                     “Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi .....                     Bakıda 19 yaşlı oğlan bıçaqlanıb .....                     Deputatla baş redaktor arasında QALMAQAL .....                     Abid Şərifovun şirkəti işçi haqqı yeyir .....                     Bakıda qadın küçədə döyülüb, çantası oğurlanıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Ağstafada vətəndaşları kimlər narazı salıb? .....                     Neft yenidən bahalaşıb .....                     “AKKORD”un ölçüyəgəlməz fırıldaqları... .....                     Cavid Qurbanovun layihəsi vətəndaşın başında çatlayır... .....                     “Məxməri” baş nazir özünü izolə etdi: məsələdə “Moskva izi” varmı? .....                     "Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir" .....                     Xətaidə daha bir qanunsuz tikilinin təməli qoyulur .....                     Mahmudovların 200 milyon manatlıq varidatları əllərindən çıxacaq .....                     Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçiriləcək .....                     Sülh tərəfdarı olması Azərbaycanın heç vaxt müharibə variantına əl atmayacağı demək deyil .....                     Nazir oğlunun Nyu-Yorkda aldığı evlə bağlı daha bir açıqlama .....                     “Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi" .....                     ABŞ-ın 40 şəhərində komendant saatı elan olundu .....                     Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə VERDİ .....                     Maşın bazarlarında durğunluq .....                     Ucarda fermerlər Allahın ümidinə buraxılıb... .....                     «MuğanBank» ASC-də qalıq borcları "balalayır"? .....                     Koronavirus Azərbaycana nə qədər zərər vurub .....                     Fotoqraf Renkanın "stilisti" oldu .....                     Yevlaxda Beynəlxalq Uşaq Günü keçirildi .....                     Şəkidə bir neçə həmkəndli arasında dava olub, xəsarət alanlar var .....                 

Türkiyəyə qarşı sanksiya: ABŞ-ın işğalçını müdafiə ənənəsi - TƏHLİL
Tarix: 15-10-2019, 15:50 | Çap et
Türkiyəyə qarşı sanksiya: ABŞ-ın işğalçını müdafiə ənənəsi
Dünyada ədaləti aparıcı güclər pozur. Ancaq bir sıra hallarda femidanın tərəzisini görünməyən əllərin pozduğu təsəvvürü yaranır. Türkiyə hərbçilərinin Suriya Milli Ordusu ilə birlikdə Suriyada terrorçu PKK/YPG-PYD-yə qarşı antiterror əməliyyatı bir sıra dövlətlərin başçıları, NATO kimi hərbi-siyasi təşkilatın baş katibi tərəfindən birbaşa və ya dolayısı ilə dəstəklənsə də, sonradan qəbul edilən bu prosesə qarşı qəbul edilən qərarlar bilinməz, görünməz qüvvələrin varlığından şübhələnməyə, yaxud onların varlğını ehtimal etməyə əsas verir. Başqa sözlə, dünyanı görünən dövlət başçıları və siyasi qüvvələr deyil, daha çox bilinməyən əllərin, böyük maraqların idarə etdiyi daha aşkar hiss olunmaqdadır.

ABŞ prezidenti Donald Tramp, NATO-nun baş katibi Yens Stoltenberq, İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin, Çin dövlətinin rəsmiləri və s. Türkiyənin ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Oktyabrın 14-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməzə, habelə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinə, eləcə də Milli Müdafiə Nazirliyinə sanksiyia tətbi edib. Həmin şəxslərin ABŞ-dakı bank hesabları dondurulub. Adları çəkilən dövlət məmurları və qurumları ilə əməkdaşlıq qadağan edilib. ABŞ-ın maliyyə naziri Steven Mnuçin lazım gəlsə əlavə sanksiyalar tətbiq etməyə də hazır olduqlarını bildirib. ABŞ-ın dövlət katibi Maykl Pompeonun imzasının da olduğu mətndə Türkiyənin əməliyyatı davam etdirməsinin bölgədə potensial olaraq “fəlakətli nəticələri ola biləcəyi” də vurğulanıb.

Donald Tramp oktyabrın 14-də Türkiyəyə qarşı böyük sanksiyanın tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edib: “Polada tətbiq olunan gömrük vergisi 50 faizə qaldırılacaq, Türkiyə ilə 100 milyard dollarlıq ticarət anlaşmaları ilə bağlı müzakirələr dayandırılacaq”. Vitse-prezident Maykl Pens sanksiya tətbiqindən sonra bildirib ki, ABŞ Türkiyənin Suriyaya “müdaxiləsinə yaşıl işıq yandırmayıb”. Onun sözlərinə görə, Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışaraq atəşkəs istəyib. Vitse-prezident böhranı həll etmək üçün ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Konan Kristofer Obrayenlə birlikdə Türkiyəyə səfər edəcəklərini də vurğulayıb: “ABŞ Türkiyənin Suriyaya müdaxiləsinə göz yummayacaq. Türkiyəyə əməliyyatları dayandırmağa və anlaşma masasına oturmağa çağırırıq. Türkiyə masaya oturana və əməliyyatı dayandırana qədər sanskiyalar davam edəcək”. O, hazırda terrorçu PKK/YPG-PYD-nin özünə “paytaxt” yaratdığı Suriyanın Ayn-əl-Ərəb (Kobani) şəhərinə Türkiyənin “hücum etməyəcəyinə” təminat verməsini istəyib. M.Pens həmçinin Tramp və Ərdoğanın gələn ay görüşəcəyi ilə bağlı qərar qəbul edilmədiyini də vurğulayıb. Qeyd edək ki, Donald Tramp noyabrın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirmişdi.

ABŞ liderinin dəfələrlə “Türkiyə bizim NATO-dakı strateji müttəfiqimizdir”, “Türkiyə ilə savaşacağımızmı düşünürlər?” kimi bəyanatlar vermişdi. Bir həftə əvvəl isə Donald Tramp bildirmişdi ki, ABŞ-ın Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu bir çox insan unudur: “Türkiyə faktiki olaraq bizim “F-35” qırıcılarımızın polad konstruksiyasını düzəldir. Onlar Suriyanın İdlib əyalətində çoxlu sayda insan həyatını xilas edərək geri qayıdıblar. Mənim xahişimlə rahib Branson uzunmüddətli həbsdən sərbəst buraxılıb. Eləcə də bunu da yadda saxlamaq vacibdir ki, Türkiyə NATO-nun çox yaxşı nüfuza malik üzvüdür”.

Hər halda ABŞ-ın bu addımı çox təzadlıdır. NATO tarixində görünməyən hadisədir. Ağ Ev ərazi bütövlüyünə təhdidin qarşısını aldığı üçün NATO-nun üzvünə, Türkiyəyə qarşı sanksiya tətbiq edib. Ştatların Türkiyədəki İncirlik hərbi bazasında 50 nüvə başlığı var. Belə bir ölkənin ərazisi isə terrorçu PKK/YPG-PYD-nin top mərmisi hücumuna məruz qalır. Deməli, belə çıxır ki, Ağ Ev üçün nüvə başlıqlarının taleyi əhəmiyyətli deyil. Yoxsa onları Türkiyədən çıxarmağı planlaşdırır? ABŞ bu başlıqları hara aparacaq? Riskli və terrorçuluğu dəstəkləməkdə ittiham olunan ərəb dövlətlərinə, yoxsa terrorçu PKK/YPG-PYD-nin işğal etdiyi əraziyə? Bəlkə PKK-nın düşərgəsi yerləşən Qandil dağına yerləşdirəcək? Bu, necə müttəfiqlikdir? ABŞ nüvə başlıqlarının daşısa, Türkiyə ilə arasındakı strateji müttəfiqlik başa çatar.

NATO Türkiyənin üzləşdiyi vəziyyətə uyğun olaraq təşkilatın 5-ci maddəsini tətbiq etməkdənsə, onun sanksiyaya məruz qalmasına imkan verir, göz yumur. Yeri gəlmişkən, Türkiyə 1952-ci il fevralın 18-də Şimali Atlantika Alyansına üzv qəbul olunub. Ötən illər ərzində Türkiyə alyansın maraqlarını müdafiə edib. Koreya müharibəsindən tutmuş soyuq müharibə, Əfqanıstan savaşı, İŞİD, "əl-Qaidə" terrorçu qruplaşmalarına qaşrı birgə mübarizədə ABŞ başda olmaqla NATO dövlətləri ilə birlikdə fəaliyyət göstərib. Ancaq indi Türkiyənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təhdidlə üz-üzədir. 5-ci maddə unudulub. Bu maddəyə əsasən, üzv ölkələrdən biri təcavüzə, o cümlədən terror hücumuna məruz qalarsa, hərbi ittifaq həmin dövlətə yardım etməlidir. İndiki halda bu maddənin Türkiyənin müdafiəsi ilə bağlı tətbiq edilməsi vacib sayılır. NATO-nun Türkiyənin başına gələnlərlə bağlı sükut etməsi başqa ehtimalların irəli sürülməsinə səbəb olur. Alyansın və ABŞ-ın davranışından Türkiyənin NATO-dan çıxarılacağı qənaətinə də gəlmək olar.

Dünyada xüsusilə Qərb blokuna aid media antiterror əməliyyatına qarayaxmağa çalışır. ABC telekanalı ABŞ-ın hərbi təlimini Türkiyənin Suriyadakı əməliyyatı kimi təqdim edib. Buna oxşar çoxsaylı nümunələr var. Bunu qeyd etməkdə məqsəd Qərb KİV-inin və elektron informasiya vasitələrinin jurnalistin peşə əxlaqına əməl etmədiyini, siyasi oyunların alətinə çevrildiyini göstərməkdir.

Türkiyə ABŞ-ın terrorçu PKK/YPG-PYD-yə yüzlərlə TIR silah-sursat, hərbi texnika verməsini dəfələrlə bildirib. Bu arada Fransanın “Lafarge” tikinti materialları şirkətinin də PKK ilə əməkdaşlığı ortaya çıxıb. Bu şirkətin mərkəzi Parisdə yerləşir. Şirkət Suriyada qalıb fəaliyyət göstərmək üçün terrorçu İŞİD-ə “vergi” verib. 2018-ci il iyunun 28-də “Lafarge” insanlığa qarşı cinayətin törədilməsində və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunmuşdu. Demokratlar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintonun bu şirkətlə sıx əlaqəsi olduğuna dair də xəbərlər var. Bundan başqa, şirkət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə gizli silah satışı üçün əlaqədə olmaqda da ittiham olunur. Deməli, PKK müdafiə olunub, Türkiyəyə sanksiyanın tətbiq edilməsi heç də dövlət başçılarının rəsmi Ankara ilə münasibətlərindən asılı deyil.

Türkiyə öz ərazisini müdafiə etdiyi üçün sanksiyaya məruz qalıb. 1992-ci ildə Azərbaycan Dağlıq Qarabağda suveren hüquqlarının pozulmasını bərpa etmək istəyəndə ABŞ Konqresi tərəfindən sanksiyaya məruz qalıb. "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907 saylı düzəliş qəbul olunub. Həmin düzəlişə görə, guya Azərbaycan Dağlıq Qarabağı “işğal edib", Ermənistanı "blokada"ya salıb. Düzəlişin müəllifi senator Con Makkeyndir. Sonradan senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülmüşdü. Mərhum senator Riçard Luqar (İndiana ştatı) düzəlişin əleyhinə çıxış etsə də, Konqres tərəfindən qəbul edildi. ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğvinə qarşı çıxış etmişdi. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi. Bununla belə, “düzəliş” indiyədək ləğv edilməyib.

Nəhayət, Ağ Evin Ankaraya qarşı sanksiyasının əsasında başqa bir detal da dura bilər. ABŞ prezdenti Suriyadan hərbçilərini çıxarmaq barədə sənəd imzalayıb. Donald Tramp isə axmaq və sonu bilinməyən savaşlardan bezdiklərini bildirir. Bu məntiqlə ABŞ çox qısa zamanda Suriyadan çıxmalıdır. Çünki ABŞ Suriyaya hərbçilərini 30 günlüyə ezam etmişdi. Vaşinqton rəsmiləri Suriyada İŞİD-in kökünü kəsdiklərini də bildirir. Bu halda ABŞ hərbçilərinin Suriyada nə işi var? Odur ki, qanunlar Ştatların Suriyadan çıxmasını tələb edir. Ancaq qalmaq üçün səbəb və ya bəhanəyə ehtiyac yaranıb. Bunu isə onlara terrorçu PKK/YPG-PYD verir. Belə çıxır, terrorçuya qarşı mübarizə aparmaq üçün Suriyaya müdaxilə edən ABŞ indi də “insan haqları"nı əlində bəhanə tutaraq başqa bir terrorçunu - PKK-nı dəstəkləməklə bölgədə mövcudluğunu qorumaq istəyir. Bunu bəhanəsiz etmək üçün isə təhlükəsizlik bölgəsinin yaranmasında Türkiyə ilə əməliyyata birgə qatılmaq yetərli olardı. Görünür, məsələnin belə sadə həlli daha çox qarışdırıb daha çox qazanmağa mane olur.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Göyçayda 25 yaşlı oğlan özünü asıb
Bu gün, 10:41
“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik” - TƏHLİL
Bu gün, 10:40
“COVİD-19-a qarşı vaksin yarada bilməyəcəklər” - Rəşid Mahmudovdan SOS
Bu gün, 10:37
“Royal Bank”ın rəhbərlərinin məhkəməsi başladı
Bu gün, 10:36
Daha bir sığorta şirkəti BÖHRAN HƏDDİNDƏ... - 21 min manata yaxın vergi borcu var
Bu gün, 10:36
Murad Arifə "MTV Azərbaycan”da vəzifə verildi
Bu gün, 10:33
Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb
Bu gün, 10:28
Sahil Babayevin kadrı karantini pozdu: - Həbs olunacaqmı?
Bu gün, 10:26
Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
Bu gün, 10:23
Gürcüstan ermənilər üçün sərhədlərini açmayacaq
Bu gün, 10:20
Rusiyaya səs salan azərbaycanlı müğənni: - “Gəncədə dörd manata ofisiant işləyirdim”
Bu gün, 10:19
Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı
Bu gün, 10:13
“Bakı Dəmir Beton-8”in rəhbəri dəyişəcək
Bu gün, 10:02
Oğuzda şəlaləni kim özəlləşdirib? - VİDEO
Bu gün, 10:00
Klinika sahibinin qətl törədən oğlu hakim qarşısına çıxarıldı
Bu gün, 09:58
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi
Bu gün, 09:52
Bakıda 19 yaşlı oğlan bıçaqlanıb
Bu gün, 09:49
Deputatla baş redaktor arasında QALMAQAL - "“Dədə Qorqudluq” missiyasını üzərlərinə götürürlər..."
Bu gün, 09:48
Abid Şərifovun şirkəti işçi haqqı yeyir - NARAZILIQ...
Bu gün, 09:36
Bakıda qadın küçədə döyülüb, çantası oğurlanıb
Bu gün, 09:32
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:30
Ağstafada vətəndaşları kimlər narazı salıb? - GƏLİŞMƏ
Bu gün, 09:26
Neft yenidən bahalaşıb
Bu gün, 09:24
“AKKORD”un ölçüyəgəlməz fırıldaqları... – Bürhan Məmmədov ağ yalan danışır!
Bu gün, 09:22
Cavid Qurbanovun layihəsi vətəndaşın başında çatlayır... - ADY-nin pulumu qurtarıb?
Bu gün, 09:15
Dahi Asəf Zeynallının məzarı - "Onun da qohumu mühüm bir vəzifədə olsaydı"
Bu gün, 09:12
“Məxməri” baş nazir özünü izolə etdi: məsələdə “Moskva izi” varmı? - TƏHLİL
Bu gün, 09:10
"Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir"
Bu gün, 09:09
Xətaidə daha bir qanunsuz tikilinin təməli qoyulur - GİLEY
Bu gün, 09:05
Mahmudovların 200 milyon manatlıq varidatları əllərindən çıxacaq - ekspert danışır
Bu gün, 09:03
Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçiriləcək - Bu gün
Bu gün, 09:02
“Sosial şəbəkələrə nəzarət texniki baxımdan olduqca çətindir”
Bu gün, 08:59
Sülh tərəfdarı olması Azərbaycanın heç vaxt müharibə variantına əl atmayacağı demək deyil - GƏLİŞMƏ
Bu gün, 08:54
Nazir oğlunun Nyu-Yorkda aldığı evlə bağlı daha bir açıqlama - FOTO
Bu gün, 08:53
Əli Həsənovun oğlu kollektivlə sağollaşdı
Bu gün, 08:51
“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Bu gün, 08:48
ABŞ-ın 40 şəhərində komendant saatı elan olundu
Bu gün, 08:46
Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə VERDİ
Bu gün, 08:45
Maşın bazarlarında durğunluq - müştəri yox, qiymət baha
Bu gün, 08:43
Ucarda fermerlər Allahın ümidinə buraxılıb... - "...çıxılmaz vəziyyətə düşmüşük"
Bu gün, 08:42
«MuğanBank» ASC-də qalıq borcları "balalayır"? - GİLEY
Bu gün, 08:39
Koronavirus Azərbaycana nə qədər zərər vurub - GƏLİŞMƏ
Bu gün, 08:35
Fotoqraf Renkanın "stilisti" oldu
Bu gün, 08:33
Yevlaxda Beynəlxalq Uşaq Günü keçirildi
Bu gün, 08:31
Şəkidə bir neçə həmkəndli arasında dava olub, xəsarət alanlar var
Bu gün, 08:26
Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü
Bu gün, 08:24
Bu gün dollar neçəyədir?
Bu gün, 08:22
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
Dünən, 18:14
“Vüqar Səfərli həbs olunmalıdır” - deputat
Dünən, 18:06
“Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru