Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb .....                     Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir .....                     Ermənistanda 100 polis koronavirusa yoluxub .....                     Bayramovların biri də təhsili batırır... .....                     “AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” .....                     Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər .....                     Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb .....                     8 iyunda dollar neçəyə olacaq? .....                     ReAL lideri ÇAĞIRIŞ ETDİ .....                     Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb .....                     AKİA-nın daha bir tender müəmması .....                     Afina Türkiyəyə niyə meydan oxudu? .....                     Kürdə batan bir nəfərin axtarışları davam etdirilir .....                     “Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib .....                     Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı .....                     Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu .....                     “Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” .....                     Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, .....                     Yeni Yasamalda yanğın olub .....                     “Böyük qayıdış” proqramı işə salınıb: .....                     Paşinyanın ölməkdən başqa yolu qalmayıb .....                     “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” .....                     Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər .....                     Ağstafada 60 yaşlı kişi intihar edib .....                     KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? .....                     Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq .....                     "Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək .....                     Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür .....                     Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu .....                     "Yaşadığımız mühitə birlikdə dəyər veririk, ətraf mühit gününü də birlikdə qeyd etməliyik" .....                     Qidaya yararsız 4 ton at ətini mal əti adı altında satmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar .....                     Tərcüməçi Həmzəli İlyas vəfat edib .....                     “Hesablama Palatasının rəyinin bir hissəsi ilə qəti razı deyilik” .....                     Təşvişə əsas yoxdur! .....                     Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində .....                     Tarix yenidən yazılır .....                     Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi .....                     Yanacaq sənayesini qarşısıalınmaz tənəzzül gözləyir... .....                     Səfər Əbiyev əsgərlərin həyatına necə qəsd edirdi? .....                     "O kəndin adı türk adıdır" .....                 

“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? - TƏHLİL
Tarix: 14-10-2019, 15:44 | Çap et
“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi?
Ukrayna prezidenti Vladimir Zelenski “Ştaynmayer formulu”na razılıq verəndən sonra Kiyevin mərkəzi meydanında 10 minə yaxın etirazçı bu qərara qarşı çıxdı. Onlar bu addımı Ukraynanın məğlubiyyəti kimi qiymətləndirdilər.
Aralarında keçmiş prezident Pyotr Poroşenkonun da olduğu mitinqdə etirazçılar “Kapitulyasiyaya yox”, “Zemokratiya, rədd ol”, “Nökər, çıx - Xalq gəlib” kimi şüarlar səsləndiriblər. Kiyevdən başqa Ukraynanın daha 10 şəhərində bu tip aksiyalar keçirilib. Etiraz aksiyalarına Ukraynanın demək olar ki, bütün müxalif partiyaları qoşulub.

Qeyd edək ki, oktyabrın 1-də Ukrayna prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Donbas münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin iştirakçıları ilə “Ştaynmayer formulu”na razılıq verdiklərini açıqlamışdı. Almaniyanın keçmiş xarici işlər naziri və hazırki prezidenti Frank Valter Ştaynmayer tərəfindən irəli sürülmüş “Ştaynmayer formulu” mərhələli şəkildə Donbas münaqişəsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər planıdır və ilkin mərhələdə Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsi nəzərdə tutulur. Zelenskinin bildirdiyinə görə, xüsusi statusla bağlı bu ilin sonunadək qanunvericilik aktı hazırlanacaq.

Hələ 2015-ci ilin fevral ayında münaqişənin tənzimlənməsi ilə bağlı Fransa, Almaniya, Rusiya və Ukraynanın liderlərinin bir gün davam edən danışıqlarından sonra Donbasda münaqişənin nizamlanması üçün “Minsk razılaşmalarının icrası üzrə kompleks tədbirlər” planı qəbul olundu. Həmin sənədə əsasən, Ukrayna konstitusiya islahatı keçirməli və Donbasdakı bəzi ərazilərin xüsusi statusunu tanımalı idi. Rusiya və onun nəzarətində olan qüvvələr isə Ukraynanın Rusiya ilə sərhəddi üzərindəki nəzarəti Kiyevə təhvil verməli idilər. Lakin planın icrası üzrə konkret mexanizmlərin mövcud olmaması ciddi mübahisələrə səbəb oldu.

Nəticədə regionda sülhün bərqərar edilməsi mümkün olmadı. Halbuki, həmin razılaşmaya əsasən 2015-ci ilin sonuna kimi məsələ öz həllini tapmalı idi. Məhz bu səbəbdən Almaniyanın xarici işlər naziri Ştaynmayer öz kompromis variantını irəli sürdü. Təklif ondan ibarət idi ki, xüsusi status haqqında qanun müvəqqəti qüvvəyə minir və qondarma Donetsk və Luqansk Respublikalarında ATƏT-in müşaiyətilə Ukrayna qanunvericiliyinə əsasən seçkilər keçirilir. Əgər ATƏT seçkilərin tam şəffaf və qanunvericiliyə uyğun olduğunu bəyan etsə, xüsusi status haqqında qanun həmişəlik qüvvəyə minir, hərbi əməliyyatlarda iştirak edənlərlə bağlı amnistiya elan olunur və Rusiya-Ukrayna sərhəd zonası Kiyevin nəzarətinə qaytarılır.

İlkin mərhələdə Ukrayna tərəfi bu təkliflə razılaşmırdı. Kiyev tələb edirdi ki, seçki keçirilməmişdən əvvəl Donbas ərazisindən bütün xarici dövlətlərin hərbi qüvvələri çıxarılsın, atəşkəs tam təmin olunsun, Rusiya-Ukrayna sərhəd zonası üzərində nəzarət Kiyevə qaytarılsın və Ukrayna Mərkəzi Seçki Komissiyasının bu ərazidə işi təmin olunsun. Lakin Rusiya Ukraynanın bu tələbləri ilə razılaşmadı və məhz bu səbəbdən dövlət başçılarının “normand formatı”nda görüşü baş tutmadı. Rusiya tərəfi Ukraynanın “Ştaynmayer formulu”na razılıq verəcəyi təqdirdə “normand formatı”nda görüşə qatılacağını bildirdi. Kiyevin “Ştaynmayer formulu”na razılıq verməsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda Putinlə Zelenskinin görüşü baş tutacaq.

Ukraynanın formal olaraq ərazi bütövlüyünü təmin edəcək bu plana Kiyevin uzun müddətdir skeptik yanaşması başa düşüləndir. Birincisi separatçı qüvvələrin nəzarətində olan ərazilərdə keçiriləcək seçkilərdə rusiyayönümlü siyasətçilərin qalib gələcəyi şübhəsizdir. Digər tərəfdən, bu ərazilərə xüsusi statusun verilməsi və seçkilərin Kiyev tərəfindən tanınması gələcəkdə tanınmamış respublikalar üçün müstəqillik iddiası ilə çıxış etmələrinə əsas yaradır. Ukraynanın sürətlə qərbləşməsi bu prosesin qarşısını almaq üçün mövcud “qeyri-rəsmi” təsir vasitələrini Kiyevin əlindən alır. Belə olan halda, Donetsk və Luqansk tanınmamış respublikaları gələcəkdə referendum yoluyla müstəqillik tələb edə bilərlər və Kiyev bu prosesə mane olmaq üçün güc faktorundan istifadə edə bilməyəcək. Rusiya isə öz növbəsində məhz bu faktordan faydalanaraq, Ukrayna siyasətinə təsir göstərmək imkanı əldə edəcək. Bundan əlavə, Rusiya Avropa ölkələrinin sanksiyalarından qurtulacaq. Çünki Minsk razılaşmalarının icrası bunu tələb edir.

Zelenskinin bu plana razılıq verməsinin əsas səbəbi, təbii ki, ilk növbədə nəyin bahasına olursa-olsun, sülh əldə etməkdir. O, prezident seçkisi ərəfəsində münaqişəni qısa zamanda həll edəcəyinə söz vermişdi. Digər tərəfdən, münaqişənin həllində maraqlı olan Avropa ölkələrinin də etimadını qazanmaq Zelenski üçün hazırda prioritet məsələlər sırasındadır. Amerika prezidenti Donald Trampla telefon danışığı zamanı Avropa liderlərindən gileylənən Zelenski bu yolla itiririlmiş etibarı qazanmağa ümid edir.
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb
Bu gün, 17:28
Mina sinəsinin ona məxsus olmadığını deyənlərə səsləndi: - "Həkimə gedək, yoxlatdırım"
Bu gün, 17:28
Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir
Bu gün, 17:26
Ermənistanda 100 polis koronavirusa yoluxub
Bu gün, 17:16
Bayramovların biri də təhsili batırır... - İTTİHAM
Bu gün, 17:13
“AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” - deputat
Bu gün, 17:12
“Bəsdir də qan içdiniz!” - QALMAQAL
Bu gün, 17:09
Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər
Bu gün, 17:08
Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb
Bu gün, 17:06
8 iyunda dollar neçəyə olacaq?
Bu gün, 17:01
"Parni iz Baku"nun aktyoru vəfat etdi - FOTO
Bu gün, 16:58
ReAL lideri ÇAĞIRIŞ ETDİ - "İqtidar səhv edə bilər..."
Bu gün, 16:56
Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
Bu gün, 16:54
Rusiyanın Xalq artisti koronavirusdan öldü - Biz də yaxşı tanıyırdıq
Bu gün, 16:52
AKİA-nın daha bir tender müəmması - İLGİNC
Bu gün, 16:49
Afina Türkiyəyə niyə meydan oxudu?
Bu gün, 16:44
Kürdə batan bir nəfərin axtarışları davam etdirilir - FHN
Bu gün, 16:40
“Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib
Bu gün, 16:39
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
Bu gün, 16:38
Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu
Bu gün, 16:05
“Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı
Bu gün, 16:02
"Şad xəbər verdilər mənə ki, nəticə neqativdir"
Bu gün, 16:01
Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, 3-nün axtarışları davam etdirilir
Bu gün, 15:59
Yeni Yasamalda yanğın olub - VİDEO
Bu gün, 15:56
“Böyük qayıdış” proqramı işə salınıb: - “30 il əvvəlki səhvlərə yol verməyəcəyik”
Bu gün, 15:51
Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət
Bu gün, 15:50
“Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri
Bu gün, 15:48
“Xalq artisti adını pulla satırdı” – Kamil Əbülfəs Qarayevdən danışdı
Bu gün, 15:44
Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər - SİYAHI
Bu gün, 15:42
"Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib, əri işə piyada gəlmişdi, indi ''BMW''-də gəzir — Nadir Əzimovdan SƏRT AÇIQLAMALAR
Bu gün, 15:41
Ağstafada 60 yaşlı kişi intihar edib
Bu gün, 15:37
KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri
Bu gün, 15:34
Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq
Bu gün, 15:29
"Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək
Bu gün, 15:21
Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür
Bu gün, 15:20
Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu - VİDEO
Bu gün, 15:17
"Yaşadığımız mühitə birlikdə dəyər veririk, ətraf mühit gününü də birlikdə qeyd etməliyik" - ETSN rəsmisi
Bu gün, 13:36
Qidaya yararsız 4 ton at ətini mal əti adı altında satmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar - ŞOK FOTOLAR
Bu gün, 13:34
Farslar mahnımızı BELƏ OĞURLAYIB - VİDEO
Bu gün, 13:31
Tərcüməçi Həmzəli İlyas vəfat edib
Bu gün, 13:21
“Hesablama Palatasının rəyinin bir hissəsi ilə qəti razı deyilik” - Maliyyə naziri
Bu gün, 13:19
Təşvişə əsas yoxdur! - “Nə qida qıtlığı var, nə də dərman...”
Bu gün, 13:16
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində MDB məkanında 1-ci yerdədir
Bu gün, 13:15
Tarix yenidən yazılır — Ali Baş Komandandan cəbhə bölgəsində işğalçıya MESAJ
Bu gün, 13:12
Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi
Bu gün, 13:10
"Özümü toparladım ki, belə üzülə-üzülə olmaz"
Bu gün, 13:03
Yanacaq sənayesini qarşısıalınmaz tənəzzül gözləyir... - BİR NEÇƏ AMİL VAR
Bu gün, 12:59
Səfər Əbiyev əsgərlərin həyatına necə qəsd edirdi? - ŞOK FAKTLAR
Bu gün, 12:56
"O kəndin adı türk adıdır" - deputat
Bu gün, 12:54
Bakının mərkəzində silahdan havaya atəş açan şəxs tutulub
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru