Əbülfəs Qarayev işdən çıxarıldı .....                     Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi .....                     İt döyüşü təşkil edənlər barəsində .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb .....                     28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat .....                     Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi .....                     Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir .....                     Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb .....                     İyunun 1-dən yas mərasimlər belə keçiriləcək .....                     Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? .....                     Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi .....                     “Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir .....                     "Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq" .....                     Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR .....                     Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib .....                     Bakı əhalisinin sayı açıqlanıb .....                     Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı .....                     Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? .....                     "Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” .....                     Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında .....                     Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub .....                     "Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" .....                     “Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” .....                     "Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" .....                     Ceyhun Bayramov necə yeyir... .....                     Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi .....                     Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub .....                     Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb .....                     Sabahdan Türkiyədə məscidlər açılacaq .....                     “İlk addımı Rusiyadan gözləmək düzgün deyil” .....                     Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir .....                     Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... .....                     Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı .....                     Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi .....                     Eldar Əzizov Tağıyevi rəis təyin etdi .....                     İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin .....                     Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək .....                     Əli Həsənov mediadan birdəfəlik gedir .....                     İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya .....                     Mülayim cənub küləyi əsəcək .....                 

Azərbaycan Prezidenti və Birinci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb
Tarix: 14-10-2019, 14:44 | Çap et
Azərbaycan Prezidenti və Birinci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

"Report"un məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.

Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.

Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu həmçinin Əli Əsədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Teymur Kərimli və Elçin Babayev də imzalayıblar.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əbülfəs Qarayev işdən çıxarıldı
Bu gün, 02:40
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi - VİDEO
Dünən, 19:41
İt döyüşü təşkil edənlər barəsində HƏBS QƏRARI ÇIXARILDI
Dünən, 19:37
Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb
Dünən, 19:34
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
Dünən, 19:32
Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi
Dünən, 19:02
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT
Dünən, 18:56
Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb - Bakı polisi
Dünən, 18:51
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək - VİDEO
Dünən, 18:31
Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? - GƏLİŞMƏ
Dünən, 18:14
Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi - FOTO
Dünən, 18:00
"Kimsə anlamırsa, başını müalicə etdirsin"
Dünən, 17:50
“Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir
Dünən, 17:42
"Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq"
Dünən, 17:40
Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"
Dünən, 17:37
Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib
Dünən, 17:34
Bakı əhalisinin sayı açıqlanıb
Dünən, 17:32
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı
Dünən, 17:16
Nadir Qafarzadə övladlığa uşaq götürür
Dünən, 17:13
Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? - TƏHLİL
Dünən, 17:01
"Sizi döyən ərdən boşanın" - Xalq artisti
Dünən, 16:54
"Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” - ekspert
Dünən, 16:50
Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında QƏRAR VERDİ
Dünən, 16:46
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub
Dünən, 16:36
"Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" - Səfir
Dünən, 15:51
“Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” – İqtisadçıdan TƏKLİF
Dünən, 15:34
"Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" - deputat
Dünən, 15:28
Ceyhun Bayramov necə yeyir... - İTTİHAM
Dünən, 15:21
Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi - FOTO
Dünən, 15:07
Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub
Dünən, 14:58
Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb - VİDEO
Dünən, 14:56
Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: - “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”
Dünən, 14:50
Sabahdan Türkiyədə məscidlər açılacaq
Dünən, 14:43
“İlk addımı Rusiyadan gözləmək düzgün deyil” - Peskov
Dünən, 14:41
Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir - VİDEO
Dünən, 14:19
Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... - Akop Koçaryan
Dünən, 14:15
Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
Dünən, 14:01
“Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm”
Dünən, 13:59
Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 13:49
Eldar Əzizov Tağıyevi rəis təyin etdi - Bir Tağıyev getdi, o biri Tağıyev gəldi...
Dünən, 13:38
"Müğənnilər niyə ağlayırlar?"
Dünən, 13:34
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi
Dünən, 13:32
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək - Xəbərdarlıq...
Dünən, 13:18
Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA
Dünən, 13:11
Cahangir Məmmədlinin canlı yayımda halı pisləşdi - VİDEO
Dünən, 13:03
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Dünən, 12:59
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:53
"İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR - NARAZILIQ...
Dünən, 12:47
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Dünən, 12:46
"Oxusunlar, ancaq musiqimizi korlamasınlar" - Xalq artisti
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru