Saxta mühacirlər Bakıda .....                     Müxalifətin "miqrant alveri" cəmiyyət qarşısında ifşa edildi .....                     Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb .....                     Tərtərdə körpə doğuş zamanı ölüb .....                     Məktəblilərin payız tətili başlayır .....                     Ağdaşda qadın əməliyyatdan sonra ölüb .....                     “AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür” .....                     Xəzər rayonu Türkan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib .....                     Qusarda 40 yaşlı kişi itkin düşüb .....                     Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir .....                     Bu gün Tiflisdə parlamentin qarşısında etiraz aksiyası davam etdiriləcək .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neftin bahalaşması davam edir .....                     Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb .....                     Nazir yəqin burada baş verənlərdən xəbərsizdir... .....                     Xətaidəki yanğında zəhərlənənlər evə buraxılıb .....                     Balakəndə pul mübahisəsi qətllə nəticələnib .....                     Ölkədə antikorrupsiya həbsləri başlayır .....                     İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər .....                     Avropada qanunsuz mühacirlər hansı ölkələrə sığınıb .....                     “İki od” arasında oynayan Ermənistan və... .....                     Beyləqan sakini çarəsiz durumda... .....                     Sahil Babayevin kadrlarından daha bir GİLEY .....                     Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları .....                     Saakaşvili Gürcüstanda növbədənkənar seçkilər tələbini dəstəkləyib .....                     Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə... .....                     Azərbaycanlı jurnalistin erməni qızlarla FOTOSU yayıldı .....                     Ermənistanda atışma olub, xəsarət alan var .....                     Paşinyan üzünü Moskvaya çevirdi .....                     Aygündən Nyu Yorkda yeni layihə: “Ehtiyacım var” .....                     Bakıda 43 yaşlı kişi məscidin qarşısında döyülüb .....                     Banklar ölkəyə pul axınının qarşısını alır .....                     Elmira Süleymanova istefa ərizəsi yazıb .....                     Azərbaycan millisi AVRO-2020-də oynamaq şansını itirib .....                     Ermənistan parlamentinin keçmiş deputatı və oğlu saxlanılıb .....                     Nazir Həzi Aslanovun yerinə onu təyin etdi .....                     Bakının Xətai rayonunda baş vermiş yanğın zamanı xəsarət alanların şəxsiyyəti məlum olub .....                     Bakıda 54 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb .....                     Röya və Fərid yenə də bir arada .....                     "18 mərtəbəli binada baş vermiş yanğın zamanı 6 mənzil yanıb, yanğın söndürülüb" .....                 

“Türk-kürd düşmənçiliyini qızışdıranlardan biri ermənilərdir” - deputat
Tarix: 14-10-2019, 12:58 | Çap et
“Türk-kürd düşmənçiliyini qızışdıranlardan biri ermənilərdir”
“Bu gün yanlış olaraq bəzi ölkələr Türkiyənin kürdlər əleyhinə əməliyyatlar apardığını deyirlər. Ancaq qardaş Türkiyə kürdlərə deyil, terrorçulara qarşı mübarizə aparır və bu yolda onu kimsə durdura bilməz”.
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib.

“Terror təşkilatlarına daxil olaraq türk-kürd düşmənçiliyini qızışdıranlardan biri də ermənilərdir”- deyən Musa Qasımlı əlavə edib ki, sovet xarici kəşfiyyat materialları əsasında yazdığım və səkkiz il əvvəl İstanbulda dərc edilmiş “Taşnakların Türkiye aleyhine olan ayaklamalarda kürtleri kullanmaları” adlı məqaləmdəki (Tarih. Türk dünyası dergisi. İstanbul, 2011, Eylül, Cilt 50. Sayı 297, s. 53-55) faktlar deyilənləri sübut edir. “Məqalənin Azərbaycan dilində olan versiyasını mənbələri göstərmədən sizlərə təqdim edirəm. Mənbələrə əmin olmaq istəyənlər jurnalı oxuya bilərlər.

“Daşnakların Türkiyə əleyhinə qiyamlarda kürdlərdən istifadə etməsi (XX əsrin 20-30-cu illəri)”- o qeyd edib.

Millət vəkili bildirib ki, bu gün Türkiyəyə qarşı PKK terroru xeyli şiddətlənib. “Öz növbəsində Türkiyə PKK-ya ağır zərbələr vurur. Artıq neçə illərdir ki, öldürülən terrorçular arasında sünnət olunmayan şəxslərə rast gəlindiyinə dair müəyyən məlumatlar yayılır. Bunların erməni olduğu deyilir. Doğrudanmı PKK-nın daxilində ermənilər vardır? Ən mötəbər arxiv sənədləri göstərir ki, ermənilərin Türkiyəni zəiflətmək üçün istifadə etdiyi vasitələrdən biri də kürd qiyamlarını qızışdırmaq olub. Elə isə tarix nə deyir?”

Deputat onu da qeyd edib ki, ötən əsrin 20-30-cu illərin də ermənilər Türkiyə dövlətini zəiflətmək və Anadolunda öz istəklərinə nail olmaq üçün müxtəlıif vasitələrdən istifadə edirdilər: “Bunlardan biri kürdlərin qiyamlarını qızışdırmaq idi. 1925-ci ildə Diyarbəkirdə Şeyx Səid başda olmaqla bir qrup adam Türkiyədə qurulan Cümhuriyyət quruluşuna qarşı çıxış edərək xəlifəliyi bərpa etmək üçün qiyama başladı. Ancaq tarixi sənədlər göstərir ki, bu qiyamın bir sıra pərdəarxası tərəfləri vardır. Belə ki, Türkiyəni zəiflətmək üçün Daşnaksütyün Partiyası bu qiyamı qızışdırmış və kürdləri zəiflədərək həmin ərazilərə sahib olmaq üçün fəaliyyətlər göstərmişdir. Belə ki, SSRİ xarici kəşfiyyatının məlumatlarına görə, Şeyx Səidin üsyanında daşnak agenti Gevork Xalacyan fəal iştirak etmişdi. O, qiyamın genişlənməsi üçün bütün səylərini göstərmişdi. Lakin qiyam yatırıldı. Şeyx Səid 46 yoldaşı ilə birlikdə həbs olundu və məhkəmənin hökmü ilə edam edildi.

Sovet xarici kəşfiyyatının ələ keçirdiyi bir məktub Daşnaksütyun Partiyasının Qafqaz Döyüş Mərkəzinin rəhbərlərindən biri erməni əsilli polkovnik Cavaxov tərəfindən 1928-ci ildə partiyanın rəhbərliyinə yazılmışdı. Burada o, ermənilərin kürdlərin qiyamlarına yardım etməsini təsdiqləyir və qeyd edirdi ki, ermənilərlə türklər arasında tarixi qan düşmənçiliyi vardır, onu heç nə ilə söndürə bilməzsən. Ermənilər Türkiyə əleyhinə olan hər hansı bir hərəkata yardım edəcəklər. Təki bu hərəkat Türkiyəyə qarşı yönəlsin.

Daşnakların istifadə etdiyi digər bir vasitə kürd qiyamçılarının daxilinə müsəlman ad və soyadları ilə yerləşərək fəaliyyət göstərmək idi. Onlar müsəlman ad və soyadları ilə kürdlərin içərisinə daxil olaraq ölkədə qarışıqlıq yaradır və dövləti zəiflətməyə şalışırdılar. Sovet xarici kəşfiyyatının 1929-cu il 2 avqust tarixli 5№-li agentura məlumatına əsasən Ararat (Ağrı) kürdlərinin görkəmli xadimi olan Zelam bəy SSRİ ilə Türkiyə sərhədinin 15-ci sərhəd sahəsinin komendantı Mamonova məktub göndərərək görüşmək istəmiş və fayda verə biləcəyini demişdi. Sovet kəşfiyyatının məlumatına görə Zelam bəyin əsl adı Artaşes Muradyan idi. Bu məlumatdan aydın olur ki, o, Cəlali və Xaluqanlı kürd tayfaları arasında xeyli məşhur idi. Sovet sərhəd məntəqəsi komendantı onunla görüşə razılıq vermişdi. Sovet sərhəd komendantı ilə görüşə gələrkən Zelam bəy və yanındakı iki nəfər kürd həbs edilərək tərksilah edilmiş, Ermənistan SSR Dövlət Siyasi İdarəsinə göndərilmişdi.

Qeyd etmək lazımdır ki, ermənilərin belə hərəkətləri yeni bir şey deyildi. Onlar əvvəllər də belə üsullardan istifadə etmişdilər. Hələ 1913-cü ilin sentyabrın sonlarından oktyabırn 15-dək Cenevrədə keçirilən Daşnaksütyun Partiyasının qurultayında qəbul edilən qətnamədə yazılırdı: ...3. Partiya üzvlərini Osmanlı imperiyasında polis və məhkəmə idarələrində xidmətə keçirmək. 16. Panislamçı emissarlar adı altında Qafqaza öz adamlarını göndərmək, guya təbliğat yolu müsəlman əhalisini Rusiyaya qarşı qıcıqlandırmaq və üsyana qaldırmaq. Bunun nəticəsində rus hökuməti tərəfindən repressiyalar ediləcəkdir, yekunda müsəlman kütlələri zəifləyəcəkdir, beləliklə, Daşnaksütyun gələcəkdə Qafqazda öz işində müsəlmanların müqavimətinə rast gəlməyəcəkdir; bundan başqa Qafqaz müsəlmanlarının Anadolu türklərinin ermənilərə qarşı fəaliyyətdə birləşməsi təhlükəsi sovuşacaqdır.
30-cu illərdə də əsas diqqəti Türkiyə ermənilərinin azad edilməsinə yönəldən Daşnaksütyun Partiyası hətta kürd üsyançılarına müraciət də etmişdi. Bu müraciəti sovet xarici kəşfiyyatı ələ keçirmişdi. Sovet xarici kəşfiyyatının 1937-ci il 8 noyabr tarixli 4309/İst.084 №-li məlumatında bu barədə müfəssəl informasiya verilirdi. Burada Dersim və Sasunda baş verən kürd qiyamları barədə məlumat verilir və yazılırdı ki, biz ölkə daxilində baş verən prosesləri diqqətlə izləyirik və daxildə fəaliyyət göstərən qüvvələrə bütün vasitələrlə yardım edirik. Daşnaksütyun Partiyasının nümayəndələri hətta Dersimdə Səid Rza ilə görüşüb dost olduqlarını bildirmişdilər. Daşnaksütyun Partiyasının müraciətində yazılırdı: “Bizim rəhbərliyimiz altında və bizim məsləhətlərimizə uyğun olaraq kürd kəndləri, yəni, kürd tayfaları türklərə qarşı mübarizə üçün vahid rəhbərlik altında birləşdilər” . Sovet kəşfiyyat məlumatlarından aydın olur ki, daşnaklar kürd qiyamçılarını pul vəsaiti və ərzaqla da təmin edirdilər. Sovet xarici kəyfiyyat məlumatlarına əsasən hətta kürd-erməni komitəsi də fəaliyyət göstərirdi. Onların məqsədi Türkiyə, İran və İraq torpaqlarında Kürdüstan və Böyük Ermənistan yaratmaq idi”.

M.Qasımlı qeyd edib ki, arxiv sənədləri kürd qiyamlarında erməni daşnaklarının iştirak etdiyini göstərir: “Fikrimizcə, hələ ötən əsrin 20-30-cu illərində mövcud olmuş əlaqələrin bu gün də davam etməsi şübhə doğurmamalıdır.”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta mühacirlər Bakıda - VİDEO
Bu gün, 10:00
Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu
Bu gün, 09:57
Müxalifətin "miqrant alveri" cəmiyyət qarşısında ifşa edildi - deputat
Bu gün, 09:53
Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb
Bu gün, 09:52
“Ərimi əlimdən almaq istəyir”
Bu gün, 09:50
Tərtərdə körpə doğuş zamanı ölüb
Bu gün, 09:43
Məktəblilərin payız tətili başlayır - Sabahdan
Bu gün, 09:42
Ağdaşda qadın əməliyyatdan sonra ölüb
Bu gün, 09:40
“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür” - QALMAQAL
Bu gün, 09:38
Xəzər rayonu Türkan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib
Bu gün, 09:37
Qusarda 40 yaşlı kişi itkin düşüb
Bu gün, 09:35
"Əslində, toydan vergi ödəməməliyik" - Brilliant Dadaşova
Bu gün, 09:34
Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - VİDEOREPORTAJ
Bu gün, 09:29
Bu gün Tiflisdə parlamentin qarşısında etiraz aksiyası davam etdiriləcək
Bu gün, 09:27
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:23
Neftin bahalaşması davam edir
Bu gün, 09:19
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb - GƏLİŞMƏ
Bu gün, 09:18
Nazir yəqin burada baş verənlərdən xəbərsizdir... - İDDİA
Bu gün, 09:17
Xətaidəki yanğında zəhərlənənlər evə buraxılıb
Bu gün, 09:12
Balakəndə pul mübahisəsi qətllə nəticələnib
Bu gün, 09:11
Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...
Bu gün, 09:10
İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər - İnstitut direktoru
Bu gün, 09:07
Avropada qanunsuz mühacirlər hansı ölkələrə sığınıb
Bu gün, 09:05
“İki od” arasında oynayan Ermənistan və... - GƏLİŞMƏ
Bu gün, 09:04
Beyləqan sakini çarəsiz durumda... - "Başçya dəfələrlə müraciət etsəm də..."
Bu gün, 09:02
Sahil Babayevin kadrlarından daha bir GİLEY - "Mən onlara bildirdim ki, bu evdə kirayə qalmıram"
Bu gün, 08:57
Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM
Bu gün, 08:53
Saakaşvili Gürcüstanda növbədənkənar seçkilər tələbini dəstəkləyib
Bu gün, 08:47
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə... - Kəlbəcərli girovların işi yenə yubanır
Bu gün, 08:46
Azərbaycanlı jurnalistin erməni qızlarla FOTOSU yayıldı - "Sağımda dayanan Ani..."
Bu gün, 08:43
Ermənistanda atışma olub, xəsarət alan var
Bu gün, 08:41
Paşinyan üzünü Moskvaya çevirdi - TƏHLİL
Bu gün, 08:41
Aygündən Nyu Yorkda yeni layihə: “Ehtiyacım var”
Bu gün, 08:39
Bakıda 43 yaşlı kişi məscidin qarşısında döyülüb
Bu gün, 08:35
Banklar ölkəyə pul axınının qarşısını alır - GƏLİŞMƏ
Bu gün, 08:34
“Kimisə “Həci” saxlayırsa, iki uşağı varsa, bu, insanlara maraqlı deyil...”
Bu gün, 08:32
Elmira Süleymanova istefa ərizəsi yazıb - Milli Məclisdə müzakirə gözlənilir
Bu gün, 08:28
Azərbaycan millisi AVRO-2020-də oynamaq şansını itirib
Bu gün, 08:27
Ermənistan parlamentinin keçmiş deputatı və oğlu saxlanılıb
Bu gün, 08:25
Nazir Həzi Aslanovun yerinə onu təyin etdi - FOTO
Bu gün, 08:24
Bakının Xətai rayonunda baş vermiş yanğın zamanı xəsarət alanların şəxsiyyəti məlum olub
Bu gün, 08:22
Bakıda 54 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb
Bu gün, 08:21
Röya və Fərid yenə də bir arada
Bu gün, 08:19
"18 mərtəbəli binada baş vermiş yanğın zamanı 6 mənzil yanıb, yanğın söndürülüb" - FHN rəsmisi
Bu gün, 08:15
Səsə-küyə çıxan mühafizəçini boğazından bıçaqladılar
Bu gün, 08:12
Bu gün dollar neçəyədir?
Bu gün, 08:11
Qaregin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır - Zaxarova
Dünən, 18:27
Ağcabədi polisinə yeni rəis müavini təyin olunub
Dünən, 18:25
Mühacir alverinə görə həbs edilən eks-rəis qardaşına 610 min dollar pul “atıb”
Dünən, 18:22
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
Dünən, 18:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru