Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib .....                     MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib .....                     "Bazar Store"da biabırçı hadisə... .....                     Azərbaycan nefti yenidən 68 dolları ötüb .....                     "Örüş sahələrimizi də məhv ediblər" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Xəzərdə suyun səviyyəsi niyə azalır? .....                     Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd .....                     ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                     Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                     Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                     "Can Azərbaycan" Rusiyada bəyənildi .....                     Seçkidə bu qalmışdı... BUNU DA GÖRDÜK... .....                     Seçkilərdə VİLYAM HACYEV ÇALARI... .....                     Mahir Emrelinin ferması .....                     "Kontakt Home" şefinin deputatlıq arzusu .....                     Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb .....                     Bakıda ər arvadını döyərək ona xəsarət yetirib .....                     İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                 

“Badamdardakı villalar vergidən yayınır”
Tarix: 10-10-2019, 16:29 | Çap et
“Badamdardakı villalar vergidən yayınır”
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Turizm Agentliyi tərəfindən "Turizm biznesi forumu-mövcud vəziyyət və perspektivləri" mövzusunda forum keçirilib.

Forumda çıxış edən “Royal Hopspitality Group”un rəhbəri Cavid Cəbiyev bildirib ki, evlərini turistlərə verən sahibkarlar vergidən yayınırlar.

“Badamdar ərazisindəki villalar kirayə verilir. Böyük əksəriyyətinin qeydiyyatı yoxdur.Ciddi vergidən yayınma halları var. Gündəlik qiymət olaraq 300-450 manatdan başlayır və 750 manata qədər fərqli qiymətlər təklif olunur. Bu qiymətlər 10 nəfərlik villalar üçün nəzərdə tutulub. Buna bir nəzarət mexanizmi qurulmalıdır”- deyə o bildirib.

Onun sözlərinə görə, vergi qeydiyyatında 3 mindən çox sırf turizm məqsədli şirkət qeydiyyatdan keçib. Lakin həqiqi turizm ilə məşğul olan şirkətlərin isə dəfələrlə az olduğu bildirilir. O qeyd edib ki, səriştəsiz şirkətlər turizmlə məşğul olan şirkətlərə mane olur.

Cavid Cəbiyev həmçinin otellərin xidmət səviyyəsinə də toxunub.

“Bakıda və bölgələrdə bəzi otellər var ki, üzərində 5 ulduz var. Amma içərisinə daxil olanda heç 3 ulduz səviyyəsində də olmadığının şahidi oluruq. Yəni heç bir 5 ulduz tələblərinə cavab vermir. Bu standartlar dəqiq və əsl peşəkarların iştirakı ilə hazırlanmalıdır. Fərqli və yeni-yen i turizm bazarlarına istiqamətlənmə olmalıdır. Məsələn biz 2012-ci ildə Avstraliyadan birbaşa Lənkərana 120 nəfərdən ibarət turistlər gətirdik. Biz 6 ay əvvəlcədən rezervasiya etdik. Tam yeni bir bazara üz tutduq. O vaxt biz bundan danışanda hamı bunu qeyri-real hesab edirdi. Çalışmalıyıq ki, yeni-yeni istiqamətlərdən ölkəmizə turist cəlb edək”-deyə Cavid Cəbiyev bildirib.
//fed.az//