Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Xəzərdə suyun səviyyəsi niyə azalır? .....                     Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd .....                     ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                     Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                     Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                     "Can Azərbaycan" Rusiyada bəyənildi .....                     Seçkidə bu qalmışdı... BUNU DA GÖRDÜK... .....                     Seçkilərdə VİLYAM HACYEV ÇALARI... .....                     Mahir Emrelinin ferması .....                     "Kontakt Home" şefinin deputatlıq arzusu .....                     Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb .....                     Bakıda ər arvadını döyərək ona xəsarət yetirib .....                     İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                 

2020-ci ilə qədər STAR-ın məhsullarının tamamilə Türkiyə bazarında satılması planlaşdırılır
Tarix: 10-10-2019, 12:48 | Çap et
2020-ci ilə qədər STAR-ın məhsullarının tamamilə Türkiyə bazarında satılması planlaşdırılır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşa edilən STAR neft emalı zavodu Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir.

“Report”un məlumatına görə, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında STAR Neft Emalı Zavodunun Baş direktoru Məsut İlter bildirib.

O xatırladıb ki, illik emal gücü 10 mln. ton xam neft olan zavodda 4,8 mln. ton dizel və 1,6 mln. ton nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir: “100-dən artıq neft çeşidini emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam həcmindədir”.

M. İlter bildirib ki, ilk satışını 2019-cu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən STAR NEZ 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb: “Bu ilin əvvəlindən ümumilikdə 4,5 mln. ton məhsul istehsal edən STAR zavodu daxili bazarın tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir. STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən STAR NEZ məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. Zavod ildə 4,8 mln. ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. NEZ-in məhsul çeşidləri arasında benzin yoxdur”.

M. İlter qeyd edib ki, bu ilin sonuna qədər STAR Neft Emalı Zavodu 7,5 mln. ton neft emal etməyi nəzərdə tutur. STAR Neft emalı zavodunda hazırda Azərbaycan nefti ilə yanaşı “Urals”, Liviya neftindən istifadə edilir.

O, həmçinin qeyd edib ki, hazırda STAR Neft emalı zavodu istehsal etdiyi məhsulların 65-70 faizini daxili bazara satır. 2020-ci ilə qədər isə bu neft emalı zavodunun istehsal etdiyi məhsulları tamamilə daxili bazara satılacaq.