Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib .....                     Vilyam Hacıyev çaba sərf edir... .....                     Paşinyanla Xankəndi arasında SAVAŞ .....                     Sabah dollar neçəyə olacaq? .....                     Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb .....                     Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib .....                     Millət vəkillərinin övladları harada işləyir? .....                     Allahşükür Paşazadəyə medal təqdim olunub .....                     Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb .....                     Seçicilərdən Şeyxin qardaşına etiraz: .....                     AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub .....                     “İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” .....                     Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir .....                     Əli Həsənov həbs olunur... .....                     Hadisə yerindən qaçan sürücü tutulub .....                     Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb .....                     “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” .....                     Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb .....                     Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, .....                     "Millinin baş məşqçi postuna 32 namizədimiz var" .....                     Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb .....                     Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb .....                     Taleh Qaraşov da seçkidə qurban gedəcək... .....                     Brakonyerlər cəzalanıb .....                     “Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” .....                     Radikal müxalifət düşərgəsi darmadağın olub .....                     Xəzərdə quşların kütləvi ölümü olubmu? .....                     Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb .....                     Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur .....                     “Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” .....                     Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir .....                     Eyvazov rəisi vəzifəsindən azad etdi .....                     "Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" .....                     Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb .....                     Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb .....                     AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib .....                     Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? .....                     DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq .....                 

Bakının yaratdığı “Valday” sindromu - Ermənistan qarışır
Tarix: 10-10-2019, 09:03 | Çap et
Bakının yaratdığı “Valday” sindromu
Azərbaycan prezidenti İlham Əliyevin keçən həftə “Valday” forumunda etdiyi çıxışı işğalçı Ermənistanda hələ də qızğın müzakirə mövzusudur. Çıxış əsasən iki hissədən ibarət idi: 1.Qarabağ konfliktinin tarixi və mahiyyətinin bir daha dünya ictimaiyyətinə çatdırılması, münaqişənin həllinə münasibətdə “ikili standart” siyasətinin yolverilməzliyi. 2. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı sərsəmləmələri və yalanlarına tutarlı cavab, o sırada Paşinyanın tez-tez dilə gətirdiyi “Dağlıq Qarabağ xalqı” mifinin faş edilməsi.

Məlumdur ki, çıxış üçün yer də uğurlu seçilmişdi. Üstəlik, Azərbaycan prezidenti Qarabağ həqiqətini dünyaya Rusiya prezidenti Vladimir Putinin də dinləyicisi olduğu auditoriyadan bəyan edirdi. Çıxışdan bir gün qabaq isə Rusiya xarici işlər naziri Sergey Lavrov Nikol Paşinyanı “Qarabağ Ermənistanındır və nöqtə” fikrinə görə qınamış, belə mövqeyin sülh prosesinə fayda gətirmədiyini bildirmişdi.

Lakin rəsmi Moskva İlham Əliyevin analoji bəyanatına, daha doğrusu, kontur-cavabına (“Qarabağ Azərbaycanıdır və nida işarəsi!”) heç bir neqativ reaksiya bildirmədi – nə Sergey Lavrov, nə də onun sözçüsü Mariya Zaxarova səviyyəsində. Bu da məntiqlidir. Çünki dünya birliyi, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. İlham Əliyevin çıxışında xatırlatdığı BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsində də ərazi bütövlüyü prinsip əksini tapıb və Ermənistan işğalçı kimi göstərilib.

Ermənistanın siyasi isteblişmentində güclü təlaş yaradan məqam da elə budur. İrəvanın 1 nömrəli müttəfiqi sayılan Rusiyadan belə bəyanatın səslənməsi, üstəlik, ona rəsmi Moskvanın, Putinin, Lavrovun, Zaxarovanın susqunluq göstərməsi. Çünki susmaq razılıq əlaməti sayılır. Bu mənada çıxış işğalçı ölkədə haqlı olaraq Bakının uğurlu diplomatik həmləsi kimi qiymətləndirilib. Paralel surətdə Paşinyan və onun xarici siyasəti ciddi tənqidə tuş gəlib.

Yeri gəlmişkən, Azərbaycan prezidenti srağagün Qobuda köçkün qəsəbəsinin açılışı zamanı etdiyi çıxışında bir daha Soçidəki tezisi təkrarlayıb. Bildirib ki, sülh danışıqlarında Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb, olmayacaq. “Dağlıq Qarabağ Azərbaycanındır, nida işarəsi. Vəssalam”, - deyə prezident İlham Əliyev əzəli torpaqlarımızda ikinci saxta erməni dövləti qurmaq sevdası ilə yaşayan erməniləri arzusunu həmişəlik basdırıb. Onların, ilk növbədə də avantürist erməni rəhbərlərinin, eləcə də işğalçının başını sığallayan çevrələrin boşuna gözlədikləri barədə aydın mesaj verib.

*****

Bir sözlə, Paşinyanın iki ay öncə verdiyi təxribatçı açıqlama bumeranq effekti verərək, bütünlüklə onun və işğalçı ölkəsinin əleyhinə işləyib. Hazırda İrəvan yaranmış uğursuz situasiyadan necə çıxmaq barədə baş sındırır. Eyni zamanda deyəsən, “günah keçisi” axtarışına çıxıb. Belə ki, Paşinyan Qarabağa cəbhəsində son uğursuzluğa görə xarici işlər naziri Zoqrab Mnatsakanyana qəzəblənib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Past” erməni nəşri yazıb.

Qəzet bildirir ki, baş nazir XİN rəhbərinin Qarabağ problemi ilə bağlı fəaliyyətindən və Rusiya ilə işindən bərk narazıdır. “Paşinyan Lavrovun qəfil Qarabağ bəyanatına qəzəblidir. Bununla bağlı o, hesab edir ki, Mnatsakanyan öz işinin öhdəsindən layiqincə gəlməyib və Rusiya tərəfinə onun bəyanatlarının mənasını anlatmayıb, erməni tərəfindən mövqeyini ona çatdırmayıb”, - deyə qəzet qeyd edib.

Yerli media da ölkə rəhbərliyi kimi Bakının yaratdığı “Valday” sindromundan dolayı məyusluq içindədir. Məsələn, son zamanlar Bakı və Moskva arasında dərinləşən münasibətlərə diqqət çəkən erməni siyasi şərhçi Akop Bədəlyan Lragir.az saytında gedən prosesin Dağlıq Qarabağ münaqişəsi baxımından Ermənistan üçün yaxşı bir şey vəd etmədiyini yazıb. Bədəlyan Soçidə Rusiyanın Bakıya etdiyi, Azərbaycanda AES tikmək təklifini də siyasi xarakterli hesab edir və Ermənistana yaxşı mesaj olmadığını yazıb – hərçənd neft-qazla zəngin Azərbaycanın belə stansiyalara hələlik ehtiyacı yoxdur.

“Rusiyanın Azərbaycanda nüvə stansiyası tikmək istəyi xüsusi maraq kəsb edir. Rusiya Azərbaycana nüvə elektrik stansiyası təklif etməklə, Ermənistanla müttəfiqlik əlaqələrinə zərbə vurur. Moskva həm də ATƏT-in Minsk Qrupunun həmsədridir, həm də guya Ermənistanın strateji tərəfdaşıdır və KTMT üzvüdür. Lakin Bakıya ən müasir silahlarını satır və qarşı tərəfin bu silahlardan istifadə etməməsi üçün heç bir təzyiq göstərmir”, - deyə erməni ekspert narazı şəkildə qeyd edib .

*****

Bu arada Ermənistanda Paşinyandan xilas hərəkatı vüsət almaqdadır.

“Ötən ilyarım ərzində Paşinyanın silahdaşları əmin oldular ki, o, beynindən iliyinə kimi antidövlət adamıdır. Paşinyanın keçdiyi yol və idarəçilik fəlsəfəsi marginaldır və dövlətə heç bir dəxli yoxdur”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə 7 or.am saytının siyasi şərhçisi Koryun Manukyan yazıb. Onun sözlərinə görə, Nikol heç bir qurucu qabiliyyətə malik deyil. “Onun işi dağıtmaqdır. Nikolun batmaqda olan gəmisi öz kapitanının destruktiv fəaliyyəti şəraitində nə qədər duruş gətirə bilər ki? Önəmli bu deyil. Mühüm olanı odur ki, Ermənistan diletantlıq və antidövlətçilik təsirləri altında nə qədər duruş gətirəcək”, - deyə müəllif qeyd edib.

Erməni siyasi şərhçi əmindir ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması yalnız zaman məsələsidir. “Bu, şübhə doğurmur. Ermənilərin vəzifəsi odur ki, bu müddətdə Ermənistanda ciddi dağıntılar olmasın və təhlükəsizlik sistemlərinə geridönməz zərbələr dəyməsin. Əgər Ermənistan bu vəziyyətdən itkisiz və ya minimal itkilərlə çıxa bilsə, bunu böyük uğur saymaq mümkün olacaq”, - deyə o əlavə edib.

Qalır, prosesin məntiqi sonluğunu gözləmək. Təbii ki, ilk növbədə Azərbaycan bu prosesi diqqətlə izləməlidir. Ən azından Qarabağ məsələsinə görə...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
Bu gün, 17:29
Vilyam Hacıyev çaba sərf edir... - İDDİA
Bu gün, 17:12
Paşinyanla Xankəndi arasında SAVAŞ
Bu gün, 17:08
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:06
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
Bu gün, 17:05
Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib
Bu gün, 17:00
“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq” - Mixalkov
Bu gün, 16:58
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Bu gün, 16:55
Allahşükür Paşazadəyə medal təqdim olunub
Bu gün, 16:49
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - Səhiyyə Nazirliyi
Bu gün, 16:42
Yataq xəstəsi olan Ağakərimin SON HALI - Heç kimi tanımır
Bu gün, 16:40
Seçicilərdən Şeyxin qardaşına etiraz: - "Gedib biznesini, məscidini işlətsin"
Bu gün, 16:33
"Mən bahalı müğənniyəm"
Bu gün, 16:31
AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub
Bu gün, 16:26
“İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” - “Boz qurd” batalyonunun komandiri
Bu gün, 16:25
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
Bu gün, 16:22
Əli Həsənov həbs olunur... - İDDİA
Bu gün, 16:11
Hadisə yerindən qaçan sürücü tutulub
Bu gün, 16:06
Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb
Bu gün, 16:02
“Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” - Vüqar Bayarmov
Bu gün, 15:56
Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb - RƏSMİ
Bu gün, 15:42
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, hökumət müşavirə keçirib
Bu gün, 15:41
"Millinin baş məşqçi postuna 32 namizədimiz var"
Bu gün, 13:05
Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə
Bu gün, 13:04
Azərbaycanlı aktrisanın səsi batdı
Bu gün, 13:03
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Bu gün, 12:59
Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb
Bu gün, 12:59
Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb
Bu gün, 12:51
Kərimdən qalmaqallı açıqlama: - “Arvaddan qorxuram”
Bu gün, 12:50
Taleh Qaraşov da seçkidə qurban gedəcək... - İDDİA
Bu gün, 12:47
"Məni danışdırma, ölürəm" - Günay İbrahimli anasını belə qorxutdu
Bu gün, 12:42
Brakonyerlər cəzalanıb
Bu gün, 12:37
“Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” - Səfər Mehdiyev
Bu gün, 12:30
AzTV-nin yeni loqoları – 28 MİN MANATA BAŞA GƏLİB
Bu gün, 12:19
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı - Görün hansı şirkətin sahibi imiş
Bu gün, 12:15
Radikal müxalifət düşərgəsi darmadağın olub - VİDEO
Bu gün, 12:11
Xəzərdə quşların kütləvi ölümü olubmu? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb
Bu gün, 11:42
Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur
Bu gün, 11:38
“Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” - Şəhid anası bu evdə yaşayır
Bu gün, 11:35
Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir
Bu gün, 11:27
Eyvazov rəisi vəzifəsindən azad etdi
Bu gün, 11:25
"Efirə gəlmir ki, axşam toyum var"
Bu gün, 11:23
"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" - İqbal Məmmədov
Bu gün, 11:13
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Bu gün, 11:09
Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb
Bu gün, 11:07
AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib - SİYAHI
Bu gün, 11:06
Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? - Gözlənti
Bu gün, 11:05
DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - aldanmayın
Bu gün, 10:56
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçildi
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru