Əbülfəs Qarayev işdən çıxarıldı .....                     Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi .....                     İt döyüşü təşkil edənlər barəsində .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb .....                     28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat .....                     Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi .....                     Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir .....                     Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb .....                     İyunun 1-dən yas mərasimlər belə keçiriləcək .....                     Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? .....                     Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi .....                     “Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir .....                     "Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq" .....                     Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR .....                     Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib .....                     Bakı əhalisinin sayı açıqlanıb .....                     Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı .....                     Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? .....                     "Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” .....                     Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında .....                     Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub .....                     "Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" .....                     “Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” .....                     "Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" .....                     Ceyhun Bayramov necə yeyir... .....                     Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi .....                     Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub .....                     Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb .....                     Sabahdan Türkiyədə məscidlər açılacaq .....                     “İlk addımı Rusiyadan gözləmək düzgün deyil” .....                     Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir .....                     Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... .....                     Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı .....                     Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi .....                     Eldar Əzizov Tağıyevi rəis təyin etdi .....                     İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin .....                     Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək .....                     Əli Həsənov mediadan birdəfəlik gedir .....                     İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya .....                     Mülayim cənub küləyi əsəcək .....                 

Əli Əsədov İXTİSARLARA GEDƏCƏKMİ? - “Nazirlər Kabineti çox şişmiş struktura malikdir”
Tarix: 10-10-2019, 08:30 | Çap et
Əli Əsədov İXTİSARLARA GEDƏCƏKMİ?
Azərbaycanda baş nazirin dəyişməsi, yeni təyin olunan Əli Əsədovun Nazirlər Kabinetinin işində həyata keçirəcəyi dəyişikliklər ciddi müzakirə mövzusudur.

Qeyd edək ki, xarici siyasət məsələləri üzrə ixtisaslaşmış Novruz Məmmədovun hökumət kabinetinə rəhbər gətirilməsi cəmiyyətdə nə qədər böyük təəccübə səbəb olmuşdusa, iqtisadçı, uzun illər ölkənin iqtisadi siyasətinin formalaşmasında yaxından iştirak etmiş Əli Əsədovun baş nazir təyin olunması bir o qədər təbii qarşılandı. Əksər müşahidəçilər baş nazirin məhz iqtisadçı, ən əsası isə Azərbaycan iqtisadiyyatını yaxından tanıyan, ayrı-ayrı sahələr üzrə potensiala bələd olan biri olmağının gərəkdiyini bildirirlər.

Bəs tanınmış iqtisadçılar necə, yeni baş nazirdən nə gözləyirlər? Ə.Əsədov nələri dəyişməli, hansı sahələrə diqqət yetirməlidir? “Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Nazirlər Kabineti icra hakimiyyəti strukturudur: «Bu qurum, bir növ təsərrüfat fəaliyyəti həyata keçirir. Nazirlər Kabinetinə sırf iqtisadi məsələlərlə məşğul olan, təsərrüfat işindən, istehsaldan və ticarətdən başı çıxan adam rəhbərlik etməlidir. Obrazlı şəkildə desəm, Nazirlər Kabineti hökumətin ürəyi rolunda çıxış edirsə, Prezident və ya dövlət başçısı düşünən beyindir, onun şüur obyektidir. Ümumiyyətlə, bizdə Nazirlər Kabineti dövlət başçısı, yəni Prezident tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır. Qurumun tərkibinə 40-dan çox struktur daxildir. Bunları əlaqələndirmək, koordinasiya etmək asan məsələ deyil. Belə bir quruma peşəkar bir kadrın rəhbərlik etməsi daha məqsədəuyğundur. Yəni Nazirlər Kabineti siyasətlə məşğul olmadığı üçün ona siyasətçinin rəhbərlik etməsi nəticəsində, rəhbər şəxsin şəxsi keyfiyyətlərindən asılı olmayaraq, ciddi effektə nail olmaq mümkün deyil”.

P.Heydərovun sözlərinə görə, Nazirlər Kabineti həddindən artıq şişmiş bir struktura malikdir: “Bu quruma 40-dan yuxarı struktur daxildir. Bu, hər şeydən əvvəl dövlət büdcəsinə düşən yük baxımından əlverişli deyil. Əlbəttə, islahata ehtiyacı olan bir strukturda rəhbər dəyişikliyi ilə yüz faizlik effekt əldə etmək mübahisəli məsələdir. Lakin hesab edirəm ki, Nazirlər Kabinetinin özündə struktur islahatlarının aparılması zəruridir. Düzdür, ölkə prezidentinin rəhbərliyi altında ayrı-ayrı strukturlarda belə islahatlar aparılır. Amma düşünürəm ki, yeni baş nazir bilavasitə Nazirlər Kabinetində bu islahatların daha da dərinləşdirilməsi üçün təşəbbüslər göstərməlidir. Bu zaman o, özünün Azərbaycan iqtisadiyyatına dair hərtərəfli biliklərindən bəhrələnə biləcək, çünki uzun illərdir iqtisadi proseslərdə yaxından iştirak edir. Ə.Əsədov Nazirlər Kabinetini daha effektiv və çevik bir quruma çevirmək imkanındadır”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, Nazirlər Kabinetində ciddi islahatlar ölkə rəhbərliyinin razılığı ilə aparıla bilər: “Bir qayda olaraq, belə struktur islahatları, kadr dəyişiklikləri ölkə prezidentinin birbaşa razılığı ilə həyata keçirilir. Yeni baş nazir iqtisadiyyatda iştirak edən kadrdır, bu günə qədər mövcud konyukturun formalaşmasında birbaşa iştirakçılardan biridir. Bu baxımdan, yeni baş nazirin bu istiqamətdə təkliflərini ölkə rəhbərliyinə çatdırmaq imkanları var. Düzdür, baş nazirin dəyişməsi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə radikal dəyişiklik olacağını gözləmək mümkün deyil. Ən azı Nazirlər Kabinetinin səlahiyyət çərçivəsi buna imkan vermir. Amma yeni baş nazirin iqtisadi qanaddan gəlməsi hökumətdə iqtisadi proseslərin nisbətən daha çevik idarə olunması üçün şərait yarada bilər”.

R.Həsənovun fikrincə, ölkə iqtisadiyyatında ciddi addımların atılmasının zəruri olduğu bir sıra istiqamətlər var: “Bu gün Dünya İqtisadi Forumu tərəfindən ölkələrin yeni rəqabət qabiliyyətliliyi indeksi açıqlanıb. Bu indeksə görə, Azərbaycanın mövqeyi 11 pillə irəlilədi. Rəqabət qabiliyyətinə görə Azərbaycan 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Yaxud Dünya Bankının “Doing Business” hesabatında keçən il islahatçı ölkələrin ilk onluğuna, bu il isə ilk iyirmiliyinə düşmüşük. Digər bir sıra hesabat və indekslərdə də Azərbaycanın mövqeyi ilbəil yaxşılaşır. Lakin paradoksal haldır ki, bu irəliləyiş ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna cəlb olunan birbaşa və dolayı xarici investisiyalarda öz əksini tapmır. Son illərdə, elə bu ilin ötən dövründə də bu investisiyaların həcmi getdikcə azalır. Bu, əslində çox ciddi problemin olmasından xəbər verir. Problem ondan ibarətdir ki, iqtisadi islahatlar institutsional və siyasi islahatlarla müşayiət olunmur. Makromühit deyəndə burada həm iqtisadi, həm siyasi, həm sosial, həm hüquqi, həm texnoloji mühit nəzərdə tutulur. Azərbaycanda isə islahat deyiləndə yalnız qanunverici sahədə, bir də iqtisadi sahədə islahatlar başa düşülür. Bu gün qlobal rəqabətlilik indeksində həm Gürcüstanın, həm Türkiyənin mövqeyi Azərbaycandan geridədir. Amma hər iki ölkənin investisiya cəlb etmə səviyyəsi bizdən xeyli dərəcədə yüksəkdir, hər iki ölkənin iqtisadiyyatında aktiv xarici investor iştirakçılığı var. Çünki makromühitin bütün sahələrində islahatlar bir-birini tamamlayır. Azərbaycanda buna nail olmaq üçün investorun hüquqları qorunmalı, məhkəmə institutunun müstəqilliyi təmin olunmalı, inhisarçılıq aradan qaldırılmalıdır, məmur biznesi tam olaraq ləğv olunmalıdır. Bütün bunlar baxımından, yeni baş nazirin qeyd etdiyim istiqamətləri hədəfləməsi, ölkənin resurs asılılığından qurtarması üçün islahatların dərinləşdirilməsi xətti götürməsi lazımdır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əbülfəs Qarayev işdən çıxarıldı
Bu gün, 02:40
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi - VİDEO
Dünən, 19:41
İt döyüşü təşkil edənlər barəsində HƏBS QƏRARI ÇIXARILDI
Dünən, 19:37
Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb
Dünən, 19:34
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
Dünən, 19:32
Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi
Dünən, 19:02
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT
Dünən, 18:56
Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb - Bakı polisi
Dünən, 18:51
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək - VİDEO
Dünən, 18:31
Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? - GƏLİŞMƏ
Dünən, 18:14
Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi - FOTO
Dünən, 18:00
"Kimsə anlamırsa, başını müalicə etdirsin"
Dünən, 17:50
“Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir
Dünən, 17:42
"Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq"
Dünən, 17:40
Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"
Dünən, 17:37
Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib
Dünən, 17:34
Bakı əhalisinin sayı açıqlanıb
Dünən, 17:32
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı
Dünən, 17:16
Nadir Qafarzadə övladlığa uşaq götürür
Dünən, 17:13
Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? - TƏHLİL
Dünən, 17:01
"Sizi döyən ərdən boşanın" - Xalq artisti
Dünən, 16:54
"Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” - ekspert
Dünən, 16:50
Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında QƏRAR VERDİ
Dünən, 16:46
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub
Dünən, 16:36
"Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" - Səfir
Dünən, 15:51
“Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” – İqtisadçıdan TƏKLİF
Dünən, 15:34
"Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" - deputat
Dünən, 15:28
Ceyhun Bayramov necə yeyir... - İTTİHAM
Dünən, 15:21
Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi - FOTO
Dünən, 15:07
Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub
Dünən, 14:58
Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb - VİDEO
Dünən, 14:56
Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: - “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”
Dünən, 14:50
Sabahdan Türkiyədə məscidlər açılacaq
Dünən, 14:43
“İlk addımı Rusiyadan gözləmək düzgün deyil” - Peskov
Dünən, 14:41
Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir - VİDEO
Dünən, 14:19
Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... - Akop Koçaryan
Dünən, 14:15
Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
Dünən, 14:01
“Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm”
Dünən, 13:59
Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 13:49
Eldar Əzizov Tağıyevi rəis təyin etdi - Bir Tağıyev getdi, o biri Tağıyev gəldi...
Dünən, 13:38
"Müğənnilər niyə ağlayırlar?"
Dünən, 13:34
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi
Dünən, 13:32
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək - Xəbərdarlıq...
Dünən, 13:18
Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA
Dünən, 13:11
Cahangir Məmmədlinin canlı yayımda halı pisləşdi - VİDEO
Dünən, 13:03
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Dünən, 12:59
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:53
"İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR - NARAZILIQ...
Dünən, 12:47
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Dünən, 12:46
"Oxusunlar, ancaq musiqimizi korlamasınlar" - Xalq artisti
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru