Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi .....                     Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini .....                     Artıq Avropada saxta sənədlə status almaq mümkün deyil: .....                     İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib .....                     ABŞ və Səudiyyə xarici işlər nazirləri "İran təhlükəsi"ni müzakirə ediblər .....                     Girovlardan nə məktub var, nə də videogörüntü .....                     Daim 23 yaşında qalacaq Albert Aqarunov .....                     Fransadan Almaniyaya qaytarılan Azərbaycan vətəndaşı .....                     Tarif Şurası istiliyi də bahalaşdıracaq? .....                     "Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir" .....                     Müsavat Partiyası ittihamlara .....                     Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? .....                     İstirahət günlərində gözlənilən hava proqnozu .....                     “Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı .....                     İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına .....                     Dolların noyabrın 18-nə olan məzənnəsi açıqlanıb .....                     Sultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib .....                     XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinin səbəbini açıqlayıb .....                     "125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi" .....                     BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib .....                     “Deportasiya olunan vətəndaşları hüquqi məsuliyyət gözləmir” .....                     Radikal müxalifətin xəstəliyi ağırdır .....                     İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu .....                     Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini .....                     Qarabağ klanı Paşinyana qarşı birləşir .....                     Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini .....                     Məmurlar Prezidentdən nümunə götürməlidirlər... .....                     Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir .....                     Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? .....                     Paşinyan narkomandır? .....                     “Saxta müxalifətçi adı ilə Avropada siyasi sığınacaq alan nə qədər məmur övladı var...” .....                     Moskvada Xalidənin saunasında kişi müştərilərlə... .....                     Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb .....                     Bərdədə 28 yaşlı gənc naməlum şəxslər tərəfindən bazarda ölümcül döyüldü .....                     "Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız" .....                     Bakıda evdən meyit tapılıb .....                     İki ədavətli başçının bir aqibəti .....                     lham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini .....                     Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub .....                     “Azəriqaz" pul tapmır? .....                 

Paşinyan “günah keçisi” axtarır - TƏHLİL
Tarix: 9-10-2019, 17:52 | Çap et
Paşinyan “günah keçisi” axtarır
Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı Ermənistanda sözün əsl mənasında şok effekti doğurub. Hələ ki, rəsmi mövqe olmasa da, erməni mediası, siyasilərin səsləndirdikləri fikirlərdə bir pessimizm hiss olunmaqdadır. Əsas tezis də budur ki, dövlət başçısının beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, baş nazir Nikol Paşinyana qarşı müxalif fikri gücləndirib. Maraqlıdır ki, ölkə prezidentinin tədbirdəki çıxışı ilə eyni vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrovun da Dağlıq Qarabağ problemi ilə bağlı sensasion sayıla biləcək bəyanatı Ermənistanda ciddi problemlərə yol açıb. Erməni mediasının yazdığına görə, baş nazir N.Paşinyan Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanı istefaya göndərə bilər. Bu məlumatı "Past” qəzeti yayıb. Məlumata görə, Paşinyanı Qarabağ məsələsiylə bağlı son hadisələr və Moskvanın mövqeyi xüsusilə narahat edib və yenidən Mnatsakanyanın istefası məsələsi gündəmə gətirilib. Lavrovun "Valday” Klubundakı çıxışına diqqət yetirən Paşinyan Ermənistanın ünvanına bu cür ittihamın ilk dəfə səsləndirildiyini deyib: "Mənbələrimiz təsdiq edir ki, bu bəyanatdan sonra qeyzlənmiş Paşinyan Zöhrab Mnatsakanyanı Rusiya ilə doğru iş aparmadığı üçün vəzifəsindən azad etmək niyyətində olduğunu deyib”. XİN rəhbərinin ardınca müdafiə naziri David Tonoyanın da istefaya göndərilməsi xəbəri yayılıb. Bu məlumatı isə "İrakanum.am” saytı yayıb. Məlumata görə, Tonoyan az öncə N.Paşinyanla görüşüb və ona vəzifədən azad edildiyi deyilib. Sayt həmçinin Paşinyanın bu barədə qərarı Ermənistan prezidenti Armen Sarkisyana göndərdiyini yazıb. Ermənistan Prezident Administrasiyası ilə hələlik onlara belə məlumatın gəlmədiyini bəyan edib. Müdafiə Nazirliyi də məlumatı təkzib edib və Tonoyanın hazırda ölkədəki hərbi təlimləri izlədiyi bildirilib. Tonoyanın da yayılan məlumatları dezinformasiya adlandırıb. Maraqlıdır ki, hadisələrin belə inkişaf ssenarisi baş naziri radikal addımlar atmağa sövq edir. Məsələn, "7or.am” erməni saytı yazır ki, baş nazir onun nəzarəti altında olmayan mediaya qarşı hücuma keçməyə hazırlaşır. "Məhz ona tabe olmayan telekanal, bir neçə radiostansiya, informasiya saytı, qəzetlər Paşinyanın əsas başağrısına çevrilib. Axı hakimiyyətə tabe olmayan kütləvi informasiya vasitələri hər gün, hər saat mövcud vəziyyəti Nikolu qane etməyən şəkildə cəmiyyətə çatdırır. İnformasiya-təbliğat kampaniyasını tam absurd şəkildə təqdim edir. Baş nazir üçün bir mətbu orqan var - o da vaxtilə çalışdığı "Aykakan Jamanak” qəzetidir. Uzun illərdir ki, bu qəzetin şübhəli mənbələrdən maliyyələşdiyi barədə xəbərlər dolaşır. Və yaxud da ki, götürək "Joxovurd” qəzetini. Hazırda bu orqana hakim "Mənim addımım” blokundan olan deputat Taqui Tovmasyan rəhbərlik edir”, - deyə müəllif yazır. Hakimiyyətdəkilər daha çox aqressiyanı sosial şəbəkələrdə büruzə verirlər. Mütəmadi olaraq hər gün öz kumirlərini onları tənqid edən kütləvi informasiya vasitələrinə qarşı hücuma keçməyə çağırırlar. Hətta repressiv addımla atılmasına çağırışlar səslənir”, -deyə müəllif gəldiyi qənaəti bölüşür. Bir vaxtlar Qərb dəyərlərindən, söz azadlığından, demokratiyadan dəm vuranlar indi Paşinyanın ali xəttinə zidd, fərqli məqaləni dezinformasiya adlandırır. "Hakimiyyət daxilində fikir ayrılıqlarının güclənməsi, qalmaqallı istefalardan sonra mətbuata qarşı "inqilabçıların” hücumları yalnız güclənməkdədir. Axı günahkarı tapmaq gərəkdir. N.Paşinyana apardığı siyasətin və fəaliyyətinin səhv olduğunu etiraf etmək gərək deyil. Burada hakim partiyadan olan deputatlar xüsusi fəallıq nümayiş etdirirlər. Rekordu isə qalmaqallı deputat kimi tanınan Ayk Sarkisyan qırıb. Bu şəxs şərəf və ləyaqətinin KİV tərəfindən təhqir edilməsi maddəsi ilə məhkəmədə 8 iddia qaldırıb. Təxribatçı fəaliyyəti və hakimiyyətə yaxınlığı ilə seçilən Daniel İonisyan artıq müvafiq qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi mətbuata qarşı hücumlara yaşıl işıq yandırmış olacaq. Onun layihəsində belə bir bənd var ki, hər bir KİV onu maliyyələşdirənlərin adlarını çəkməlidir. Qanun layihəsi KİV-ə qarşı məhkəmə iddialarının baxılma müddətini də azaldır. Yəni artıq Ayk Sarkisyan məhkəməyə 8 deyil, 80 iddia qaldıra biləcək”, - deyə müəllif gəldiyi qənaəti bölüşür.
Paşinyanın ən ciddi problemlərindən biri də işğal altındakı Azərbaycan torpaqlarında yaradılan qondarma "DQR” rejimi ilədir. Belə ki, Dağlıq Qarabağdakı qondarma rejimin "təhlükəsizlik şurası”nın keçmiş katibi, general Vitali Balasanyan yenidən Ermənistan hakimiyyətinin ünvanına kəskin bəyanatlarla çıxış edib. Balasanyan N.Paşinyanı hakimiyyətə Qərbin "məlum mərkəzlərinin” gətirdiyini deyib. Onun sözlərinə görə, həmin mərkəzlər indi də Paşinyanı idarə edir və onun nə etməli olduğu haqda göstərişlər verir. Balasanyan habelə deyib ki, N.Paşinyan 2016-cı ildə Yerevanda post-patrul polisi alayının binasının "Sasna Çrer” terrorçuları tərəfindən ələ keçirilməsindən sonra baş qaldıran etirazları idarə etməyə cəhd göstərib. O, Paşinyanın bu yaxınlarda terrorçu partiyanın liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla baş nazirin iqamətgahındakı görüşünü "başqa cür düşünənlərə qarşı təzyiq cəhdi” adlandırıb. "Nikol Paşinyan hamını, o cümlədən məni terrorla hədələməyə çalışır. Demək istəyir ki, budur, baxın, mənim döyüşkən qanadım da var və bir barmağımın işarəsi ilə sizinlə fiziki haqq-hesab çəkərlər. Mən Paşinyana və "Sasna Çrer”ə demək istəyirəm ki, ümumiyyətlə belə söhbətlərə girməsinlər, çünki buna görə cavab verəcəklər. Qorxaqlar Paşinyan və onun tərəfdarlarıdır...2016-cı ildə biz o terrorçuları bağışladıq, öldürmədik, amma indi bəyan edirəm ki, əgər mənə qarşı, xalqımıza, dövlətimizə qarşı nəsə təxribat həyata keçirməyə, terror hərəkətlərinə əl atmağa cəhd eləsələr hamısını fiziki olaraq məhv edəcəyik ”,- Balasanyan LIVEnews.am nəşrinə müsahibəsində deyib. O əlavə edib ki, Paşinyan və "Sasna Çrer” eyni terrorçu qrupun elementləridir və bütün dünya erməniləri onlara qarşı addım atmalıdır.
//kaspi.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi
Bu gün, 18:11
Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
Bu gün, 18:09
Müğənnilərin vergi təlaşı - “Qoy, kasıbçılığımızı çəkək”
Bu gün, 18:08
Artıq Avropada saxta sənədlə status almaq mümkün deyil: - Situasiya kardinal şəkildə dəyişib
Bu gün, 18:04
İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 18:02
ABŞ və Səudiyyə xarici işlər nazirləri "İran təhlükəsi"ni müzakirə ediblər
Bu gün, 17:58
Girovlardan nə məktub var, nə də videogörüntü - Ümidlər "ölür"
Bu gün, 17:51
Daim 23 yaşında qalacaq Albert Aqarunov - VİDEO
Bu gün, 17:49
Fransadan Almaniyaya qaytarılan Azərbaycan vətəndaşı deportasiya ediləcək
Bu gün, 17:45
Tarif Şurası istiliyi də bahalaşdıracaq? - “Zərərlə işlədiyimizi göstəririk” - RƏSMİ CAVAB
Bu gün, 17:45
"Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir"
Bu gün, 17:38
Müsavat Partiyası ittihamlara CAVAB VERDİ
Bu gün, 17:37
Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...
Bu gün, 17:33
İstirahət günlərində gözlənilən hava proqnozu açqlanıb
Bu gün, 17:30
Bakıda 14 yaşlı qız ANA OLDU - Nadirdən SƏRT REAKSİYA
Bu gün, 17:28
“Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı - GİLEY
Bu gün, 17:24
İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb
Bu gün, 17:22
Dolların noyabrın 18-nə olan məzənnəsi açıqlanıb
Bu gün, 17:21
Sultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:19
XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinin səbəbini açıqlayıb
Bu gün, 17:19
"125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi" - deputat
Bu gün, 16:48
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Bu gün, 16:44
“Deportasiya olunan vətəndaşları hüquqi məsuliyyət gözləmir” - deputat
Bu gün, 16:40
Afaq Aslan bu müğənniləri yıxıb-sürüdü: - Kiminsə ərini əlindən almıram
Bu gün, 16:37
Radikal müxalifətin xəstəliyi ağırdır - VİDEO
Bu gün, 16:34
"Mən, Elnarə hara, Miri Yusif hara?"
Bu gün, 16:31
İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu
Bu gün, 16:26
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
Bu gün, 16:22
Qarabağ klanı Paşinyana qarşı birləşir
Bu gün, 16:20
“Müğənnilərə özünüz o pulu verirsiniz, sonra da...” – “Vergi qalmaqalı”na cavab
Bu gün, 16:15
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
Bu gün, 16:12
Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir
Bu gün, 16:11
Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir - deputat
Bu gün, 16:09
Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ
Bu gün, 16:07
Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)
Bu gün, 15:59
“Saxta müxalifətçi adı ilə Avropada siyasi sığınacaq alan nə qədər məmur övladı var...”
Bu gün, 15:57
Moskvada Xalidənin saunasında kişi müştərilərlə... – Şok təfərrüat
Bu gün, 15:55
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb
Bu gün, 15:52
Bərdədə 28 yaşlı gənc naməlum şəxslər tərəfindən bazarda ölümcül döyüldü
Bu gün, 15:48
"Xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız" - QALMAQAL
Bu gün, 15:44
Prezident Bilal Əliyevə mənzil hədiyyə etdi
Bu gün, 15:41
Bakıda evdən meyit tapılıb
Bu gün, 15:39
Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm
Bu gün, 15:34
İki ədavətli başçının bir aqibəti - İDDİA
Bu gün, 15:26
lham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib
Bu gün, 15:21
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub
Bu gün, 15:18
“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ
Bu gün, 15:07
Arif Hacılı "Real TV" toqquşması... - FOTO
Bu gün, 15:05
“Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi arqumentlər əldə edib...” - DAVİD ŞAHNAZARYAN
Bu gün, 15:00
"Bundan sonra da hakim partiyada təmsil olunacağam" - Gürcüstanın azərbaycanlı deputatı
Bu gün, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru