Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     İşədüzəltmə şirkətləri bizi aldadır? .....                     "Hesab edirik ki, Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin Aşqabad danışıqlarının nəticələri pis deyil” .....                     Rusiya XİN ABŞ-a etiraz notası göndərəcək .....                     Nazir Mehman Təhməzovu vəzifədən azad etdi .....                     Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib .....                     Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb .....                     “Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı .....                     "Hazırlıq kurslarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur" .....                     Problemli krediti olanlara yeni XƏBƏR var .....                     Əhmədzadənin işçisi haqda iddia... .....                     Qarabağ əlilinin rüşvət iddiasına cavab verildi .....                     Xaçmazda narkotacirlər ifşa olundu .....                     “Bunu hakimiyyətin içindəki köhnə təfəkkürlü adamlar ediblər...” .....                     Gürcüstanda çörək bahalaşıb .....                     Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: .....                     “Vaqifdən şikayətçi deyiləm” .....                     Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib .....                     "4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır" .....                     Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini .....                     “Ciddi kadr islahatlarının şahidi olacağıq” .....                     Azərbaycanda gübrə istehsal edən şirkət cərimələnib .....                     Türkiyədən Trampın məktubuna sərt cavab .....                     Milli Məclisin yanında dəhşətli qəza .....                     “LGBT-ni təbliğ edənlər milli kimliyi məhv etmək istəyirlər” .....                     Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb .....                     Həmsədrlər Azərbaycana gəlib .....                     Adil Vəliyevin yola salınmasına az qalıb... .....                     Hər məmur özünə bir sayt açıb .....                     “Rusiyanın erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin...” .....                     Əli İnsanov ofis axtarır .....                     Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb .....                     Misir ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını alqışlayıb .....                     MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib .....                     “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” .....                     Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib, bir qadın saxlanılıb .....                     "Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi" .....                     Hər şeyi dövlətdən gözləməli deyilik: .....                     Azərbaycan bankı Rusiyaya verdiyi krediti GERİ ALA BİLMİR .....                     Sahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıb .....                 

Bakıda ögey bacısını və onun ərini öldürən şəxsin məhkəmə istintaqı başlayıb
Tarix: 9-10-2019, 16:38 | Çap et
Bakıda ögey bacısını və onun ərini öldürən şəxsin məhkəmə istintaqı başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə bu ilin fevral ayında "28 May" qəsəbəsi ərazisində baş verib. 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının meyitləri tapılıb. Oğlan bıçaq zərbəsi, qız isə boğularaq qətlə yetirilib.

Polis əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin ögey qardaşı, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.

İlkin araşdırma zamanı məlum olub ki, 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevinc boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.

Bundan əsəbiləşən V.Behbudov S.Muradzadəni götürərək İ.Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O, daha sonra Nərimanov Rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.

V.Behbudovun psixoloji problemləri olduğu bildirilərək, onu xəstəxanaya yerləşdiriblər.

Hakim bildirib ki, istintaq zamanı təqsirləndirilən şəxsin anlaqsız olduğu qənaətinə gəlinsə də, bu inandırıcı deyil, çünki o, istintaqın əvvəlində sağlam şəxs olaraq normal ifadə verib. Hakim bildirib ki, sonradan psixoloji problemi yaransa belə, bu, məsuliyyətdən azad etmir və sağaldıqdan sonra məsuliyyətə cəlb olunacaq.

Qeyd edək hazırlıq iclasında məhkəmə V.Behbudovun ruhi-əsəb dispanserindən istintaq təcridxanasına köçürülməsi barədə qərar edib.

Posesdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində qətlə yetirilən İlkin Məmmədovun anası ifadə verib. O bildirib ki, Vəli Behbudovun əvvəllər psixoloji problemi olmayıb.

O istintaqa ifadəsini təsdiq etdiyini bildirib: "Gəlinimin qohumları deyirlər ki, guya mənə görə ayrılıblar, amma niyə boşanmaq üçün ərizə verildiyini özləri yaxşı bilir". O, bu işə obyektiv baxılmasını, təqsirləndirilən şəxsin layiqli cəzaya məhkum edilməsini xahiş edib.

Şahid Hacılı Sona bildirib ki, qətlə yetirilən İlkin Məmmədovun bacısıdır. O da qeyd edib ki, Vəli Behbudovla dəfələrlə məclislərdə olub və heç zaman psixoloji problemi olduğunu müşahidə etməyib: "Hətta qardaşımın İnstaqram səhifəsində birlikdə videoları da var, birlikdə deyib-gülürlər".

Qətlə yetirilən İ.Məmmədovun xalası Bəsti İbrahimova da şahid qismində ifadə verib. O da V.Behbudovun sağlam olduğunu deyib.

Şahid Güllü Cəfərova bildirib ki, onların İlkin və Sevincin yaşadığı evdə qonşuları olub. Həyətə girəndə hər ikisinin öldürüldüyün görüb. Bundan sonra təcili yardıma və polisə məlumat verib.

Vəli Behbudovun əmisi Rəşid Behbudov bildirib ki, qardaşı oğlu psixoloji probleminə görə hərbi xidmətə getməyib. O suallara cavab olaraq qeyd edib ki, Vəli Maştağada yerləşən ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Vəli Behbudovun bacısı Zəhra Muradzadə söyləyib ki, qardaşı özünü qapalı aparıb, evdə anormal hərəkətlər edib. O suallara cavab olaraq qardaşının işlədiyini diqqətə çatdırıb.

İlkin Məmmədovun anası deyib ki, Vəli əvvəllər telefon ustası işləyib: "Ağlı olmayan adam isə telefon düzəldə bilməz".

Zəhranın həyat yoldaşı da oxşar ifadə verib.

Qətlə yetirilən Sevinc Muradzadənin və Vəli Behbudovun anası da şahid qismində dindirilib. Onun sözlərinə görə, oğlu uşaq vaxtı yıxılıb və başına dəmir düşərək zədə alıb: "Onda özünəqapanma, əsəbilik vardı".

Proses oktyabrın 16-a davam etdiriləcək.

Qeyd edək ki, V.Behbudov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham olunur.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Bu gün, 13:12
İşədüzəltmə şirkətləri bizi aldadır? - hansılara inanaq?
Bu gün, 13:10
"Hesab edirik ki, Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin Aşqabad danışıqlarının nəticələri pis deyil” - Rusiyalı həmsədr
Bu gün, 13:06
Rusiya XİN ABŞ-a etiraz notası göndərəcək
Bu gün, 13:05
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi
Bu gün, 13:03
Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı
Bu gün, 13:02
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib
Bu gün, 12:56
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb
Bu gün, 12:55
“Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı
Bu gün, 12:46
"Hazırlıq kurslarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur" - Ceyhun Bayramov
Bu gün, 12:44
Problemli krediti olanlara yeni XƏBƏR var - SİYAHI hazırlandı
Bu gün, 12:42
Əhmədzadənin işçisi haqda iddia... - İLGİNC
Bu gün, 12:39
Qarabağ əlilinin rüşvət iddiasına cavab verildi - AÇIQLAMA
Bu gün, 12:36
Xaçmazda narkotacirlər ifşa olundu
Bu gün, 12:32
Məhkəmə porno filmə çəkilən azərbaycanlı modelin istəyini rədd etdi
Bu gün, 12:30
“Bunu hakimiyyətin içindəki köhnə təfəkkürlü adamlar ediblər...”
Bu gün, 12:27
Nadir baş kəsənlərin videosunu yaydı - Dəhşətli görüntülər - Foto (+18)
Bu gün, 12:25
Gürcüstanda çörək bahalaşıb
Bu gün, 12:20
Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: - “Qatili evdən qovmuşdum”
Bu gün, 12:19
“Vaqifdən şikayətçi deyiləm” - Budaq Nəsirovun atası
Bu gün, 12:15
Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib
Bu gün, 12:12
"4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır" - Ceyhun Bayramov
Bu gün, 12:10
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Bu gün, 12:09
“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI
Bu gün, 11:14
Telli Borçalı “Maşın” şouya qatılmaqdan niyə imtina edib?
Bu gün, 11:11
Azərbaycanda gübrə istehsal edən şirkət cərimələnib
Bu gün, 11:04
Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı"
Bu gün, 11:03
Milli Məclisin yanında dəhşətli qəza
Bu gün, 10:58
“LGBT-ni təbliğ edənlər milli kimliyi məhv etmək istəyirlər” - Sərdar Cəlaloğlu
Bu gün, 10:53
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Bu gün, 10:51
Həmsədrlər Azərbaycana gəlib
Bu gün, 10:50
Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA
Bu gün, 10:48
Hər məmur özünə bir sayt açıb - "Hansısa qüdrətli əl buna mane olurdu..."
Bu gün, 10:46
“Rusiyanın erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin...” - Məmmədyarov
Bu gün, 10:42
Əli İnsanov ofis axtarır - Siyasətə atılır...
Bu gün, 10:41
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb
Bu gün, 10:40
Misir ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını alqışlayıb
Bu gün, 10:35
Tünzalə Ağayeva Azərbaycandakı qadın qətllərini “soyqırım” adlandırdı
Bu gün, 10:32
"Bu vaxt ərə gedəcəm"
Bu gün, 10:25
MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib
Bu gün, 10:20
“Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov
Bu gün, 10:19
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib, bir qadın saxlanılıb
Bu gün, 10:16
"Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi" - deputat
Bu gün, 10:08
Hər şeyi dövlətdən gözləməli deyilik: - Balaca şəhid guşəsini təmiz saxlamaq çətindir?
Bu gün, 10:05
Azərbaycan bankı Rusiyaya verdiyi krediti GERİ ALA BİLMİR - Rəqəmlər...
Bu gün, 10:03
Sahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıb
Bu gün, 10:00
Azərbaycanda "Beluqa Tahir"in saxta araq satdığı YENİ ÜNVANLAR - Sədr açıqlayır
Bu gün, 09:55
"Gələn il pensiyalar yenidən artırılacaq" - Nazir
Bu gün, 09:53
Bakıda yaradılan "Yaşıl guşələr" və buna biganə yanaşanlar... - FOTO
Bu gün, 09:50
Xəzər sahilini "studiya"ya çevirdi
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru