Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     İşədüzəltmə şirkətləri bizi aldadır? .....                     "Hesab edirik ki, Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin Aşqabad danışıqlarının nəticələri pis deyil” .....                     Rusiya XİN ABŞ-a etiraz notası göndərəcək .....                     Nazir Mehman Təhməzovu vəzifədən azad etdi .....                     Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib .....                     Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb .....                     “Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı .....                     "Hazırlıq kurslarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur" .....                     Problemli krediti olanlara yeni XƏBƏR var .....                     Əhmədzadənin işçisi haqda iddia... .....                     Qarabağ əlilinin rüşvət iddiasına cavab verildi .....                     Xaçmazda narkotacirlər ifşa olundu .....                     “Bunu hakimiyyətin içindəki köhnə təfəkkürlü adamlar ediblər...” .....                     Gürcüstanda çörək bahalaşıb .....                     Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: .....                     “Vaqifdən şikayətçi deyiləm” .....                     Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib .....                     "4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır" .....                     Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini .....                     “Ciddi kadr islahatlarının şahidi olacağıq” .....                     Azərbaycanda gübrə istehsal edən şirkət cərimələnib .....                     Türkiyədən Trampın məktubuna sərt cavab .....                     Milli Məclisin yanında dəhşətli qəza .....                     “LGBT-ni təbliğ edənlər milli kimliyi məhv etmək istəyirlər” .....                     Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb .....                     Həmsədrlər Azərbaycana gəlib .....                     Adil Vəliyevin yola salınmasına az qalıb... .....                     Hər məmur özünə bir sayt açıb .....                     “Rusiyanın erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin...” .....                     Əli İnsanov ofis axtarır .....                     Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb .....                     Misir ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını alqışlayıb .....                     MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib .....                     “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” .....                     Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib, bir qadın saxlanılıb .....                     "Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi" .....                     Hər şeyi dövlətdən gözləməli deyilik: .....                     Azərbaycan bankı Rusiyaya verdiyi krediti GERİ ALA BİLMİR .....                     Sahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıb .....                 

Azərbaycanda avtomobil kirayəsi digər ölkələrlə müqayisədə ucuzdur
Tarix: 9-10-2019, 15:42 | Çap et
Azərbaycanda avtomobil kirayəsi digər ölkələrlə müqayisədə ucuzdur
Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da avtomobil kirayəsi biznesi geniş yayılıb. Bu da təbiidir. Çünki xeyli sayda ölkə vətəndaşı, eləcə də xarici turistlər müxtəlif şəhər və rayonlarımıza, həttac ucqar kəndlərə rahat səfər etmək, ürəyi istəyən kimi gəzmək üçün kirayəyə avtomobil götürür. Yəni, bu xidmətə tələbat var və getdikcə artır. Odur ki, ölkədə avtomobil kirayəsi şirkətlərinin də sayı artmaqdadır. Bununla belə, onların heç də hamısından müştərilər razı deyil. Yəni bu sahədə də problemlər mövcuddur.

“Report” bu sahənin nə dərəcədə sərfəli olmasını, yerli turizm potensialının artırılmasındankı rolunu araşdırıb.

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyir ki, Azərbaycanda bu xidmətin səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə geri aşağıdır: "Dünya təcrübəsinə nəzər salsaq, məsələn, ABŞ-a gələn xarici vətəndaş hətta hava limanında avtomobili kirayəyə götürə, ölkəsinə qayıtdıqda isə onu elə orada geri təhvil verə bilər. Bizdə aeroportda avtomobil kirayəsi xidməti göstərən yoxdur.

Bundan başqa, hazırda dünyada avtomobil kirayəsinin geniş tətbiq olunan növlərindən biri də “car sharing”dir. Bu sistemə əsasən, şəhərin müxtəlif bölgələrində müvəqqəti istifadə üçün avtomobillər park olunur. İnsanlar mobil tətbiq vasitəsilə həmin avtomobili taparaq qısamüddətli kirayəyə götürür, sonra isə gedəcəkləri ünvanda park edirlər. Bu avtomobillər adətən yüksək innovasiyalı avtomobillər olur. Gələcəkdə dünya ölkələrində bu sahədə avtonom maşınların istifadəsi nəzərdə tutulur.

Həmçinin, ABŞ-da və Avropa ölkələrində avtomobil kirayəsi ilə məşğul olan şirkətlərin həm ölkə daxilində, həm də xaricdə ofisləri fəaliyyət göstərir. Məsələn, Parisdə (Fransa) kirayə etdiyin avtomobili Amsterdamda (Niderland) təhvil verə bilərsən”.

Onun sözlərinə görə, Azərbaycandakı şirkətlər əsasən 2 cür xidmət göstərir: "Bunlardan biri sırf toy və yaxud hansısa digər hansısa digər tədbirlərin keçirilməsi məqsədilə avtomobillərin kirayə edilməsidir. Bu zaman əsasən biznes klass avtomobillər kirayə edilir. İkinci istiqamət isə ölkəyə gələn xarici vətəndaşların burada avtomobil kirayələməsidir.

Hələ ki, ölkəmizdə bu sahəyə böyük tələbat olmadığını düşünürəm. Bizdə avtomobil kirayəsi bazarı tam formalaşmayıb. “Rent a car” spesifik bir biznes növü olduğu üçün kiçik ölkələrdə bir o qədər yaxşı işləmir. Bunun bir səbəbi həmin ölkələrdə taksi xidmətinin xeyli ucuz olmasıdır. Elə ölkəmizdə də taksilərin qiymət kifayət qədər ucuz olduğu üçün əhali avtomobil kirayələməyə üstünlük vermir. Azərbaycanda avtomobil kirayələməyə verdiyiniz pulu hər hansı bir taksi sürücüsünə versəz sizi istədiyiniz yerə aparar. Digər tərəfdən, bizdə “Rent a car” şirkətləri tərəfindən adətən biznes klass və daha yuxarı səviyyəli avtomobillər kirayəyə verilir. ABŞ və yaxud Avropa ölkələrində olduğu kimi büdcə avtomobili tapmaq çətindir. Bu səbəbdən də “Rent a car” xidmətindən istifadə etmək hər kəs üçün əlçatan deyil. Bu sahədə çatışmayan başqa bir cəhətimiz isə “rent a car” şirkətlərinin müxtəlf şəhərlərdə ofislərinin olmamasıdır.

“Rent a car” biznesinin Azərbaycanda inkişafını məhdudlaşdıran amillərdən biri də yol vərəqəsi və ya etibarnamə amilidir. Etibarnamə “car sharing”in inkişafına birbaşa maneə olan məsələdir. Bir çox dövlətlərdə etibarnamə məvhumu yoxdur. Hətta qonşu ölkələrdə belə etibarnamə verilməsi tətbiq edilmir. Avtomobil sahibi öz avtomobilini kimə istəsə verə bilir. Əgər şəxs avtomobilinin oğurlanması ilə bağlı polisə müraciət etməyibsə, deməli onu özü başqa bir şəxsə etibar edib".

Ekspert “rent a car” biznesinin turizm sektorunun inkişafı ilə birbaşa bağlılığı məsələsinə də diqqət çəkib: “Biz turizm sektorunun inkişafını elə bir həddə yüksəltməliyik ki, “rent a car” biznesinə tələbat da artsın. Digər tərəfdən sığorta sistemini də avtomatlaşdırmalıyıq ki, sözügedən biznesin inkişafı ləngiməsin”.

Azərbaycanda kirayəyə götürülən avtomobillərdə yerli və xarici vətəndaşların payı demək olar ki, eynidir (yəni 50/50-yədir). Kirayə edilən avtomobillə gedilən yerlərin siyahısında isə Qəbələ, Şəki, Oğuz , Quba, Qax rayonları - yəni turistik bölgələr xüsusi qeyd olunub. Kirayə edilən maşınlar arasında ekonom avtomobillər və “cip”lər üstünlük təşkil edir. Səbəb kimi dağ zonalarına istirahətə gedənlər üçün digər avtomobillərin sərfəli olmadığı göstərilib. Eyni zamanda ailəvi istirahətə gedən turistlər lyuks avtomobilləri də kirayə edirb. Daha çox qrup halında səyahətlər üçün nəzərdə tutulan "Mercedes Benz Sprinter" avtomobillərini isə adətən sürücü ilə birlikdə kirayə edirlər.

Turizm üzrə ekspert Aqil Ağalarov deyir ki, Azərbaycanda avtomobil kirayələmək başqa ölkələrlə müqayisədə ucuz başa gəlir: “Azərbaycanda turizm şirkətləri əsasən müxtəlif avtobusları kirayəyə götürməyə üstünlük verirlər. Bu səbəblə də turizm şirkətləri nəqliyyat firmaları ilə əməkdaşlıq edirlər. Təəssüf ki, bu firmaların təklif etdiyi qiymətlər yüksək olur. Eyni zamanda “rent a car” şirkətləri ilə də işləyənlər az deyil. “Rent a car”larla işləyənlərin əksəriyyəti xarici turizm sahəsində fəaliyyət göstərən şirkətlərdir. Bəzi tuirzm şirkətlərinin isə özlərinin az sayda avtomobilləri olur".

Onun sözlərinə görə, ölkəmizdə “rent a car” şirkətlərinin səviyyəsi getdikcə yüksəlməkdədir: "Bizdəki “rent a car” qiymətləri də qonşu dövlətlərlə müqayisədə xeyli münasibdir. Məsələn, Qubaya getmək üçün bir günlük “Vito” avtomobilinin qiyməti 200-250 manat arasında dəyişir.

Ölkəyə gələn turistlərə turizm şirkətləri tərəfindən kirayəyə avtomobil və ya avtobus götürmək təklif edilir. Əgər təklif qəbul edilərsə turizm şirkətləri qrup şəklində gələn turistlər üçün trasnport firmalarından avtobus kirayə edir. Ailəvi gələn turistlər üçün isə “rent a car” şirkətlərindən müxtəlif avtomobillər götürülür. Bu zaman adətən 5-8 nəfərlik “Mercedes Benz Vito” avtomobillərini kirayələməyə üstünlük verirlər. Əksər hallarda bu avtomobillər sürücü ilə birlikdə kirayələnir. Çox az hallarda olur ki, sürücüsüz avtomobillər sifariş edilsin. Turistlərin əksəriyyəti isə özləri birbaşa “rent a car” şirkətlərinə müraciət edirlər. Ümumiyyətlə “Rent a car” şirkətlərinə müraciət edən turistlərin çoxu İraq, Səudiyyə Ərəbistanı, İngiltərə və Rusiyadan gələn turistlərdir. Ərəb ölkələrindən gələn turistlər əsasən lyuks avtomobillərə, Avropa ölkələrindən gələnlər isə ekonom maşınlara üstünlük verirlər”.

Turizm üzrə digər bir ekspert Valeh Cəfərov da bizdə “rent a car” qiymətlərinin digər ölkələrdən daha münasib olduğunu qeyd edib: "Avtomobil kirayəsi ilə bağlı müraciət edənlərin arasında ərəb ölkələrindən və Avropadan gələn turistlər üstünlük təşkil edir. Regionlara səfər etmək üçün avtomobillər əsasən sürücü ilə birlikdə kirayəyə götürülür.
Bəzən də turislər paytaxtda gündəlik sürmək üçün fərdi şəkildə avtomobil kirayə edirlər. Bunlar çox zaman “Toyota”, “Hundai” avtomobilləri olur. Lyuks avtomobillər adətən sürücü ilə birlikdə, ekonom avtomobillər isə sürücüsüz sifariş edilir. Bir də ov məqsədilə gələn turislər olur ki, onlar “cip”lərə üstünlük verirlər. Turislər həm özləri, həm də turizm şirkətləri vasitəsilə “rent a car”lara müraciət edirlər. Lakin birbaşa turistlərin özləri tərəfindən edilən müraciətlər daha çox müşahidə olunur".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Bu gün, 13:12
İşədüzəltmə şirkətləri bizi aldadır? - hansılara inanaq?
Bu gün, 13:10
"Hesab edirik ki, Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin Aşqabad danışıqlarının nəticələri pis deyil” - Rusiyalı həmsədr
Bu gün, 13:06
Rusiya XİN ABŞ-a etiraz notası göndərəcək
Bu gün, 13:05
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi
Bu gün, 13:03
Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı
Bu gün, 13:02
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib
Bu gün, 12:56
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb
Bu gün, 12:55
“Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı
Bu gün, 12:46
"Hazırlıq kurslarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur" - Ceyhun Bayramov
Bu gün, 12:44
Problemli krediti olanlara yeni XƏBƏR var - SİYAHI hazırlandı
Bu gün, 12:42
Əhmədzadənin işçisi haqda iddia... - İLGİNC
Bu gün, 12:39
Qarabağ əlilinin rüşvət iddiasına cavab verildi - AÇIQLAMA
Bu gün, 12:36
Xaçmazda narkotacirlər ifşa olundu
Bu gün, 12:32
Məhkəmə porno filmə çəkilən azərbaycanlı modelin istəyini rədd etdi
Bu gün, 12:30
“Bunu hakimiyyətin içindəki köhnə təfəkkürlü adamlar ediblər...”
Bu gün, 12:27
Nadir baş kəsənlərin videosunu yaydı - Dəhşətli görüntülər - Foto (+18)
Bu gün, 12:25
Gürcüstanda çörək bahalaşıb
Bu gün, 12:20
Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: - “Qatili evdən qovmuşdum”
Bu gün, 12:19
“Vaqifdən şikayətçi deyiləm” - Budaq Nəsirovun atası
Bu gün, 12:15
Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib
Bu gün, 12:12
"4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır" - Ceyhun Bayramov
Bu gün, 12:10
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Bu gün, 12:09
“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI
Bu gün, 11:14
Telli Borçalı “Maşın” şouya qatılmaqdan niyə imtina edib?
Bu gün, 11:11
Azərbaycanda gübrə istehsal edən şirkət cərimələnib
Bu gün, 11:04
Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı"
Bu gün, 11:03
Milli Məclisin yanında dəhşətli qəza
Bu gün, 10:58
“LGBT-ni təbliğ edənlər milli kimliyi məhv etmək istəyirlər” - Sərdar Cəlaloğlu
Bu gün, 10:53
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Bu gün, 10:51
Həmsədrlər Azərbaycana gəlib
Bu gün, 10:50
Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA
Bu gün, 10:48
Hər məmur özünə bir sayt açıb - "Hansısa qüdrətli əl buna mane olurdu..."
Bu gün, 10:46
“Rusiyanın erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin...” - Məmmədyarov
Bu gün, 10:42
Əli İnsanov ofis axtarır - Siyasətə atılır...
Bu gün, 10:41
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb
Bu gün, 10:40
Misir ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını alqışlayıb
Bu gün, 10:35
Tünzalə Ağayeva Azərbaycandakı qadın qətllərini “soyqırım” adlandırdı
Bu gün, 10:32
"Bu vaxt ərə gedəcəm"
Bu gün, 10:25
MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib
Bu gün, 10:20
“Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov
Bu gün, 10:19
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib, bir qadın saxlanılıb
Bu gün, 10:16
"Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi" - deputat
Bu gün, 10:08
Hər şeyi dövlətdən gözləməli deyilik: - Balaca şəhid guşəsini təmiz saxlamaq çətindir?
Bu gün, 10:05
Azərbaycan bankı Rusiyaya verdiyi krediti GERİ ALA BİLMİR - Rəqəmlər...
Bu gün, 10:03
Sahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıb
Bu gün, 10:00
Azərbaycanda "Beluqa Tahir"in saxta araq satdığı YENİ ÜNVANLAR - Sədr açıqlayır
Bu gün, 09:55
"Gələn il pensiyalar yenidən artırılacaq" - Nazir
Bu gün, 09:53
Bakıda yaradılan "Yaşıl guşələr" və buna biganə yanaşanlar... - FOTO
Bu gün, 09:50
Xəzər sahilini "studiya"ya çevirdi
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru