Bir qrup vyetnamlını aldatdı, Almaniya əvəzinə Azərbaycana göndərdi... .....                     Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib .....                     Növbəti əfv sərəncamı olacaq? .....                     "Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir" .....                     Xətainin heykəlinin yeri dəyişdirilir .....                     Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar .....                     “Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, mütləq onlar təmin olunmalıdır” .....                     Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? .....                     Əli Kərimli müxalifətin "Lenin"i vasitəsilə Müsavatı parçalamaq istəyir .....                     "Etimadı doğrultmağa çalışacağam" .....                     Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub .....                     Qəbələdə vəzifə saxtakarlığı... .....                     Hakimlərə ən azı 10 min manat maaş verilməlidir .....                     Özəl məhkəmə ekspertizası institutu yaradılır .....                     Ermənilər uydurma xəritə yaydılar: .....                     ABŞ-da cinayət törətməkdə ittiham edilən pakistanlılar Azərbaycanda saxlanılıb .....                     Ağsuda müəllimi oğurlayıb zorlayan şəxs və qardaşına ağır cəza .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub .....                     Milli Məclisdə ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb .....                     Nazirin buralardan xəbəri varmı? .....                     Qubada evində dibçəkdə narkotik becərən şəxs saxlanılıb .....                     Rafael Hüseynov Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif edib .....                     “O baş redaktorun tərbiyəsi yoxdur” .....                     Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib .....                     "600 min manata yaxın borc yaranıb..." .....                     Uşaqların zərərli informasiyadan qorunması haqqında qanuna dəyişiklik edilib .....                     Mübariz Mənsimov məhkəmə qərarını icra etmir .....                     Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfərinə .....                     Əli İnsanovun talan etdiyi dövlət mülklərinin TAM SİYAHISI .....                     "LUKOYL-Azərbaycan"da yeni direktor TƏYİNATI .....                     Keçmiş məhkum iş başında yaxalandı... .....                     AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb .....                     Ermənistan Baş Qərargahının rəisi işdən çıxarılır .....                     Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər .....                     İranda iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı öldürülüb .....                     Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında .....                     AQTA əməkdaşı korrupsiya ilə tutulub? .....                     Hicran Hüseynova sakinlərlə görüşə .....                     Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb .....                 

“Bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi quruma, ilk növbədə, öz adamlarını gətirir" - YAP-çı deputat
Tarix: 9-10-2019, 11:55 | Çap et
 “Bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi quruma, ilk növbədə, öz adamlarını gətirir"
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nəsib Məhəməliyevin APA-ya müsahibəsi

- Siz Balakənin deputatısınız. Təmsil etdiyiniz rayonda daha çox hansı sahələrdə problemlər nəzərə çarpır? Bu problemlərin həlli üçün hansı təklifləriniz var? Bu istiqamətdə hansı addımları atırsınız?

- Mən 4 ildir, 109 saylı Balakən seçki dairəsindən Milli Məclisə deputat seçilmişəm. Deputat fəaliyyətim isə təkcə 109 saylı seçki dairəsini əhatə etmir. Mənim üçün dairənin heç bir fərqi yoxdur. Uzun illər Balakəndə yaşayıb, fəaliyyət göstərmişəm. Təkcə təmsil etdiyim dairədən yox, digər bölgələrdən də vətəndaşlar müraciət edirlər. Hər yerdə olduğu kimi, Balakən rayonunda da problemlər yox deyil. Ancaq həll olunan problemlərin sayı daha çoxdur. Hər şey müqayisəli şəkildə olanda daha yaxşı olur. Cənab Prezidentin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramları çərçivəsində Balakən rayonunda 35 yeni məktəb binası, xəstəxana, mədəniyyət sarayı, olimpiya idman kompleksi, uşaq bağçaları, xeyli sayda inzibati bina tikilib, sosial obyektlər əsaslı təmir olunub. ASAN Xidmətin yeni binası və İncəsənət Gimnaziyasının tikintisi başa çatmaq üzrədir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslərə subsidiyaların, lizinq xətti ilə texnikaların verilməsi və s. kimi işlər görülür. Rayon ərazisi 100% qazlaşdırılıb. Bir sözlə, insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir çox tədbir həyata keçirilib. Həmçinin Heydər Əliyev Fondunun xətti ilə uşaq bağçaları tikilərək insanların istifadəsinə verilib. Bununla belə, desək ki, bütün məsələlər həll olunub, qeyri-səmimilik olar. Əhalini narahat edən ən aktual məsələlərdən tibbi sığorta, elektrik enerjisi təminatında fasilələrin yaranması, bəzi ucqar kəndlərdə telefonlaşma aparılmadığına görə internet resurslardan istifadənin mümkünsüzlüyü, bəzi kəndlərdə uşaq bağçalarının olmaması, rayon ərazisində 30 minə yaxın əhaliyə xidmət edən qəzalı xəstəxananın yenidən tikilməsinin vacibliyi, içməli su, əlilliyin müəyyən olunması ilə bağlı problemləri qeyd etmək olar. Hesab edirəm ki, dövlətin qayğısı kifayət qədərdir, problemlər gələcəkdə mərhələli şəkildə həllini tapacaq. Bütün bu problemlərlə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırır, təkliflərimizi veririk.

- Təmsil etdiyiniz bölgədə azsaylı xalqlar yaşayır. Onlar arasında hər hansı problemlər olurmu? Sizə hansı məsələlərlə bağlı müraciətlər edirlər? Narahatedici məqamlar nədir?

- Çox maraqlı sualdır. Bəzi hallarda azsaylı xalqların yaşadıqları regionlarda müəyyən problemlərin olduğu barədə mətbuatda məlumatlar gedir. Balakəndə 22-yə yaxın millətin nümayəndəsi yaşayır. Həmişə çox mehriban olublar. Bir-birinin mədəniyyətindən, adət-ənənəsindən bəhrələniblər. Millətlərarası münaqişə heç vaxt olmayıb. Müstəqilliyin ilk illərində, SSRİ dağılandan sonra bəzi separatçı qüvvələr onları qarşı-qarşıya qoymağa çalışırdı. O dövrdə dövlətimiz hələ formalaşmamışdı, oturuşmuş idarəetmə sistemimiz yox idi. Bundan sui-istifadə edərək bulanıq suda balıq tutmaq istəyənlər var idi. Ayrı-ayrı ölkələrdən Balakənə, o cümlədən digər bölgələrimizə dini missionerlər gəlirdi. Mən o dövrdə Balakəndə yaşayırdım. Yaxşı hal idi ki, insanlar başqa yerlərdən gələn yad ideyaları qəbul etmirdilər. Tam məsuliyyətlə deyirəm ki, bu gün Balakən rayonunda milli ayrı seçkilik, etnik problemlərlə bağlı cüzi də olsa, narazılıq yoxdur.

Bildiyiniz kimi, Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olub. O vaxta qədər AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri milli, etnik problemlər, insan, hüquq və azadlıqları ilə bağlı rayona gəlirdilər. Biz onları qəbul edərək saatlarla suallarını cavablandırırdıq. Çox yaxşı hal idi ki, onlar AŞPA-da çıxış edərkən həqiqəti söylədilər, Azərbaycanda milli məsələlərlə bağlı mənfi fikir səsləndirmədilər. Hətta o vaxtlar Azərbaycanın tolerant və multikultural dövlət olduğunu qeyd etdilər. İndiki zamanda isə Azərbaycan artıq özünü tolerant ölkə kimi təsdiq edib. Balakən rayonunda heç vaxt heç kim milli zəmində Azərbaycan dövlətçiliyinə, ərazi bütövlüyümüzə qarşı çıxış etməyəcək.

- Deputat fəaliyyətiniz haqqında danışaq. Necə düşünürsünüz, seçiciləriniz deputat kimi sizdən razıdırmı?

- Onu seçicilərimin özündən soruşmaq lazımdır. Bu məqam mənim üçün də maraqlıdır. Xarakter etibarı ilə gördüyüm işləri heç vaxt reklam etməmişəm. Bunu mənimlə uzun illər çalışan insanlar da bilir. İcra başçısı olan zaman da belə olub, deputat olan zaman da. Həmişə çalışmışam ki, Milli Məclisin plenar iclanlarında, yaxud digər səviyyələrdə təmsil etdiyim bölgənin problemlərini, seçicilərimin istəyini, təkliflərini qaldırım. Heç kim indiyə qədər televiziyada və ya KİV-də mənim kiməsə hədiyyə və ya yardım etdiyimi görməyib. İslam əxlaqına görə sağ əlin verdiyini sol əl bilməməlidir. Maksimum çalışıram ki, hər hansı reklamdan uzaq olum. Bu gün cəmiyyətdə məmurlara, deputatlara qarşı münasibət birmənalı deyil. Hər birimiz çalışmalıyıq ki, insanlar bizim davranışlarımızdan, əməllərimizdən narazı qalmasınlar, bizim kobud səhvlərimizə görə təmsil olunduğumuz komandanı günahlandırmasınlar.

- Bayaq qeyd etdiniz ki, cəmiyyətdə məmurlara qarşı münasibət birmənalı deyil. Bunun səbəbi nədir?

- Bu reallıqdır. Əgər məmurun savadı, Vətənə, millətə, dövlətə sevgisi varsa, neqativ halların heç biri onda olmayacaq. Bizdə vətənpərvərliklə bağlı çoxlu mövqe və baxışlar var. Mənim baxışıma görə, vətənpərvər ilk növbədə o insandır ki, cəmiyyətdə harada və hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsini layiqincə yerinə yetirir. Hesab edirəm ki, məmur heç vaxt şəxsi hisslərlə rəhbərlik etməməlidir. Şəxsi hisslər aldadıcıdır. Çünki şəxsi hisslər gündə bir neçə dəfə dəyişə bilər. Məmur qanunlara, Konstitusiyaya riayət etməli və təmsil etdiyi komandanın mənəvi prinsiplərinə əsaslanmalıdır. Bizdə bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi qurumlara, ilk növbədə, öz adamlarını gətirirlər. Orada 10-15 il dövlətə sədaqətlə çalışan savadlı insanları kənarlaşdırır, onun yerinə işini bilməyən, bəzi hallarda kobud adamları ətrafına yığır. Bu məmur ora məhz korrupsiya ilə məşğul olmağa gəlir. Hesab edirəm ki, əhalidə narazılıq yaradan problemin kökündə bu durur. Bu hal kütləvi hal aldıqda cəmiyyətdə narazılıq yaradır. Hesab edirəm ki, güclü, savadlı rəhbər istənilən kadrla işləməyi bacarmalıdır. Heç bir halda nöqsansız işləyən, peşəkar kadrı işdən çıxarmaq olmaz. Əgər bir kadr 10-15 il işləyibsə, demək ki, dövlətə sədaqətlə xidmət edib. Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların “başını kəsir”. Nə qədər özünə münasib adam varsa, gətirib yanına yığır. Bu, ümumiyyətlə pis nümunədir.

- Parlamentin iclaslarında o qədər də aktiv deyilsiniz, nadir hallarda çıxış edirsiniz. Aktiv deputat olmadığınız barədə fikirlərlə razısınızmı? Parlamentin iclaslarında niyə az-az çıxış edirsiniz?

- Belə bir söz var: Hər bir insan cəmiyyətdə öz yerini biləndə daha yaxşı olur. Mən razıyam ki, parlamentdə tez-tez çıxış etmirəm. Ola bilsin ki, daha tez-tez çıxış etməliyəm. Hesab edirəm ki, zərurət yaranan zaman mütləq çıxış edirəm. Həyat təcrübəmə və potensialıma görə hər plenar iclasda azı 15-20 məsələ üzrə çıxış edə bilərəm. Bunu ilk dəfədir, deyirəm və buna kimsənin şübhəsi olmasın. Ancaq belə etrsəm, qısa bir zamanda həmkarlarımın və bir çox insanın gözündən düşərəm. Hesab edirəm ki, mənim dediyim hər bir sözün əhəmiyyəti olmalıdır. Mən daha çox seçicilərin problemləri ilə maraqlanıram. Çalışıram ki, həyatda düzgün mövqe tutum.

- Siz həm də uzun müddət Nəsimi və Balakən rayonlarında icra başçısı işləmisiniz. Hansı sahədə çalışmaq daha asandır və niyə deputat olmaq istədiniz?

- Tam səmimiyyətlə deyirəm ki, mənim üçün istər icra başçısı, istərsə də deputat fəaliyyəti ilə bağlı heç bir çətinlik yoxdur. Əsas o deyil. Əsas odur ki, harada olmağından asılı olmayaraq hər bir insan çiynində gəzdirdiyi məsuliyyəti dərk etməlidir. Onun işindən cəmiyyət xeyir görməlidir. İstənilən hərəkət qanunlara, sivil dövlət quruculuğuna xidmət etməlidir. Mən ulu öndər Heydər Əliyevin, sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə icra başçısı kimi fəaliyyət göstərmişəm. Hər zaman onu gözləmişəm ki, mənim timsalımda heç bir insan rəhbərimdən narazı olmalı deyil. Özümdən daha çox təmsil olunduğum hakimiyyətin, dövlətin və xalqımızın nüfuzunu fikirləşmişəm. Heç vaxt mənfi obrazda nümunə olmamalıdır. Nə deputatlığın, nə də icra başçısı olmağın mənə görə çətinliyi olmayıb.

- Cəmiyyətdə icra başçılarına münasibət o qədər də birmənalı deyil. Çox az adam tapmaq olar ki, icra başçılarının fəaliyyətindən razı olsun. Sizcə bunun səbəbi nədir?

- Yeqin ki, biz hələ cəmiyyətə lazım olan institutları kifayət qədər formalaşdıra bilməmişik. Məsələn, mən icra başçısı olan zaman da qeyd etmişəm ki, bizə, ilk növbədə, bələdiyyə institutunu müasir standartlara qaldırmaq lazımdır. Mən yerli özünüidarəetmə orqanlarının müstəqil fəaliyyətinin tərəfdarıyam. Hesab edirəm ki, maliyyə, təsərrüfat və kommunal xarakterli bütün məsələlər icra hakimiyyətlərinin yox, bələdiyyələrin tabeliyinə verilməlidir. Razıyam, cəmiyyətdə belə bir fikir var ki, bələdiyyələr ancaq torpaq satmaq və s. işlərlə məşğuldur. Biz çalışmalıyıq ki, sırf bələdiyyə idarəetmə sistemi üzrə yaxşı kadrlar hazırlayaq. Həmin adamlar dövlətə və dövlətçiliyə bağlı olmalıdırlar. Ancaq nə qədər ki, icra hakimiyyətləri indiki formada bütün məsələlərə nəzarət edir, gələcəkdə də cəmiyyətdə icra başçılarına qarşı xoş rəy olmayacaq.

İkincisi, hər bir insanın ailədə aldığı tərbiyədən tutmuş həyata baxışları onun şəxsiyyətini formalaşdırır. Ona görə mənəvi keyfiyyətlər çox önəmlidir. Etiraf edək ki, istənilən halda, istənilən vəzifənin müəyyən üstünlükləri var. Azərbaycan xalqının əsrlərdən gələn ənənələri mövcuddur. Xalq öz məmuru, ziyalısı ilə hörmətlə davranacaq . Bundan sui-istifadə etmək isə insanın aldığı tərbiyədən tutmuş, tamahından asılı olan məsələlərdir. Belə hallar olan zaman isə cəmiyyətdə məmurlara qarşı mənfi obraz formalaşır.

- Bir neçə ay əvvəl iştirak etdiyiniz debatdan sonra məlumatlar yayıldı ki, YAP-dan Sizin debatlarda çıxış etməyinizə qadağa qoyulub. Bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

- Yox, heç bir məhdudiyyət qoyulmayıb. Düzdür, ondan sonra məni ancaq bir çox müxalif kanallar dəvət ediblər. Amma mən getməmişəm.

- Mətbuatda bəzi deputat həmkarlarınızın parlament fəaliyyəti ilə yanaşı, özəl biznesinin olduğu barədə yazılır. Bunlara münasibətiniz?

- Deputatların, dövlət idarəetmə sistemində işləyən məmurların biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Bu, beynəlxalq normadır və normaldır. Məsələn, Donald Tramp ABŞ Prezident seçilənə qədər biznes fəaliyyəti ilə məşğul olurdu. Seçildikdən sonra isə biznesini kiminsə idarəetməsinə verdi. Qanun bunu tələb edir. Deputat da seçildiyi dövrdə biznesdən kənarlaşır. Əgər deputat fəaliyyət göstərdiyi zaman hər hansı maliyyə sənədlərinə imza atırsa, istehlak kreditləri istisna olmaqla, digər kredit müqavilələrini imzalayırsa, təbii ki, bu, qanunsuz fəaliyyətdir. Belə olan halda avtomatik özü istefa verməlidir. Ya biznes, ya deputatlıq. Ona görə mən sənədləri görmədən, faktları bilmədən kiminsə barəsində fikir söyləmirəm.

- Milli Şuranın dünənki aksiyasına münasibət bildirməyinizi də istərdik…

- Mən Bakı Şəhər İcra Hakimiyyətinə belə bir piketin keçirilməsinə razılıq verdiyi üçün təşəkkür edirəm. Çünki aksiya keçirmək istəyənlər şayiələr buraxırdılar, sərbəst toplaşmaq azadlığı pozulur, hakimiyyət mitinqin, piketin keçirilməsinə razılıq vermir və s. həqiqətə uyğun olmayan fikirlər səsləndirirdilər. Dünənki aksiya ilə onların sosial dayaqları da bir daha göründü. Onların xaotik çıxışlar etməsi bir daha göstərdi ki, köhnə adətlərindən əl çəkmirlər. Ümumiyyətlə, müxalifətin belə hərəkətlərini dövlətçiliyə zidd hesab edirəm. Ələlxüsus, piketin keçirildiyi ərazinin yaxınlığında məktəblər, inzibati binalar var. Buna baxmayaraq, iqtidar kifayət qədər humanistlik göstərib piketin keçirilməsinə şərait yaratdı.

- Müxalifət nümayəndələri dünən çıxışlarında da qeyd etdilər ki, dünyanın hər yerində mitinqlər, piketlər şəhərin mərkəzində keçirilir…

- Hesab edirəm ki, demokratiyanın sərhədi o yerə qədərdir ki, sən digərlərinin hüquqlarını tapdalamayasan. Piketin keçirildiyi ərazinin yaxınlığında 132-134 nömrəli Təhsil Kompleksi, dövlət idarələri, Prezident Administrasiyası, Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası yerləşir. Həmçinin həmin ərazi nəqliyyatın olduqca intensiv hərəkət etdiyi bir yerdir. Mən şəhərin mərkəzində piketlərin, mitinqlərin keçirilməsinin tam əleyhinəyəm. Ümumiyyətlə, xalq bunu qəbul etmir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup vyetnamlını aldatdı, Almaniya əvəzinə Azərbaycana göndərdi...
Bu gün, 15:40
Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib
Bu gün, 15:34
Növbəti əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 15:33
"Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir" - TƏLƏB
Bu gün, 15:31
Xətainin heykəlinin yeri dəyişdirilir
Bu gün, 15:30
Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar - İTTİHAM
Bu gün, 15:29
Elçin Əlibəylinin işdən çıxarılmasının səbəbi məlum oldu
Bu gün, 15:25
“Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, mütləq onlar təmin olunmalıdır” - deputat
Bu gün, 15:21
Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL
Bu gün, 15:19
Əli Kərimli müxalifətin "Lenin"i vasitəsilə Müsavatı parçalamaq istəyir - Oqtay Hacımusalı
Bu gün, 15:18
"Etimadı doğrultmağa çalışacağam" - Nazirlər Kabinetinin yeni sözçüsü
Bu gün, 15:16
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub - TƏRCÜMEYİ-HAL
Bu gün, 15:15
Qəbələdə vəzifə saxtakarlığı... - İDDİA
Bu gün, 15:14
Hakimlərə ən azı 10 min manat maaş verilməlidir - deputat
Bu gün, 13:10
Özəl məhkəmə ekspertizası institutu yaradılır - Azərbaycanda YENİLİK
Bu gün, 13:09
Ermənilər uydurma xəritə yaydılar: - İşğalçılar bu "sənəd"də Kipr adasını da "mənimsəyiblər"
Bu gün, 13:06
Azərbaycanlı model elə şəkillər çəkdirdi ki... - YARIÇILPAQ
Bu gün, 13:02
ABŞ-da cinayət törətməkdə ittiham edilən pakistanlılar Azərbaycanda saxlanılıb
Bu gün, 12:57
Ağsuda müəllimi oğurlayıb zorlayan şəxs və qardaşına ağır cəza - MƏHKƏMƏ
Bu gün, 12:54
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 12:52
Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub
Bu gün, 12:49
Milli Məclisdə ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb
Bu gün, 12:48
Nazirin buralardan xəbəri varmı? - İDDİA
Bu gün, 12:46
Qubada evində dibçəkdə narkotik becərən şəxs saxlanılıb
Bu gün, 12:41
Rafael Hüseynov Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif edib
Bu gün, 12:40
“O baş redaktorun tərbiyəsi yoxdur” – Söyüş statusunu dərc edən saytlara MÜNASİBƏT
Bu gün, 12:33
Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:26
"600 min manata yaxın borc yaranıb..." - QALMAQAL
Bu gün, 12:22
Uşaqların zərərli informasiyadan qorunması haqqında qanuna dəyişiklik edilib
Bu gün, 12:20
Ermənilər daha bir Azərbaycan mahnısını oğurladılar - VİDEO
Bu gün, 12:19
Mübariz Mənsimov məhkəmə qərarını icra etmir - 70 min dollarlıq borc
Bu gün, 12:16
“Cənab prezident 10 nəfər ağsaqqal çağırsın, bir-bir adlarını deyək...” - ŞEYX ƏBDÜL MAHMUDBƏYOV
Bu gün, 12:13
Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfərinə münasibət bildirib
Bu gün, 12:05
Əli İnsanovun talan etdiyi dövlət mülklərinin TAM SİYAHISI
Bu gün, 12:03
Telekanallar bu reklamlara görə cəzalandırılsın! - Jurnalist təşkilatı
Bu gün, 12:02
"LUKOYL-Azərbaycan"da yeni direktor TƏYİNATI
Bu gün, 11:56
Keçmiş məhkum iş başında yaxalandı...
Bu gün, 11:54
"Saat 12-nin yarısı olmamış otururdum evdə ki, deməsinlər..."
Bu gün, 11:52
AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb
Bu gün, 11:51
Ermənistan Baş Qərargahının rəisi işdən çıxarılır
Bu gün, 11:41
Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər - VİDEO
Bu gün, 11:40
İranda iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı öldürülüb
Bu gün, 11:35
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
Bu gün, 11:33
AQTA əməkdaşı korrupsiya ilə tutulub? - İDDİA
Bu gün, 11:32
Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi
Bu gün, 11:29
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
Bu gün, 11:26
Türkiyə-İran sərhədində zəlzələ olub, Naxçıvanda da hiss olunub
Bu gün, 11:25
“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıb
Bu gün, 11:20
Türkiyəlilər Toliki seçdi
Bu gün, 11:16
Məşhur “qanuni oğrular” Ermənistana toplaşır
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru