Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA .....                     Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin! .....                     "Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" .....                     Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb .....                     Türkiyəli rəsmilər Suriyaya uçdu .....                     İstirahət günlərində gözlənilən hava proqnozu .....                     Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir .....                     Qobustan qəsəbəsində növbəti səyyar görüş .....                     Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq .....                     Bakıda razılaşdırılmamış aksiya: .....                     Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb .....                     Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq .....                     “Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir .....                     Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı .....                     “19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...” .....                     Azərbaycanda investisiya xərcləri 23% azaldılır .....                     Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb .....                     "Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" .....                     Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib .....                     Yüksələn inkişafın gözəl nümunəs .....                     "Hər birimiz təhlükə altındayıq" .....                     Vergidən yayınan ən böyük şəbəkə... .....                     "Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" .....                     Oktyabrın 21-də dollar neçəyə olacaq? .....                     Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub .....                     "Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" .....                     Azərbaycanda siqaret qıtlığı yarana bilər .....                     "Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" .....                     "Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" .....                     Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb .....                     Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır .....                     Gələn il Azərbaycanın dövlət büdcəsi .....                     Bu şəxs MSK-ya üzv təyin olunacaq .....                     Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır .....                     Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı .....                     Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib .....                     Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib .....                     Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib .....                     Qubadlının icra başçısı Xətaiyə gətirilir? .....                     Qarabağ qaziləri evsizlikdən şikayətləndi: .....                 

Sahil Babayev ən uğursuz kadr kimi... - İTTİHAM
Tarix: 7-10-2019, 10:48 | Çap et
Sahil Babayev ən uğursuz kadr kimi...
Sahil Babayev...2018-ci ildən adı illər əzbəri olan bu gənc adam, bu gənc nazir sanki siyasi harakiri (samurayların intihar növü, əsasən qarın yırtmaq, özünü doğramaq üsulu ilə - müəllif) ilə məşğuldur. Axı bu sürətlə siyasi intihara doğru irəliləməyin mənası nədir, cənab Babayev?!
Bu sətirlərin şifrələrini, kodlarını sizin üçün açmağa çalışaq - onunla paralel təyin olunan yeni nazirlərin heç biri özünüməhvə belə addımlamır.
Anaxeber.info təklif edir ki, gəlin baxaq: İnam Kərimov aqrar sektor kimi ağır sahədə astagəldir, amma başabəla deyil, Vüsal Hüseynov miqrasiya sistemində haradasa, nəysə etməyə çalışır, Ceyhun Bayramov problemləri başdan aşan təhsil sahəsində kosmetik fəallığını nəzarətdən buraxmır, işlədiyi görüntüsünü yaradır, Rövşən Rzayev ən azı qaçqınları üzərinə qaldırmır, aşkar haqsızlığa yol vermir, korrupsiya ittihamı yoxdur, amma Nazirlər Kabinetinin yeni üzvlərindən olan Sahil Babayev “çiçəyi burnunda”, kresloda oturmağın həzzini hələ yaşamamış elə qanunsuzluqlara yol verir, elə saxtakarlıqlara göz yumur ki, hamı bir nəfər kimi haqlı olaraq soruşur - niyə islahat getmir???
Bu suallar boşdan yaranmayıb, çünki saxta əlillik, məşğulluq mərkəzlərində rüşvət və s. çirkinliklər aradan qalxmayıb. O cümlədən, özünüməşğulluq proqramı da mənimsəmələri üzə çıxardı.
Sahil Babayevin yaxşılıq etmək əvəzinə, kəndliyə qoca, xəstə inəklər bağışlayıb pislik eləməsi onun bütün nazir xarizmasını, reputasiyasını göydən yerə gumbultu ilə endirdi.
İndi əhali iki ad və ünvan eşidəndə qəzəblənir: Milli Məclisin Sosial Siyasət Komitəsi və onun sədri Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rəhbəri Sahil Babayev...
Hər ikisi aztəminatlı təbəqəni qızışdırmaq, əsəblərini tarıma çəkmək, haqqı nahaqqa verməklə məşğuldur.
H.Rəcəbli bir yana, hamı ondan əlini üzüb, amma ən gənc və islahatçı nazir kimi təqdim edilən S.Babayevə həm prezidentin, həm vətəndaşların böyük etimadı varıydı.
O isə gəldiyi gündən nə Səlim Müslümovdan, nə Füzuli Ələkbərovdan fərqlənir. Sanki bu nazirliyin alnına rüşvət, əyri-üyrülük, yeyinti, saxta əlillik, məşğulluq xidmətlərini bazara çevirmək yazılıb. Kim gəlirsə, islahat aparmır, dəyişmir, şəffaflığı təmin etmir.
Məsələn, Biləsuvar rayon Ovçubərə kənd sakinləri Süleymanov Hüseyn Əhməd oğlu və İsmayılov İsmayıl Şahüseyin oğlunun müraciəti də bu qəbildəndir.
Müraciətdə deyilir ki, S.Babayev prezidentin qanunlarına zidd gedərək keçmişdə nöqsanı olan məmura təzədən vəzifə verib:
“Bu şəxs Biləsuvar Məşğulluq Mərkəzini ələ keçirmiş Mübariz Mustafayevdir. Bu adam rüşvətxorluqla, saxtakarlıqla məşğuldur.
İdarənin baş məsləhətçisi Şahin Cəfərov isə saxta sənədlər əsasında dövlətin külli miqdarda vəsaitini talan etməkdə ona dəstək verməkdədir.
Amma Sahil Babayev belə adamlara vəzifə verib. Onlar heyvandarlığın inkişafı proqramından şəxsi məqsədləri üçün istifadə edirlər.
Necə olur ki, dəfələrlə həm işlə təmin olunmaq, həm heyvandarlığın inkişafı proqramından yararlanmaq üçün Biləsuvar Məşğulluq Mərkəzinə müraciətlər etmişik, heç biri yerinə yetirilməyib.



Mütləqdir ki, ya Mübariz Mustafayevlə qohum olasan, ya Şahin Cəfərova “şapka” verəsən, onda müraciət müsbət həllini tapır. Budur islahat?”
Müraciətin ən sensasion hissəsi isə Biləsuvar Məşğulluq Mərkəzi rəisi M.Mustafayevin nazirlikdə bir şəxslə əlaqə quraraq özünə II qrup gözdən əlillik təyin etdirməsidir. Gözdən əlil və idarə rəisi...Bəs, nazir yüzlərlə saxta əlliliyi aşkarlayıb ləğv edildiyini söyləmişdi?
Məktubda deyilir ki, nazirliyin Daxili Nəzarət və Audit Şöbəsinin rəhbərliyi, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev yerlərdə belə məmurlara himayədarlıq edirlər.
Elə bu günlərdə saytımıza daxil olan digər məktubda da təsdiqlənirdi ki, rəmzi adı “əlillər klubu” olan şəbəkə nazirliyin Daxili Audit şöbəsində fəaliyyət göstərir.
Belə ki, daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır.
Xüsusilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri Eyvaz İsmayılovun, Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri, DSMF-nin monitorinq qrupunun rəhbəri Fikrət Məmmədovun özlərinə II qrup əlillik pensiyası düzəltdikləri məlum olmuşdu. Hətta Səlim Müslümovun kadrları bunu etməzdilər...
II qrup əlillik dərəcəsi təyin olunması üçün tibbi rəy verilməlidir. Adıçəkilən məmurlar azı 6 ay stasionar müalicədə olmalıdırlar.
Amma onlar tək deyil, nazirlikdə vəzifə tutan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaşlar da saxta yolla əlillik əldə ediblər.
Axı bu gənc naziri nə vadar edir ki, belə qeyri-şəffaf işləsin? Nə üçün hələ ki haqqında pozitiv danışılan kənd təsərrüfatı naziri İnam Kərimov kimi ola bilmir?
Özünüməşğulluq proqramı ciddi maxinasiyalar, sosial güzəranın heç də yaxşılaşmaması ilə müşayiət edilməkdədir.
Bu layihədən istifadə edənlərin sosial yardımdan asılılığı azalmalıydı. Amma necə – qısır, xəstə, bala verməyən, qoca heyvanla? Bu cür hallar bir deyil, beş deyil, hər əyalətdən, hər kənddən şikayətlərin ardı-arası kəsilmək bilmir.
Belədə isə dövlətin 35 milyonu havaya sovrulub yoxsa çırpışdırılıb, bu bəlli deyil, fakt faktlığında qalır ki, layihə blefdir, vətəndaşların ünvanlı sosial yardımdan asılılığı qalmaqdadır.
Bütün bu eybəcərliklər həm də ona görə baş verdi ki, Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin etdi.
Bu kadr “siyasəti” bu cür də nəticələndi. Məsələn, ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev Sahil Babayevin vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyindəki dostlarından biridir.
S. Babayevin maraqlı təyinatlarından biri də elə yuxarıda söz açdığımız cümlə problemlərə bais Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayevlə bağlıdır.
Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirməklə az qala “Dostluq” komandası yaratdı.
Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur.
Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi “böyük məsələ”ni də dolayısı ilə Fuad Musayevin nəzarətinə verib.
Anaxeber.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir
Dünən, 18:22
Afaq Bəşirqızı- Azərpaşa davası: - kim haqlıdır?
Dünən, 18:19
“Millətin qanına kimi...” - Xoşqədəm Hadı Rəcəblinin müdafiəsinə qalxdı
Dünən, 18:09
Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin!
Dünən, 18:05
"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" - Bakı polisinin idarə rəisi
Dünən, 17:59
“Röyanı stolu təmizləyəndə tanıdım” - Xalq artisti
Dünən, 17:58
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb
Dünən, 17:54
Türkiyəli rəsmilər Suriyaya uçdu - Ərdoğandan həmlə
Dünən, 17:53
İstirahət günlərində gözlənilən hava proqnozu açqlanıb
Dünən, 17:51
Fransa, Almaniya və Britaniya liderləri Ərdoğanla görüşmək istəyir
Dünən, 17:50
Qobustan qəsəbəsində növbəti səyyar görüş
Dünən, 17:49
Azərbaycanın 39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq - SİYAHI
Dünən, 17:47
Bakıda razılaşdırılmamış aksiya: - Müxalifət dəstək vermədi
Dünən, 17:35
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb - FOTO
Dünən, 17:32
Gələn il "Bakı Metropoliteni" 40 milyon manat subsidiya alacaq
Dünən, 17:30
“Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir -ƏSLİNDƏ KİM-KİMƏ BÖHTAN ATIR?
Dünən, 17:29
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Dünən, 17:27
“19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi ixtişaşlar baş verərsə...”
Dünən, 17:25
Azərbaycanda investisiya xərcləri 23% azaldılır
Dünən, 17:24
Şamaxıda “ASAN xidmət”in tikintisi üçün 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 17:23
"Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər" - deputat
Dünən, 17:19
Əmlak Məsələləri Dövlət Komitəsinin büdcə öhdəliyi dəyişdirilməyib
Dünən, 17:17
Yüksələn inkişafın gözəl nümunəs - FOTO
Dünən, 17:17
"Hər birimiz təhlükə altındayıq" - Ermənistan Vəkillər palatasının sədri
Dünən, 17:15
Vergidən yayınan ən böyük şəbəkə... - VİDEO
Dünən, 17:12
"Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik" - Prezident İlham Əliyev
Dünən, 17:10
Oktyabrın 21-də dollar neçəyə olacaq?
Dünən, 17:06
Azərbaycanda gələn il səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği məlum olub
Dünən, 17:04
"Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" - Azərbaycan Prezidenti
Dünən, 17:01
Azərbaycanda siqaret qıtlığı yarana bilər - Zavodlar bağlanır
Dünən, 16:59
"Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən materiallara da xüsusi diqqət yetiriləcək" - MSK sədri
Dünən, 16:57
"Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır" - Prezident İlham Əliyev
Dünən, 16:56
Bələdiyyə seçkilərilə bağlı MSK-nın nəzdində ekspert qrupu yaradılıb - SİYAHI
Dünən, 16:52
Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə sahəsinə ayrılan vəsait artırılır
Dünən, 16:50
Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq
Dünən, 16:41
Bu şəxs MSK-ya üzv təyin olunacaq
Dünən, 16:39
Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır - Sabahdan
Dünən, 16:37
Paşinyanın rəsmi saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - FOTO
Dünən, 16:35
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib - Türkiyə hələ ki səbr edir...
Dünən, 16:33
18 oktyabr nə günüdür? — Məşhurların biabırçı cavablar verdi
Dünən, 16:31
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib - SİYAHI
Dünən, 16:27
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
Dünən, 16:25
Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA
Dünən, 16:11
Qarabağ qaziləri evsizlikdən şikayətləndi: - Nazirlik cavab hazırladı
Dünən, 16:07
Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb
Dünən, 16:05
Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
Dünən, 16:04
"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI
Dünən, 16:00
Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar - İcra başçısının müavini
Dünən, 15:59
Türkiyəyə qarşı vuruşan erməni ata və qız
Dünən, 15:56
"Hurriyet"in köşə yazarı Bakı barədə əvvəlki təəssüratından utandığını yazıb
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru