Bakı milyonçularının mülkləri vərəsələrinə verilə bilərmi? .....                     Qucağına quzu almışdı ey... .....                     Azərbaycanlı nazir rekord qırdı: 7 saat 28 dəqiqə dayanmadan .....                     Qubanın icra başçısı özünü o qədər arxayın hiss edir ki... .....                     İt döyüşdürənlərdən .....                     “Avrasiya” klinikasında gənc xanımı şikəst etdilər: .....                     Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb .....                     Türkiyədə çimərlik mövsümü açılır, yeni qadağalar açıqlandı .....                     Ağcabədi Xəstəxanasında biabırçılıq .....                     Tərtər rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub .....                     Bakıda arvadını öldürən kişi həbs olundu .....                     Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. .....                     “Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər” .....                     “Bu qərarı Ali baş komandanımızı ən doğru anda qəbul edəcəyinə heç kəsin şübhəsi yoxdur” .....                     Xaçmazda kütləvi yoluxma var? .....                     Sabah güclü külək əsəcək .....                     ADAU rektorunun daha bir villası tapıldı .....                     Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” .....                     Ermənistanda “Sorosçular” diplomatik korpusu ələ keçirir .....                     Xaçaturov Sadıqovla nə razılaşıb? .....                     Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür .....                     Azərbaycanın bu rayonunda koronavirusa kütləvi yoluxma VAR .....                     Daha bir nazirin gedəcəyi deyilir... .....                     "Bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir" .....                     Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı .....                     Müəllimlərin iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı .....                     "Rəsulzadə, Nuru Paşa və Əhməd bəy Ağaoğluna xüsusi status verilsin" .....                     MİDA güzəştli mənzillərin satışına başlayır .....                     “Doğma dilini bilməyən o məmurlar etimadı doğrulda bilməz” .....                     "Koronavirus testlərinin səhv çıxma ehtimalı var" .....                     "Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik" .....                     Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq .....                     Trump Çinlə bağlı mətbuat konfransı keçirəcək .....                     “İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar?” .....                     Azərbaycanda qablaşdırılan dərman vasitələri 5 il yerli mal sayılacaq .....                     Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? .....                     DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb .....                     Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini saxlanılıb .....                     İsmayıllıda evə oğurluğa girdi, ancaq... .....                     "Mədəniyyət nazirliyinin o işi də yarımçıq qaldı" .....                 

Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: - eks-deputata Goranboydan “salam” var
Tarix: 23-09-2019, 17:14 | Çap et
Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar:
“Biz onu ancaq seçkilər vaxtı görmüşük. Seçkidən sonra bir dəfə də olsun bizim problemlərimizlə maraqlanmayıb”. “Deputat olanda ancaq öz güzəranını yaxşılaşdırmaqla məşğul olub”, “Bu gün “xalq, xalq” deyir, deputat olanda xalq yadına düşmədi, ancaq ciblərini doldurdu”...

Goranboyda – 96 saylı Seçki Dairəsinin seçiciləri Gültəkin Hacıyevanın deputatlıq dövrünü belə xatırlayırlar. Camaat deyir ki, keçmiş deputatları yaddaşlarda daha çox torpaq alverçisi kimi qalıb: “Əvvəlcə böyük bir ərazini nəzarətinə götürürdü, sonra hissə-hissə satırdı. Deputat olduğu müddətdə hektarlarla əraziləri zəbt elədi”...

İkrah hissi ilə qarşılanan çıxışlar

Gültəkin Hacıyevanın torpağa olan “sevgisi” haqda təkcə kəndlərdə deyil, ümumən rayon miqyasında danışılır. Sakinlər deyir ki, Hacıyevanın bu gün xalqın müdafiəçisi qismində çıxış etməsini onlar ikrah hissi ilə qarşılayırlar.

Rasim Cəfərov adlı Goranboy sakininin dediklərindən: “Onun əməlləri ilə danışdıqları üst-üstə düşmür. Gültəkin Hacıyeva başqalarını aldada bilər. Amma goranboylular onu yaxşı tanıyır. O indi özünü elə göstərir ki, guya ondan təmiz, ondan qanunpərəst adam yoxdur. Halbu ki, deputat olanda səlahiyyətindən sui-istifadə edərək hətta pay torpağında özünə ev tikdirdi. Gedib Xan Qərvənd kəndində görə bilərsiniz. Əkin üçün nəzərdə tutulan torpaqda qanunsuz şəkildə ev tikdirmiş bu qadın indi qanunlardan, haqdan, ədalətdən danışır. Özü də əldə etdiyi pay torpağının sahəsi 90 sotdur. Özü üçün böyük bir bağ da saldırıb. Adama deyərlər ki, o boyda ərazi sənin nəyinə lazımdır? Küçədəmi qalmışdın? Başqa yerlərdəki torpaqların sənə bəs eləmirdimi ki, hələ bir pay torpağında da ev tikdirirdin? Sən deputat olanda öz seçicinin halı ilə maraqlanmadın. Ancaq öz cibini doldurmaqla məşğul oldun. Biznesmenə çevrilmişdin. Başın qarışmışdı gips karxanasındakı işlərinə. Maşın-maşın gips daşıtdırıb öz güzəranını yaxşılaşdırırdın. Onda niyə xalq yada düşmürdü? Deputat kimi vəzifələrini unudub, müxtəlif kəndlərdə bir-birinin ardınca böyük torpaq sahələrinə sahibləndin, evlər tikdirdin, biznes qurdun. Sən o qədər şişdin ki, öz seçicini də adam yerinə qoymadın. Can yandırmadın, vəziyyəti ilə maraqlanmadın, dərdini dinləmədin, probleminin həllinə maraq göstərmədin. İndi qırmızı-qırmızı danışıb, insanları aldadırsan...”

İki günlük Goranboy səfəri zamanı Güktəkin Hacıyevanın deputatlıq dövrü barədə eşitdiyimiz söhbətlər bizi günümüzün “alovlu inqilabçı”sının ötən illərdə müxtəlif yollarla ələ keçirdiyi torpaq sahələrinə, hasarladığı ərazilərə və pay torpağında tikdirdiyi evə baş çəkməyə həvəsləndirdi.

Alt-üst olan biznes planları...

Əvvəlcə Nadirkənd kəndinə üz tutduq. Burada Hacıyevanın yol kənarında 5 hektar torpağı var. Məlumatlara görə, həmin ərazidə böyük bir iaişə obyekti tikiləcəkmiş. Lakin deputat mandatından məhrum olması Gültəkin Hacıyevanın biznes planlarını da alt-üst etdiyindən sözügedən ərazidə tikinti işlərinin aparılması mümkün olmayıb.


Kənd sakinlərindən keçmiş deputatlarını necə xatırladıqlarını da soruşduq. Gültəkin adı eşidən Məlahət Ağakişiyeva “güllə kimi” açıldı:

- O, seçki vaxtı gəlir, sonra yoxa çıxırdı. Bir dəfə də gəlib bizə baş çəkməyib. Camaata can yandırmayıb. Maraqlanmayıb ki, görüm bunlar necə dolanır, problemləri nədir. Ancaq cibini güddü, yeyib şelləndi.

M.Ağakişiyeva keçmiş deputatlarının bugünkü fəaliyyətinə də münasibət bildirdi:

- Çox nahaq yerə camaatı mitinqlərə çağırır. Biz bunu istəmirik. Onun yaratmaq istədiyi şərait bizə lazım deyil.

Kəndin digər sakini Dünyamalı Məmmədovun da Gültəkin Hacıyevanın deputatlıq dövrü barədə acı xatirələri var. Deyir ki, o heç vaxt seçicilərinin problemləri ilə maraqlanmayıb, ancaq öz şəxsi maraqlarını təmin etməklə məşğul olub. Özü üçün torpaq alıb, torpaq satıb. Camaat üçün faydalı bir iş görməyib.

D.Məmmədov da Gültəkin Hacıyevanın bugünkü çıxışlarından narazıdır. Deyir ki, xalqın gözü tərəzidir, kimin kim olduğunu hamı yaxşı bilir.

- Gültəkin Hacıyeva insanları mitinqlərə çağırır. Deyir ki, gəlin hakimiyyəti dəyişək...

- Boş söhbətlərdir hamısı. Onlar özlərini yormasınlar. Camaata heç bir xeyir verməyiblər. Özlərini gülünc vəziyyətə qoymasınlar.

Doğma kəndin sakinlərinə satılan su

Üz tutduğumuz növbəti kənd Xanq Qərvənd oldu. Burada Gültəkin Hacıyeva özü üçün müasir üslubda ev tikdirib. Dəqiqləşdirə bildik ki, ev həqiqətən də pay torpağında tikilib. 90 sotdan artıq sahəni isə kənd camaatından alıb. Sakinlər deyir ki, Hacıyevanı çoxdandır görmürlər. Deputat olduğu vaxtlarda da evə çox nadir hallarda baş çəkirmiş.

Xan Qərvənddəki ev ən son rəqəmsal texnologiyalarla təchis olunub. Məsələn, Gültəkin Hacıyevanın könlünə kənd düşəndə Xan Qərvənddəki evin istilik sistemini elə Bakıdanca işə sala bilir.

Konfort həyata öyrəşmiş “xalq adamı” özü üçün artezian quyusu da qazdırıb. Kənd sakinlərindən öyrəndik ki, Gültəkin Hacıyevanın həmin quyusu hazırda “xalqın ixtiyarındadır”. Özü istifadə etmədiyindən quyudan çıxan suyu saatı 1 manat olmaqla kənd camaatına satır. Təsəvvür edirsiz? Bunu o adam edir ki, hər gün internet kanallarında “xalqın halına ağı deyir”... Goranboyda başqalarının da artezian quyusu var. Özləri istifadə etməyəndə suyu başqalarına ötürür və buna görə yalnız elektrik enerjisinin xərcini alırlar – saatına 30-40 qəpik.

Öz doğma kəndinin sakinlərinə satdığı sudan da qazanc götürən Milli Şura təmsilçisi “xalqın təəssübkeşi” rolunda qeyri-səmimi görünmürmü?..

90 sotluq ərazidə G.Hacıyeva meyvə ağacları da əkdirib. Ağaclar bar versə də yığan yoxdur. Meyvələr yerə tökülür. Kənardan gəl-gəl deyən armudlardan bir neçəsini dərmək istədik. Lakin bağın sahibəsinin halallığını almadığımızdan əlimizi geri çəkəsi olduq.

Kənddən qayıdarkən sürücümüz bir anlıq geri boylanıb dərindən köks ötürdü:

- Gərək Gültəkinin armudlarından dərəydik...

“Tanımırıq, ancaq üzünü görmüşük...”

Xan Qərvənddən bir başa Yuxarı Ağcakəndə yollandıq. Orada vaxtı ilə Gültəkin Hacıyeva gips karxanasına sahiblik edib. Kənddə əsasən Xocalıdan və Kəlbəcərdən məcburi köçkünlər məskunlaşıb. Ərazidə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Xocalıdan olan məcburi köçkün ailələri üçün qəsəbə salınıb. Bu layihə 500 məcburi köçkün ailəsini əhatə edib.

Kənd camaatından, “Gültəkini Hacıyevanı tanıyırsınızmı” deyə soruşduqda, demək olar ki, hamısı eyni cavabı verdi: “Ancaq adını eşitmişik, üzünü görməmişik. Bildiyimiz odur ki, burada gips karxanası işlədib, özü üçün pul qazanıb”.

“O, deputat olanda ancaq cibini doldurdu...”

Kənd sakini Rahilə Hacıyeva deyir ki, Gültəkin Hacıyeva Ağcakənddən gəlir əldə etsə də, heç vaxt camaatla maraqlanmayıb: “Biz onun üzünü görməmişik. Bu insan ancaq özü üçün işləyib. Özünə hər yerdə biznes qurub, amma bir dəfə də olsun bizim kənddəki qaçqınlara diqqət göstərməyib. Deputat olduğu müddətdə karyerdən gips daşıyıb, pul yığdı”.

“O, karxanada partlayışlar edirdi, tozun, torpağın içində boğulurduq. Bir dəfə də olsun kənd cammatına baş çəkmədi. Biz onu çox axtarmışıq ki, narazılığımızı bildirək. Ancaq tapa bilmirdik. Ona ayıb olsun. Karyerdən o boyda pul qazandı, amma bir dəfə də olsun gəlib maraqlanmadı ki, görüm bu qaçqınlar tozun-torpağın içində necə yaşayırlar” – bunu isə kənd sakini Salma Nəsirova dedi.

İbrahim Quliyev adlı kənd sakini Gültəkin Hacıyevanın gips karxanası işlətdiyi dövrləri belə xatırlayır: “Buraları dağıtdı, torpaqları zəbt elədi. Yol-iz qalmadı, siradan çıxardı. Amma kənd camaatının vəziyyətilə maraqlanmadı”.

Goranboy, 58-ci məhəllə...

Goranboy rayon 58-ci məhəllə adlanan yaşayış massivində də olduq. Sakinlərin dediyinə görə Gültəkin Hacıyeva deputat olduğu dövrlərdə bu ərazidə 80 sot torpaq sahəsi əldə edib. Sahibləndiyi ərazini sonradan hissə-hissə rayon sakinlərinə satan keçmiş deputat özü və bacısı üçün 8/8 bölgüsü ilə 16 sot torpaq saxlayıb. Ərazidə yaşayan sakinlər də hasarlanmış 16 sotluq hissənin Gültəkin Hacıyevaya məxsus olduğunu təsdiqlədilər.

Baş tutmayan Goran planı

Bakıya qayıdarkən yolüstü Boluslu qəsəbəsi ərazisindəki məşhur Goran Ticarət Mərkəzinin ərazisində də olduq. Burada da Gültəkin Hacıyeva 500 kv metrlik əraziyə sahiblik edir. Məlumatlara görə, G.Hacıyeva deputat olduğunu dövrlərdə əldə etdiyi bu ərazidə ticarət obyekti tikdirməyi planlaşdırırmış. Lakin növbəti dəfə deputat mandatı əldə edə bilməməsi onun bu planının da icra olunmasına imkan vermir. Həmin ərazi indi də “Gültəkinin torpağı” kimi tanınır.

Zənnimizcə əlavə şərhə ehtiyac yoxdur. Nəticəni özünüz çıxarıın.

Öz doğma kəndinin sakinlərinə satdığı sudan da qazanc götürən, deputat olduğu dövrlərdə seçicisini yada salmayan, Goranboyun altından girib üstündən çıxmış Milli Şura təmsilçisi “xalqın təəssübkeşi” rolunda qeyri-səmimi görünmürmü?..

P.S. Bakıya qayıtdıqdan sonra axşam sürücümüzdən mesaj gəldi:

- Gərək Gültəkinin armudlarını dərəydik... (Nicat DAĞLAR missiya.az)





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı milyonçularının mülkləri vərəsələrinə verilə bilərmi? - AÇIQLAMA
Bu gün, 15:03
Qucağına quzu almışdı ey... - Reallıq tamam başqadır!
Bu gün, 14:55
Azərbaycanlı nazir rekord qırdı: 7 saat 28 dəqiqə dayanmadan - VİDEO
Bu gün, 14:45
Qubanın icra başçısı özünü o qədər arxayın hiss edir ki... - VİDEOFAKT
Bu gün, 14:41
İt döyüşdürənlərdən XƏBƏR VAR
Bu gün, 14:36
“Avrasiya” klinikasında gənc xanımı şikəst etdilər: - daha bir estetik əməliyyat qurbanı
Bu gün, 14:33
"Təkcə Silvesterin bağında deyil, Madonnanın da bağında olmuşam" - Xalq artisti
Bu gün, 14:25
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb
Bu gün, 14:23
Türkiyədə çimərlik mövsümü açılır, yeni qadağalar açıqlandı
Bu gün, 13:58
Ağcabədi Xəstəxanasında biabırçılıq - VİDEO
Bu gün, 13:56
Tərtər rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub
Bu gün, 13:50
"Müasir Azərbaycan televiziyasının dinozavrlarıyıq"
Bu gün, 13:47
Bakıda arvadını öldürən kişi həbs olundu - RƏSMİ
Bu gün, 13:39
Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. - İDDİA
Bu gün, 13:36
“Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər” - Baş infeksionist
Bu gün, 13:34
“Bu qərarı Ali baş komandanımızı ən doğru anda qəbul edəcəyinə heç kəsin şübhəsi yoxdur” - deputat
Bu gün, 13:30
“Hər hansı vəzifə tutsam, özümü bədbəxt hiss edərəm” - Daha bir tanınmış nazir olmaqdan imtina etdi
Bu gün, 13:20
Xaçmazda kütləvi yoluxma var? - TƏBİB-dən AÇIQLAMA
Bu gün, 13:17
Sabah güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 13:11
Nadir Qafarzadə onu övladlığa götürmək istədi, amma o, ailəsini üstün tutdu
Bu gün, 13:10
ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı?
Bu gün, 13:05
Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” - Xaçatryan
Bu gün, 13:00
Ermənistanda “Sorosçular” diplomatik korpusu ələ keçirir
Bu gün, 12:59
Xaçaturov Sadıqovla nə razılaşıb? – İrəvan araşdırır
Bu gün, 12:58
Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür
Bu gün, 12:55
Azərbaycanın bu rayonunda koronavirusa kütləvi yoluxma VAR - İDDİA
Bu gün, 12:50
Daha bir nazirin gedəcəyi deyilir... - KİMDİR?
Bu gün, 12:48
"Bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir" - Şeyxülislam
Bu gün, 12:43
"Namiq Məna dedi ki, kostyum alma, pulunu ver"
Bu gün, 12:36
Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
Bu gün, 12:35
Müəllimlərin iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı
Bu gün, 12:26
"Rəsulzadə, Nuru Paşa və Əhməd bəy Ağaoğluna xüsusi status verilsin" - deputat
Bu gün, 12:25
“Ermənilər toparlanıb ümumi qiymətlərini desinlər, pullarını verib axırlarına çıxaq...” - Şeyx Əbdül
Bu gün, 12:23
MİDA güzəştli mənzillərin satışına başlayır
Bu gün, 12:20
“Doğma dilini bilməyən o məmurlar etimadı doğrulda bilməz” - TƏHLİL
Bu gün, 12:12
"Koronavirus testlərinin səhv çıxma ehtimalı var" - TƏBİB-dən AÇIQLAMA
Bu gün, 12:09
"Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik" - İcma sədri
Bu gün, 12:03
AZTV-nin cazibədar aparıcısı görün kimin qızı imiş
Bu gün, 12:01
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - Diqqət!
Bu gün, 11:58
Trump Çinlə bağlı mətbuat konfransı keçirəcək
Bu gün, 11:49
“İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar?” - GİLEY
Bu gün, 11:48
Azərbaycanda qablaşdırılan dərman vasitələri 5 il yerli mal sayılacaq - QƏRAR
Bu gün, 11:44
Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? - İLGİNC SİYAHI
Bu gün, 11:43
DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb - Diqqət!
Bu gün, 11:31
“Yaradıcılığımı nazir vəzifəsinə qurban vermək istəmirəm”
Bu gün, 11:30
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini saxlanılıb
Bu gün, 11:21
İsmayıllıda evə oğurluğa girdi, ancaq... yeməli şeyləri götürdü
Bu gün, 11:17
"Mədəniyyət nazirliyinin o işi də yarımçıq qaldı" - deputat
Bu gün, 11:15
Baş redaktorun anası koronavirusdan vəfat etdi - Azərbaycanda
Bu gün, 11:13
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Bu gün, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru