Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: .....                     Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək .....                     Ərdoğan Bakıdan bəyan etdi: .....                     Tənqid olunan şeir dərsliyə salınıb? .....                     Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü .....                     Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: .....                     6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb .....                     Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü .....                     "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" .....                     Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün .....                     Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? .....                     Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların .....                     Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında .....                     Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib .....                     Bakıda universitet müəlliminin velosipedi oğurlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq .....                     Nursultan Nazarbayev Azərbaycana gəlib .....                     Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib .....                     Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib .....                     “Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? .....                     Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib .....                     Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır .....                     Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür .....                     DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? .....                     Etibar Məmmədovun planı pozuldu .....                     “Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ .....                     Mənim köküm türkdür .....                     Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib .....                     Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir .....                     “Premium Bank”a sədr təyin edilib .....                     Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib .....                     ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib .....                     Xaçmaz polisində sakinlərlə görüş keçirildi .....                     Göygölün icra başçısı haqda ilginc iddia... .....                     Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb .....                     Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib .....                     Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: .....                     “Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? .....                     Rusiyada şəhər meri qəzada həlak olub .....                 

“İmkan vermirlər ki, məktublarım Mikayıl Cabbarova çatsın, əgər onun xəbəri olarsa, dərdimi dinləyər” - VİDEO
Tarix: 23-09-2019, 11:25 | Çap et
“İmkan vermirlər ki, məktublarım Mikayıl Cabbarova çatsın, əgər onun xəbəri olarsa, dərdimi dinləyər”
İdman cameəsində, qılıncoynatma üzrə peşəkar idmançılar - əkiz bacılar Sevil və Sevinc Bünyadovaları tanımayan, demək olar, yoxdur. düşür. AYNA TV-iın bugünkü qonağı da əkizlərin Sevincidir.

- Geriyə boylananda nə görürsünüz?

- 20 illik zəhmət... İllərlə dayanmadan məşq. Rəqiblərimizə qalib gəlmək üçün daim çalışma.

- Adətən azərbaycanlı idmançılar ailə qurandan sonra idman ilə vidalaşırlar. Siz də ailəlisiniz və azyaşlı övladınız var. İdmanı atmaq fikriniz yoxdur?

- Mənim üçün də çətindir. Körpəmi qoyub yarışlara getmişəm. Elə olub ki, aylarla Bakıda olmurdum. Çətin olsa da, mənim işimdir və sevə-sevə bu işi görürəm. Düşünürəm ki, oğlum məni gözləyir. Yarışdan gəlib qazandığım medalı onun boynundan asmalıyam. Bu, mənə motivasia verir.

- Sevillə əkizsiniz. Bu, sizə yarışlarda çətinlik yaratmır?

- Xeyir. Çünki diqqətlə baxanda bizi fərqləndirə bilirlər. Sevilin üzündə iki xal var, məndə isə yoxdur. Eyni zamanda, Sevil məndən bir az doludur. Onun qılınclaşma forması da fərqlidir. Ona görə idmançılar, məşaçilər və hakimlər bizi ayıra bilirlər.

- Əkiz bacılar və bir idman növü. Bu, təsadüfdür?

- Atam Neftçi İdman Sağlamlıq Mərkəzində işləyirdi. Bir gün evə gəlib dedi ki, mərkəzdə qılıncoynatma idman növü açılıb, bizi o idman növünə yazdırmaq istəyir. Biz də razılaşdıq. Atam aparıb bizi yazdırdı ora. İlk məşqçimiz Fikrət Vəliyev olub. 5 il qılınconatmanın rapıra növündə məşq etdik. Daha sonra isə məşqçimiz qılıncoynatmanın sablya növünə keçdi və biz də onunla birlikdə həmin növünə keçdik. Yarışlarda yavaş-yavaş uğur qazandıqca idmana daha da marağımız artdı. Qeyd edim ki, biz yalnız qılıncoynatma idman növü ilə məşğul olmuşuq. Başqa idman növlərində heç vaxt özümüzü sınamamışıq.
- Qılıncoynatma təhlükəli idman növüdür. Ani səhv böyük fəsadlara səbəb ola bilər. Belə problemlərlə üzləşməmisiniz?

- Çox zaman bizdə ayaqlarda zədə olur. Məsafəni düz seçməyəndə rəqib ayağını tapdalaya, damarlar qırıla bilir. Tez-tez bədəndə göyərmələr olur. Maska da cırıq olarsa, qılınc üz nahiyəsini də zədələyə bilər. Boynumuzdakı geyim bağlı olur. Açıq olarsa, qılınc boğazı zədələyə bilər. Bir dəfə məşqdə uşaq bilməmişdi, boğaz geyimi açıq qalmışdı. Qılınc oradan daxil olub boğazını cırmışdı. Bu idman növündə diqqətli olmasaq, ölümlə nəticələnə bilən zədələr ala bilərik. Ona görə yarışa gedəndə hakimlər bizi ciddi yoxlayırlar ki, bədbəxt hadisə olmasın.

- Siz 2015-ci ildə Birinci Avropa Oyunlarında sablya növündə bürünc medal qazanandan sonra xüsusilə tanındınız. Bu, qılıncoynatma idman növünə marağı artırdı?

- Bəli. Biz medal qazanandan sonra bizi görmək istəyən çox sayda uşaqlar zala gəlirdilər. Valideynlər uşaqlarını məşqə yazdırırdılar.

- Amma bu gün cəzalısınız...

- Səbəbini deyim. Almaniyadan Sturbabin Vadim adlı məşqçi gətirdilər. O, bizimlə 2 ay məşq etdi. Etiraf edim ki, bizimlə ciddi məşğul olmurdu. Bir gün bizə diqqət ayırırdı, bir gün yox. Daha sonra mənə dedi ki, “səndən idmançı çıxmaz”. Mən də ona dedim ki, “20 ildə məndən idmançı çıxıb, indi çıxmayacaq?” Bunun səbəbi var idi. Məşqçi xaricdən legioner gətirmək istəyirdi ki, əziyyət çəkməsin, nəticə versin. Artıq idmançı gətiriblər də. Bundan isə bizim xəbərimiz olmayıb. Afinada yarışda olanda rusiyalı iki idmançı bizə yaxınlaşdı ki, “biz Azərbaycan millisi adından çıxış edəcəyik, tezliklə Bakıya gəlirik”. Bu ərəfədə də məşqçi Sturbabin Vadim mənə dedi ki, “səni millidən çıxarıram”. Soruşdum, “heç olmasa təlim-məşq toplantılarına məni göndərəcəksiniz?” Dedi, “yox, Bakıda qalıb məşq edəcəksən”. Dedim, “axı Bakıda mənim rəqibim yoxdur, burada kimlə məşq edim? Formadan düşəcəm”. Sturbabin Vadim dedi ki, “büdcədə pul yoxdur, get kimə istəyirsən, şikayət elə”. Mən də millinin baş məşqçisi Çingiz Mustafayevə, Baş katib Vasif Məmmədova müraciət etdim. Mənə dedilər ki, “narahat olma, hər şey yaxşı olacaq”. Hətta Çingiz Mustafayev mənə zəng edib deyib ki, “mən istəmirəm, məşqi atasan, sənin kimi idmançını itirmək istəmirəm, səni təlim məşqlərə göndərəcəm”. O zaman arxayın olub məşqlərə davam elədim. Bir də eşitdim ki, milli komanda təlim məşq toplanışına gedir. Zəng elədim Çingiz müəllimə ki, “mənə demişdiniz təlim məşq toplanışına gedəcəksən, adım niyə yoxdur?” Çingiz Mustafayev mənə dedi ki, “sənə elə söz verməmişəm”. Mən ona söz verdiyini sübut edə bilmədim. Yenidən görüşdüm, yenə söz verdilər, amma heç nə olmadı. Hətta gördüm ki, maaşım da köçmür. Baş katiblə əlaqə saxladım. Mənə dedi ki, mən Çingiz Mustafayevi təhqir etdiyim üçün 6 aylıq cəzalanıram. Həm millidən 6 aylıq uzaqlaşdırıldım, həm də maaşım kəsildi.

Həyat yoldaşım Çingiz müəllimlə əlaqə saxladı. Çingiz müəllim dedi ki, “Allah eləməsin Sevinc məni təhqir eləsin, ola bilər, səhv anlaşılıb, danışaram, Sevincin maaşını bərpa edərlər”. Bir neçə gün sonra yoldaşım yenidən zəng elədi. Bu dəfə Çingiz Mustafayev dedi ki, “bəli, Sevinc məni təhqir edib”. Mən də Prezidentimə, Gənclər və İdman naziri Azad Rəhimova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə yazaraq kömək istədim. Məktublarıma cavab federasiyaya gəlir. Federasiyada da Baş katib Vasif Məmmədovun həyat yoldaşı Könül xanım işləyir. O, imkan vermir ki, məktublar Federasiyanın prezidenti Mikayıl Cabbarova çatsın. Mikayıl Cabbarovun xəbəri olsa, mənimlə görüşüb, dərdimi dinləyər.

- Sizi millidən uzaqlaşdırarkən hansı səbəb gətirirlər?

-Yaşımı. Deyirlər ki, “yaşın keçib”. 29 yaşım var. Amma başqa ölkələrdə bu yaşda olan idmançılar böyük uğurlar əldə edirlər. Bu arada, legionerlərin də 23-24 yaşları var. Bu idman növü elədir ki, bizdə yaş və çəki hədləri yoxdur. Sadəcə bizi elə həddə gətirirlər ki, özümüz çıxaq gedək. Fərid Mansurov da məsələmi gündəmdə saxlayır.

- Legionerlər yerli idmançılardan daha çox maaş alırlar. Buna münasibətiniz?

- Çox pis. Onların bir ayda aldıqlarını biz bir neçə ayda almırıq. Onların maaşlarının yanında bizim əməkhaqları qəpik-quruşdur. Məşqçi 5 min avro alır, legioner qızlar da 5 min dollar alırlar. Biz isə… deməyim. Onların yanında qəpik-quruş alırıq. Onlar pul üçün buradadırlar. Sabah məşqlərini kəs, çıxıb gedəcəklər. Biz qalacağıq Azərbaycanda. Hətta legioner qız bir dəfə bizim balaca yaşlarında olan qızı təhqir də edib. Biz məşq zamanı bir-birimizə hakimlik edirik. Qız da balacadır, səhv etmişdi. Ona görə legioner qız onu təhqir etmişdi. Təbii ki cəzalanmadı. Halbuki mənə təhqirə görə cəza veriblərsə, ona da verməliydilər.

- Artıq neçə müddətdir cəzalısınız?

- 4 ay olar. 2 aya, yəqin ki, cəzam bitər. İdmanı isə atmaq istəmirəm. Amma qəlbim qırılıb. Belə yanaşma idmançını məşqlərdən soyudur. Həmişə müsahibələrdə mənim adımı çəkirdilər, uğurlarımdan danışırdılar. İndi isə uzaqlaşdırılırıq.

- Bu məsələ ilə gündəmdə olmağınız bacınıza problem yaratmır?

- Mən bacıma da demişəm ki, mənim işimə qarışma. Federasiya da ona problem yaratmır. Bu arada qeyd edim ki, yaxın günlərdə Respublika çempionatı keçirildi. Orada mənim adım yazılsa da, məni yarışa buraxmadılar. Qorxdular ki, yarışa çıxıb qalib gələrəm, məcbur məni milli komandaya götürərlər.

- Geyim və qılıncla təmin olunursunuz?

- Geyim uzun müddət gedir. Təbii ki, səliqəli işlətsəniz. Amma qılınc tez-tez sınır. Birini verirlər. O sındısa, idmançının özü almalıdır. Bir qılınc 30 manatdır. Elə olur ki, bir məşqə 2 qılınc sındırmaq olur. Bir dəfə idmançı uşaq qılıncını sındırmışdı, imkanı yox idi yenisini almağa Gedib sınanı qaynaq etdirmişdi.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”
Bu gün, 18:27
Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək
Bu gün, 18:07
Ərdoğan Bakıdan bəyan etdi: - "Başladığımız işi bitirəcəyik"
Bu gün, 18:05
Tənqid olunan şeir dərsliyə salınıb? - Nazirlik
Bu gün, 18:03
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü
Bu gün, 17:51
Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: - “İsa Qəmbər bu ədalətsizliyə öz töhfəsini verdi”
Bu gün, 17:46
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
Bu gün, 17:43
Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü - VİDEO
Bu gün, 17:42
"Ərimin harasınısa görmək istəyirsinizsə..." - Afətdən Xatun və Rövşanəyə
Bu gün, 17:39
"Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" - Türkiyə prezidenti
Bu gün, 17:32
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
Bu gün, 17:32
Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? - ZATULİN ADINDA LƏKƏ...
Bu gün, 17:23
Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların VİDEOSU yayılıb
Bu gün, 17:21
"10 dəfə Hacı adını almışam" - Xalq artisti
Bu gün, 17:16
Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında saziş təsdiqlənib
Bu gün, 17:14
Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
Bu gün, 17:05
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb
Bu gün, 17:03
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq - TƏHLİL
Bu gün, 17:00
Nursultan Nazarbayev Azərbaycana gəlib - FOTO
Bu gün, 16:51
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib
Bu gün, 16:49
Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib
Bu gün, 16:48
"Bu gün sizə dəhşətli görünə biləcək vəziyyət sabah sizin gülüşünüzə səbəb ola bilər"
Bu gün, 16:37
“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - AÇIQLAMA
Bu gün, 16:32
Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib - BİABIRÇILIQ...
Bu gün, 16:30
Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır - XİN
Bu gün, 16:29
Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ
Bu gün, 16:28
DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? - RƏSMİ
Bu gün, 16:25
Etibar Məmmədovun planı pozuldu – AMİP lideri toplantıya niyə qatılmadı?
Bu gün, 16:23
“Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ - Vüsalə Mahirqızı
Bu gün, 16:18
Mənim köküm türkdür – Rus ekspert
Bu gün, 16:13
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 16:11
Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir - Əli Həsənovdan ÖNƏMLİ AÇIQLAMA
Bu gün, 16:10
“Premium Bank”a sədr təyin edilib
Bu gün, 16:09
Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib
Bu gün, 16:07
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib
Bu gün, 16:06
Xaçmaz polisində sakinlərlə görüş keçirildi
Bu gün, 16:05
Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
Bu gün, 16:03
Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb - FOTO
Bu gün, 15:59
Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib
Bu gün, 15:48
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
Bu gün, 15:47
“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? - TƏHLİL
Bu gün, 15:44
Rusiyada şəhər meri qəzada həlak olub - VİDEO
Bu gün, 15:37
“Heç bir kişinin arvadı belə etməz” – Azər Axşama böyük sabotaj
Bu gün, 15:34
Türkiyə Prezidenti Azərbaycana gəlib
Bu gün, 15:32
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü - FOTO
Bu gün, 15:30
AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib
Bu gün, 15:24
Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib
Bu gün, 15:21
Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı - İLGİNC
Bu gün, 15:20
Gəncəda yolu keçən üç qadını maşın vurub
Bu gün, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru