Kişilər koronavirusa daha tez yoluxurlar .....                     Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin .....                     Rusiya koronovirusa qarşı dərman hazırladı .....                     "Hansı qaydalara riayət olunmağı məsləhət görürlərsə, onu etməyə çalışıram" .....                     Sahibkar Prezidentə ÜZ TUTDU... .....                     I sinfə elektron qeydiyyat yenidən başlanır .....                     Sabahdan koronavirus xəstələri "Yeni klinika"ya yerləşdiriləcək .....                     Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı .....                     Bakıda 54 yaşlı kişi bıçaqlanıb .....                     “Bu klinika pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq” .....                     Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır .....                     Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir .....                     Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub .....                     Sosial şəbəkələrdə Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanılıb .....                     Dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi ilə bağlı xəbərlər yalandır .....                     Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında .....                     Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır .....                     Azərbaycanda koronavirus bu tarixdə məhv olacaq? .....                     Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı gedir? .....                     Bakıda 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama .....                     İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb .....                     Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? .....                     Quba polisi gücləndirilmiş iş rejimində çalışır .....                     Mehriban Əliyevadan koronavirusla mübarizdə ön cəbhədə olanlara .....                     Bakıda bir gecədə iki aptek qarət edildi .....                     Xaçmaz polisi karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq edib .....                     “40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” .....                     “Evdə qal” devizi altında aksiya davam etdirilir .....                     Azərbaycan voleybol millisinin üzvləri karantinə alınıb .....                     Gürcüstanda kişi körpəsini öldürdü, həyat yoldaşını yaraladı .....                     “Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır” .....                     Bakıda kişi qızına görə keçmiş arvadının sevgilisini öldürdü .....                     Heydər Əliyev Beynəlxalq Aeroportu Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə əlaqədar məlumatlara aydınlıq gətirib .....                     Koronavirusa görə parklarda skamyalar yığışdırıldı .....                     Nərimanov rayonu ərazisində koronovirusla mübarizə çərçivəsində maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir .....                     Böyük Britaniyanın 2-ci böyük hava limanı morq kimi fəaliyyət göstərəcək .....                     Ağcabədidə infeksiya mənbəyi hələ də qalır .....                     Səməd Seyidov məruzəçilərin bəyanatı ilə əlaqədar AŞ Prezidentinə etiraz məktubu ünvanlayıb .....                     "Ukraynada ölənlərin sayı iki milyon ola bilər" .....                     Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar .....                 

Hansı peşə sahibləri Kanadada rahatlıqla iş tapa bilər?
Tarix: 23-09-2019, 08:49 | Çap et
Hansı peşə sahibləri Kanadada rahatlıqla iş tapa bilər?
Kanada, ərazisinin böyüklüyünə görə dünyada ikinci ölkədir və bu ölkədə cəmi 38 milyona yaxın insan yaşayır. Ərazisinin böyüklüyünə görə ikinci yerdə olan ölkə, əhalisinin sayına görə dünyada 39-cu yerdədir. Məhz buna görə Kanada hər il minlərlə miqranta qucaq açır. Miqrantların sözügedən ölkəyə axınına baxmayaraq, yenə də işəgötürənlər işçi sarıdan "qıtlıq" çəkirlər.
FED.az lalemusa.com saytına istinadən İşləyən Qadınların İcma Mərkəzində (Working Women Community Center) Sağlıq və Təhlükəsizlik Departamentinin meneceri, İş və məşğulluq üzrə müşavir Könül Qurbanova ilə müsahibəni təqdim edir. K.Qurbanova ilə Kanadada işəgötürənlərin tələbləri, hansı sahələrdə vakansiyanın çox olması, iş müsahibəsi, ikinci karyera və s. barədə danışdıq.
- Kanadada, konkret olaraq Ontario vilayətində hansı ixtisas sahiblərinə, peşə adamlarına böyük tələbat var?

- Kompyuter, texnologiya, mühasibat, maliyyə, sənaye sferasında işləyənlərə və tibb işçilərinə, eyni zamanda fiziki güc tələb edən işlərdə, xüsusilə tikintidə fəhlə qüvvəsinə ehtiyac var.

- Fiziki güc tələb edən işlər deyəndə yalnız fəhlələrimi, ya müxtəlif peşə sahiblərini, ustaları da nəzərdə tutursunuz?
- Hər ikisini nəzərdə tuturam. Elektrik, bənna, malakeş, qaynaqçı, santexnik, ev təmir edənlərə, mebel ustalarına tələbat çoxdur. Sözügedən peşə sahibləri burada çox rahatlıqla iş tapa bilərlər. Bu peşələr tikinti sahəsi ilə əlaqədardır. Ərazisinin böyüklüyünə görə dünyada ikinci yerdə dayanan Kanadada 37.5 milyon insan yaşayır.Cəmi 151 yaşı olan bir ölkənin torpağı demək olar, boşdur. Buna görə də ölkənin harasına baxırsansa, böyük sürətlə tikinti işləri gedir. Kanadada ən böyük vilayət Ontariodur və ən çox miqrant buraya üz tutur. Birincisi, Ontarioda ingilis dili üstünlük təşkil edir. Qvebek vilayətdində isə əsasən fransız dilində danışılır. Düzdür, Alberta da, Britaniya Kolumbiyası da ingilis dillidir. Alberta soyuq olduğundan, orada əhali azdır, Britaniya Kolumbiyasının iqlimi mülayim olduğundan əhalisi çoxdur. Amma Kanada vilayətləri arasında ən böyük inkişaf Ontarioda olduğundan buraya axın çoxdur. Saskaçevan, Alberta və ya Manitobada Ekspress Giriş (Express Entry) proqramına müraciət edənlər nə qədər tez bir zamanda keçirlərsə, Ontarioda bir o qədər gec cavab alırlar. Çünki dediyim kimi, Ontarioya böyük axın var. Hətta Ekspres Giriş proqramıyla başqa vilayətlərə gələnlər də 3-6 aydan sonra Ontarioya üz tuturlar. Nəticədə digər vilayətlərdə böyümə, inkişaf ləng gedir. Amma onu da qeyd edim ki, Albertanın gözəl təbiəti bəlkə heç bir vilayətdə yoxdur. Kanada və Amerika kinolarının yarısı gözəl təbiətinə görə Alberta və Britaniya Kolumbiyasında çəkilib.

- Kanadada işçi qüvvəsinə tələbat olan sahələrdən danışdınız. İşi peşəkarcasına bacarmaq buraya gəlib iş tapmaq üçün yetərlidirmi?
- Qohumlar, tanışlar da bu suallarla mənə çox müraciət edir, hansı yolla gələ biləcəklərini soruşurlar. Onlara birinci sualım bu olur ki, ingilis dilini nə qədər gözəl bilirsiniz? Dili bilmək vacibdir, üstünlükdür, bir addım öndə olmaq deməkdir. Dili bilmirsinizsə, istər akademik, istər professor, istər Azərbaycanda hansısa böyük bir şirkətdə direktor işləyin, gəlməyinizə ehtiyac yoxdur. Çünki ya çörək, şirniyyat fabrikində işə başlayacaqsınız, ya tikintidə, ya da mağazada... Axı dili başa düşmürsünüzsə, bu, sizi direktor vəzifəsinə necə götürə bilər? Mən idealistcəsinə deyil, reallıqdan çıxış edib danışıram. Dili bilirəm deyib, Kanadaya üz tutursan, burada söz soruşurlar, dayanıb baxırsan və düşünürsən ki, mənim ingilis dilim hanı...

Mən Xarici Dillər Universitetinin İngilis-fransız dili fakültəsini çox yaxşı qiymətlərlə bir manat da rüşvət vermədən qurtarmışam. Amma etiraf edim ki, Kanadaya gələndə ilk vaxtlar əziyyət çəkdim. Çünki Britaniya ingiliscəsini öyrənmişdim. Üstəlik, universiteti bitirəndən sonra ingilis dilimi istifadə etməmişdim. Buraya gələndə aldığım təhsil mənim üçün yetərli olmadı. Gələn kimi TOEFL dərsləri götürdüm. 8-9 aya dili daha da təkmilləşdirdim və George Brown Kollecinə qəbul oldum.
Dildən başqa, işə başlamaq istəyənlərdən Kanada təcrübəsi tələb olunur. Yaxşı işdə çalışmaq istəyirsinizsə, könüllü əsaslarla da olsa, işləyib təcrübə qazanmağınız tövsiyə edilir. Kanadada iş təcrübəsi olmayanların iş tapması bir az çətindir. Amma fiziki güc tələb edilən işlərdə yerli təcrübə istənilmir, işi bacarırsınızsa, ingiliscəniz varsa, iş tapacaqsınız.

- Dediniz, ilk növbədə ingilis dilini bilmək lazımdır. İkincisi, Kanada təcrübəsi olmalıdır. O zaman Azərbaycanda hansı vəzifədə çalışmasından asılı olmayaraq, buraya gələnlər ya könüllü kimi işləməli, ya da "aşağı" vəzifələrdən başlayıb təcrübə qazanmalıdır?
- Bəli, bir müddət aşağı vəzifədə çalışırlar, təcrübə qazana-qazana paralel özlərinə uyğun iş axtarırlar. Bu təcrübə 1 ay da, 1 il də ola bilər.

- Kompyuter, texnologiya, mühasibat, maliyyə, sənaye sferasında işləyənlərə və tibb işçilərinə çox böyük tələbat olduğunu vurğuladınız. Sözügedən sahələrdə çalışmaq üçün Azərbaycan diplomu yetərlidirmi?
- Tibb sahəsi tamam fərqlidir. İstər tibb bacısı, istər həkim olsun, burada oxuyub lisenziya və ya sertifikat almasa, tibb sahəsində işləməsi mümkün deyil. Amma sadaladığım digər sahələrdə dil səviyyəsi və təcrübə yetərlidirsə, Azərbaycan diplomunu Kanadanın müvafiq dövlət qurumunda tanıtdırıb çalışa bilərsən. Yaxud buraya gəlib hansısa kollecdə 3-6 aylıq sertifikat proqramı götürüb rezyumenə (CV) daxil edib iş axtarmaq daha uğurlu alınar.

- Könül xanım, hansı halda Kanada şirkətləri xaricdən işçi ala bilər? Azərbaycandakı həmyerlilərimiz sosial şəbəkələrdə tez-tez Kanadadan iş dəvəti aldıqlarını yazır və bunun reallığa nə qədər uyğun olub olmadığını soruşurlar. Onlar necə bilsinlər ki, onları işə dəvət edən hansısa işbaz deyil, həqiqətən şirkət yetkilisidir?
- Xaricdən işçi dəvət edən şirkətlərin tarixçəsi olmalıdır; neçə ildir fəaliyyət göstərir, dövlətə hər il nə qədər vergi ödəyir, neçə işçisi var və s. Yalnız bundan sonra həmin şirkətin direktoru, yaxud İnsan resursları üzrə menecerinin imzasıyla Azərbaycandan kimsə 1 illikmi, 10 illikmi müqaviləylə işçi kimi Kanadaya dəvət edilə bilər. Kanadadan iş dəvəti alan adam həmin şirkətin adını İnternetdə axtarışa verməldir, şirkətin saytı, saytında fəaliyyəti barədə hərtərəfli məlumat olmalıdır. Əks halda təklif saxtadır və inanmağına, pul tökməyinə dəyməz.

- Kanadanın miqrantlar üçün hansı işəgötrümə proqramları var?
- Kanadada immiqrantların müxtəlif işəgötürmə proqramları var və bu, hər bir vilayət üçün fərqlidir. Məsələn, "Live in Caregivers" (Dayə kimi yaşamaq) proqramı filippinlilər, ispandillilər, müxtəlif postsovet ölkələri, məsələn, ukraynalılar, ruslar üçün keçərlidir. Onlar bu proqramla Kanadaya iş dəvəti alıb yaşlıların, uşaqların qayğısına qalırlar. İşə dəvət edən insanın evində müqavilə ilə həm yaşayır, həm maaş alırlar. 1-1.5 il işlədikdən sonra daimi vətəndaşlığa (PR) müraciət edirlər. PR alan kimi ailələrini də Kanadaya gətirmək haqqı qazanırlar.

- Bildiyimə görə, azərbaycanlı miqrantlar üçün sözügedən proqramlar keçərli deyil. Ekspress Giriş (Express Entry) proqramından başqa həmyerlilərimizin qanuni şəkildə Kanadaya gəlib işləməsinə şərait yaradan proqramlar varmı?
- Hələ ki elə bir proqramla rastlaşmamışam. Dost-tanış mənə "necə gələk?" sualını verəndə Ekspress Giriş proqramını məsləhət görürəm. Deyirəm, 2-3 il Azərbaycanda oturub gözləyin, taki buraya gələndə elə hava limanındaca yaşama haqqını verən qanuni sənədlərinizi alın. Amma bir daha vurğulamaq istəyirəm ki, ingilis dilini öyrənmədən gəlməyin. İstəmirəm, millətimin nümayəndələri buraya gəlib əziyyət çəksinlər. Nə qədər adamın əziyyət çəkdiyinin, dili bilmədiyinə görə stres keçirdiyinin şahidiyəm.

- Bir az da Milli Peşə Klassifikasiyasından (NOC -Nationa Occupitional classification) danışardıq. Kanadada yaşayan həmyerlilərimiz NOC-dan necə yararlana bilərlər?
- NOC Kanada peşə sisteminin təsviri, izahıdır. Google axtarış sistemində NOC yazın və səhifəyə daxil olandan sonra orada maraqlandığınız peşənin adını qeyd edin. Həmin peşənin müxtəlif sahələri, kodları çıxır. Məsələn, sosial yazanda sosial işçi, sosial icma işçisi və s. kimi peşələr çıxır. Peşənin kodunu götürüb google axtarış sisteminə qoyanda, həmin peşə üçün hansı məktəbə getmək, hansı sertifikatı, diplomu almaq, o peşənin başlanğıc, orta, ən yüksək maaşı, peşə sahiblərinin hansı qurumlarda çalışdığı və s. barədə hər şey göstərilir. Bununla da maraqlandığınız peşə haqqında hərtərəfli məlumat əldə edib həmin fikirlərinizə aydınlıq gətirə bilərsiniz.

- Könül xanım, ikinci karyera nədir və bu, kimlər üçün keçərlidir?
- Bu, Kanadada yaşayanlar üçün keçərlidir. Bilirsiniz ki, işçilər hər ay maaşlarından işçi sığortası ödəyirlər. Əgər kimsə işdə ixtisara düşürsə, yaxud şirkətin bağlanması səbəbindən işsiz qalırsa, 9-11 ay ərzində sığorta şirkəti ona pul ödəyir. Bu sığortanı aldıqdan sonrakı 3 il ərzində həmin adam Kanada Xidmətinə (Service Canada) müraciət edib 1 il, 2 il əvvəl sözügedın iş sığortasını aldığını və iş axtardığını, amma tapa bilmədiyini, iş tapmaq üçün başqa bir peşəyə yiyələnmək istədiyini deyir. Həmin peşə təhsili haqqında bütün məlumatları, təhsil haqqı, kitablara nə qədər pul xərcləyəcəyi, yol pulu, subay, yaxud ailəli olduğu, illik gəlir vergisi, axtardığı işlərin e-maillərini və s. bir sıra məlumatları toplayıb Kanada Xidmətinə göndərir. Kanada Xidməti 2-4 həftə ərzində vətəndaşın yazdıqlarını araşdırır və onların kriteriyalarına uyğun gəlirsə, müraciətçinin oxuması üçün gələcəkdə qaytarmamaq şərtilə pul ayırır. Təhsil haqqından tutmuş, gündəlik xərclərinə qədər hər şey dövlətin ayırdığı pula daxildir. Bu, ikinci karyera adlanır.

- Vakansiyaya müraciət edəndə işəgötürən tərəfindən əsasən hansı tələblər irəli sürülür?
- Birincisi, qabiliyyət tələb olunur. İkincisi, həmin ixtisas üzrə heç olmasa sertifikatının olması üstünlükdür. Üçüncüsü və ən vacibi isə təcrübənin olmasıdır. Təcrübədən, xüsusilə Kanada təcrübəsindən çox şey asılıdır. Bəlkə də o biri vilayətlərdə istədiyin işi tapmaq və iş müsahibəsindən keçmək daha rahatdır. Amma Ontarioda rəqabət böyük olduğundan çox ciddi müsahibələrdən keçməlisən. Əgər yüksək vəzifələrə müraciət edirsənsə, bakalavr, magistratura təhsili də tələb edilir.

- Maraqlıdır ki, burada magistratura təhsilinə xüsusi önəm verirlər...
- Bəli, əgər vəzifəndə yüksəlmək iddian varsa, magistratura diplomunun olması şərtdir.
- İşə qəbul olmaq üçün yaxşı CV (rezyume) hazırlamaq vacibdir. Azərbaycandan gələn dostlarımızın bir çoxu hazırladıqları CV-ni dəfələrlə müxtəlif şirkətlərə göndəriblər və heç bir cavab almayıblar. Sonradan bəlli olub ki, rezyumeləri tələblərə cavab vermir. Rezyumedə hansı məlumatlar öz əksini tapmalıdır, nələri qeyd etməyə ehtiyac yoxdur?

- Azərbaycan və Kanadada rezyumelər arasında çox fərq var. Kanadada rezyumenin üzərində mütləq Müşayiət Məktubu (Cover Letter) olmalıdır. Rezyumedə şəkil qoyulmamalıdır. Doğum tarixin, anadan olduğun yer, irqin, cinsin qeyd edilməməlidir. Müraciət etdiyin vəzifə üzrə qabiliyyətin, bacarıqların göstərilməli, işlədiyin yerlər, vəzifələr, gördüyün işlər yazılmalıdır. Axırda təhsilin gəlir. Nə qədər sertifikatın, diplomun varsa, əlavə etməlisən.
Müşayiət Məktubunda isə bu vəzifədə nə üçün çalışmaq istədiyini və çalışacağın halda işə nə dərəcədə yararlı olacağını yazmalısan.
- Bir az da iş müsahibəsinə hazırlıqdan danışardınız. İş müsahibəsində əsasən hansı suallar verilir?
- İlk növbədə özünü necə xarakterizə etməyinə önəm verilir. Təcrübən, təhsilin, nə üçün bu şirkətdə çalışmaq istədiyin, bu şirkətə nələr verə biləcəyin, əvvəlki işindən niyə ayrılmağın, həmkarlarınla necə işləməyin, onlara hansı köməyinin dəydiyi, çətin vəziyyətlərdən necə çıxdığın barədə suallar olur.

- İş müsahibəsi zamanı geyim necə olmalıdır?
- Çox formal, sadə olmalıdır. Xanımlar kostmetikadan minimum istifadə etməli, saçlar arxaya yığılmalı, ağ köynək, şalvar, yaxud ətək, fəsildən asılı olaraq pencək geyinməlidirlər. Kişilər də şalvar, ağ köynək və pencəklə müsahibəyə getməlidirlər.

- Deyəsən, müsahibəyə ətirlənib getmək olmaz...
- Bəli, burada nəinki müsahibəyə, hətta dövlət orqanlarına, özəl müəssisələrin çoxuna ətirlənib getmək olmaz. Çünki ətirə qarşı allergiyalı insanlar ola bilər.

- Siz həm də Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin Direktorlar Şurasının İdarə Heyətinin üzvüsünüz. Sonda istərdim buradakı fəaliyyətinizdən danışardınız. Azərbaycanlı xanımlar üçün hansı işləri görürsünüz?
- Hər ay müxtəlif mövzularda seminarlar keçirir, görüşlər təşkil edirik, müxtəlif məsələlərdə bir-birimizə dəstək oluruq. Xanımlarımız çox fəaldırlar, gəlib iştirak edir, suallar verirlər. Mən öz tərəfimdən xanımlarımıza Kanadada yerləşmə və işlə bağlı yardım edirəm.
Onu da qeyd edim ki, Azərbaycan xanımları Kanadada fəaldırlar, amma onları daha da fəal görmək istəyirik. Maliyyə sahəsində, dövlət işlərində, texnologiya, biznes sahəsində çalışan xaımlarımız kifayət qədərdir. Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin də məqsədi xanımlarımızı bir yerə toplayıb bir-birimizə əlimizdən gələn köməyi etməkdir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kişilər koronavirusa daha tez yoluxurlar
Dünən, 18:01
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib
Dünən, 17:49
Rusiya koronovirusa qarşı dərman hazırladı - MÜJDƏ
Dünən, 17:23
"Hansı qaydalara riayət olunmağı məsləhət görürlərsə, onu etməyə çalışıram"
Dünən, 17:21
Sahibkar Prezidentə ÜZ TUTDU... - Müraciət...
Dünən, 17:19
I sinfə elektron qeydiyyat yenidən başlanır - Diqqət!
Dünən, 17:17
Sabahdan koronavirus xəstələri "Yeni klinika"ya yerləşdiriləcək
Dünən, 17:15
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı
Dünən, 17:02
Bakıda 54 yaşlı kişi bıçaqlanıb
Dünən, 16:58
“Bu klinika pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq” - Prezident İlham Əliyev
Dünən, 16:56
"Qadın haqları deyə bir şey yoxdur, çünki qadın hər zaman haqlıdır"
Dünən, 16:51
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır
Dünən, 16:47
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - FOTO
Dünən, 16:24
Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub
Dünən, 16:14
Sosial şəbəkələrdə Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanılıb
Dünən, 16:03
Dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi ilə bağlı xəbərlər yalandır - Penitensiar Xidmət
Dünən, 16:02
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib
Dünən, 16:01
Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır - FOTO
Dünən, 15:26
Azərbaycanda koronavirus bu tarixdə məhv olacaq? - Professor danışdı
Dünən, 15:23
Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı gedir? - VİDEO
Dünən, 15:21
Bakıda 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Dünən, 15:19
İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb
Dünən, 15:18
Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO
Dünən, 15:17
Quba polisi gücləndirilmiş iş rejimində çalışır
Dünən, 15:15
Mehriban Əliyevadan koronavirusla mübarizdə ön cəbhədə olanlara TƏŞƏKKÜR
Dünən, 15:14
Bakıda bir gecədə iki aptek qarət edildi
Dünən, 15:11
Tanınmış baş redaktor vəfat etdi
Dünən, 15:09
Xaçmaz polisi karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq edib
Dünən, 15:06
"Artıq yetər, nə vaxta qədər qatığa qara deyəcəyik? "
Dünən, 15:02
“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” – Zahid Orucun yazısı
Dünən, 14:58
“Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO
Dünən, 14:55
Azərbaycan voleybol millisinin üzvləri karantinə alınıb - SƏBƏB
Dünən, 14:27
“Söyüş qoymaqla adamların küçəyə çıxmaması mümkünsüzdür”
Dünən, 14:25
"Kişilər, min oyundan çıxıb, xanımlarınızı aldatmayın" - Rəqqasə Zərifə
Dünən, 14:23
Gürcüstanda kişi körpəsini öldürdü, həyat yoldaşını yaraladı
Dünən, 14:19
“Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır” - deputat
Dünən, 14:00
Bakıda kişi qızına görə keçmiş arvadının sevgilisini öldürdü
Dünən, 13:58
Heydər Əliyev Beynəlxalq Aeroportu Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə əlaqədar məlumatlara aydınlıq gətirib
Dünən, 13:57
Koronavirusa görə parklarda skamyalar yığışdırıldı - Azərbaycanda
Dünən, 13:45
Nərimanov rayonu ərazisində koronovirusla mübarizə çərçivəsində maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir
Dünən, 13:36
Şəbnəm Tovuzlunun maşını yandı - VİDEO
Dünən, 13:35
Böyük Britaniyanın 2-ci böyük hava limanı morq kimi fəaliyyət göstərəcək
Dünən, 13:32
Ağcabədidə infeksiya mənbəyi hələ də qalır - FOTOFAKT
Dünən, 13:32
Səməd Seyidov məruzəçilərin bəyanatı ilə əlaqədar AŞ Prezidentinə etiraz məktubu ünvanlayıb
Dünən, 13:27
"Ukraynada ölənlərin sayı iki milyon ola bilər"
Dünən, 13:12
Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar
Dünən, 13:10
Başçının müavinində koronavirus ŞÜBHƏSİ... - İDDİA
Dünən, 13:09
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırıb
Dünən, 13:06
Axşam çiskin olacağı ehtimalı var - Belə deyirlər...
Dünən, 13:04
"Buna görə anamla üç ay küsülü qaldıq"
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru