İradə Gülməmmədova ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü .....                     “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm” .....                     Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib .....                     Yanvarın 22-nə manatın məzənnəsi .....                     “Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur” .....                     “95 nəfər namizədliyini geri götürüb” .....                     Göygölün icra başçısından plakat yasağı .....                     Deputatlığa namizədlərin sayı 1542-yə çatıb .....                     Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir .....                     Prezident Davosda: Qarabağla bağlı müzakirə... .....                     Azərbaycanda ziyanlı mallar məhv edilmir: Başqa adla yenidən əhaliyə satılır .....                     Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb .....                     Xəbər portalının təsisçisi və baş redaktoruna xəbərdarlıq edilib .....                     "Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir" .....                     Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir .....                     İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub .....                     Növbəti hit duet gəlir .....                     Vilayət Eyvazov DYP-yə müvafiq tapşırıq və tövsiyələr verib .....                     ““Yaz gələcək” şüarımız fəsil anlamından daha çox siyasi və sosial mesajdır” .....                     Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib? .....                     Prezident İlham Əliyev Mixail Qusmanı .....                     Ermənistan parlamentində dava düşdü .....                     Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb .....                     "Viski" əməliyyatının tələbə qurbanı barədə .....                     Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur .....                     İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                     Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... .....                     "Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər" .....                     ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                 

BNA-nın manatlıq taksi kabusu... - "Bakının ictimai nəqliyyat sistemində problemlər var"
Tarix: 21-09-2019, 11:58 | Çap et
BNA-nın manatlıq taksi kabusu...
Bakının bir çox ərazilərində şəhərətrafı qəsəbələrə sərnişindaşıma işini həyata keçirən, el arasında “manatlıq taksi” kimi tanınan taksilərin fəaliyyətinin aradan qaldırılacağı bildirilir. Müvafiq tədbirlərin Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi tərəfindən həyata keçirildiyi qeyd edilir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi faktı təsdiqləyib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metro stansiyalarına hər sərnişinə görə 1 manat müqabilində qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır. Onun sözlərinə görə, “bir manatlıq taksi”lər şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və məsələ ilə bağlı tədbirlər görüləcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də bildirib ki, BNA heç kimin fəaliyyətini məhdudlaşdırmır: “Sadəcə, qanunsuz parklanmaya qarşı tədbirlər görürük”.

Sosial şəbəkələrdə gedən müzakirələrdə isə mənzərə fərqlidir. Demək olar ki, paytaxt ətrafında yaşayan insanların bir çoxu “manatlıq taksilər”in fəaliyyətinin dayandırılmasına qarşıdırlar. Əhali hesab edir ki, bir qədər artıq pul ödəməklə bu taksilərlə gedib-gəlmək daha sərfəlidir.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sherg.az-a açıqlamasında deyib ki, “manatlıq taksilər”in fəaliyyətini tam dayandırmaq yox, onlara müəyyən şərait yaratmaq lazımdır ki, işləsinlər. E.Muradlı qeyd edib ki, həmin taksilər işləmək üçün fərqlənmə nişanına pul ödəyirlər, büdcəyə vergi verirlər:

“Qeyri-qanuni fəaliyyət göstərənlər də var ki, onlara qanunu başa salmaq lazımdır ki, işlərini qanuniləşdirsinlər. Amma bütövlükdə onları gözümçıxdıya salmaq düzgün deyil. Təbii ki, bəzən yolda qanunsuz parklama edirlər, yolun hərəkət hissəsində dayanırlar. Bu isə sakinlərlə yanaşı digər nəqliyyat vasitələrinə də maneçilik törədir”.

E.Muradlı həmçinin qeyd edib ki, “manatlıq taksilər”i dəstəkləyən insanları anlamaq lazımdır:

“Bu gün Bakının ictimai nəqliyyat sistemində problemlər var. Bir çox avtobuslar düzgün fəaliyyət göstərmirlər, intervallarında problemlər mövcuddur, dayanacaqlara gec çatırlar. Məsələn insanlar düşünür ki, 60 qəpik verib gec gələn, yolda bir neçə dəfə dayanan avtobusla getməkdənsə, 1 manat verib taksi ilə getmək daha yaxşıdır. Bu halda mənzil başına daha tez çatırlar. Məsələnin düzgün həlli məncə ictimai nəqliyyatı qaydaya salmaqdır. Yaxud da, “manatlıq taksilər”in yolda hərəkətə maneəçilik törətməməsi üçün, onlara şərait yaradılmalıdır”.