Ağac kəsintisi faktı aşkar edilməyib .....                     Ermənistan bir həbrçisinin yaralandığını etiraf etdi .....                     ADAU-da əməlli-başlı bazar açıblar... .....                     «AtaBank»ın məşhur filialı bağlanıb .....                     Cəlilabadda kriminal avtoritetə atəş açan şəxs cinayət məsuliyyətindən azad olunub .....                     Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı .....                     Vaqif Əsədovun bölməsində yeni təyinat .....                     Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək .....                     20-yə yaxın icra başçısı yola salınacaq .....                     İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı .....                     Biləsuvarda bir müəllimin iki vəzifəni icra etməsinə .....                     5 kiloqramdan artıq tiryəki satmaq istəyən şəxs saxlanılıb .....                     Azərbaycan-Ermənistan sərhədində təxribat baş verib, .....                     Maliyyə Nazirliyində kadr dəyişikliyi olub .....                     Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı .....                     "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim .....                     Tramp Hindistana səfər edib .....                     Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə .....                     "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" .....                     Baş infeksionist əhaliyə müraciət etdi: .....                     Ən çox və ən az bu dairələrin məntəqələrinin nəticəsi etibarsız sayılıb .....                     Lənkəranda itkin düşən şəxs Bakıda tapıldı .....                     İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur .....                     "AtaBank"a müvəqqəti sədr TƏYİN EDİLİB .....                     “Dövlət Aqrar Ticarət Şirkəti”nin rəhbəri dəyişib .....                     “Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir” .....                     Abşeronda baş verən yanğın söndürüldü .....                     Ağdam rayon Vergilər şöbəsinin sabiq direktorunun məhkəməsi başlayıb .....                     Evə girdilər, amma heç nə oğurlamadılar... .....                     Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib .....                     Siyəzəndə Xocalı faciəsinin qurbanları anıldı .....                     BİZNESİ OLAN İCRA BAŞÇISI TƏKCƏ VƏLİYEV DEYİL... .....                     Bakıda mağazadan 330 manatlıq viski oğurlanıb .....                     Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... .....                     Neftçalanın aqibəti Beyləqanı da gözləyir... .....                     Qazı kimlər və necə oğurlayır? .....                     Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb .....                     Lerikin icra başçısından Prezidentə şikayət olundu .....                     Zaqatalada 44 yaşlı kişi intihar edib .....                     MSK bu həftə seçkilərə yekun vuracaq .....                 

“Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...” - TƏHLİL
Tarix: 21-09-2019, 09:16 | Çap et
“Paşinyan Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir...”
Ermənistan hakimiyyəti hər gün yeni sürprizlərlə üzləşir. Ölkədəki etirazlar nəinki səngimir, hətta günü-gündən daha geniş dairəni əhatə edir. Hətta baş nazir Nikol Paşinyanın sərsəm Qarabağ bəyanatları və utopik 2050-ci il vədləri (! - red.) də durumu getdikcə pisləşən erməniləri sakitləşdirə bilmir.

Son məlumatlara görə, Ermənistanın Cermuk rayonunda və Qndevaz kəndində Amulsara qızıl yatağının istismarına etiraz olaraq tətil başlayıb. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, bölgələrdəki məktəblər də tətilə qoşulub. Onlar Amulsarın yalnız dağ olduğunu, orada qızıl çıxarılması məqsədilə aparılan qazıntıların ekologiyaya ağır zərbə vurduğunu bildirib bu işlərə qon qoyulmasını tələb ediblər. Məlumata görə, İrəvanda da etiraz aksiyası keçirilib. Ekspertlər hesab edirlər ki, Amulsar məsələsi Paşinyan üçün çox ağır sınaqdır. Ermənistan hökuməti məsələyə dair yekun qərar qəbul etməsə də, Paşinyan mədənin fəaliyyətinin dayandırılması üçün qanuni əsasın olmadığını deyib.

Bu arada Paşinyan daha bir sürprizlə üzləşib. Belə ki, İrəvanın “Nubaraşen” təcridxanasında iğtişaş baş verib. Məlumata görə, iğtişaşa səbəb Ermənistanın Cinayət Məcəlləsində qanuni oğrularla (düzəlişə əsasən, qanuni oğru adını daşıyan istənilən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək - red.) bağlı edilən düzəliş olub (Axar.az). İğtişaşda ümumilikdə 115 məhkum iştirak edib. İğtişaşın yatırılması üçün təcridxana rəhbərliyi təkcə polis və Milli Təhlükəsizlik Xidmətinə yox, həmçinin qanuni oğrulara da müraciət edib.

Bu yerdə qeyd edək ki, Serj Sərkisyan hakimiyyətinin son aylarında da davamlı aksiyalarla yanaşı, qiyam baş vermişdi. Düzdür, N.Paşinyan o zaman polis alayını ələ keçirən qiyamçılarla ittifaq qurub, amma görünür bu, onun “yarasına” məlhəm olmayacaq. Paşinyanın komandası da dağılır. Bu günlərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan baş nazir Nikol Paşiyanın siyasətini tənqid edərək istefa verdi. Ardınca Ermənistanın polis rəisi Valeriy Osipyanla hökumətin yollarının ayrıldığı xəbəri tirajlandı. Belə ki, Paşinyan qabaqlayıcı addım ataraq, prezident Armen Sərkisyana müraciət edərək polis rəisinin istefaya göndərilməsi məsələsini qaldırdi. Ermənistanda baş nazirin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan istefa verib. O, Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə etdikdən sonra ona istefa ərizəsini təqdim edib. Məlumata görə, Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan yolun açılmasına dair əməliyyatın asan keçəcəyinə inanmadığını və fəallara qarşı güc tətbiq etməyin müəyyən fəsadlar doğuracağını bildirib. Baş nazir isə bəyan edib ki, əgər polis rəisi bu işin öhdəsindən gələ bilmirsə, əməliyyatı polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Hansı ki, Kazaryanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir. Qızğın atmosferdəki söhbət Osipyanın istefa məktubu təqdim Ermənistan parlamentində isə aprel savaşının nəticələrini araşdıran komissiya var gücü ilə çalışır.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu, həbslərin çevrəsini genişləndirəcək: “Müdafiə Nazirliyi aprel savaşı ilə bağlı gizli məlumatları komissiyaya göndərir. Komissiyanın işinin nəticəsi olaraq həbslərin olacağını müdafiə naziri Tonoyan istisna etməyib. Paşinyan bu komissiyadan rəqiblərinə qarşı istifadə etməyi planlaşdırır, ancaq əldə ediləcək nəticələr baş nazirin özünün əleyhinə işləyəcək. Çünki rəqibləri arasında həbslərin sayı artdıqca Paşinyana qarşı müqavimət də güclənəcək. İnqilabın əks-inqilabı olur, Paşinyanın rəqibləri revanşa hazırlaşırlar”.

Politoloq Məhəmməd Əsədullazadə isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda siyasi-iqtisadi və sosial problemlər həllini tapmadıqca, böhran davam edəcək: “Paşinyanın komandası artıq dağılmaq üzrədir. Çünki bu komanda qarşısında ölkəni böhrandan çıxaracağı və demokratik bir cəmiyyət quracağını söz vermişdı. Zaman keçdikcə vədlər reallaşmadı. Çünki bu ölkənin potensialı yoxdur və Rusiyanın forpostudur. Məhz Paşinyanın komandasında istefalar ilk növbədə Rusiyanın apardığı iş və Paşinyanın diktatorluğunun nəticəsidir. Komandası görür ki, Paşinyanla uzun yol mümkün deyil və populizmlə ölkə idarə olunur. Ona görə də erməni məmurlar ”batan gəmi"dən qaçmağa başlayıblar".

Ekspert Paşinyanın həm ABŞ, həm də Rusiyadan şillə almasına da toxundu. Qeyd etdi ki, Paşinyan Avropdan və ABŞ-dan istədiyi siyasi və maliyyə dəstəyi alsaydı, təbii ki, bu istefalar olmayacaqdı: “Amma görünür, ABŞ və Avropadan dəstək yoxdur, Rusiya durmadan iqtidarın üstünə gəlir, ona görə də qopmalar baş verir. Ümumiyyətlə, Paşinyanın ölkəsində inkişaf etmiş bir cəmiyyət qurmaq planı plansız oldu. Xalq bir müddətdən sonra küçələr çıxıb, hesab soracaq. Artıq, Paşinyanın komandası təhlükənin qapıda olmasının fərqindədir. Moskva birmənalı şəkildə Paşinyanı qəbul etmir. Onun dəstək verdiyi başında Robert Köçəryanın dayandığı Qarabağ klanıdır. Demək olar ki, Paşinyan Qərb və Rusiya arasında sıxılmış vəziyyətdədir”.

Qeyd edək ki, Rusiya prezidenti Valdimir Putinin N.Paşinyanın görüş istəyini rədd etdiyi xəbəri yayılıb. Məlumata görə, Rusiya prezidenti Ermənistan paytaxtında keçirilməli olan Avrasiya İqtisadi Şurasının sammitində ölkənin baş naziri Nikol Paşinyan ilə görüşməyəcək.

M.Əsədullazadə bildirdi ki, Putinin Avrasiya İttifaqının sammiti çərçivəsində İrəvana gəlişi gözlənilsə də, onun Ermənistan baş naziri ilə rəsmi görüş keçirməməsi Paşinyan üçün soyuq duş effektidir: “Putin ona göstərmək istəyir ki, sən Ermənistan və Rusiya üçün arzuolunmaz şəxsən! Putin ona Köçəryana məktub yazmaqla mesajlar verdi. Görünür, Paşinyan bu mesajları qulaqardına vurdu. Belə çıxır ki, Putinin əsas planı Paşinyanı daxili auditoriyada pərt etməkdir. Məhz onunla görüşməməsi Paşinyana Rusiyanın mövqeyinin mənfi olacağın nümunəsidir. Tərəflər arasında ziddiyyət daha da mürəkkəbləşəcək və Rusiya ölkəyə iqtisadi təzyiqləri artıracaq”.

****

“Hazırda rəsmi Bakı Ermənistan hakimiyyətinin siyasi arenada və cəbhədəki provokasiyalarına aldanmamalıdır. Nikol Paşinyan və onun Qərbdəki məsləhətçiləri Bakı üçün tələ hazırlayır”. Bu sözləri Axar.az-a rus politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov bildirib. Onun sözlərinə görə, Paşinyan açıq-aşkar öz sərsəm ritorikası və hərəkətləri ilə Bakını qıcıqlandırmaga çalışır: “Bu, onun planının başlanğıc hissəsidir. Nikolun planı. Sərsəm bəyanatlar, cəbhədə diversiyalar, müəyyən provokasiyalar. Azərbaycan bu diversiyalara cavab olaraq hərəkətə keçir. Ermənistan tərəfi itkilər verərək geri çəkilir. Bütün baş verənlər lentə alınır. Paşinyan və onun komandası ölkədə hərbi vəziyyət elan edir. Bütün mitinqlər, yürüşlər və digər siyasi etirazlar qadağan edilir. Nikolun siyasi səhvləri və uğursuzluqları, büdcə kəsirlərinin, acınacaqlı iqtisadi vəziyyət müharibənin ayağına yazılır”, - deyə rusiyalı ekspert “Nikolun planını” açıqlayıb.

Arkovun sözlərinə görə, bu ssenari Paşinyanın planının birinci hissəsidir, ən çirkin və alçaq hadisələr isə “ikinci hissədə” baş tutur: “Ermənistan öz güclü lobbisindən istifadə edərək, bütün dünyada ”işğalçı-təcavüzkar" damğasını öz üzərindən götürüb, Azərbaycana ötürür. Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz, müharibədən olan görüntüləri istifadə etməklə. “Azərbaycanlılar vəhşidir”, “Yazıq ermənilər belə öldürüldu”, “Yeni erməni soyqırımı” başlıqlı məqalələr ən mötəbər dünya dərgilərinə sifariş olunur. Rusiya və KTMT ölkələrinə sərt ittihamlar irəli sürülür: “Niyə dəstək olmadınız?” Ermənistan rəsmi olaraq KTMT-ni tərk edir. Daha sonrakı mərhələdə Minsk Qrupu həmsədrləri və dünya ictimaiyyəti Bakını müharibəni dayandırmağa çağırır. Plan üzrə Azərbaycan Silahlı Qüvvələri bu ana qədər Qarabağın ətrafındakı 7 rayonu azad edir. Yeni atəşkəs müqaviləsi bağlanır, Ermənistan “işğal altından” xilas olunmuş, hamının dəstəyinə ehtiyacı olan bir ölkə imicini qazanır. “Artsax özünü müdafiə edə bilmədi” deyib, Dağlıq Qarabağı Ermənistana birləşdirir. Qərbdən “yazıq” statuslu İrəvana böyük vəsaitlər axıdılır. “İşğalçı-təcavüzkar” damğası atılır, iqtisadiyyat bərpa olunur. Paşinyan isə Qarabağı Ermənistana birləşdirən “qəhrəman” kimi tarixə düşür", - rusiyalı ekspert bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan lideri İlham Əliyevin Qarabağı bir güllə atılmadan qaytara biləcək daha uğurlu planı var və Nikolun planından fərqli olaraq, hazırda hər şey Bakının ssenarisi ilə gedir.

Paşinyanın belə bir planı olması barədə artıq bir müddətdir erməni və rusiyalı politoloqların iddiasına rast gəlmək mümkündür.

****

Belə bir durumda Qarabağ danışıqlarının növbəti raundu barədə məlumat yayılıb. Bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində görüşəcəklər. Lakin bir çox ekspertlər hesab edir ki, Nikol Paşinyanın “Qarabağ Ermənistanındır, nöqtə” bəyanatından sonra danışıqlara getməyin heç bir mənası yoxdur. Ola bilsin Paşinyan ölkə daxilindəki böhranlı vəziyyətdə cəbhədə də silahların işə düşməsinin fəlakətlərə gətirib çıxaracağını anladığı üçün danışıqlara gedir. Amma ən azı nazirlərin görüşünədək o, Xankəndidəki sərsəm bəyanatına düzəliş etməlidir.
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağac kəsintisi faktı aşkar edilməyib - ETSN
Bu gün, 12:08
Ermənistan bir həbrçisinin yaralandığını etiraf etdi
Bu gün, 12:06
ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM
Bu gün, 12:03
«AtaBank»ın məşhur filialı bağlanıb
Bu gün, 11:57
Cəlilabadda kriminal avtoritetə atəş açan şəxs cinayət məsuliyyətindən azad olunub
Bu gün, 11:52
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO
Bu gün, 11:50
"Gecə həyatı yaşayan qızlar aktrisa olur" - Tolikdən ATMACA
Bu gün, 11:48
Vaqif Əsədovun bölməsində yeni təyinat
Bu gün, 11:42
Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək
Bu gün, 11:40
20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...
Bu gün, 11:35
İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı - "İndi bazara ancaq Türkiyədən mallar gətirilir"
Bu gün, 11:31
Biləsuvarda bir müəllimin iki vəzifəni icra etməsinə - RƏSMİ CAVAB
Bu gün, 11:30
5 kiloqramdan artıq tiryəki satmaq istəyən şəxs saxlanılıb - FOTO
Bu gün, 11:28
Azərbaycan-Ermənistan sərhədində təxribat baş verib, bir hərbçimiz şəhid olub
Bu gün, 11:25
Maliyyə Nazirliyində kadr dəyişikliyi olub
Bu gün, 11:19
Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı - FOTO
Bu gün, 11:17
"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim SAXLANILDI
Bu gün, 11:16
Tramp Hindistana səfər edib
Bu gün, 11:15
Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə - İDDİA
Bu gün, 11:13
"Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
Bu gün, 11:06
Baş infeksionist əhaliyə müraciət etdi: - Vacib deyilsə, İrana getməyin
Bu gün, 11:01
Ən çox və ən az bu dairələrin məntəqələrinin nəticəsi etibarsız sayılıb - SİYAHI
Bu gün, 10:49
Lənkəranda itkin düşən şəxs Bakıda tapıldı
Bu gün, 10:46
İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur - HƏKİMİ DANIŞDI
Bu gün, 10:45
"Özəl kanallar istədiyi hər ifaçını çağırır"
Bu gün, 10:42
"AtaBank"a müvəqqəti sədr TƏYİN EDİLİB
Bu gün, 10:37
“Dövlət Aqrar Ticarət Şirkəti”nin rəhbəri dəyişib
Bu gün, 10:36
“Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir” - Prezidentin köməkçisi
Bu gün, 10:32
Abşeronda baş verən yanğın söndürüldü
Bu gün, 10:27
Ağdam rayon Vergilər şöbəsinin sabiq direktorunun məhkəməsi başlayıb
Bu gün, 10:25
Evə girdilər, amma heç nə oğurlamadılar...
Bu gün, 10:22
Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib - SİYAHI
Bu gün, 10:20
Siyəzəndə Xocalı faciəsinin qurbanları anıldı
Bu gün, 10:18
Xalq artistinə doğum günü sürprizi
Bu gün, 10:17
BİZNESİ OLAN İCRA BAŞÇISI TƏKCƏ VƏLİYEV DEYİL... - Daha hansı icra başçılarının biznesləri var?
Bu gün, 10:08
Bakıda mağazadan 330 manatlıq viski oğurlanıb
Bu gün, 10:03
Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...
Bu gün, 10:02
Neftçalanın aqibəti Beyləqanı da gözləyir... - İDDİA
Bu gün, 10:00
Qazı kimlər və necə oğurlayır? - VİDEO
Bu gün, 09:56
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb
Bu gün, 09:51
Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO
Bu gün, 09:49
Zaqatalada 44 yaşlı kişi intihar edib
Bu gün, 09:47
MSK bu həftə seçkilərə yekun vuracaq
Bu gün, 09:45
İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib - DANX
Bu gün, 09:42
Qarabağ veteranı işsizlikdən gileylənir... - "Mənə deyirlər ki, kimə istəyirsən yaz"
Bu gün, 09:41
"Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi" - PA rəsmisi
Bu gün, 09:39
"Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
Bu gün, 09:37
Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur - Səhiyyə Nazirliyi
Bu gün, 09:33
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:32
İsa Qəmbərin 63 yaşı tamam oldu
Bu gün, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru