Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: .....                     Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək .....                     Ərdoğan Bakıdan bəyan etdi: .....                     Tənqid olunan şeir dərsliyə salınıb? .....                     Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü .....                     Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: .....                     6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb .....                     Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü .....                     "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" .....                     Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün .....                     Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? .....                     Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların .....                     Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında .....                     Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib .....                     Bakıda universitet müəlliminin velosipedi oğurlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq .....                     Nursultan Nazarbayev Azərbaycana gəlib .....                     Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib .....                     Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib .....                     “Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? .....                     Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib .....                     Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır .....                     Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür .....                     DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? .....                     Etibar Məmmədovun planı pozuldu .....                     “Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ .....                     Mənim köküm türkdür .....                     Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib .....                     Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir .....                     “Premium Bank”a sədr təyin edilib .....                     Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib .....                     ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib .....                     Xaçmaz polisində sakinlərlə görüş keçirildi .....                     Göygölün icra başçısı haqda ilginc iddia... .....                     Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb .....                     Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib .....                     Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: .....                     “Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? .....                     Rusiyada şəhər meri qəzada həlak olub .....                 

Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş
Tarix: 21-09-2019, 09:07 | Çap et
Bakının “Rus NATO-su”ndakı gizli adamı
Bir neçə gün öncə Belarus Təhlükəsizlik Şurasının katibi, yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) baş katibi postunu tutacaq Stanislav Zacyanın başçılıq elədiyi nümayəndə heyəti Bakıda oldu. Maraqlıdır ki, səfərdən cəmi bir gün əvvəl Ermənistan KTMT-nin axırıncı üzvü kimi təşkilatda müşahidəçi statuslu ölkə və təşkilatların qəbulunu nəzərdə tutan protokolları öz parlamentində ratifikasiya etmişdi. Müşahidəçi statusu ala biləcək ölkələrin başında isə Azərbaycanın adı çəkilir.

Vəziyyəti intriqalı edən daha bir məqam isə Ermənistan parlamentinin məlum qərarından sonra Bakının KTMT-yə üzvlük məsələsini müzakirə etmədiyini bəyan eləməsi oldu. Bu açıqlamanın ardınca general Zasya Bakıda peyda oldu. Yeri gəlmişkən, artıq İrəvan da belaruslu generalın baş katibliyinə rəsmən razılıq verib.

Politoloq Elxan Şahinoğluna görə, ola bilsin, bu, bir nəbz yoxlanışı olub. Ancaq nəbz yoxlanışına nə ehtiyac? Hər halda, Azərbaycan bu quruma üzvlüklə bağlı öz əsas şərtini vaxtilə xarici işlər naziri Elmar Məmmədyarovun dilindən aydın şəkildə səsləndirib: öncə Qarabağ, işğal məsələsi yoluna qoyulmalıdır. Yəni öncə torpaqlar, sonra “Rus NATO-su”...

*****

Qeyd edək ki, general Stanislav Zasya hərbi təhsilini Bakıda alıb. Burada onun dostları var. Yəni Azərbaycan ondan ötrü yad məmləkət sayılmaz. Bu isə artıq bəri başdan Azərbaycan üçün Ermənistan qarşısında psixoloji üstünlükdür. Xüsusən də Qarabağ müharibəsinin bitmədiyi məqamda bu amil Bakının köməyinə gələ bilər. Başqa sözlə, Zasyanın baş katib olacağı 2 ildə Azərbaycan daha rahat antiterror əməliyyatı apara bilər. Bunu Bakının Qarabağ savaşına hazırlıqları yeni müstəviyə keçirməsi kimi də qiymətləndirmək mümkündür.

Görünür, bu və digər səbəbdən təzə baş katibin Bakı səfəri düşmən Ermənistanda təlaş yaradıb. “Yeni Müsavat”ın məlumatına görə, bu xüsusda Novostink.ru portalına Naira Ayrumyanın şərhi diqqət çəkir.

Erməni təhlilçi yazır: “Azərbaycan prezidenti İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasyanın başçılıq elədiyi nümayəndə heyətini qəbul edib. Hansı ki, yanvarın 1-dən KTMT-nin baş katibi postunu tutacaq. Bakıda onun yeni təyinat münasibətilə təbrik edib və əminlik ifadə edilib ki, KTMT baş katibi postunda o, Azərbaycan Belarus əlaqələrinin inkişafına töhfə verəcək. Demək olar, bu səfər ərəfəsində isə Azərbaycan rəsmən bəyan elədi ki, KTMT-nin işində hər hansı statusda iştirak eləmək niyyətində deyil. Belə bir bəyanat Ermənistanın KTMT Nizamnaməsinə düzəlişi ratifikasiya eləməsindən sonra Bakının KTMT-də heç bir statusu ilə barışmayacağı haqda qəti mövqeyindən sonra verildi. Rusiya baş nazirinin müavini Borisov isə Azərbaycanın üzvlüyü və ya müşahidəçi statusuna qarşı olmadığını bildirmişdi”.

Müəllif daha sonra yazır: “Əliyevin Zasya ilə görüşünə nəzərən bu qənaətə gəlmək olar ki, KTMT Azərbaycanla baş katib səviyyəsində dostluq edəcək. Məsələ ondadır ki, Stanislav Zasya Bakıya sıx bağlıdır, zabit təhsilini burada alıb. Əliyevin Lukaşenko ilə əlaqələrindən isə danışmağa dəymir. Azərbaycan prezidenti Zasyanı Bakıya dəvət eləməklə bunu göstərmək istəyir ki, Azərbaycanın müşahidəçi statusunun olmamasına baxmayaraq, bundan sonra onun KTMT-də öz ”səlahiyyətli səfiri" olacaq və İrəvan buna qarşı heç nə edə bilməyəcək".

Ardinca məqalə müəllifi narahatlıqla sual edir: “Bəs Azərbaycan prezidentinin KTMT-nin gələcək baş katibi ilə belə aşkar istilik nümayiş etdirməsinə İrəvan necə reaksiya verəcək? İlham Əliyev artıq bir dəfə nümayiş etdirib ki, hətta KTMT üzvü olmaya-olmaya da o, özünün ”əks-agentləri" vasitəsi ilə təşkilata təsir edə bilər. Məsələn, yada salmaq olar ki, Ermənistanın üzvlük məsələsinin həll olunduğu Avrasiya İqtisadi Birliyi Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev “bizim yoldaş Əliyevin” məktubunu oxumuşdu (Söhbət işğalçı ölkənin təşkilata Dağlıq Qarabağla birgə qoşulmaq istəyinin əngəllənməsindən gedir - “YM”). O zaman İrəvan Ermənistanla Dağlıq Qarabağ arasında Avrasiya Birliyinin gömrük postlarının qoyulmasını əngəlləyə bildi. Lakin diskomfortu gozlətmək çətin oldu. İndi isə Əliyev Zasyanı Bakıya dəvət eləməklə yeni gedişə qərar verib".

*****

Əslində Azərbaycanın KTMT-yə üzvlüyünə ehtiyac yoxdur. Onsuz da Azərbaycan blokda Ermənistandan da güclü nüfuza və işğalçı ölkə xaric, bütün üzv-ölkələrlə yaxın münasibətlərə malikdir. Hətta bəziləri ilə (Belarus, Qazaxıstan) Ermənistandan da dərin əlaqələrə malikdir. Belarus və Rusiya ilə üstəlik, geniş hərbi əməkdaşlıq mövcuddur - hansı əməkdaşlıq ki, zaman-zaman İrəvanda qəzəb doğurub və doğurur.

2016-cı ilin “4 günlük” aprel müharibəsi azmanı isə KTMT üzvləri əsasən Azərbaycanın mövqeyində dayandılar. Ermənistanın ciddi cəhdlərinı baxmayaraq, təşkilat, onun baş katibi Bakı əleyhinə heç bir bəyanat vermədi. Elə bu yaxınlarda dövlət sərhədinin Qazax istiqamətində Azərbaycan DSX-nın keçirdiyi uğurlu əməliyyata və silahlı qüvvələrimizin yeni strateji nöqtələri ələ keçirməsinə də (əməliyyat zaman bir Ermənistan hərbçisi öldürülmüşdü - red.) İrəvanın ciddi cəhdlərinə rəğmən, KTMT rəhbərliyi Ermənistan deyəni demədi.

O da bəllidir ki, bu qurumda dominant Rusiyadır. Rusiya KTMT-ni ilk növbədə postsovet məkanında öz geosiyasi maraqlarını gerçəkləşdirmək üçün yaradıb. Əgər Moskva Azərbaycanla blok çərçivəsində daha sıx əlaqələrə malik olmaq, yəni ölkəmizi Ermənistanla eyni blokda görmək istəyirsə, yolu bəlli: o zaman zəhmət çəkib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün öz forpostuna təzyiq eləsin...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”
Bu gün, 18:27
Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək
Bu gün, 18:07
Ərdoğan Bakıdan bəyan etdi: - "Başladığımız işi bitirəcəyik"
Bu gün, 18:05
Tənqid olunan şeir dərsliyə salınıb? - Nazirlik
Bu gün, 18:03
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü
Bu gün, 17:51
Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: - “İsa Qəmbər bu ədalətsizliyə öz töhfəsini verdi”
Bu gün, 17:46
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
Bu gün, 17:43
Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü - VİDEO
Bu gün, 17:42
"Ərimin harasınısa görmək istəyirsinizsə..." - Afətdən Xatun və Rövşanəyə
Bu gün, 17:39
"Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" - Türkiyə prezidenti
Bu gün, 17:32
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
Bu gün, 17:32
Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? - ZATULİN ADINDA LƏKƏ...
Bu gün, 17:23
Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların VİDEOSU yayılıb
Bu gün, 17:21
"10 dəfə Hacı adını almışam" - Xalq artisti
Bu gün, 17:16
Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında saziş təsdiqlənib
Bu gün, 17:14
Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
Bu gün, 17:05
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb
Bu gün, 17:03
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq - TƏHLİL
Bu gün, 17:00
Nursultan Nazarbayev Azərbaycana gəlib - FOTO
Bu gün, 16:51
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib
Bu gün, 16:49
Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib
Bu gün, 16:48
"Bu gün sizə dəhşətli görünə biləcək vəziyyət sabah sizin gülüşünüzə səbəb ola bilər"
Bu gün, 16:37
“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - AÇIQLAMA
Bu gün, 16:32
Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib - BİABIRÇILIQ...
Bu gün, 16:30
Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır - XİN
Bu gün, 16:29
Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ
Bu gün, 16:28
DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? - RƏSMİ
Bu gün, 16:25
Etibar Məmmədovun planı pozuldu – AMİP lideri toplantıya niyə qatılmadı?
Bu gün, 16:23
“Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ - Vüsalə Mahirqızı
Bu gün, 16:18
Mənim köküm türkdür – Rus ekspert
Bu gün, 16:13
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 16:11
Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir - Əli Həsənovdan ÖNƏMLİ AÇIQLAMA
Bu gün, 16:10
“Premium Bank”a sədr təyin edilib
Bu gün, 16:09
Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib
Bu gün, 16:07
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib
Bu gün, 16:06
Xaçmaz polisində sakinlərlə görüş keçirildi
Bu gün, 16:05
Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
Bu gün, 16:03
Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb - FOTO
Bu gün, 15:59
Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib
Bu gün, 15:48
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
Bu gün, 15:47
“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? - TƏHLİL
Bu gün, 15:44
Rusiyada şəhər meri qəzada həlak olub - VİDEO
Bu gün, 15:37
“Heç bir kişinin arvadı belə etməz” – Azər Axşama böyük sabotaj
Bu gün, 15:34
Türkiyə Prezidenti Azərbaycana gəlib
Bu gün, 15:32
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü - FOTO
Bu gün, 15:30
AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib
Bu gün, 15:24
Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib
Bu gün, 15:21
Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı - İLGİNC
Bu gün, 15:20
Gəncəda yolu keçən üç qadını maşın vurub
Bu gün, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru