İntriqabaz məmurlara XƏBƏRDARLIQ .....                     Prezident YENİ İQTİSADİ XƏTTİN KONTURLARINI AÇIQLADI .....                     Bu gün dollar neçəyədir? .....                     Aydın Mirzəzadə müxalifəti .....                     Mayıl Əhmədov “Əmək” ordeni ilə təltif edilib .....                     Soçidə Türkiyə və Suriya arasında danışıqlar keçirilə bilər .....                     AMEA prezidenti magistr pilləsindəki problemlərə aydınlıq gətirib .....                     “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə .....                     Məşhur vəkilin həyat yoldaşına qarşı cinayət törədildi .....                     Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanılıb .....                     Azərbaycan hökuməti torpaq idarəçiliyində yenilik edib .....                     Tərtərdə yürüş keçirilib .....                     ABŞ-ın nümayəndə heyəti Türkiyədədir .....                     Messi 6-cı dəfə “Qızıl buts” alıb .....                     Şagirdlər niyə sinifdə saxlanılır? .....                     Rusiya 20 ermənini ölkədən qovdu .....                     Konvoy taborunun komandiri məntəqə tipli cəzaçəkmə müəssisənə köçürülüb .....                     "AMEA-nın işçiləri vaxtlı-vaxtında işə gəlmirlər" .....                     Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılır .....                     Moskvada Prezident İlham Əliyevin fotosunun da nümayiş olunduğu sərgi açılıb .....                     Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb .....                     Bərdədə 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ölüb .....                     Hadisə yerindən qaçan sürücü tutulub .....                     Deputat “Leş Tofiq”, “Bala Tofiq”, “Beluqa Tahir” barədə: .....                     Nazir yeni rəis təyin etdi .....                     "Azərbaycan Sənaye Bankı"nın aktivləri azalıb .....                     Nazarbayevə verilən QIZIL-BRİLYANTLI ORDENİ .....                     ABŞ ordusunu çəkdikdən sonra Suriyadakı bazasını məhv edib .....                     Bakıda direktor müəllimi intihar həddinə çatdırıb? .....                     Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir .....                     PKK terrorçuları Türkiyənin qorxusundan Rəqqanı Əsəd ordusuna .....                     “Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” .....                     Rafael Cəbrayılov villasını satışa çıxartdı .....                     Ərdoğandan SƏRT QƏRAR: .....                     Qalmaqallı "İnfiniti" klubundakı cinayət: vergidən yayınma, rüşvət, bir nəfərin ölümü .....                     Sabiq icra başçısının qardaşı oğluna qarşı 965 min dollarlıq dələduzluqda təqsirləndirilənin məhkəmə istintaqı başa çatıb .....                     “Girovların mübadiləsinə dair yeni ideyalar var” .....                     "Ümid" yatağında ikinci platformadan qaz hasilatı daha tez başlaya bilər .....                     Çin döyüş `UNO`sunu təqdim edib .....                     Dövlət Nəzarət Təhükəsizlik Departamentinin əməkdaşları ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib .....                 

Milli Şuranın növbəti mitinq hoqqası - AÇIQLAMA
Tarix: 17-09-2019, 18:01 | Çap et
Milli Şuranın növbəti mitinq hoqqası
Uzun müddətli "yay tətilinə” çıxan radikal müxalifət düşərgəsi yenidən mitinq keçirmək qərarı verib. Milli Şura sentyabrın 28-ə mitinq təyin edib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Radikallar mitinqin keçirilməsi üçün 3 yer təklif edib: "28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan.
Qeyd edək ki, bir müddət əvvəl "Məhsul” stadionu əsaslı təmirə bağlanılıb. Bu xəbərin ardınca Milli Şuranın mitinq qərarı verməsi heç də diqqətdən kənarda qala bilməz. Bəs Milli Şura hansı məqsədlə mitinq qərarı verdi və bunun üçün insanların gur toplaşdığı əraziləri istədi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirdi ki, Azərbaycanın indiki yüksək sosial, iqtisadi durumunda kütləvi aksiyanın keçirilməsi ilə bağlı qərarın verilməsi yalnız özünün siyasi reputasiyası barədə lazımi düşüncəsi olmayan, məsuliyyətsiz dairələrin işi ola bilər: "Açığını deyim ki, belə bir qərarın radikal müxalifət düşərgəsi tərəfindən veriləcəyini gözləyirdim. Çünki nəzərə alsaq ki, intellektual mübarizədə xeyli geri qaldıqlarını anlayıblar, sosial şəbəkələrdə artıq hakimiyyət yönümlü düşərgə üstünlüyü ələ alıb. Nəzərə alsaq ki, keçirilən kütləvi aksiyalara ictimaiyyətin dəstəyindən danışmaq absurddur. Bu cür şəraitdə radikalların belə bir qərar verəcəyini açıq məğlubiyyətin dərk olunmasından doğan bir məsuliyyətsizlik kimi dəyərləndirirəm. Başa düşürlər ki, Azərbaycanın indiki şəraitində kütləvi aksiyaların keçirilməsi ilə hər hansı ciddi uğur qazanmaq mümkünsüzdür. Amma bununla belə, başqa hər hansı mübarizə ilə öz varlıqlarını təsdiq etməyin mümkünsüz olduğunu başa düşdüklərinə görə yeri gəldi-gəlmədi bu tip qərarlar verirlər. Düşünürəm ki, sentyabrın 28-i ilə bağlı verilmiş qərar radikal düşərgənin növbəti məğlubiyyəti və siyasi səhnədən silinmə prosesini sürətləndirən bir hadisəyə çevriləcək”.
A.Quliyev vurğuladı ki, radikallar indiyə qədər icazəli aksiyalara əhalinin diqqətini cəlb edəcək qədər sosial baza toplaya bilməyiblər. İndiki halda onların icazəsiz aksiyalara hansısa bir qüvvəni çıxara biləcəkləri ümumiyyətlə inanılmazdır: "Müraciətlərində "Nərimanov”, "Gənclik” və "28 may metro stansiyaları qarşısında aksiya keçirmək istədiklərini vurğulayıblar. Elə yerləri istəyirlər ki, kənardan baxanlar məxsusi olaraq aksiyaya gələnlərlə təsadüfən orda olan insanların fərqini görə bilməsinlər. O cümlədən kənardan vizual olaraq iştirak edənlərin hamısı guya etiraz aksiyasının tərəfdarları və baza kimi təqdim olunsun. Məhz indiki şəraitdə radikallar belə aldadıcı gedişlər etmək istəyirlər. Yəqin ki, həmin yerlərdə aksiyaya icazə verilməyəcək. Çünki belə yerlərdə aksiyaya icazə verilməsi ən azından təhlükəsizlik baxımından düzgün deyil. Görünür ki, bu aksiyanın keçirilməsi barədə qərar verən və Milli Şuraya daxil olan AXCP və digər qüvvələr məhz bu aksiyanın keçirilməsindən sonrakı vəziyyətin üzərində yox, onun alınmamasından sonrakı vəziyyətin üzərində siyasət qurmaq haqqında fikirləşirlər. Onlar bunu guya Azərbaycanda kütləvi aksiyalara icazə verilməməsi, radikal müxalifətin təqib olunması, sərbəst toplaşmaq imkanından məhrum edilmələri kimi tezislər ətrafında dünyada Azərbaycan haqqında rəy yaratmaq işi ilə məşğul olacaqlar. Yəni, bunlar üçün mitinq keçirməkdən daha çox, mitinq qərarından sonrakı vəziyyətin üzərində siyasi oyun qurmaq daha əlverişlidir”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal siyasi partiyalar iflasa uğrayıblar və heç bir fəaliyyətləri yoxdur: "Bütün bunların da səbəbkarı özlərinin fəaliyyətsizliyidir. Seçkilərin yaxınlaşdığı bir dönəmdə radikal müxalif düşərgə fəallaşmağa başlayıb və "biz də varıq” fikrini cəmiyyətə sırımağa çalışırlar. Amma onların bu addımı əbəsdir. Onlar indi də mitinq qərarı veriblər. Sosial bazası olmayan bu düşərgənin belə bir qərar verməsi gülüncdür. Axı nə ilə bağlı mitinq keçirəcəklər? Bunların aydın fəaliyyət proqramları yoxdur ki, nə üçün mübarizə apardıqlarını, cəmiyyətə hansı mesajlar verdiklərini biləsən. Onların 25 illik müxalifətçilik dövrlərində bunların heç birinə rast gəlinməyib. Hesab edirəm ki, radikal müxalifət düşərgəsi yalnız gündəmdə qalmaq üçün belə addımlar atırlar. Onların mitinqləri onsuz da biri digərindən fərqlənmir, yəni elektoratları göz qabağındadır, səsləndirdikləri fikirlər taftalogiyadan başqa bir şey deyil”.
M.Səfərli vurğuladı ki, Milli Şuranın mitinq üçün təklif etdiyi məkanlar aksiyaların keçirilməsi üçün əlverişli deyil: "Təklif olunan yerlərin hər üçü insanların və avtomobillərin sıx hərəkət etdiyi ərazilərdir. Aksiyanın təhlükəsizliyi üçün nəqliyyatın yarım saat dayandırılması meqapolis olan şəhərimizin nəqliyyat intensivliyinə mənfi təsir göstərə bilər. Nərimanov metrosunun yaxınlığındakı parkda uşaqlar, yaşlı insanlar istirahət edirlər və radikal düşərgə burada aksiya keçirməklə onların istirahət hüququnu pozmuş olar. Təbii ki, Milli Şura qeyd edilən yerləri məqsədyönlü şəkildə seçir ki, müəyyən sayla aksiya keçirəndə kənardan onları izləyən insanların hesabına çox görünsünlər. Bu "çoxluqdan” da istifadə edərək şəkillər çəkib xarici mətbuata ötürməklə görüntü yaratsınlar ki, guya bunlar hansısa möhtəşəm tədbir keçiriblər. Güman etmirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti bu yerlərdə aksiyanın keçirilməsi ilə razılaşa bilər. Ümumiyyətlə, heç bir vətəndaş razı olmaz ki, qeyd edilən yerlərdə kütləvi aksiyalar keçirilsin”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İntriqabaz məmurlara XƏBƏRDARLIQ - "Mətbuat bir növ daxili mübarizə növünə çevrilib"
Bu gün, 08:18
Prezident YENİ İQTİSADİ XƏTTİN KONTURLARINI AÇIQLADI - MÜŞAVİRƏ
Bu gün, 08:16
Bu gün dollar neçəyədir?
Bu gün, 08:12
Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ
Dünən, 18:11
Mayıl Əhmədov “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 18:07
Müğənni Elçinin oğlu ölümdən döndü: - "Bir neçə saniyə səsi çıxmadı"
Dünən, 18:05
Soçidə Türkiyə və Suriya arasında danışıqlar keçirilə bilər
Dünən, 17:59
AMEA prezidenti magistr pilləsindəki problemlərə aydınlıq gətirib
Dünən, 17:50
“Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə
Dünən, 17:47
Məşhur vəkilin həyat yoldaşına qarşı cinayət törədildi
Dünən, 17:44
Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanılıb
Dünən, 17:33
Azərbaycan hökuməti torpaq idarəçiliyində yenilik edib
Dünən, 17:33
Xalq artistinin oğlu olduğunu deyən gənci anası evdən qovdu
Dünən, 17:30
Tərtərdə yürüş keçirilib
Dünən, 17:27
ABŞ-ın nümayəndə heyəti Türkiyədədir
Dünən, 17:24
Messi 6-cı dəfə “Qızıl buts” alıb
Dünən, 17:23
Şagirdlər niyə sinifdə saxlanılır? - “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki...”
Dünən, 17:17
Rusiya 20 ermənini ölkədən qovdu
Dünən, 17:15
Konvoy taborunun komandiri məntəqə tipli cəzaçəkmə müəssisənə köçürülüb
Dünən, 17:09
"AMEA-nın işçiləri vaxtlı-vaxtında işə gəlmirlər" - Elmi katib
Dünən, 17:00
"Mənim də "Həci"m olub, bu günə qədər..." - Aktrisa Könül
Dünən, 16:54
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılır - FƏRMAN
Dünən, 16:49
Moskvada Prezident İlham Əliyevin fotosunun da nümayiş olunduğu sərgi açılıb - FOTO
Dünən, 16:44
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:40
Bərdədə 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ölüb
Dünən, 16:38
Hadisə yerindən qaçan sürücü tutulub
Dünən, 16:37
Deputat “Leş Tofiq”, “Bala Tofiq”, “Beluqa Tahir” barədə: - Onlara haram olsun!
Dünən, 16:29
Nazir yeni rəis təyin etdi
Dünən, 16:28
"Azərbaycan Sənaye Bankı"nın aktivləri azalıb - HESABAT
Dünən, 16:25
Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı
Dünən, 16:24
Nazarbayevə verilən QIZIL-BRİLYANTLI ORDENİ - AZƏRBAYCANLI HAZIRLAYIB
Dünən, 16:18
ABŞ ordusunu çəkdikdən sonra Suriyadakı bazasını məhv edib
Dünən, 16:15
Bakıda direktor müəllimi intihar həddinə çatdırıb? - AÇIQLAMA
Dünən, 16:14
Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir - Zəngəzur Cəmiyyətləri Birliyinin sədri
Dünən, 16:12
PKK terrorçuları Türkiyənin qorxusundan Rəqqanı Əsəd ordusuna TƏSLİM ETDİ
Dünən, 16:11
“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?
Dünən, 16:08
Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal
Dünən, 16:06
Ərdoğandan SƏRT QƏRAR: - ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
Dünən, 16:03
"Mənimlə çay içən yerdə ürək çatışmazlığından vəfat elədi"
Dünən, 16:00
Qalmaqallı "İnfiniti" klubundakı cinayət: vergidən yayınma, rüşvət, bir nəfərin ölümü - TƏFƏRRÜAT
Dünən, 15:55
Sabiq icra başçısının qardaşı oğluna qarşı 965 min dollarlıq dələduzluqda təqsirləndirilənin məhkəmə istintaqı başa çatıb
Dünən, 15:47
“Girovların mübadiləsinə dair yeni ideyalar var” - İqor Popov
Dünən, 15:46
"Ümid" yatağında ikinci platformadan qaz hasilatı daha tez başlaya bilər - SOCAR-dakı mənbə
Dünən, 15:43
Çin döyüş `UNO`sunu təqdim edib - FOTO
Dünən, 15:38
Dövlət Nəzarət Təhükəsizlik Departamentinin əməkdaşları ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib - Özlərindən "DÖVLƏT" qurumu yaradıblar?
Dünən, 15:35
DİN və ETSN birgə tədbirlərini davam etdirir
Dünən, 15:34
Firudin Nəbiyevin arzusu ürəyində qaldı... - GƏLİŞMƏ
Dünən, 15:30
“Qızlara ləkə yaxan vicdansız, rüşvətxor...” – Tolikdən sərt sözlər
Dünən, 15:20
Abbasa Abbasovla Şeyxin telefon danışığı - sabiq vitse-primyer Türkiyədə nə işlər çevirir?
Dünən, 15:09
Milli Şuranın mitinqinin təşkilatçıları BŞBPİ-yə çağırılıb
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru