Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi .....                     İt döyüşü təşkil edənlər barəsində .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb .....                     28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat .....                     Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi .....                     Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir .....                     Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb .....                     İyunun 1-dən yas mərasimlər belə keçiriləcək .....                     Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? .....                     Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi .....                     “Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir .....                     "Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq" .....                     Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR .....                     Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib .....                     Bakı əhalisinin sayı açıqlanıb .....                     Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı .....                     Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? .....                     "Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” .....                     Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında .....                     Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub .....                     "Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" .....                     “Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” .....                     "Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" .....                     Ceyhun Bayramov necə yeyir... .....                     Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi .....                     Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub .....                     Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb .....                     Sabahdan Türkiyədə məscidlər açılacaq .....                     “İlk addımı Rusiyadan gözləmək düzgün deyil” .....                     Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir .....                     Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... .....                     Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı .....                     Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi .....                     Eldar Əzizov Tağıyevi rəis təyin etdi .....                     İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin .....                     Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək .....                     Əli Həsənov mediadan birdəfəlik gedir .....                     İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya .....                     Mülayim cənub küləyi əsəcək .....                     "İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR .....                 

"Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi... - Müraciət...
Tarix: 17-09-2019, 08:46 | Çap et
"Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi...
“Azərbaycan məhkəmələrinin qanunsuzluğa yol verməsi, sifarişlə və ya hansısa subyektiv səbəblərdən ədalətsiz qərarlar qəbul etməsi yeni məsələ deyil. Bu barədə uzun illərdir mətbuatda kifayət qədər tənqidi materiallar yazılır və yazılmaqdadır. Ancaq bir məhkəmənin eyni statuslu başqa bir məhkəmənin qətnaməsini sifarişlə ləğv edərək, tamamilə ona əks qərar çıxarması faktına yəqin ki, indiyədək rast gəlinməyib…”

Bu fikirlər “Şah market” Açıq Səhmdar Cəmiyyəti (ASC) üzvlərinin mediaya müraciətindən götürülüb.

Vidadi Məmmədov, Xəqani Məmmədov, Vəzir Rəcəbov, İlahə Hacıyeva, Rəcəb Rəcəbov tərəfindəm imzalanmış müraciətdə qeyd olunur ki, ASC üzvləri məhz belə bir absurd vəziyyətlə üzləşiblər: “Məsələnin qısa məğzi bundan ibarətdir ki, Səbail rayonu Rəsul Rza küçəsi 23 ünvanında yerləşən “Şah market” adlı xüsusi mülkiyyətimiz 1998-ci ildə qanuni şəkildə özəlləşdirilib, Əmlak Komitəsində ASC kimi qeydiyyata alınıb. Lakin özəlləşdirmədən bir müddət sonra obyekti işlətmək xeyli çətinləşdi. Məmur müdaxiləsi və başqa bürokratik-inzibati əngəllər qarşımıza keçilməz sədd çəkdi. Xüsusən, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti müxtəlif bəhanələrlə bizə əl-qol açmağa imkan vermədi. Nəhayət, biz depatamentin o vaxtkı direktoru Faiq Məmmədovdan “obyektdən mənə də 20 faiz pay ayırın” ultimatumunu qəbul etməyə məcbur olduq. Lakin sənədləşmə zamanı üzə çıxdı ki, vəzifəsindən sui-istifadə edən F.Məmmədov əmlakdan 20 deyil, özünə 30 faiz pay yazdırıb. Beləliklə, bu məmur zorla bizim ASC-nin üzvü oldu”.

Müraciət müəllifləri daha sonra qeyd edirlər ki, müxtəlif ağır cinayətlərdə ittiham olunduğuna görə F.Məmmədov təxminən 10 il Azərbaycandan qaçıb yoxa çıxıb: “Buna baxmayaraq, ASC-dən gələn gəlirlərini nümayəndəsi müntəzəm olaraq alırdı. O, bir də 5-6 il əvvəl peyda oldu. Qayıtdıqdan sonra o, əsassız olaraq kollektiv maraqlara qarşı çıxmağa, daha çox vəsait istəməyə, hətta obyekti bölüb “öz hissəsini” hörgü ilə ayırmağı tələb etməyə başladı. Təbii ki, yalnız obyekti icarəyə verməkdən ibarət olan fəaliyyətimizi iflic etməyə yönəldiyi üçün, həm də mövcud qeyri-yaşayış sahəsi “Şah market” Səhmdar Cəmiyyətinin tam xüsusi mülkiyyəti olması səbəbindən və ASC-nin bölünməzliyi prinsipindən çıxış edərək biz bu iddianı qəbul etmədik”.

Müraciət müəllifləri qeyd edirlər ki, belə olduqda F.Məmmədov və nümayəndəsi ASC-dən 30 faiz payı qarşılığında ona təxminən 200 kv.m. sahənin natura qaydasında ayrılması barədə iddia ilə Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edib: “İşi çox diqqətlə və hərtərəfli araşdıran məhkəmə 16 yanvar 2014-cü il tarixli 2 iqt (81)-284/2014 qətnaməsi ilə bu qanunsuz iddianı rədd etdi. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də həmin qanuna əsaslanan qətnaməni qüvvədə saxladı. Yəni məhkəmə 4 il əvvəl qanunlara obyektiv, hörmət və ədalətlə yanaşa bildi”.

Amma məhkəmə instansiyalarının qərarları problemin həlli üçün kifayət etməyib. ASC üzvləri bildirirlər ki, ədalət məhkəməsinin bu qərarına baxmayaraq, öz maddi imkanları və şəxsi əlaqələrinə güvənən F.Məmmədov obyekti tamamilə ələ keçirmək niyyətindən daşınmayıb: “Ötən ildən başlayaraq F.Məmmədov ASC-ni iflic etmək və haqqında söhbət gedən xüsusi mülkiyyəti əlimizdən almaq üçün yenidən və “yeni qüvvələrlə” üzərimizə hücüma keçdi.

Bu dəfə F.Məmmədovu ASC-də “Caspian Servise” şirkəti adı ilə formal olaraq təmsil edən Vəli Kərimov nə üçünsə iqtisadi məsələlər üzrə ixtisaslaşmış İnzibati-İqtisad Məhkəməsinə deyil, öz qanunsuz iddiası ilə Səbail rayon Məhkəməsinə müraciət etdi. Təəssüf ki, kobud prosessual pozuntulara yol verərək hüquqi nihilizm yaradan Səbail rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov işə “ildırım sürəti” ilə baxaraq 2 noyabr 1918-ci il tarixli qətnaməsi ilə əsassız olaraq “Caspian Servise”nin (V.Kərimov) iddiasını təmin etdi”.

Müraciət müəllifləri burada incə məqamı vurğulayaraq qeyd edirlər ki, Səbail rayon Məhkəməsi yalnız Faiq Məmmədovun yaxın qohumu və hazırda əsas havadarı olan F.Cavadovun rəhbərlik etdiyi Ekspertiza Mərkəzinin hüquqi cəhətdən naşı, qeyri-qanuni və subyektiv rəyinə əsaslanıb: “V.Kərimovun açıq-aşkar qanunsuz və əsassız olan iddiasının təmin edilməsi üzrə aşağı məhkəmədən başlamış sifarişli hərəkətlər Bakı Apellyasiya Məhkəməsində də davam etdirildi.

“Daşınmaz “əmlak”la “səhm” anlayışlarını fərqləndirə bilməyən bu məhkəməyə sədrlik edən Məmməd Məmmədov aşağı instansiya məhkəməsinin qərarını, demək olar ki, qüvvədə saxladı. Bundan başqa, Apellyasiya Məhkəməsi ASC-nin digər üzvlərinin Səbayıl rayon Məhkəməsinin qətnaməsindən verdiyi qanuni şikayətə baxmağı da artıq iş hesab etdi. Yəni hüquqi pozuntulara göz yuman Apellyasiya Məhkəməsi işi dəqiq öyrənmədən, ASC üzvlərini dinləmədən, araşdırma aparmadan tam sifariş əsasında olduqca ədalətsiz qərar qəbul etdi.

İndi əlac Ali Məhkəməyə qalıb və həmin ali instansiya bizim şikayətimiz əsasında işə yenidən baxacaqdır. Lakin qarşı tərəfin indidən “qələbə”ni bayram etməsi prosesin formal olacağından xəbər verir”.

Müraciət müəllifləri sonda qeyd edirlər ki, məhkəmə proseslərinin ciddi hüquqi pozuntularla aparılması, qanunlara məhəl qoyulmaması, ədalətin bu dərəcədə tapdalanması onları dərindən məyus edib: “Hər şeydən görünür ki, qarşı tərəf milli ənənə, biznes əxlaqı, vicdan və ədalət anlayışlarını bir kənara qoyaraq bizim ASC-nin fəaliyyətini iflic etmək üçün bütün resursları işə salıb. Əlbəttə, bu qanunsuz və ədalətsiz işin arxasında işdə marağı olan bəzi vəzifəli şəxslərin dayanması da şəksizdir, yoxsa məhkəmələr arxayınlıqla bu miqyasda qanunsuzluqlara rəvac verməzdi”.

ASC üzləri müraciətdə bir məqama da diqqəti çəkirlər: “Məhkəmələrin belə açıq qanunsuzluqlara əl atması hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin əhalinin güzəranını yaxşılaşdırmaq, ölkədə sahibkarlığı daha da inkişaf etdirmək, yeni iş yerləri açmaq, cəmiyyətdə qarşılıqlı anlaşma və dialoq yaratmaq, vətəndaş məmnunluğunu hər sahədə təmin etmək sahəsində apardığı böyük işlər fonunda baş verir. Təəssüf ki, bu şəraitdə bir çox vəzifə adamı ictimai və dövlət mənafeyini deyil, şəxsi maraqlarını üstün tutur. Bu isə haqlı narazılığa səbəb olur”.

“Şah market” ASC-nin üzvləri ölkə mətbuatına, vicdanlı və obyektiv jurnalistlərə müraciət edərək, onları bu məsələni diqqətdə saxlamağa, məhkəmələrin onların toxunulmaz mülkiyyət hüququnu pozmağa yönəlik ədalətsiz qərarları barədə ictimaiyyəti ətraflı məlumatlandırmağa çağırırlar.

Məktubda qeyd olunanlala bağlı qarşı tərəfin də mövqeyini işıqandırmağa hazırıq. (AzPolitika.info)





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi - VİDEO
Dünən, 19:41
İt döyüşü təşkil edənlər barəsində HƏBS QƏRARI ÇIXARILDI
Dünən, 19:37
Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759-a, ölənlərin sayı isə 56-ya çatıb
Dünən, 19:34
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
Dünən, 19:32
Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi
Dünən, 19:02
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT
Dünən, 18:56
Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb - Bakı polisi
Dünən, 18:51
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək - VİDEO
Dünən, 18:31
Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq? - GƏLİŞMƏ
Dünən, 18:14
Ərdoğan “Twitter”də Azərbaycanla bağlı paylaşım etdi - FOTO
Dünən, 18:00
"Kimsə anlamırsa, başını müalicə etdirsin"
Dünən, 17:50
“Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna müraciət etməlidir
Dünən, 17:42
"Maska taxmayanlar 5 manat cərimə olunsun, təsiri olacaq"
Dünən, 17:40
Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər"
Dünən, 17:37
Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka müraciət edilib
Dünən, 17:34
Bakı əhalisinin sayı açıqlanıb
Dünən, 17:32
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı
Dünən, 17:16
Nadir Qafarzadə övladlığa uşaq götürür
Dünən, 17:13
Xameneyinin parlamentə göndərdiyi etnik mesajın mənası nədir? - TƏHLİL
Dünən, 17:01
"Sizi döyən ərdən boşanın" - Xalq artisti
Dünən, 16:54
"Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” - ekspert
Dünən, 16:50
Məhkəmə 7 nəfəri güllələyən Elnur Süleymanov haqqında QƏRAR VERDİ
Dünən, 16:46
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının və XI regionlararası forumunun vaxtı məlum olub
Dünən, 16:36
"Rusiya-Azərbaycan sərhədində toplaşanların vətənə qayıtmasına çalışırıq" - Səfir
Dünən, 15:51
“Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” – İqtisadçıdan TƏKLİF
Dünən, 15:34
"Azərbaycan xalqı haqqı olan istiqlala qovuşub" - deputat
Dünən, 15:28
Ceyhun Bayramov necə yeyir... - İTTİHAM
Dünən, 15:21
Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi - FOTO
Dünən, 15:07
Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub
Dünən, 14:58
Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb - VİDEO
Dünən, 14:56
Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: - “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”
Dünən, 14:50
Sabahdan Türkiyədə məscidlər açılacaq
Dünən, 14:43
“İlk addımı Rusiyadan gözləmək düzgün deyil” - Peskov
Dünən, 14:41
Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir - VİDEO
Dünən, 14:19
Ermənistan iqtisadiyyatının beli qırıldı, bu, yalnız başlanğıcdır... - Akop Koçaryan
Dünən, 14:15
Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
Dünən, 14:01
“Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm”
Dünən, 13:59
Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 13:49
Eldar Əzizov Tağıyevi rəis təyin etdi - Bir Tağıyev getdi, o biri Tağıyev gəldi...
Dünən, 13:38
"Müğənnilər niyə ağlayırlar?"
Dünən, 13:34
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi
Dünən, 13:32
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək - Xəbərdarlıq...
Dünən, 13:18
Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA
Dünən, 13:11
Cahangir Məmmədlinin canlı yayımda halı pisləşdi - VİDEO
Dünən, 13:03
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Dünən, 12:59
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:53
"İdeal Kredit" bağlanmış bankdakı PULUNU ALA BİLMİR - NARAZILIQ...
Dünən, 12:47
“Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlanıb
Dünən, 12:46
"Oxusunlar, ancaq musiqimizi korlamasınlar" - Xalq artisti
Dünən, 12:44
Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu
Dünən, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru