Azərbaycan Naxçıvan MR-nın iqtisadi təhlükəsizliyini daha da gücləndirmək istəyir .....                     İradə Gülməmmədova Masazır kənd məktəbində ilk dərs günündə iştirak edib .....                     Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır .....                     “Saudi Aramco” ehtiyat yataqların istismarına başlayır .....                     “Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir” .....                     İşdən çıxarılan dosent “od püskürdü”: .....                     “Gəlin elə Çingizin özünə heykəl qoyaq və…” .....                     Qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb .....                     AMEA-nın üç institutuna direktor seçilib .....                     2 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: .....                     Azərbaycandan Gürcüstana bu il 14 mln dollara yaxın pul köçürülüb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Paşinyan Sarkisyanı həbslə hədələdi: .....                     Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü .....                     Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur .....                     “Leş Tofiq” tutuldu, restoranlarda qiymət qalxdı .....                     Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasında əldə edilən razılaşmalar açıqlanıb .....                     Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA .....                     Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri apellyasiya şikayəti verib .....                     İncəsənət Universitetində ŞOK .....                     “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi .....                     Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın .....                     Dələduzlar ələ keçdi .....                     Həsən Ruhani Ermənistana səfər edəcək .....                     AZƏRBAYCANIN KTMT-YƏ QƏBULUNA İMKAN VERMƏK OLMAZ .....                     Baktelekomun yeni fiber-optik xətt xidməti... .....                     Tərtər məktəblərində “Bilik-günü” qeyd olundu .....                     UEFA “Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait köçürüb .....                     Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır .....                     Nazir Fəxri Aslanova vəzifə verdi .....                     YAP-dan keçmiş deputatla bağlı açıqlama .....                     Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib .....                     Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix müəyyənləşib .....                     Qonşunun kişisinin telefonu evimizdən çıxdı,arvadım zəng edirmiş .....                     Goranboy İH məktəbdə baş vermiş hadisə ilə bağlı: .....                     Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ .....                     "Əsərlərimi Azərbaycan dilində yazmıram" .....                     Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər yeyib? .....                     Cəmil Quliyevə yeni vəzifə verilib? .....                     Qaradağ rayonunda “Bilik günü” qeyd edilib .....                 

7 parlament və iki müxalif partiya iqtidar-müxalifət görüşünə niyə qatılmadı - ilginc səbəblər
Tarix: 12-09-2019, 17:43 | Çap et
7 parlament və iki müxalif partiya iqtidar-müxalifət görüşünə niyə qatılmadı
Sentyabrın 11-də Ana Vətən Partiyasının təşəbbüsü ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən iqtidar-müxalifət görüşündən dərhal sonra açılan müzakirələr səngimək bilmir, əksinə güclənir. Xüsusilə, bəzi müxalif partiyaların dəvət olunmaması və ya iştirak etməməsi ilə yanaşı, bir sıra parlament partiyalarının da görüşdə görünməmələri xüsusi diqqət çəkib.

Məlumat üçün bildirək ki, Milli Məclisdə təmsil olunan 12 qurumdan YAP, BAXCP, BQP, Vəhdət Partiyası tədbirdə iştirak edib. Lakin Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Rifah Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Demokratik İslahatlar Partiyasının liderləri toplantıda görünməyiblər.

Müxalif partiyaları haradasa anlamaq olur, lakin parlamentdəki partiyaların yarısından çoxunun tədbiri “boykot” etmələri düşündürücü olmaya bilməz. Onlardan bəzilərinin fikirlərini aldıq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev görüşə qatılmamasını bu cür izah edir: “Bu görüşü təqdir edirəm. Sadəcə olaraq, bizim Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin parlamentdə həmin gün iclası var idi. Xahiş olunurdu ki, orada iştirak edin. Saatlar üst-üstə düşdüyü üçün texniki bir məsələ oldu. Prinsipcə bu görüşü dəstəkləyirəm. İndiyə qədər bu tipli görüşlərdə iştirak etmişəm. Mənə orada yer ayrılmışdı və gələcəyimə söz vermişdim. Texniki bir məsələni bu qədər qabartmaq olmaz. Hesab edirəm ki, meydanlarda hay-küylə məsələni həll etməkdənsə, masa ətrafında düşünmək, danışmaq və dialoq aparmaq lazımdır. Mədəni bir münasibətin tərəfindəyəm. İstərdim ki, bu görüşdə iştirak edim. Sadəcə dediyim kimi vaxtlar üst-üstə düşdü. Həmişə onun tərəfində olmuşuq ki, ölkədə müxalifətçilik şəxslərə qarşı deyil, problemlərə qarşı olmalıdır. Siyasi mühitdə bütün partiyalar hakimiyyətə gəlmək üçün mübarizə aparmalı, alternativ proqramlar təklif etməli, normal tənqid səsləndirməlidirlər. Ölkədəki rəqabəti düşmənçiliyə çevirmədən siyasi mübarizə aparmaq, yeni qüvvələrin hakimiyyətə gəlməsi üçün çalışmaq lazımdır. Bu çox normal bir məsələdir. Bu bir mədəniyyət nümunəsidir ki, iqtidar-müxalifət, QHT və media nümayəndələri bir masa ətrafında ölkədəki problemləri çözürlər”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: “Tədbirə dəvət almışdım. İştirak etməməyimə səbəb o oldu ki, əvvəlcədən işim var idi. Çox mühüm iş olduğu üçün tədbirə qatıla bilmədim. Əks təqdirdə iştirak edəcəkdim. Burada nə problem ola bilər ki?”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə tədbirə dəvət almayıb: “Ümumiyyətlə, bu tədbirdən xəbərim olmayıb. Bizə dəvət göndərilməyib. Əgər dəvət olunsaydıq, əlbəttə iştirak edərdik. Bunun səbəbləri barədə heç nə deyə bilmərəm. Niyə xəbər verməyiblər, özləri bilərlər. Bu təşkilatçılardan asılıdır”.

Dəvət almalarına baxmayaraq, tədbirdə iştirak etməyən iki müxalif qurumun da mövqeyini öyrəndik.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev gec dəvət olunduqları üçün imtina etdiyini deyir: “Əslinə baxanda mən ilkin olaraq dəvət olunmamışdım. Pənah Hüseynlə bildiyiniz kimi biz müttəfiqik. Bir tədbir də keçirdik. AXP, AMİP və biz bir yerdəyik. Tədbirə bir gün qalmış Ana Vətən Partiyasından mənə zəng edib, tədbirə dəvət etdilər. Ona görə iştirak etməmə qərarı verdik. Fəzail müəllim deyib ki, Elşad Musayev tədbirdə iştirak etmək üçün canfəşanlıq edib. Amma bunu etməmişik. Nə üçün də etməli idik? İlkin olaraq, bilirdim ki, orada dəvətlər sırasında 3-4 partiyanın adı olmayıb, o sırada biz də olmuşuq. Düzdür, maraqlanmışam ki, hansı səbəbdən biz dəvət olunmamışıq. Amma qərarı özümüz veririk. Elşad Musayev hər yerdə özünə hörmət edən insandır. Əgər dəvət olunmadıqsa, iştirak edə bilməzdik. Tədbirə gəlincə, bu barədə mənfi və ya müsbət yöndə fikirlər söyləmək fikrindən uzağam. Vaxtında dəvət olunsaydıq, buna müvafiq qərar verərdik. Bildiyimə görə, mən, Əli Kərimli, İlqar Məmmədov və İqbal Ağazadə tədbirə dəvət olunmayıb. Bunların bir qismi siyahıda olmayıb, bir qismi də siyahıdan çıxarılıb. İlkin variantda mənim informasiyam budur. Sonradan dəvət olunmuşam və mən də özümə hörmət edib, iştirak etməmək qərarı vermişəm”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə də gec dəvət olunduqlarını əsas gətirdi: “Tədbirə partiyamız da dəvətli idi. Amma təəssüflər olsun ki, tədbir barədə bir həftə öncədən məlumatlı olsaq da, bizə dəvət gəlməmişdi. Halbuki, məlumatımız olan vaxt bizə informasiya gəlmişdi ki, AMİP də dəvət olunacaq. Həftənin ilk günü partiyanın Siyasi Şurasının ənənəvi olaraq, saat 15:00-da iclası var idi. Həmin iclasda bu tədbirlə bağlı da məsələ müzakirə olunmalı idi. Hətta biz həmin gün iclası saat 18:00-a ertələdik ki, ola bilsin dəvət gəldi, məsələni müzakirə edək. Amma həmin vaxta qədər dəvət gəlmədi və biz hətta dəvət gəlsə belə tədbirdə iştirak etməyin qeyri-məqbul olduğu barədə qərar qəbul etdik. Bizdə məlumatlar var idi ki, digər siyasi partiyaların artıq əksəriyyətinə dəvət gedib. Biz konkret qərar qəbul etmək məcburiyyətində qaldıq. Amma tədbirdən bir gün öncə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri kimi bir xanım zəng edib özünü təqdim etdi və tədbirə dəvət olunduğumuzu bildirdi. Mən də xanıma irad bildirdim və artıq bu məsələ ilə bağlı qərarımızı verdiyimizi bildirdim. Ardınca mənə Fəzail Ağamalı zəng etdi. Öz iradlarımı ona da bildirdim. O da mətbuat xidmətinə əsəbləşdi ki, sizə ötən həftənin beşinci günündən məlumat verilməli idi. Texniki bir səhv olduğunu söylədi. Tədbirə görə təşəkkür etdim və bildirdim ki, orada ciddi məsələlərin müzakirə ediləcəyini düşünürük. Eyni zamanda, belə bir ciddi məsələlərin müzakirə ediləcəyi tədbirə bir gün qalmış dəvət olunmanı qeyri-ciddi saydığımızı söylədim. Partiyanın bu barədə qərarının olduğunu desəm də, bu yöndə çalışacağımı qeyd etdim. Amma həmin gün Aşura günü olduğundan Siyasi Şuranı yığıb, dəvəti müzakirə etmək çətin idi. Bu səbəbdən tədbirdə iştirak etmək istəmədim. Amma bu cür tədbirlərin keçirilməsini təqdir edirik. Düşünürük ki, ölkəmiz üçün ciddi olan belə məsələlərin, problemlərin həlli yolunu tapmağı bir arada müzakirə etmək vacibdir. Belə tədbirlər kampaniya xarakterli olmamalıdır. Sonradan belə tədbirlərin keçirilməməsi barədə qərar olacaqsa, bu düzgün deyil. Əgər davamlı olacaqsa, hesab edirəm ki, partiya olaraq belə tədbirlərdə iştirak edə bilərik”.
Musavat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Naxçıvan MR-nın iqtisadi təhlükəsizliyini daha da gücləndirmək istəyir
Dünən, 18:10
"Bakı Nəqliyyat Agentliyi ağını çıxarıb, dinc əhalini incitmək olmaz" - ETİRAZ
Dünən, 18:09
“Sənin nə ixtiyarın var məni ələ salasan” - VİDEO
Dünən, 18:00
İşdən çıxarıldığı deyilən Əməkdar artistdən açıqlama - "İncəsənət universitetindən 4 ildir ki, çıxmışam"
Dünən, 17:57
İradə Gülməmmədova Masazır kənd məktəbində ilk dərs günündə iştirak edib
Dünən, 17:54
Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ
Dünən, 17:49
“Saudi Aramco” ehtiyat yataqların istismarına başlayır
Dünən, 17:41
“Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir” - Prezident
Dünən, 17:36
İşdən çıxarılan dosent “od püskürdü”: - “Peşəkarları çıxarıb, ərinin qohumlarını, rəfiqələrini gətirdi”
Dünən, 17:35
“Gəlin elə Çingizin özünə heykəl qoyaq və…” - Heykəl məsələsinə reaksiya
Dünən, 17:26
Qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb
Dünən, 17:22
Zöhrə Abdullayeva oğlunu itirdikdən sonra İLK DƏFƏ EFİRDƏ
Dünən, 17:20
AMEA-nın üç institutuna direktor seçilib
Dünən, 17:16
2 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır
Dünən, 17:15
Azərbaycandan Gürcüstana bu il 14 mln dollara yaxın pul köçürülüb
Dünən, 17:13
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:11
Paşinyan Sarkisyanı həbslə hədələdi: - “Ədalətdən qaça bilməz”
Dünən, 17:10
Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü - Birinci vitse-prezident xərcləri üzərinə götürdü
Dünən, 17:02
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO
Dünən, 16:59
“Leş Tofiq” tutuldu, restoranlarda qiymət qalxdı - Sensasion açıqlama
Dünən, 16:58
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasında əldə edilən razılaşmalar açıqlanıb
Dünən, 16:55
Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA - "Bu sahə mənə çox doğmadır"
Dünən, 16:51
Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri apellyasiya şikayəti verib
Dünən, 16:50
İncəsənət Universitetində ŞOK – 30-dan çox müəllim qovuldu - ADLAR
Dünən, 16:48
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Dünən, 16:45
Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın
Dünən, 16:43
Dələduzlar ələ keçdi
Dünən, 16:42
Həsən Ruhani Ermənistana səfər edəcək
Dünən, 16:21
"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?
Dünən, 16:20
AZƏRBAYCANIN KTMT-YƏ QƏBULUNA İMKAN VERMƏK OLMAZ - İrəvanda həyəcan təbili çalırlar
Dünən, 16:18
Baktelekomun yeni fiber-optik xətt xidməti... - yoxsa köhnə özbaşınalıq?
Dünən, 16:14
Tərtər məktəblərində “Bilik-günü” qeyd olundu
Dünən, 16:08
UEFA “Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait köçürüb
Dünən, 16:07
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb
Dünən, 15:57
Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır - Nazir müavini
Dünən, 15:56
Nazir Fəxri Aslanova vəzifə verdi
Dünən, 15:53
YAP-dan keçmiş deputatla bağlı açıqlama - "...heç bir aidiyyatı yoxdur"
Dünən, 15:51
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
Dünən, 15:48
Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix müəyyənləşib
Dünən, 15:46
Qonşunun kişisinin telefonu evimizdən çıxdı,arvadım zəng edirmiş — Azərbaycanda daha bir biabırçılıq
Dünən, 15:44
"Ölkədə nömrə bir olan müğənnilərin heç birinin mahnısı klublarda səsləndirilmir"
Dünən, 15:28
Goranboy İH məktəbdə baş vermiş hadisə ilə bağlı: - Sinif bağlıdır
Dünən, 15:26
Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ - MƏTN
Dünən, 15:24
"Əsərlərimi Azərbaycan dilində yazmıram" - Xalq yazıçısı
Dünən, 15:22
Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər yeyib? - TENDER QALMAQALI
Dünən, 15:20
Cəmil Quliyevə yeni vəzifə verilib? - "Məni təbrik etməyin…"
Dünən, 15:17
Qaradağ rayonunda “Bilik günü” qeyd edilib - FOTO
Dünən, 15:14
"Dərslərin sentyabrın 1-dən başlaması sadəcə zərurətdir" - deputat
Dünən, 15:13
Meyxanaçı Orxanla Aysunun elə görüntüləri yayıldı ki... - VİDEO
Dünən, 15:11
Rusiya neftin ixrac rüsumunu azaldır
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru