Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                     Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                     "Can Azərbaycan" Rusiyada bəyənildi .....                     Seçkidə bu qalmışdı... BUNU DA GÖRDÜK... .....                     Seçkilərdə VİLYAM HACYEV ÇALARI... .....                     Mahir Emrelinin ferması .....                     "Kontakt Home" şefinin deputatlıq arzusu .....                     Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb .....                     Bakıda ər arvadını döyərək ona xəsarət yetirib .....                     İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                 

İqtidarla müxalifətin dialoqu: - Tərəflər “davam edək” deyirlər
Tarix: 12-09-2019, 15:25 | Çap et
İqtidarla müxalifətin dialoqu:
Ötən gün “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirə hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, bir sıra müxalifət partiyalarının nümayəndələri də qatılıblar. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, təklif və iradlar səsləndirilib.
Tərəflər bu cür görüşlərin davam etməsində maraqlı olduqlarını bəyan ediblər.

Dəyirmi masada iştirak edən AĞ partiyanın sədri Tural Abbaslı Azvision.az -a açıqlamasında deyib ki, təşəbbüsü və keçirilən görüşü müsbət dəyərləndirir:

“Azərbaycanın ümummilli problemlərində ölkədəki siyasi partiyaların bir araya gəlməsinin mümkünlüyü barədə təsəvvür yarandı. Bunu müsbət qiymətləndirirəm. Ancaq müxalifət partiyaları daha geniş arealda iştirak etsəydilər, daha məhsuldar görüş olardı. Hesab edirəm ki, növbəti belə görüşlərə də ehtiyac var. Görünür ki, iqtidarın özü də bu formatlı dialoqların davam etməsində maraqlıdır. Görüşlər görüntü xatirinə yox, real iş ortaya qoymaq üçün olmalıdır”.

T.Abbaslı qeyd edib ki, dəvəti qəbul etməyən partiyalar da növbəti görüşlərdə iştirak etməlidir: “Bu partiyaların arqumentləri araşdırılmalı və mümkün qədər onlar aradan qaldırılmalıdır. İnanmıram ki, hansısa müxalifət partiyası iqtidarla bir masa arxasında oturub xalqın, dövlətin problemlərini müzakirə etmək istəməsin. Sadəcə hər partiyanın daxili düşüncə və ideyaları var. Bunları nəzərə alıb, yenidən belə görüşlər təşkil etmək olar”.

Dəyirmi masada iştirak edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hakimiyyətlə müxaifət arasında dialoqun alternativi olmadığı qənaətindədir:

“Bunun davamlı hal alması və diskussiyaya qatılanların əhatəsini genişləndirmək lazımdır. Bir-birimizlə danışmalıyıq, bir-birimizi dinləməliyik, təhqir və söyüşlər istisna olmaqla, ən kəskin fikirlər belə səslənə bilər, təki dövlətimiz və millətimiz zərər görməsin. Biz Skandinaviyada yaşamırıq, bura Cənubi Qafqazdır, ətraf toz-dumandır, xarici qüvvələr pusqudadırlar, boşluqlar axtarırlar ki, hərəkətə keçsinlər. Hakimiyyətin üzərinə də məsuliyyət düşür. Siyasi mübarizə aparılmalı yer parlamentdir, orada siyasi qüvvələrin ən rəngarəng qüvvələri təmsil oluna bilər. Çünki parlamentdənkənar mübarizə toqquşmaya və ixtilafa aparır, bu isə düşmənlərimizin maraqlarına cavab verir”.