Prezident İlham Əliyev Mixail Qusmanı .....                     Ermənistan parlamentində dava düşdü .....                     Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb .....                     "Viski" əməliyyatının tələbə qurbanı barədə .....                     Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur .....                     İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                     Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... .....                     "Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər" .....                     ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                     MSK DSK-ların qərarlarından şikayətlər əsasında .....                     Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı .....                     Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb .....                     Bakıda 45 yaşlı kişi dəm qazından boğulub .....                     Bakıda qızlar ərəbləri qarət etdi .....                     Nazim İsmayılovun SEÇKİ ÖZBAŞINALIĞI... .....                     Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub .....                     Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi .....                     Əbülfəs Qarayevin də yola salınacağı deyilir... .....                     Bakıda cins it oğurlanıb .....                     Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir... .....                     Vüqar Bayramovun daha bir qlobal .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Naqif Həmzəyev seçiciləri ilə görüş keçirib .....                     Sumqayıtda bıçaqlanma olub .....                     Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib .....                     Şirvanda dəmiryolundan oğurluq edən şəxs saxlanılıb .....                     Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət .....                     Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib .....                     XİN şefində bu sərvət hardandır? .....                 

"Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir" - Prezidentin köməkçisi
Tarix: 12-09-2019, 13:00 | Çap et
 "Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir"
"Azərbaycanda 1993-cü ildən milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür. Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatlarının, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Bunun alternativini görmürük".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir: "Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Dünən - sentyabrın 11-də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masasında müzakirələr aparıla bilər".

Prezidentin köməkçisi qeyd edib ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz: "İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, hərə xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıb. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrin əlində alətə çevriliblər. Anti-Azərbaycan dairələrin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər. Bu yoldan çəkinməyənlərə nə etmək olar, bu onların seçimidir. Əgər onlar xaricdə iaşə obyektlərində bu davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini davam etdirsinlər. Əlbəttə ki, sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir".