Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib? .....                     Prezident İlham Əliyev Mixail Qusmanı .....                     Ermənistan parlamentində dava düşdü .....                     Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb .....                     "Viski" əməliyyatının tələbə qurbanı barədə .....                     Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur .....                     İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                     Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... .....                     "Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər" .....                     ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                     MSK DSK-ların qərarlarından şikayətlər əsasında .....                     Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı .....                     Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb .....                     Bakıda 45 yaşlı kişi dəm qazından boğulub .....                     Bakıda qızlar ərəbləri qarət etdi .....                     Nazim İsmayılovun SEÇKİ ÖZBAŞINALIĞI... .....                     Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub .....                     Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi .....                     Əbülfəs Qarayevin də yola salınacağı deyilir... .....                     Bakıda cins it oğurlanıb .....                     Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir... .....                     Vüqar Bayramovun daha bir qlobal .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Naqif Həmzəyev seçiciləri ilə görüş keçirib .....                     Sumqayıtda bıçaqlanma olub .....                     Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib .....                     Şirvanda dəmiryolundan oğurluq edən şəxs saxlanılıb .....                     Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət .....                     Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib .....                 

Sevinc Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırılıb
Tarix: 12-09-2019, 12:17 | Çap et
Sevinc Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırılıb
Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkən Elina Hacıyevanın nümayəndələri vəsatət verərək istintaqın gedişində kobud qanun pozuntularına yol verildiyi üçün işin yenidə istintaqa qaytarılmasını istəyiblər. Onlar bildiriblər ki, istintaqda Elinanı müayinə edən həkimlər barəsində heç bir araşdırma aparılmayıb. Hakim vəsatəti təmin etməyib.

Vəkillər daha sonra direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəz olunması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə bu vəsatəti də təmin etməyib.

Daha sonra Elina Hacıyevanın nümayəndələri dəymiş mənəvi zərərə görə, həm Təhsil Nazirliyi, həm də S.Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırıb. Vəsatət məhkəmənin icraatına qəbul edilib.

Məhkəmə baxışı sentyabrın 18-ə təyin edilib.

***

Saat 10:17

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmayıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.