Türkiyə-Rusiya-İran üçbucağı: Suriya böhranının həllinə doğru .....                     “Azercell Telekom” MMC Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir .....                     Prezident İlham Əliyev Çilinin dövlət başçısını .....                     Mədəniyyət xadimlərinə fəxri adlar verilib .....                     Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi .....                     Prezident İlham Əliyev bir qrup mədəniyyət xadimini təltif edib .....                     Mobil Babayev və Ruhəngiz Qasımova Prezidentin fəxri diplomu ilə təltif ediliblər .....                     Milli Şuranın növbəti mitinq hoqqası .....                     Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin sürətli tikintisinə oktyabrdan başlanılacaq .....                     "Rusiya İsraillə danışıqlarda son mərhələyə çatıb" .....                     Qırğızlar qisas aldı .....                     Gültəkin Hacıbəylinin "Lexus" və "Toyota Avalon" maşınlarına, mənzilinə həbs qoyuldu .....                     “Gecə saat 3-də başıma “şlem” geyinib 4-cü mikrorayona getdim ki...” .....                     Nazir idarə rəisini vəzifəsindən azad etdi .....                     "Mən qaçıb gizlənən adam deyiləm, yoxsa azərbaycanlılar indi Xankəndidə çay içərdilər" .....                     “Ekologiya postu”na rəis təyin edildi .....                     Dənizdə Rusiya sərhədçilərinə silahlı hücum edilib .....                     Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub .....                     Lənkəranda baş verən yol qəzasında sabiq polis əməkdaşı ölüb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? .....                     Bakıda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən qadın itkin düşüb .....                     «TBC Kredit» BOKT-un MƏNFƏƏTİ KƏSKİN DÜŞÜB .....                     Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. .....                     “Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? .....                     Milli Məclisin komitəsində bir ailənin üzvlərinin müxtəlif rayonlara müəllim kimi təyinatı problemi qaldırılıb .....                     İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının açılışı olub .....                     "Söyüş müxalifəti"ndə pul didişməsi başlanıb .....                     Bakıda inanılmaz fırıldaq: .....                     Azərbaycan Polisinin “Bilik Günü”nə töhfəsi .....                     “Ali məktəblərin dərsliklərində problemlər var” .....                     Bərdədə məhkəmə işini uduzan vəkil ölümlə hədələnir .....                     “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir .....                     Gədəbəydə 48 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb .....                     Səudiyyəyə dron hücumu: Yeni savaş başlaya bilər .....                     “Ali təhsil haqqında” qanun layihəsi oktyabrda ilkin müzakirəyə çıxarılacaq .....                     Gökseli bəyənmədilər .....                     Bakı məktəblərinə 29 direktor təyin edildi .....                     Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq .....                     32 yaşlı ata azyaşlı qızına təcavüz etdi .....                 

Gəncə inkişafın yeni mərhələsini yaşayır - Şeyx Nizami yurdunda bir gün
Tarix: 12-09-2019, 08:32 | Çap et
Gəncə inkişafın yeni mərhələsini yaşayır
Azərbaycanın qədim mədəniyyət, ticarət və sənaye mərkəzi, şairlər vətəni olan Gəncədə dəfələrlə olmuşam. Hər dəfə də dahi söz ustadı Şeyx Nizami yurdunun möhtəşəmliyinə heyran olmuşam. Burada aparılan abadlıq, quruculuq və yenidənqurma işləri, qədimlik qorunmaqla Gəncənin yeni görkəm alması adamı valeh edib.

Bu dəfəki səfərdə məqsəd son zamanlar, özəlliklə "postVəliyev" dövründən ötən müddət ərzində Gəncədə baş verən dəyişiklikləri öz gözümüzlə görmək, gəncəlilərin bu gün nəylə yaşadıqlarını öyrənmək idi.

Şəhər olduqca unikal yerdə salınıb

Vaxt elə də çox deyildi. Bir neçə saat ərzində Gəncəni gəzib-dolaşmalı, qeydlərimizi aparmalıydıq.

Maşınımız Gəncəyə yaxınlaşdıqca havada qəribə bir sərinlik hiss olunurdu. Burada haşiyə çıxaraq qeyd edək ki, 5 dəfə yerini dəyişən hazırki Gəncə 1606-cı ildə Şeyx Bahəddin Amunin memarlığı ilə salınıb. Deyilənə görə, memar şəhəri salmazdan öncə 1500-ə yaxın qoyun kəsdirib və bu heyvanların dərisini soydurduqdan sonra cəmdəklərini 100-200 metr məsafə saxlamaqla ağaca bağlayıb, 3 gün saxlayıb. Hansı tərəfdəki ətin üzü gec qaysaqlanıbsa, şəhəri də o istiqamətdə salıb.

Ümumiyyətlə, Gəncə şəhəri çox unikal yerdə qurulub. Buradan 15 dəqiqə vaxt sərf edib havası daim sərin olan Hacıkəndə də çatmaq mümkündür, ya da tam əksinə, 15 dəqiqə Goranboy, Aran zonası istiqamətində hərəkət edib istiyə də düşmək olar.

Hər addımda ulu Nizami yurdunda olduğunu hiss edirsən

Gəncəyə daxil olanda insanın diqqətini ilk olaraq milli memarlıq üslubuyla tikilmiş giriş qapısı çəkir. Bu, bir vaxtlar çox məşhur və şəhərin fəxri olan "Gəncə Qapıları"nı xatırladır. Yeri gəlmişkən, Gəncə qapısı VIII Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. 1139-cu ilin sentyabrında güclü zəlzələ nəticəsində şəhər dağılıb və bundan istifadə edən Gürcü çarı Demetre hücum edib şəhəri talayıb, qənimətlər arasında Gəncə qapısını da aparıb. Qədim Gəncənin giriş qapısı hazırda Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılır. İddialara görə, qapının bir tayı gürcü monarxlarının əmri ilə təmir zamanı monastırın tavanına hörülüb.

Gəncənin girəcəyində şəhərin mədəni tarixini əks etdirən daha bir mühüm abidə var. Bu, dahi Azərbaycanlı şairi Nizami Gəncəvinin memorialıdır. Qırmızı hasar boyunca klassikimizin əsərlərindəki səhnələri əks etdirən heykəltəraşlıq nümunələri var.

Parklar, fəvvarələr şəhəri

Gəncədə 30-dan çox park var. Onlardan ən böyüyü ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksidir. Parkın girişində möhtəşəm "Zəfər tağı" ucaldılıb. "Zəfər tağı"ndan Heydər Əliyev mərkəzinə kimi olan ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, minlərlə ağac əkilib. Burada yaradılan süni göl və orijinal şəlalə əraziyə xüsusi gözəllik verir. Park-kompleksdə müxtəlif məişət obyektləri, istirahət guşələri, uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran "Disneyland" əyləncə mərkəzi fəaliyyət göstərir. Müasir İncəsənət Muzeyi və amfiteatr inşa edilib.

Öyrəndik ki, Gəncənin park-bulvar kompleksi insanların ən çox sevdikləri məkandır. Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb, çayın yatağı təmizlənib, məcrası isə yenidən qurularaq hər iki tərəfdə ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilib. Çayın sağ sahilində böyük bir ərazidə bulvar salınıb. İstirahət məkanında Bayraq meydanı, mətbuat evi, kitab evi, uşaq əyləncə və ticarət mərkəzləri, "Əli və Nino" kompleksi, saat qülləsi, kinoteatr inşa edilib. Velosipedçilər üçün xüsusi veloxətt salınıb.

Şəhərin bütün yaşayış massivlərində park və xiyabanlar salındığından insanlar əziyyət çəkib istirahət etmək üçün uzun yol qət etmirlər. Müxtəlif ərazilərdə salınmış Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh, bəstəkar Fikrət Əmirov, görkəmli dövlət xadimi Əziz Əliyev və Nəriman Nərimanovun adını daşıyan parklarda, eləcə də "İstiqlal" parkında Gəncə memarlığına xas olan tağbəndlərdən, ətraf hasarlarda isə gülbağı daşlardan, kərpiçlərdən istifadə olunub ki, bu da şəhərin qədimliyinə xələl gəlmədən müasirliyini əks etdirir.

Tarixi abidələr, muzeylər diyarı

Gəncə həm də taixi abidələr, muzeylər şəhəridir. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri yeni muzeylərin yaradılması ilə də müşayiət olunur. Yerli memarlıq üslubunda ucaldılan bu muzeylər qısa zamanda həm gəncəlilərin, həm də şəhərin qonaqlarının böyük marağına səbəb olub. Qədim mülklərlə yanaşı, burada Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi kimi yeni tikililər var.

Son bir neçə ildə mədəniyyət obyektlərində əsaslı yenidənqurma işləri aparılıb. Nizami Gəncəvinin məqbərəsində, Gəncə çayı sahilində yerləşən "Xəmsə" memarlıq kompleksində, "Çökək hamam", "Zərrabi" və "Şərəfxanlı" tarix-memarlıq abidələrində əsaslı təmir işləri görülüb. Məhsəti Gəncəvi Mərkəzi, Miniatür kitab muzeyi, Hacıkənd qəsəbəsində "Nizami Gəncəvinin sələfləri və xələfləri" adlı park, Şah Abbas və Uğurlu xan karvansaraları təmirdən sonra istifadəyə verilib.

Yaxın vaxtlarda Gəncədə açıq havada kurqanlardan ibarət arxeoloji park yaradılacaq. Bu unikal arxeoparkın yaradılması isə Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməklə yanaşı, Gəncə və ətraf bölgələrə turizm axınına da təkan verəcək.

Turizmin inkişafı üçün Gəncədə geniş imkanlar var. Şəhərə gəlmək üçün heç bir nəqliyyat problemi yaşanmır. Burada beynəlxalq hava limanı var. Paytaxt Bakıdan Gəncəyə sürət qatarı işləyir. Bakı-Gəncə magistral avtomobil yolu tamamilə yenidən qurulub.

Gəncə gəncəlilərin gözü qarşısında yenidən qurulur

Bu gün 337 mindən artıq əhalinin yaşadığı Gəncə nəhəng tikinti meydançasını xatırladır. Şəhərin mərkəzi – Təbriz, F.X.Xoyski, Ü.Hacıbəyli küçələri, Ş.İ.Xətai prospekti asfaltlanıb. N.Nərimanov prospektində, şəhərdaxili küçələrin yollarında köhnə asfalt qatı yenisi ilə əvəz olunur. Şəhər rəhbərliyinin göstərişinə uyğun olaraq yeni kanalizasiya sistemi çəkiləcək yolların asfaltlanması işi ləngiyir.

Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin müvafiq Sərəncamına uyğun olaraq şəhər İcra Hakimiyyəti tərəfindən binaların dam örtükləri və fasadları yenilənir.

Hündürmərtəbəli bina sakinlərinin istismar müddəti başa çatmış liftlərlə bağlı həsrətinə son qoyulub. Hazırda liftlərin dəyişdirilməsi prosesinə də start verilib.

Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində qəzalı yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə yeni 4 ədəd bir bloklu, 249 mənzilli çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək onmərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib.

Şəhərin Ş.İ.Xətai və Nizami prospektlərinin, M.Bağırov, M.A.Abbaszadə və Ə.Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpü də tezliklə bərpa olunacaq. Bu məqsədlə də artıq vəsait ayrılıb.

Alüminium istehsalı zavodunun yenidən qurulması və genişləndirilməsi, Gəncə Gil-torpaq zavodunun bərpası, Xalça fabrikinin tikintisi, ilin sonunadək isə Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun (yeri gəlmişkən, bu, ölkədə ən böyük tədris korpusu olacaq və burada 1500 tələbə tədris ala biləcək) istifadəyə verilməsi nəzərdə tutulub. Gəncə Dövlət Dram Teatrı üçün yeni, daha müasir bina inşa olunur, olimpiya kompleksinin bünövrəsi qoyulur. İki körpələr evi-uşaq bağçasının yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsi nəzərdə tutulur. Gəncə İdman Sarayının inşası sürətlənib.

Gəncə şəhər Prokurorluğu və Gəncə Hərbi Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib.

Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində, 2,5 hektar ərazidə ikimərtəbəli Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının tikintisi davam etdirilir.

İçməli su problemi keçmişdə qalır

Sovetlər dönəmindən Gəncənin ən böyük problemi içməli su ilə bağlı olub. Sakinlər deyir ki, ötən ilədək şəhərin küçə və məhəllələrində üzərində "Ağ su" yazılmış su maşınları şütüyürdü. Keçmiş rəhbərliyin məsələyə saymazyana münasibəti problemin daha da dərinləşməsinə səbəb olmuşdu. Sakinlərin sözlərinə görə, suyun vedrəsini 20, bəzən hətta 30 qəpiyə almaq məcburiyyətində qalırdılar.

Bu il Gəncə şəhərində içməli su probleminin həllini tam tapacağı gözlənilir. Şəhərin müasir tarixində ən böyük sosial layihə olaraq sovet dövründən qalan və istismar müddətini başa vurmuş müxtəlif diametrli içməli su xətlərinin və kanalizasiya sisteminin yenidən qurulması işləri aparılır. Texniki cəhətdən o qədər də asan olmayan bu layihə çox böyük vəsait tələb edir. Lakin hökumət layihənin icrası və Gəncə sakinlərinin 24 saat təmiz içməli su ilə təmin olunması üçün nə lazımdırsa edir.

Qeyd edək ki, Gəncənin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. İçməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində həyata keçirilir. Layihənin icrası çərçivəsində ümumi içməli su xəttinin ümumi uzunluğunun 884 km, kanalizasiya xəttinin isə 891 km olması nəzərdə tutulub.

Layihə Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr layihələndirilən təmizləyici qurğuda zərərsizləşdiriləcəkdir.

Əhalinin sağlamlığı diqqət mərkəzindədir

Gəncədə əhalinin sağlamlığı daim diqqət mərkəzindədir. Şəhərin tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb. 200 çarpayılıq Psixiatriya xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və yardımçı binanın tikintisi davam etdirilir. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. Ən son texnoloji avadanlıqlarla və cihazlarla təchiz olunmuş xəstəxanada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri fəailiyyət göstərir. Tibb müəssisəsində həmçinin rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri yaradılıb.

Bundan başqa xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompüter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nailiyyətləri olan digər avadanlıq və cihazlar var. Yeni avadanlıqlar hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Yaradılan bu şərait Gəncə ilə yanaşı, ətraf bölgələrdə yaşayan əhalinin sağlamlığının qorunmasına da xidmət edir.

"PostVəliyev" dövrü; sakinlər nə düşünürlər?

Ötən ilin iyulunda Mingəçevirdə – Azərbaycan İES-də baş verən qəzanın ardından Gəncədəki məlum olay ölkənin gündəminə öz damğasını vurdu. O zaman medianın baş xəbərləri təbii olaraq bu iki hadisəyə kökləndi. Ötən müddət ərzində baş verən olaylara, həmin olaylardan sonra yaşananlara nəzər salanda hadisələrin əsl mahiyyəti daha aydın görünür.

Səs-küydən uzaq olmaq üçün gəncəliliərin və şəhərin qonaqlarının üz tutduqları "Xan bağı"na yollanırıq. Sovetlər dövründə Leninin adını daşıyan bağ hazırda Cavad xanın şərəfinə "Xan bağı"

adlanır. Eldar və küknar şamlarının üstünlük təşkil etdiyi bağa vaxtilə Qara Dəniz sahillərindən minlərlə dekorativ kol bitkiləri, ağaclar gətirilib.

Ünsiyyətdə olduğumuz əksər sakinlərin həmin olaylar haqqında nəinki danışmağa, heç o tarixi xatırlamamağa meylli olmadıqları diqqətimizdən yayınmır.

Nəvəsiylə bağda dincələn ağsaqqal Rəşid Rüstəmov deyir ki, bu gün Gəncədə sabitlikdir: "Oğlum, kim nə eləyirsə özünə eləyir. Bu yaşımda gedənin arxasınca danışmaq mənə yaraşmaz. Əsas odur ki, həyat öz axarına qayıdıb. Dərdimizi, şikayətimizi demək üçün əvvəlki dövrdə olduğu kimi İcra Hakimiyyətinin qapısında vaxt itirmirik. Sağ olsun yeni icra başçısı, daim insanlarla təmasdadır. Təkcə mənim yaşadığım məhəlləyə son 5 ayda iki dəfə şəxsən özü gəlib. Problemlərimizlə maraqlanıb. Bundan artıq bizə nə lazımdır?"

Natella Cəfərova orta məktəbdə müəllimdir. Deyir, Gəncə günbəgün inkişaf edir: "Hara baxırsan, adamın üzü gülür. Bir vaxtlar arzusunda olduğumuz park və xiyabanlar, geniş və abad küçələr, müasir məktəblər, uşaq-tərbiyə müəssisələri və s. obyektlər Gəncənin iqtisadi uğurlarının göstəricisidir".

Vidadi Süleymanov adlı digər bir sakinin sözlərinə görə, hazırda şəhərin yolları asfaltlanır, su-kanalizasiya sistemi yenilənir: "Bunun üçün ölkə başçısı davamlı olaraq vəsait ayırır. Məsəl var, görünən kəndə nə bələdçi. Ən böyük problem işsizliklə bağlıdır ki, o da tək Gəncəyə və ya Azərbaycana xas olan şey deyil, bütün dünyada gedən proseslərdir".

Bir sözlə, görünən odur ki, gəncəlilər icra başçısının iş prinsipini təqdir edirlər.

Köhnə rəhbərliyin zülmündən qurtulan sahibkarlar

Sirr deyil ki, iqtisadiyyatın canlandırılmasının əsas yolu islahatlardan və sahibkarlığın inkişafından keçir. Gəncədə fəaliyyət göstərən sahibkarların durumuyla maraqlanırıq. Kiçik sahibkar Şahin Əliyev deyir ki, vəziyyət əvvəlki illərlə müqayisədə xeyli dəyişib: "İstər ayrı-ayrı dövlət qurumları, istərsə icra hakimiyyəti tərəfindən yersiz yoxlamaların, qanunsuz müdaxilələrin sayı sıfıra enib. Başçı bir neçə dəfə sahibkarları qəbul edib. İş adamlarının fəaliyyətinə hər cür köməkliyin göstərilməsinə hazır olduğunu bildirib. Onu da əlavə edib ki, neqativ halların aradan qaldırılması və kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi məqsədi ilə hər bir sahibkar qanunun tələb etdiyi şəkildə müqavilə bağlayaraq, müvafiq qaydada fəaliiyət göstərə bilər. Müqaviləyə əsasən ödəniləcək vəsait isə dövlət büdcəsinə keçiriləcək. Bununla da sahibkarların fəaliyyətlərinə əngəl törədən və ya mane olan amillər aradan qaldırılacaq".

Sahibkar Yusif Hüseynov uzun müddət mərkəzi kolxoz bazarı kimi tanınan "Gəncə bazarı"nda ticarətlə məşğul olub. Bazar keçmiş başçının dövründə sökülüb. Burada ticarətlə məşğul olanlar məcburi qaydada Elmar Vəliyevə məxsus "Grand Qafqaz" ticarət mərkəzinə yönəldiliblər. Həmsöhbətimiz deyir ki, "köç" prosesi çox böyük biabırçlıqla aparılıb: "Öncə müxtəlif adamlar heç bir səbəb göstərmədən bazarı boşaltmağımızı tələb etdilər. Ardınca bazar və ətrafındakı küçələrdə vəziyyət acınacaqlı hala salındı. Bazara gələn yollar qapadıldı, suyun və elektrikin verilişi dayandırıldı. Obyekt sahibləri və icarədarlar heç nədən incidildi. Çoxları qorxudan buranı tərk edib Vəliyevin yeni ticarət mərkəzinə üz tutmağa məcbur oldu. Gəncə bazarında icarə haqqı 100-1200 manat olduğu halda "Grand Qafqaz"da bu rəqəm 500-3000 manat arasında dəyişirdi. Şükürlər olsun, yeni rəhbər təyinatından sonra vəziyyət kökündən dəyişib. Prezidentin də dediyi kimi, sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam".

Özünüməşğulluq proqramına diqqət böyükdür

Gəncədə özünüməşğulluq proqramı çərçivəsində xeyli sayda kiçik müəssisə yaradılıb. Təkcə ötən il şəhərdə 200-ə yaxın işsiz və işaxtaran özünüməşğulluq proqramının iştirakçısı olub. Təlim kursları təşkil olunaraq həmin şəxslərə kiçik biznesin təşkili və idarə edilməsi ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. Proqrama cəlb edilənlər biznes-planlarına uyğun şəkildə mal və materiallar formasında aktivlərlə təmin edilərək, öz kiçik ailə təsərrüfatlarını qurublar.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Uşaq və Gənclərin İnkişafına Dəstək" İB tərəfindən Gəncə Uşaq Günərzi Qayğı Mərkəzi yaradılıb, zəruri təchizat işləri aparılıb.

Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanası açılıb. Təlim emalatxanası Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək" layihəsi çərçivəsində qurulub.

Gəncə Avtomobil Zavodu fəaliyyətini günbəgün genişləndirir

Sahibkarlıqdan, sənaye və istehsal müəssisələrindən danışarkən iqtisadi və maliyyə göstəricilərinə görə ölkədə öndə gedən "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin ("GAZ" İB) fəaliyyətinə toxunmamaq olmaz. 15 il öncə fəaliyyətinə OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığımı ilə başlayan müəssisə hazırda müxtəlif çeşiddə texnika istehsal edir. 2007-ci ilin martından burada "Belarus" markalı traktorların, 2015-ci ildən isə "KaMAZ" və "URAL" markalı avtomobillərin yığımına başlanılıb.

Hazırda müəssisə Minsk təkərli dartıcılar zavodu ilə əməkdaşlıq çərçivəsində ağır yük daşıyan qoşqu istehsal edir. Zavodda istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahəsi olan yeni istehsalat sahəsi yaradılır.

Zavodun mütəxəssisləri Almaniyanın "HALLER" kommunal avadanlığının "MAZ" şassinin üzərində quraşdırılması üçün konstruktiv dəyişiklik edib. Hazırda zavodda birgə layihə olan 16 və 21 kubmetr tutumu olan kommunal maşınların istehsalı həyata keçirilir.

Yaxın vaxtlarda Azərbaycanın ictimai nəqliyyyat sektorunda ekoloji cəhətdən təmiz olan elektrobus və taxılyığan kombaynlar görünməyə başlayacaq. Hər iki texnika "GAZ" İB ilə Belarusun "Belkommunas" ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində istehsal olunacaq. 83 sərnişin tutumu olan avtobuslar kondisioner, məlumat monitoru və videonəzarət sistemi ilə təchiz ediləcək.

Müəssisə rəhbərliyi ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının Belarus Respublikasına birgə işgüzar səfəri zamanı zavodda elektrobusların istehsalı ilə bağlı "Belkomunmaş" şirkəti ilə memorandum imzalanıb. Müəssisənin Türkiyənin Kırıkkale bölgəsində yeni filialı fəaliyyətə başlayıb.

Zavodda iki yeni yığım xəttinin açılışı olub. Burada ilk dəfə olaraq "E-321" markalı elektrobus və "PALESSE KZS-575" markalı taxılyığan kombayn konveyerdən çıxıb.

Qeyd edək ki, müəssisədə 600-dən artıq işçi çalışır.

"Yaşıl şəhər" layihəsindən sonra Gəncə daha da yaşıllaşacaq

Bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Gəncəyə səfər ediblər. Şəhər rəhbərliyi ilə keçirilən görüşdə AYİB-in həyata keçirdiyi "Yaşıl şəhər" layihəsi ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, qurum qeyd olunan layihə çərçivəsində Avropanın 20-dən çox şəhəri ilə əməkdaşlıq edir. Hədəf şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaqdır. Proqram çərçivəsində şəhər üçün xüsusi əhəmiyyət daşıyan bir neçə sahəylə əməkdaşlıq nəzərdə tutulur. Bura ictimai nəqliyyatın yenilənməsi, məişət tullantılarının utilizasiyası, suyun keyfiyyətinin yaxşılaşdırılması və s. daxildir. Bütün bu işlərin öncədən hazırlanacaq hərəkət planına uyğun şəkildə həyata keçirilməsi planlaşdırılır.

Yeri gəlmişkən, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Şəhərə yeni "Elektrobus"ların gətirilməsi istiqamətində işlər aparılır. Gəncənin gecə işıqlandırılması sistemi yenidən qurulur. Burada 40 faizədək qənaəti təmin edən yeni lampalardan istifadə edilir. Bütün bunlar isə "Yaşıl şəhər" layihəsindən öncə də şəhər rəhbərliyinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.

"İmamzadə" kompleksi – Gəncənin İslam aləmindəki yerinin və nüfuzunun göstəricisi

VIII əsrə aid tarixi memarlıq abidəsi, xalq arasında "Göy məscid", yaxud "Göy İmam" kimi tanınan "İmamzadə" dini-mədəniyyət kompleksi müsəlman dünyasının müqəddəs ziyarətgahlarından hesab olunur. Məlumat üçün bildirək ki, bu müqəddəs məkanda 739-cu ildə V İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. Əsrlər boyu insanların üz tutduğu müqəddəs məkanlardan olan ziyarətgahda Prezident İlham Əliyevin təşəbbüsü ilə geniş abadlıq-quruculuq və yenidənqurma işləri aparılıb. Yenidənqurmadan sonra şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan, inam və inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlət başçısının sərəncam və göstərişləri sayəsində gözəl görkəm alıb.

Dövlət-din münasibətlərindən, milli-mənəvi dəyərlərdən söz düşmüşkən, tolerant və multikultural ənənələrin qorunub-saxlanılması istiqamətindəki fəaliyyətinə, ələlxüsus Gəncə və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu günlərdə Rusiya Federasiyasının "Şərəf və ləyaqət" ordeniylə təltif olunub.

Gəncə 2019-cu ilin Avropa İdman şəhəri elan edilib

Ölkədə dövlət siyasətinin tərkib hissəsinə çevrilmiş gənclər siyasətini Gəncənin timsalında daha aydın görmək olar. Bir neçə ildir ki, gəncəli gənclərin xoş sorağı Avropadan gəlir.

2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilən Gəncə nəinki qədim Nizami yurdunu, ümumilikdə Azərbaycan gəncliyinin uğurlarını "köhnə qitə"də tanıtmağa müvəffəq oldu.

Gənclər arasında sağlam həyat tərzinin təbliğinin daha da genişləndirilməsi, idmanın kütləviliyinin artırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Şəhərin idman infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür, parklarda idman qurğuları quraşdırılır.

MDB ölkələri arasında ilk dəfə məhz Gəncə 2019-cu ilin Avropa İdman şəhəri tituluna layiq görülüb.

İcra başçısı kabinetdən çox məhəllələrdə, sakinlərlə görüşlərdə olur

Qarabağ müharibəsinin iştirakçısı, ixtisasca hüquqşünas olan Niyazi Bayramov ölkə başçısının 28 avqust 2018-ci il tarixli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Əmək fəaliyyətinə fəhlə kimi başlayan N.Bayramov bunadək müxtəlif məsul vəzifələrdə, o cümlədən Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyi sistemində işləyib, həmçinin Səbail rayonu İcra Hakimiyyətində başçının müavini vəzifəsində çalışıb. 2012-ci aprelindən 2018-ci ilin avqustunadək Mingəçevirə rəhbərlik edib. Məhz sonuncu postundakı uğurlu fəaliyyəti ona belə bir yüksək etmadın göstərilməsinə – ölkənin 2-ci böyük şəhərinə, həm də belə bir ziddiyyətli məqamda icra başçısı vəzifəsinə təyinat almasına səbəb olub.

Şəhər sakini Hafiz Yusifov deyir ki, yerli əhalidə keçmiş rəhbərliyin dönəmində bərbad günə qoyulan Gəncəyə Niyazi Bayramovla yeni qan, yeni nəfəs gələcəyi gözləntiləri vardı: "Mingəçevirdəki fəaliyyəti ilə yetərincə müsbət məmur imici qazanmış N.Bayramovun Gəncədə həssas işləyəcəyi, tayfabazlıq etməyəcəyi, peşəkar və təcrübəli kadrlara üstünlük verəcəyi gözləntiləri özünü doğruldub. İcra başçısının iş prinsipi, təyinatının ilk günündən Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşları heç bir maneə olmadan qəbul etməsi, problem və qayğılarıyla maraqlanması insanları ümidləndirib. Yerlərdə təşkil olunan səyyar görüşlərdə sakinlər problemlərini deyir, şikayət və təkliflərini səsləndirirlər. Hər bir müraciətə həssaslıqla yanaşılır, ən xırda problem belə diqqətdən kənar qalmır, məsələnin qanuna uyğun olaraq aradan qaldırılması üçün tapşırıqlar verilir".

Əlvida demirik, hələlik, Gəncə!

Bu gün Azərbaycanın bütün regionları kimi, Gəncə şəhəri sözün əsl mənasında, özünün intibah dövrünü yaşayır. Şəhər həm yerli, həm də əcnəbi turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib. Ulu Nizami yurdunun sosial-iqtisadi və mədəni həyatı dinamik surətdə inkişaf edir, qədimliyini qorumaqla müasirləşən bu unikal məkanın şöhrətini bütün dünyaya yayır. Bu inkişafın təməlində isə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

Gəncədən ayrılırıq. Bu şəhərin insanlarının sabaha nikbin baxdıqlarını görmək həqiqətən qürurvericidir. Ona görə "əlvida" demirik. Gəncəyə mütləq bir də qayıdacağıq.

Azər
DİA.AZ





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə-Rusiya-İran üçbucağı: Suriya böhranının həllinə doğru - TƏHLİL
Dünən, 18:21
“Azercell Telekom” MMC Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir
Dünən, 18:19
Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib
Dünən, 18:18
Mədəniyyət xadimlərinə fəxri adlar verilib - SƏRƏNCAM
Dünən, 18:15
Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - ADLAR
Dünən, 18:13
Prezident İlham Əliyev bir qrup mədəniyyət xadimini təltif edib - SİYAHI
Dünən, 18:11
Mobil Babayev və Ruhəngiz Qasımova Prezidentin fəxri diplomu ilə təltif ediliblər - SƏRƏNCAM
Dünən, 18:08
Milli Şuranın növbəti mitinq hoqqası - AÇIQLAMA
Dünən, 18:01
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin sürətli tikintisinə oktyabrdan başlanılacaq
Dünən, 17:55
"Uşaqlarımın dayəsi, həkimi, sürücüsü, aşpazıyam"
Dünən, 17:52
"Rusiya İsraillə danışıqlarda son mərhələyə çatıb" - Putin
Dünən, 17:43
Qırğızlar qisas aldı - Tacikistanın 3 nəfər sərhədçisi öldürülüb
Dünən, 17:39
Gültəkin Hacıbəylinin "Lexus" və "Toyota Avalon" maşınlarına, mənzilinə həbs qoyuldu - MƏHKƏMƏ HÖKMÜ
Dünən, 17:37
“Gecə saat 3-də başıma “şlem” geyinib 4-cü mikrorayona getdim ki...” - "Leş Tofiq”in izi hara aparır?
Dünən, 17:34
Nazir idarə rəisini vəzifəsindən azad etdi - FOTO
Dünən, 17:28
"Mən qaçıb gizlənən adam deyiləm, yoxsa azərbaycanlılar indi Xankəndidə çay içərdilər" - Köçəryan
Dünən, 17:20
“Ekologiya postu”na rəis təyin edildi
Dünən, 17:17
Tannmış müğənni də milyonların boşuna xərclənməsindən giley edir... - VİDEO
Dünən, 17:15
Dənizdə Rusiya sərhədçilərinə silahlı hücum edilib
Dünən, 17:12
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
Dünən, 17:09
Lənkəranda baş verən yol qəzasında sabiq polis əməkdaşı ölüb
Dünən, 17:03
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
"Kiminləsə gizli yaşamalıyam?" - Ərə getməyə hazırlaşan müğənnimiz
Dünən, 17:01
Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE
Dünən, 16:49
Bakıda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən qadın itkin düşüb
Dünən, 16:47
«TBC Kredit» BOKT-un MƏNFƏƏTİ KƏSKİN DÜŞÜB - KREDİTLƏRİ AZALIB
Dünən, 16:43
Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...
Dünən, 16:36
“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC
Dünən, 16:26
"Fatimə ilə Elariz mahnı oxumasın"
Dünən, 16:21
Milli Məclisin komitəsində bir ailənin üzvlərinin müxtəlif rayonlara müəllim kimi təyinatı problemi qaldırılıb
Dünən, 16:19
İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının açılışı olub
Dünən, 16:18
"Söyüş müxalifəti"ndə pul didişməsi başlanıb - VİDEO
Dünən, 16:12
Bakıda inanılmaz fırıldaq: - İpoteka kağızı ilə hər kəsi aldadırlar
Dünən, 16:11
Xatunun biabır etdiyi müğənni Mətanət İsgəndərli imiş… - FOTO
Dünən, 16:09
Azərbaycan Polisinin “Bilik Günü”nə töhfəsi
Dünən, 16:06
“Ali məktəblərin dərsliklərində problemlər var” - İsa Həbibbəyli
Dünən, 16:05
Bərdədə məhkəmə işini uduzan vəkil ölümlə hədələnir - 1900 manat pul alıb
Dünən, 16:03
“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir
Dünən, 15:49
Gədəbəydə 48 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb
Dünən, 15:37
Səudiyyəyə dron hücumu: Yeni savaş başlaya bilər - TƏHLİL
Dünən, 15:35
“Ali təhsil haqqında” qanun layihəsi oktyabrda ilkin müzakirəyə çıxarılacaq
Dünən, 15:32
Gökseli bəyənmədilər
Dünən, 15:31
Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI
Dünən, 15:28
Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq
Dünən, 15:25
32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK
Dünən, 15:23
Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY
Dünən, 15:21
“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - GİLEY
Dünən, 15:16
Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR
Dünən, 15:12
Vergilər Nazirliyi “Alov qüllələri”ndə tədbir keçirmək üçün 12 min manat ödəyəcək
Dünən, 15:08
7 il əvvəl arvadını öldürüb su hövzəsinə atan şəxsin məhkəməsi başlayıb
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru