Bir neçə rayonda direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılıb .....                     Elmira Axundova çayxanaları tənqid etdi: .....                     Direktor vəzifəsinə rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb .....                     Azərbaycan millisinin dünya çempionatına baş məşqçisiz getməsinin səbəbi açıqlanıb .....                     “Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...” .....                     Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb .....                     "Bakı Nəqliyyat Agentliyinin adı dəyişdirilib "Fujifilm" qoyulmalıdır" .....                     Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb .....                     Polis Bakıda qətl törətmək istəyən şəxsi zərərsizləşdirib .....                     Müsavatda GÜZƏŞTSİZ RƏQABƏT: .....                     Tramp İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmaq barədə tapşırıq verib .....                     Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb .....                     “1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil” .....                     Ermənistanda ŞOK SƏNƏD yayıldı: .....                     “Fazil Mustafa şagirdlərlə rəsmi müraciət etsə, ona baxılacaq” .....                     "Cəmi bir qızıl medalım qaldı" .....                     Sabah dollar neçəyə olacaq? .....                     18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür .....                     Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər .....                     «9 min manat zərər var, 2500 manat ödəyirlər» .....                     Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub .....                     Rusiyada nəhəng təlimdə S-400-lər işə salındı .....                     Azərbaycanı sevən Mariya Stadnik ikinci dəfə dünya çempionu olub .....                     İrəvanda sükut pozuldu: Baş nazirin siyahısında kimlərin adı var? .....                     “Azərişıq” sahibkarın işığını onlayn yandıracaq .....                     "Evimə sayğac qoyulması üçün pul tələb edilir..." .....                     Deputat restoranlarda qiymətlərin bahalığından şikayətlənib .....                     “Təmiz Şəhər” keçmiş jurnalistin şirkəti ilə əməkdaşlıq edəcək .....                     Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq .....                     Azərbaycanlı həkim Türkiyədə TUTULDU .....                     Bərdə rayon məhkəməsinin hakimi vəzifəsindən azad olundu .....                     Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: .....                     "İindi də Vüsal "müəllim"in qoçuları..." .....                     “Paşinyan “Qarabağ klanı” ilə danışıqlara gedə bilər” .....                     Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni model tətbiq ediləcək .....                     Azərbaycanda 6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib, .....                     Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ .....                     Əli Kərimli Müsavatı ələ keçirir? .....                     Deputatların pensiyası artırılacaq .....                     Nəsimidə parkı söküb bina tikən sahibkar azadlığa buraxıldı .....                 

“Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək onların burnundan gəlsin!” - Keçmiş deputat Musa Musayev
Tarix: 11-09-2019, 09:24 | Çap et
“Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək onların burnundan gəlsin!”
2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, daha sonra 4 il Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev Modern.az saytına geniş müsahibə verib.

- Musa müəllim, neçə illərdir səsiniz gəlmir, sanki yoxsunuz...

- Necə yəni yoxam. Mən həmişə varam. Hətta, bir ara sosial şəbəkələrdə də aktiv idim. Sonradan profilimi bağladım.

- Bu gün bəzi keçmiş nazirlərə ittihamlar ünvanlaır... Sizin mövqeyiniz necədir?..

- Əvvəla, keçmiş keşmişdir. Vəzifədən gedən, işdən çıxan adamların arxasınca danışmağın tərəfdarı deyiləm.

- Niyə?

- Təbii, bu gün vəzifədən çıxan, ya da çıxarılan narazıdır. Onlar mövqe bildirməyə də bilər. Bəs bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır?! Cənab prezident minlərlə insana ordenlər, medallar, fəxri adlar verib. Nəyə görə çıxıb öz mövqelərini ortaya qoymurlar?! YAP-ın 700 minə yazın üzvü var. Onlar niyə çıxıb münasibət bildirmirlər?! Bu gün parlamentdə oturan deputatların çoxu YAP-ın dəstəyi ilə seçilənlərdir. Yaxşı, bunlar niyə mövqe bildirmirlər?

- Dediklərinizdən belə anladım ki, hər bir YAP-çı hakimiyyətə ünvanlanan təhqirlərə qarşı birgəlik nümayiş etdirməməlidir. Bəs siz deputat olduğunuz dönəmlərdə vəziyyət necə idi?

- Mən 2000-2005-ci illərdə parlamentin ən fəal deputatlarından biri olmuşam. Bir YAP-çı kimi həmişə sözümü demişəm. 2003-cü ildə ulu öndər Heydər Əliyev xəstələnəndə parlamentdə Heydər Əliyevi ən çox müdafiə edən də mən olmuşam. Bunun nəticəsi nə oldu?! 2005-ci ildə cənab prezidentimiz tərəfindən namizədliyim irəli sürülsə də, deputat seçilə bilmədim. Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP-ın bəzi fəalları və Prezident Administrasiyasından olan bəzi adamlar məni dəstəkləmək əvəzinə, Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayevə kömək etdilər. İndi Elşad Abdullayevin haralarda olduğunu da siz bilirsiniz. Sonra həmin o Elşad Abdullayev seçkilərdə hansı oyunlardan çıxması ilə bağlı açıqlamalar verib videolar paylaşdı. O Elşad Abdullayev ki, onun kimliyi barədə o zamanlar ANS televiziyasının pullu efirində müraciət etdim. O zaman milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudova birbaşa müraciət edərək, Elşad Abdullayevin həbs edilməli olduğunu bildirdim. “Bu gün bizim partiyamıza xəyanət edirsə, sabah dövlətimizə, dövlətçiliyimizə xəyanət edəcək” dedim.
2005-ci ildə hər dairədən YAP-ın bir namizədinin irəli sürülməsi barədə qərar qəbul olundu. Baxmayaraq ki, mənim namizədliyim YAP tərəfindən irəli sürüldü, həmin dairədən Elşad Abdullayev də öz namizədliyini sona qədər geri çəkmədi. Çünki Elşad Abdullayevə “sən deputat olacaqsan” sözü vermişdilər. Təbii ki, 8 saylı Binəqədi seçki dairəsindən Elşad Abdullayevin deputat seçilməməsinin bir səbəbkarı da mən oldum. Seçkinin ertəsi günü “Şərq” qəzetinə geniş müsahibə verərək, seçkidəki saxtakarlıqları sadaladım. Həmin müsahibədən sonra 8 saylı dairədən 12 məntəqə ləğv edildi və Elşad Abdullayev yox, Arzu Səmədbəyli deputat seçildi. Halbuki, həmin vaxt MSK Elşad Abdullayevi deputat olaraq elan etmişdi. Hətta Elşad Abdullayev 300 nəfərlik restoranda qonaqlıq da vermişdi. Bəs sonra nə oldu?! Hazırda Elşad Abdullayev İnterpol vasitəsilə axtarışa verilib. Ancaq mən 2005-ci ildə Abdullayevin cinayətkar olduğunu elə-belə demirdim. Beynəlxalq Universitetin rektoru olan zamanlarda hansı cinayətləri törətdiyi məlum idi. Bu adam bizim partiyamızın əleyhinə getdi. İndi xaricdə oturub dövlətimizi, dövlətçiliyimizi, hakimiyyətimizi təhdid etməklə məşğuldur.

- Belə çıxır ki, 2005-ci ilin parlament seçkilərində sizi hədəf olaraq seçdilər...

- Bəli, o zaman müəyyən qüvvələr mənə qarşı fəaliyyət göstərirdilər.

- Sizcə, hazırda parlamentdə təmsil olunan YAP-çı deputatlar niyə susurlar? Bəlkə hansısa qüvvələrin hücumundan qorxurlar? Necə ki, dediyiniz kimi, zamanında sizə qarşı da belə hücumlar olub.

- Qorxmurlar... “Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr. Hamısı mövqesiz adamlardır. Bir daha deyirəm: 2000-2005-ci illərdə parlamentin deputatı olanda müxalifətlə bərabər, iqtidarda da təmsil olunan bəzi adamları tənqid etmişəm. 2003-cü ildə ulu öndər xəstələnəndən sonra parlamentdəki deputatların 90%-i səsini çıxarmırdı. Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar. Sadəcə olaraq həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir. Düşmən düşmənliyində qalmalıdır.

Təbii, Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab prezidentimizi tənqid və təhqir edənlərə qarşı nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?! Bunları deməkdə məqsədim odur ki, 1987-ci ildən başlayaraq partiyamızı, ulu öndərimizi və cənab prezidentimizi hər zaman müdafiə etmişəm və bu gün də edirəm. Ölən günə qədər də müdafiə edəcəm.

Sizə bir məqamı açıqlayım: 1987-1990-cü illərdə AzTV-də “Dalğa” proqramı vardı. 25 may 1988-ci ildə “Dalğa” verilişinə bir yazı yazmışdım. Həmin yazıda ölkədə aşkarlıq olmadığına görə fikirlərimi tamaşaçılara çatdırmağa çalışmışdım. O yazıda Heydər Əliyevi müdafiə etmişdim. 25 may 1988-ci ildə “Kommunist” qəzetinə də yazdığım məqalədə yenə Heydər Əliyevi müdafiə etmişəm. Həmin qəzetdə “Şah dərzini çağırır” başlığı altında məqalələr gedirdi. O məqaləyə cavablar yazmışam və yazıya kəskin etirazımı bildirmişəm.

- 5 il deputat, 4 il icra başçısı olmusunuz. 9 ildir ki, işsizsiz. Bəzi hallarda illərlə vəzifədə çalışan insanlar olur ki, vəzifədən gedəndən sonra müxalifət sıralarında görünür. Sizə bu illər ərzində müxalifətdə təmsil olunmağınızla bağlı hər hansı təklif gəlibmi?

- Məni tanıyanlar çox yaxşı bilir ki, mövqeyimi dəyişən insan deyiləm. Belə hallar olub. Bəzən deyirlər ki, 10 ildir işləmirsən. Ortaya mövqe qoy, münasibət bildir! Cavab verirəm ki, hansı münasibətdən danışırsız?! 20 ildir ki, YAP Siyasi Şurasının üzvüyəm. 2000-2005-ci illərdə deputat olmuşam. 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olmuşam. Məni Azərbaycanda hörmətə, nüfuza mindirən ulu öndərimiz Heydər Əliyev, cənab prezidentimiz İlham Əliyev olub. Necə ola bilər ki, bu gün vəzifədəsənsə yaxşısan, sabah vəzifədən getdinsə pissən... Bizim bəzi deputat həmkarlarımız olub ki, ulu öndərin xeyir-duası ilə seçiliblər. Ancaq deputatlıqdan gedəndən sonra müxalifət düşərgəsinə keçiblər. Belə şeymi olar?!

Hamıya məlumdur ki, Qərbi azərbaycanlılar 1988-ci ildə Ermənistanı tərk etdilər. Ancaq doğulub boya-başa çatdığım Mehri rayonunun Nüvədi kənd sakinləri 1991-ci ilin 8 avqustuna kimi orada qalıblar. 3 il bizim kənd camaatı Ermənistanda təkbaşına qalıb. Hətta mərhum Heydər Əliyev 1998-ci ildə Konstitusiyanın müzakirəsi zamanı Nüvədi kəndi haqqında də tarixi çıxış edib. Heydər Əliyev tarix boyu iki kəndi tərif edib, biri Naxçıvandakı Nehrəm kəndidirsə, digəri Nüvədi kəndidir. Ermənistanda ən çox tarixi olan kənd Nüvədidir. 2001-ci il 18 oktyabrında müstəqilliyimizin 10 illiyində Gülüstan sarayında Heydər Əliyevlə görüşüm oldu. Mənə xatırlatdı ki, “bilirsənmi Musa, mən həmişə nüvədililərə dayaq olmuşam”. Allah ulu öndərə rəhmət eləsin! Qəbri nurla dolsun! Parlamentdə odlu-alovlu çıxışlar etdiyim zamanlarda deyirdim ki, Heydər Əliyevin yolunda cüzi də olsa əziyyət çəkəni ulu öndər qiymətləndirib. O cümlədən də məni. Ona görə də ölən günə qədər ulu öndərimizə borcluyam. Onun varisi İlham Əliyevi həmişə dəstəkləmişəm. Ölən günə qədər bu yola sadiq olacam.

- Hazırda Milli Məclisin deputatları arasında elələri var ki, başqa-başqa partiyalardan YAP-a gəliblər. Deputatların partiya dəyişməsinə necə baxırsız?

- Həqiqətən də elədir. Bu gün YAP-a başqa partiyalardan da transfer olunanlar var. Məsələn, AMİP-dən, Müsavatdan, AXCP-dən gələnlər var. Bunun da əleyhinəyəm. Başqa partiyalardan bizim partiyaya kimlər gəlirsə, sabah bizim partiyada bir balaca narahatlıq olanda dərhal başqa partiyalara qaçacaqlar. Bəzən deyirlər ki, müxalifətdə olanlar iqtidara, iqtidarda olanlar müxalifətə gəldi. Bu cür adamları bir növ əqidəsiz adamlar adlandırıram. Adamın bir məsləyi, bir məqsədi, bir məramı olar. İnsan olan bəndə bir dinə, bir mənsəbə xidmət edər.

- Sabiq səhiyyə naziri Əli İnsanov da Qərbi Azərbaycandandır, yerlisiniz. Həbsdən çıxandan sonra YAP-la bağlı sərt açıqlamalar verir. Onun mövqeyini dəyişməsi sizə necə təsir edib?

- Əli İnsanov əfv olunandan sonra ulu öndərin məzarını ziyarət etməliydi. Bunu səbirsizliklə gözləyirdim. Ona görə ki, ulu öndərlə uzun müddət bir partiyada təmsil olunub. Ulu öndər onu nazir vəzifəsinə təyin edib. Həmçinin, Əli İnsanovu hörmətə, nüfuza mindirən də ulu öndərimiz olub.

YAP-ın 1992-ci ilin 22 noyabrında Naxçıvanda təsis konfransı olub. 1991-ci ilin 19 dekabrında isə Ədliyyə Nazirliyinin qeydiyyatından keçib. 1992-ci ilin noyabrında bizim nümayəndə Naxçıvana getməmiş Tibb Universitetinin farmakalogiya kafedrasında YAP-ın Nəsimi rayon təşkilatını yaradıb. Təşkilat komitəsinin sədri də mən olmuşam. Bu iclasda Hacıbala Abutalıbov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Əli Nağıyev, Məzdək Hüseynov və Siyavuş Novruzov iştirak edib. 1993-cü ilin fevralında ulu öndər Heydər Əliyev Naxçıvanda olanda onun böyük qardaşı akademik Həsən Əliyev vəfat etmişdi. Heydər Əliyev dəfnə gələ bilməmişdi. Bir neçə gündən sonra ulu öndər Heydər Əliyev fevralın 15-də Naxçıvandan Bakıya gəldi. Onu qarşılayanlardan biri də mən olmuşam. Bunlar tarixdir. Bu tarixin canlı şahidlərindənəm.

- Canlı şahid kimi cavabınızın da maraqlı olacağına əminəm. Hazırda parlamentdə 1990-cı illərdən bəri deputat olanlar var. Bir şəxsin 25-30 il deputat olması nə dərəcədə doğrudur?

- 1990-cı ili demirəm. Ancaq 1995-ci ildən başlayaraq, YAP-ın dəstəyi ilə deputat olan insanlar var. Sizə deyim ki, 1995-2000-2005-ci illərin deputatları ilə indiki deputatlar arasında yerlə-göy qədər fərq var.

- Maraqlıdır, o fərq nədən ibarətdir?

- O dövrdə YAP tərəfindən seçilən deputatların 90%-i YAP-ı yaradanlardandır. Təəssüf ki, 2015-2020-ci ilin deputatları arasında 5-6 nəfər tapmaq olar ki, ilk gündən YAP-ın üzvləridir. Əksəriyyəti sonradan YAP-a gələnlərdir. Arzu edərdim ki, 1992-93-cü illərdə YAP və Heydər Əliyev olmadığı dövrdə YAP-ı yaradanlar, quranlar, Heydər Əliyevin yolunda əziyyət çəkənlər parlamentdə təmsil olunsunlar. Təəssüf ki, belə deyil.

- Hazırda parlamentdə təmsil olunan bəzi deputatlar var ki, onlara “vaxtilə Ayaz Mütəlibovun kadrı olub” damğası vurulur. Ayaz Mütəllibovun kadrı məsələsində adı keçənlərdən biri də Ziyad Səmədzadədir. İradlar da ondan ibarətdir ki, “mövqeyini dəyişib” və sairə. Sizcə, insanlar iradlarında nə dərəcədə haqlı, ya da haqsızdırlar?

- Mən də onun haqqında zaman-zaman mətbuatda yazılar oxumuşam. 1993-cü ilin fevralında ulu öndərimiz Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələndə bir hadisəyə şahidlik etmişəm. Şəxsən mən Heydər Əliyevlə Həsən Əliyevin evinə daxil olanda Ziyad Səmədzadə həmin evdə oturmuşdu. Bunu ona görə xatırladıram ki, gərək düzü düz, əyrini əyri deyəsən. Ziyad Səmədzadə Ayaz Mütəllibovdan çox Heydər Əliyevin dövründə fəaliyyət göstərib. Bunun şahidi olmuşam.

- Növbəti 2020-ci ildə keçiriləcək parlament seçkilərinin daha qızğın keçəcəyi söylənilir. İddialara görə, yaşlı deputatlar mandatları ilə vidalaşacaqlar. Yaşlı deputatların parlamentdə təmsil olunmasına necə baxırsız?

- Deputatların əleyhinə danışmaq fikrim yoxdur. Ancaq mövqeyimi bildirmək istəyirəm. Bu gün parlamentdə olan deputatlardan bəzilərinin bu iqtidara, YAP-a heç bir aidiyyatı yoxdur. Sön dövrlərdə bəzi deputatlar haqqında yazılar oxuyuram. Bəzi deputatlar kommersiya ilə məşğul olurlar, böyük biznes şəbəkəsinə sahibidirlər, xaricdə nələrisə var. Bu necə ola bilər?! Milli Məclisin deputatı qanunla bizneslə məşğul ola bilməz. Bu, qanunaziddir.

- Bizneslə məşğul olan deputatların rəsmi olaraq adlarına heç nə yoxdur. Ya oğlanları, ya da qohumlarının adına keçiriblər.

- Kimlərinsə adlarına keçirib bizneslə məşğul olsalar da, bəllidir. Azərbaycan kiçik dövlətdir. 10 milyonluq əhaliyik. Bir-birimiz haqqında məlumatları bilirik. Dəvə girir kolluğa, elə bilir ki, onu görən yoxdur. Bu belə deyil. Gizli heç nə yoxdur. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşının biznesi də, hoteli də olsun. Ancaq dövlət məmurları korrupsiyaya qurşanıb, dövlətin milyonlarını, milyardlarını talayıb gedib biznes şəbəkəsi quracaqlarsa, cənab prezidetimizə qarşı kampaniya təşkil edəcəklərsə, onları lənətləyirəm. Onlara ar olsun! Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək satqın, xəyanətkar insanların burnundan gəlsin!

- Konkret olaraq xəyanətkar və satqın insanlar harda var?

- Bu insanlar həm parlamentdə, həm hökumətdə də, həm də digər icra strukturlarında var.

- 2020-ci ildə keçiriləcək parlament seçkilərində özünüzü görmək arzunuz varmı?

- Allah qoysa, baxaq görək necə olacaq. YAP-ı yaradanlardan biri olaraq heç vaxt özfəaliyyətlə məşğul olmamışam. 2010 və 2015-ci illərdə də parlament seçkiləri keçirilib. Mən işsiz olsam da, namizədliyimi verməmişəm. Namizədlik məsələsi cənab prezidentimiz tərəfindən irəli sürülür. Əgər etimad göstərib 2020-ci ildə deputatlığa namizədliyimi verərlərsə, böyük məmnuniyyətlə seçicilərimlə mütəmadi görüşlər keçirərəm. Seçicilərimə verdiyim vədləri çalışaram ki, həyata keçirəm.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir neçə rayonda direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılıb
Bu gün, 18:04
Elmira Axundova çayxanaları tənqid etdi: - Oğlunun çayxanası üzə çıxdı
Bu gün, 18:03
Direktor vəzifəsinə rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb
Bu gün, 17:59
Azərbaycan millisinin dünya çempionatına baş məşqçisiz getməsinin səbəbi açıqlanıb
Bu gün, 17:55
“Dedim Eldar Mahmudov 50 min istəyir, Əli Nağıyev başını buladı...” - VƏKİL ELÇİN NADİROV BAŞINA GƏLƏNLƏRİ DANIŞIR
Bu gün, 17:53
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb
Bu gün, 17:50
"Bakı Nəqliyyat Agentliyinin adı dəyişdirilib "Fujifilm" qoyulmalıdır" — AÇIQLAMA
Bu gün, 17:49
Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb
Bu gün, 17:47
Polis Bakıda qətl törətmək istəyən şəxsi zərərsizləşdirib
Bu gün, 17:45
Müsavatda GÜZƏŞTSİZ RƏQABƏT: - Başqanlığa namizədlərdən heç biri geri çəkilmir
Bu gün, 17:38
Tramp İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmaq barədə tapşırıq verib
Bu gün, 17:34
“Birinci ərim yuxuma girir”
Bu gün, 17:27
Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb
Bu gün, 17:22
“1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil” - Dövlət Statistika Komitəsinin sədr müavini
Bu gün, 17:18
Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)
Bu gün, 17:15
“Fazil Mustafa şagirdlərlə rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA
Bu gün, 17:08
"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik
Bu gün, 17:07
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:06
18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür
Bu gün, 16:59
"Həkimlər ağzımı əydi"
Bu gün, 16:57
Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər
Bu gün, 16:51
«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL
Bu gün, 16:51
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub - FOTO
Bu gün, 16:47
Rusiyada nəhəng təlimdə S-400-lər işə salındı
Bu gün, 16:45
“Özəl kanalların bu işdə “xidməti” var”
Bu gün, 16:43
Azərbaycanı sevən Mariya Stadnik ikinci dəfə dünya çempionu olub - Azərbaycan da onu sevir...
Bu gün, 16:39
İrəvanda sükut pozuldu: Baş nazirin siyahısında kimlərin adı var? - GƏLİŞMƏ
Bu gün, 16:37
“Azərişıq” sahibkarın işığını onlayn yandıracaq - VİDEO
Bu gün, 16:34
"Evimə sayğac qoyulması üçün pul tələb edilir..." - GİLEY
Bu gün, 16:33
Deputat restoranlarda qiymətlərin bahalığından şikayətlənib
Bu gün, 16:29
“Təmiz Şəhər” keçmiş jurnalistin şirkəti ilə əməkdaşlıq edəcək - FOTO
Bu gün, 16:02
Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq
Bu gün, 16:01
Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə
Bu gün, 15:59
Bərdə rayon məhkəməsinin hakimi vəzifəsindən azad olundu
Bu gün, 15:58
Deputat Məşğulluq Xidmətini TƏNQİD ETDİ: - "Aşağı səviyyəli işləri təklif edir"
Bu gün, 15:57
"İindi də Vüsal "müəllim"in qoçuları..." - GİLEY
Bu gün, 15:55
“Paşinyan “Qarabağ klanı” ilə danışıqlara gedə bilər” - TƏHLİL
Bu gün, 15:50
Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni model tətbiq ediləcək
Bu gün, 15:46
Azərbaycanda 6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib, bir hakim vəzifədən azad olunub
Bu gün, 15:43
AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də…
Bu gün, 15:38
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
Bu gün, 15:34
Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL
Bu gün, 15:33
Deputatların pensiyası artırılacaq
Bu gün, 15:31
Nəsimidə parkı söküb bina tikən sahibkar azadlığa buraxıldı - MÜƏMMA (VİDEO)
Bu gün, 15:27
Taleh Şahsuvarlıdan hüquq-mühafizə orqanlarının rəhbərlərinə Aslan İsmayılovla bağlı MÜRACİƏT
Bu gün, 15:25
Bu gün müəyyən təbəqəyə məxsus insanlar arasında sorğu keçirilsə
Bu gün, 15:23
“Deputatlar fantastik fikir səsləndirməyiblər” - Hadı Rəcəbli
Bu gün, 15:17
“Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması qərarına şərh vermək səlahiyyətim yoxdu” - Anar Bağırov
Bu gün, 15:16
Xalq artisti əlil arabasında
Bu gün, 15:15
Türkiyədə azərbaycanlıların aldığı mənzillərin sayı 22% artıb
Bu gün, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru