Əli Həsənovla Hacıbala Abutalıbov niyə işdən çıxarılıb? .....                     Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı .....                     "Heç bir güc Azərbaycan dövləti ilə zor dilində danişa bilməz" .....                     Türkiyə bu əraziyə 2 milyon suriyalı köçürəcək .....                     “Polis asayişçiləri ən doğru olanını etdilər” .....                     Hindistanın vitse-prezidenti Azərbaycana gələcək .....                     Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib .....                     "Getməli olan digərləri də var" .....                     AFFA 2 nəfəri danışılımış oyunlara görə futboldan kənarlaşdırıb .....                     Azərbaycanda 6 nəfərə sığorta agenti lisenziyası verilib .....                     Partiyalar bələdiyyəyə hazırlaşır: Sənəd toplayan kim, pulsuz efir almaq istəyən kim .....                     Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Kimsə güclü Azərbaycanla diktə dilində danışa bilməz” .....                     Azercell-in “Kabinetim” mobil tətbiqi yeniləndi! .....                     Prezident Göyçayı böyük fəlakətdən qurtardı .....                     Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar .....                     Oqtay Şirəliyev də gedir... .....                     Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar .....                     Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib .....                     Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib .....                     Azərbaycanda partiya sədri DTX rəisindən KÖMƏK İSTƏDİ .....                     Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə .....                     İnam Kərimovdan yeni təyinat .....                     Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi .....                     Cəlilabadda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən və oğurluqla məşğul olan şəxslər saxlanılıb .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 milyon manatlıq minik avtomobili alır .....                     Bakı baş naziri buna görə dəyişdi .....                     "Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan əvvəlki əməliyyatlarda hər zaman Türkiyəyə dəstək olub" .....                     “Ata Sığorta”nın rəhbərliyində DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Şair Alxasov HƏDƏFDƏ .....                     Prezident onları təltif etdi .....                     Baş Prokurorluq qanunsuz mitinqlə bağlı .....                     Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir .....                     Adil Vəliyevin kadrları da özü kimi işləyir... .....                     Saatlıda 4 nəfərə qarşı 8700 manatlıq dələduzluq edilib .....                     Ermənistanın sabiq prezidenti xəstəxanadan istintaq təcridxanasına qayıdıb .....                     “Star Express" şirkəti cərimə edilib .....                     Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişib .....                     Deputatlar Əli Kərimlinin cəzalanmasını tələb edirlər... .....                 

AQTA-ya GMO ittihamı: - “Lobbiçilik edir”
Tarix: 11-09-2019, 08:03 | Çap et
AQTA-ya GMO ittihamı:
“Aparılmış araşdırmaların nəticələrinə görə, hazırda Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var”, bunu Avropa və Mərkəzi Asiyada miktonutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, qadınlar arasında bu göstəricilər daha yüksəkdir:

“Qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir”.

Agentlik sədrinin sözlərinə görə, AQTA fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb:

"Hazırda bu proses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır".

Qoşqar Təhməzli onu da vurğulayıb ki, hazırda dünya əhalisinin üçdə bir hissəsində mikronutriyent çatışmazlıqları var:

“Mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya görə, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir".

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan qurum rəsmisinin beynəlxalq tədbirdə bu formada çıxış etməsi, onun üzərinə götürdüyü missiyanı yetərincə yerinə yetirə bilməməsindən xəbər verir. Hazırda ölkə bazarında satışda olan məhsulların təhlükəsizliyinə tam təminat yoxdur. Danılmaz faktdır ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı vəziyyət acınacaqlı durumdadır. Dəfələrlə istər Azərbaycanda istehsal olunan, istərsə də xaricdən gətirilən qida məhsullarının keyfiyyət və təhlükəsizliyinə, hətta saxlanma şəraitinə ciddi nəzarətsizliyin olması barədə faktlar yazılıb. Amma buna baxmayaraq, qida zəncirinin bütün mərhələlərinə sözdə dövlət nəzarətini və cavabdehliyini həyata keçirən qurum fəaliyyətinə çəki-düzən verməyib. Görüntü olaraq “fəaliyyət”ləri ilə cəmiyyətin müsbət nəbzini tutmağa çalışan Agentlik sadəcə, özlərinə sərf edən çalışmalar üzərində baş sındırır və səmərəsiz müdaxilə üsullarına cəhd edir. Bu gün ölkənin qida bazarında normal məhsul yoxdur və bu dəhşətli mənzərə cavabdeh qurum olan Qida Təhlükəsizliyi Agentliyinin marağında deyil. Çox vaxt istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur. Agentliyin 1 yaşı tamam olanda qurum rəhbəri Qoşqar Təhməzli Azərbaycanda sağlamlığa zərərli 12 adda trans-yağın aşkarlandığını açıqlamışdı. Sözügedən yağların adının açıqlanması barədə quruma rəsmi sorğu göndərdik. Amma bu məsələdə də öz mənfəətini güdən qurum istehlakçıları istehsalçılara qurban etdi... Bu, pozulan yüz minlərlə istehlakçı hüququnun yalnız biridir.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda Azərbaycanın ərzaq bazarındakı vəziyyət Qoşqar Təhməzlinin ifadə etdiyindən daha da ağırdır:

“Ölkədə bir sıra xəstəliklər cavanlaşır. Bunun da əsas səbəbi qidanın tərkibində insan orqanizminə lazım olan mineralların, vitaminlərin çatışmazlığıdır. Bunun aradan qaldırılması üçün həm ölkədə istehsal olunan məhsulların genetik tərkibi, həm də texnologiyası yaxşılaşdırılmalıdır. Yəni qida məhsullarının zənginləşdirilməsi deyəndə, hazır qidanı yenidən emal edilməsindən söhbət getmir. Sadəcə olaraq, bu qidaların mənşəyi sağlamlaşdırılmalı, orqanik kənd təsərrüfatı məhsullarının istehsalına başlanılmalıdır. Digər tərəfdən, geni modifikasiya olunmuş (GMO) qidaların ölkəyə gətirilməsi və istehsalı əsas problem kimi qarşıya məqsəd qoyulmalıdır və bununla mübarizə aparılmalıdır. İnkişaf etmiş ölkələrdə GMO mənşəli qidaların üzərinə yazılır, artıq o məhsulların alınıb-alınması istehlakçının seçiminə buraxılır. Avropa ölkələrinin böyük əksəriyyətində GMO-lu qidaların idxalına və istehsalına məhdudiyyətlər qoyulub. Bu qidaların ölkə iqtisadiyyatından çıxarılması mümkün deyil. Çünki müəyyən mərhələdə bu qidalar sürətlə inkişaf etdi və dünya iqtisadiyyatının müəyyən seqmentini əhatə etdi. O seqmenti alternativ olaraq digər orqanik kənd təsərrüfatı məhsulları ilə doldurmaq üçün müəyyən zaman lazımdır”.

Ekspertin qənaətincə, Azərbaycanda GMO-lu ərzaq məhsulları ilə mübarizə üsulu sıfır səviyyəsindədir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi GMO-nun lobbiçiliyini aparır. Məsələn, bir neçə ay əvvəl AQTA GMO-lu qidaların siyahısını vermişdi. Bu siyahıdan əvvəl GMO-lu qidaların sağlamlığa zərərli olmaması barədə müqəddimə yazmışdılar. Bu, elə lobbiçilikdir. Digər tərəfdən, ölkəyə GMO-lu məhsulların idxalının qadağan edilməməsi, ölkədə GMO istehsalına məhdudiyyətlərin qoyulmaması və orqanik qida istehsalı sahəsinin genişləndirlməsinə investisiyaların yatırılmamasının özü də GMO lobbiçiliyidir. Orqanik qidalara dəstək lazımdır ki, inkişaf edə bilsin. Bazarlarda satılan GMO-lu meyvələr aldadıcı görünüşü var, həm gözəgəlimli, həm də dadlı olurlar. Ona görə də orqanik məhsulların rəqabətə davam gətirməsi bir qədər çətinləşir. Hökumət GMO-lu qidaları tədricən sıxışdıraraq ölkə iqtisadiyyatından çıxarılmasına şərait yaratmalıdır”.

Akif Nəsirli hesab edir ki, meyvə-tərəvəz, bostan bitkilərinin istehsalında texnologiya dəyişdirilməlidir, istehsalçı fermerlərə məsləhətlər verilməlidir:

“Nəzarətlə yanaşı, qida üçün yararsız olan məhsullar məhv edilməlidir. Bu zaman istehsalçı fermer başa düşəcək ki, standartlara uyğun olmayan qida istehsal edib Azərbaycan vətəndaşına satmaq olmaz.

Bu işlər əsasən AQTA-nın üzərinə düşür. Agentliyin əsasnaməsində qidanın bostandan və ya fermadan süfrəyə qədər hərəkətinə nəzarət etməli olduğu və bütün qidaların sağlam olmasına cavabdehliyi qeyd olunub. Amma bu, inzibati nəzarət vasitəsilə mümkün deyil. Çünki ölkədə istehsal olunan məhsulların hamısına bir agentliyin nəzarət etməsi üçün onun yüz minlərlə əməkdaşı olmalıdır. Hesab edirəm ki, AQTA vətəndaş cəmiyyətinin gücündən istifadə etməklə bu nəzarəti təşkil etməlidir. Bu təcrübədən dünyanın inkişaf etmiş ölkələrində istifadə edilir. Çox təəssüf ki, Azərbaycanda bu istiqamətdə addım atılmır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Həsənovla Hacıbala Abutalıbov niyə işdən çıxarılıb? - GƏLİŞMƏ
Dünən, 18:17
Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı
Dünən, 18:11
"Heç bir güc Azərbaycan dövləti ilə zor dilində danişa bilməz" - Ülvi Quliyev
Dünən, 18:09
Türkiyə bu əraziyə 2 milyon suriyalı köçürəcək
Dünən, 18:07
“Polis asayişçiləri ən doğru olanını etdilər” - deputat
Dünən, 17:56
Hindistanın vitse-prezidenti Azərbaycana gələcək
Dünən, 17:43
"Xalq artisti" adına layiq görülən Röya: - Bu ad mənim deyil, sizindir
Dünən, 17:37
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 17:35
"Getməli olan digərləri də var" - Hafiz Hacıyevdan QALMAQALLI AÇIQLAMA
Dünən, 17:30
AFFA 2 nəfəri danışılımış oyunlara görə futboldan kənarlaşdırıb
Dünən, 17:19
Azərbaycanda 6 nəfərə sığorta agenti lisenziyası verilib
Dünən, 17:16
Partiyalar bələdiyyəyə hazırlaşır: Sənəd toplayan kim, pulsuz efir almaq istəyən kim - GƏLİŞMƏ
Dünən, 17:14
Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək
Dünən, 17:09
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:08
“Kimsə güclü Azərbaycanla diktə dilində danışa bilməz” - deputat
Dünən, 17:07
Azercell-in “Kabinetim” mobil tətbiqi yeniləndi!
Dünən, 17:05
Röya, Mir Yusif və Tünzalə Ağayevaya "Xalq artisti" adı verilib - SƏRƏNCAM
Dünən, 17:02
Prezident Göyçayı böyük fəlakətdən qurtardı - rayon sakinlərinin təşəkkürü
Dünən, 16:57
“Qonşular deyirdi ki, Eldar gəlib, bizdə çimsin”
Dünən, 16:50
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Dünən, 16:45
Oqtay Şirəliyev də gedir... - Gözlənti
Dünən, 16:44
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Dünən, 16:42
Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 16:36
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib - RƏSMİ
Dünən, 16:35
Azərbaycanda partiya sədri DTX rəisindən KÖMƏK İSTƏDİ
Dünən, 16:28
Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə 3,5 milyon manat ayrıldı
Dünən, 16:26
İnam Kərimovdan yeni təyinat
Dünən, 16:21
Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi - GƏLİŞMƏ
Dünən, 16:16
Cəlilabadda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən və oğurluqla məşğul olan şəxslər saxlanılıb
Dünən, 16:13
Elza Seyidcahan “İlin adamı” seçildi
Dünən, 16:11
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 milyon manatlıq minik avtomobili alır
Dünən, 15:56
Bakı baş naziri buna görə dəyişdi - İrəvan qorxuda
Dünən, 15:54
"Azərbaycan istər "Barış pınarı" əməliyyatı, istərsə də bundan əvvəlki əməliyyatlarda hər zaman Türkiyəyə dəstək olub" - Səfir
Dünən, 15:49
“Ata Sığorta”nın rəhbərliyində DƏYİŞİKLİK GÖZLƏNİLİR
Dünən, 15:48
Şair Alxasov HƏDƏFDƏ - İDDİA
Dünən, 15:46
“Onu sənətçi olaraq qəbul etmirəm” – Aqşinə sərt sözlər
Dünən, 15:37
Prezident onları təltif etdi - SƏRƏNCAM
Dünən, 15:29
Baş Prokurorluq qanunsuz mitinqlə bağlı məlumat yayıb
Dünən, 15:23
Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir - SOCAR
Dünən, 12:23
Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...
Dünən, 12:17
Saatlıda 4 nəfərə qarşı 8700 manatlıq dələduzluq edilib
Dünən, 12:16
“Səhnədə avropasayağı geyimləri ilk dəfə mən geyindim” - Niyaməddin Musayev
Dünən, 12:15
Ermənistanın sabiq prezidenti xəstəxanadan istintaq təcridxanasına qayıdıb
Dünən, 12:09
“Star Express" şirkəti cərimə edilib
Dünən, 12:06
Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişib
Dünən, 12:02
Deputatlar Əli Kərimlinin cəzalanmasını tələb edirlər... - AÇIQLAMA
Dünən, 12:00
"Radikal müxalifət qanunun aliliyini qəbul etmir" - deputat
Dünən, 11:59
Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"
Dünən, 11:58
Ağdaşda avtomobilin vurduğu velosipedçi su kanalına düşərək boğulub
Dünən, 11:48
Bakıda tanışları taksi sürücüsünə hücum etdi, boyunbağını apardılar
Dünən, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru