Rusiya şirkətinin Türkiyə bazarına çıxardığı məhsul BTQ ilə daşınıb .....                     Bu gün AŞPA-nın qış sessiyası başlayır .....                     Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib .....                     “Uzun illərdir Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində islahatlara dəstək veririk” .....                     Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır .....                     Könül Nurullayevanı parlamentə kimlər seçdirir? .....                     FETÖ Milli Məclisdəki mandatını qorumağa çalışır .....                     Rəqibinə qarşı “KİŞİ SÖHBƏTİ” Fəzail Ağamalının başını ağrıdacaq .....                     Seçki bülletenləri əvvəl Naxçıvanda, sonra digər ucqar rayonlardakı dairələrə paylanacaq .....                     Aprel şəhidinin atası: "Şikayətimizə baxan yoxdur" .....                     Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu .....                     "Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." .....                     Azərbaycan nefti ucuzlaşmaqda davam edir .....                     Kirayədə qalan icra başçısı barədə ölçü götürüləcəkmi? .....                     Keçmiş başçının zülmü hələ də davam edir... .....                     Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir .....                     Şahin Ağabəyli 44 yaşında .....                     Eldar Mahmudovun əmisi oğlunun .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Dollar yüksəlişdə: Manatı nə gözləyir? .....                     DYP rəisi işdən çıxarılıb .....                     Tibbi sığorta həkimlərə nə qazandıracaq? .....                     Fəxri Kazımov evsizləri yenə evsiz qoyur: .....                     Neftin ucuzlaşması davam edir .....                     "Liftəmir" İB-də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlanıb .....                     "Azenerji"dən oğurlanan pullar bura xərclənib .....                     Rüfət Quliyev üçün çətin anlar... .....                     Mingəçevirdə zəlzələ olub .....                     "Elnur Allahverdiyevin namizədliyi ləğv olunmalıdır" .....                     Seçicilər görüşdə Sevinc Fətəliyevaya etiraz etdilər: .....                     Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir .....                     ABŞ Suriyada antiterror əməliyyatlarına yenidən başlayıb .....                     Qusarda bir nəfər dəm qazından zəhərlənərək ölüb .....                     Bu gündən seçki bülletenlərinin çapına başlanacaq .....                     Bu gün dollar neçəyədir? .....                     Türkiyəli müğənni "Həsrət nəğməsi"nə klip çəkdirdi .....                     "Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər" .....                     "30 ildir bu yolla kimsə maraqlanmayıb" .....                     “Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” .....                     Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib .....                 

“Bu, atamın qan puludur, onu da mənə çox görürlər” - GİLEY
Tarix: 5-09-2019, 15:40 | Çap et
“Bu, atamın qan puludur, onu da mənə çox görürlər”
Pensiya və təqaüdlərin verilməsi ilə bağlı daim problemlər mövcuddur. Belə ki, kimsə xəstə olduğu halda pensiya ala bilməməsindən, digəri uzun illər işləməsinə baxmayaraq, artan pensiya bazasından şikayətçidir. Qeyd edək ki, “Hürriyyət”ə müraciət edən Nərimanov rayonu, Kaveroçkin küçəsi 34, mənzil 35-də yaşayan Məhəmməd İsa oğlu Hüseynov isə repressiya qurbanlarının övladları üçün nəzərdə tutulan 10 faiz pensiya artımını ala bilməməsindən şikayət edir.

“Cavab gəldi ki, atam günahsız tutulub”

“1940-cı ildə Ermənistan Respublikasının Qarakilsə şəhərində anadan olmuşam. Atam İsa Hüseynov 1911-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1941-ci ildə atam Kirovakan şəhərində Xalq Komissarları idarəsində müfəttiş işləyib. Gözlənilmədən Ermənistan NKD-si tərəfindən atam siyasi məhbus kimi tutulub, İrəvan şəhərinə aparılıb. İrəvan şəhərindən sonra isə o, Rusiyanın Kirov vilayətinə sürgün olunub” deyən M.Hüseynovun sözlərinə görə, atası tutulandan sonra onu nənəsi kəndə gətirib: “Spitak rayonunun Saral kəndində orta məktəbə getmişəm. Sonradan mən Bakıya gəlib peşə məktəbində oxumuşam, ondan sonra Türkmənistanda, Rusiyada işləmişəm. Ondan sonra isə gəlib Bakıda "Politexnik" universitetinə girmişəm. O vaxtı mən artıq atamı axtarmağa başladım. Ermənilər Qarakilsənin adını dəyişib Kirovokan qoyublar. Mən birinci dəfə Kirovakan şəhərinə getdim, şəhər icra aparatından arayış aldım. Düzdür, onu erməni dilində yazmışdılar. Həmin arayışla İrəvan şəhərinə getdim, dövlət təhlükəsizlik orqanına müraciət etdim. Onlar mənə dedilər ki, sən ünvanını qoy, get, biz cavab göndərərik. Sonradan cavab gəldi ki, mənim atam doğurdan günahsız tutulub. Ermənistan Ali Məhkməsi ona bəraət verib”.

“Yaxşı ki, o vaxt atam haqqında sənədlər yığırdım”

M.Hüseynov nəzərə çatdırdı ki, 2000-ci ildə o, Represiyya Qurbanları Cəmiyyətinin üzvü olub: "Bu cəmiyyətə həmişə gedib, gəlirdim. Əvvəllər oranın sədri Əşrəf Mehdiyev idi. İndi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadədir. O vaxtı getdim orada işləyən xanım mənə dedi ki, sənin xəbərin varmı ki, Heydər Əliyev bir qanuna qol çəkib, qanunla sənin pensiyana 10 faiz artım düşür. Dedim, xəbərim yoxdur. O, mənə arayış verdi. O arayışla Nərimanov Rayon Sosial Müdafiə Fonduna getdim. Orada dedilər ki, sən prokurorluqdan da arayış gətirməlisən. Təzədən Repressiya Qurbanları Cəmiyyətinə gedim. Oradan sənəd hazırladılar. O sənədləri Respublika Prokurorluğunun poçt qutusuna saldım. Aradan 15 gün keçmişdi, mənə məktub gəlid ki, aparılan axtarışlar nəticəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində və Daxili İşlər Nazirliyində atanızın adı yoxdur. Yaxşı ki, o vaxt atam haqqında sənədlər yığırdım. O vaxt Ermənistan Ali Məhkəməsinə müraciət etdim ki, atam haqqında nə bilirsiniz. Onlar cavab yazıb göndərdilər ki, bizdə olan məlumata görə, sizin atanız 1911-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub”.

“Avdıyenko tərəfindən göndərilən məktubda mənim, anamın, nənəmin də adı yazılıb”

“Eyni zamanda mən SSRİ-nin Kirov vilayətində atam oturan türmənin rəhbəri Avdıyenko tərəfindən məktub aldım. O da yazır ki, bizdə olan məlumata görə, sizin atanız 1911-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub, tutulanda da Ermənistan Respublikasının Kirovakan şəhərində işələyirdi. Hətta Avdıyenko tərəfindən göndərilən məktubda mənim, anamın, nənəmin də adı yazılıb. Mən bu sənədlərin hamısının surətini çıxartdım, respublikanın baş prokoruru Qaralova göndərdim ki, bu mənim sənədlərimdir. Sənədlər təsdiq edir ki, atam Gəncədə anadan olub. Eyni zamanda, sənədləri ölkə başçısı İlham Əliyevə də göndərdim”,-deyə şikayətçi əlavə etdi. M.Hüseynov qeyd etdi ki, onun pensiyasına 11 manat artım olmalıdır: “Hazırda mən 240 manat pensiya alıram. Baxmayaraq ki, mənim 47 illik iş stajım var. Özü də 7 il Sibirdə şaxtaçı olmuşam. Ona baxmayaraq, 11 manat artımı mənə çox görürlər. Bu, mənim atamın qan puludur. Mənim də hüququmdur. Mən dövlətin cibinə girmirəm, dövlətdən nəsə istəmirəm. Bir də mən heç 11 manata da möhtac deyiləm. Söhbət qanunun aliliyindən gedir. Mən hansı ölkədə yaşayıram?! Mən hansı dövlətin vətəndaşıyam?! Əgər dövlət mənim hüququmu qorumursa, mən bu dövlətdən nə gözləyim?! Mənim bütün sənədlərim var. 1964-cü ildə Gəncə şəhərinin arxivinə də getdim, orada işləyən bir qadın məni arxiv deyilən bir otağa apardı. Orada bir qalaq kağız var idi. Dedi ki, oğlum, bunlar ərəb əlifbası ilə yazılıb, Gəncənin qədim arxividir. Əgər səni maraqlandıran nəsə axtarmaq istəyirsən get, məscidin qabağına, ərəb dilini bilən adam tap, gətir. Mən dedim, ay xanım, bu sənədləri aramaq üçün bir adam yox, 20 adam gətirməlisən. Mən də prezidentə yazdım ki, atam filan tarixdə Gəncə anadan olub, amma arxivdə yoxdur. Ona görə də Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizlik Nazirliyində atam haqqında sənəd yoxdur”.

“1996-cı ildən bəri mənə düşən 10 faiz artımı tələb edirəm”

Şikayətçi diqqətə çatdırdı ki, 15 mart 1996-cı il tarixində “Siyasi Repressiya Qurbanlarına Bəraət verilməsi” haqqında Azərbaycan Respublikasının qanunu var: “Bu qanuna əsasən pensiyama 10 faiz artım düşür. Mən onu tələb edirəm. Mənim qan pulumu versinlər. 1996-cı ildən bəri mənə düşən 10 faiz artımı tələb edirəm”. Hüseynov onu da vurğuladı ki, atası tutulandan 2 ay sonra müharibə başlayıb: “Aləm bir-birinə qarışıb. Atamın nəyə görə tutulduğunu bilmirəm. Bu gözlənilmədən olub. Anam, nənəm bu barədə bir söz deməyib. Ermənilərin bu işdə əli olduğunu da deyə bilmərəm”.

“Bu, atamın qan puludur, onu da mənə çox görürlər”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya şirkətinin Türkiyə bazarına çıxardığı məhsul BTQ ilə daşınıb
Bu gün, 10:40
Bu gün AŞPA-nın qış sessiyası başlayır
Bu gün, 10:39
Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib - BŞBPİ
Bu gün, 10:38
“Uzun illərdir Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində islahatlara dəstək veririk”
Bu gün, 10:32
"Qadın ev işi üçün yaradılıb" - Meyxanaçıdan qalmaqallı AÇIQLAMA
Bu gün, 10:31
Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır - Seçki ola həmişə...
Bu gün, 10:20
Könül Nurullayevanı parlamentə kimlər seçdirir? - İLGİNC
Bu gün, 10:18
FETÖ Milli Məclisdəki mandatını qorumağa çalışır - İDDİA
Bu gün, 10:15
Rəqibinə qarşı “KİŞİ SÖHBƏTİ” Fəzail Ağamalının başını ağrıdacaq - QALMAQAL
Bu gün, 10:13
Seçki bülletenləri əvvəl Naxçıvanda, sonra digər ucqar rayonlardakı dairələrə paylanacaq
Bu gün, 10:10
Aprel şəhidinin atası: "Şikayətimizə baxan yoxdur" - VİDEO
Bu gün, 10:01
Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu
Bu gün, 09:53
"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY
Bu gün, 09:52
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:48
Kirayədə qalan icra başçısı barədə ölçü götürüləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 09:44
Keçmiş başçının zülmü hələ də davam edir... - GİLEY
Bu gün, 09:41
Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir - İTTİHAM
Bu gün, 09:39
"Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir"
Bu gün, 09:32
Şahin Ağabəyli 44 yaşında - ANIM
Bu gün, 09:27
Eldar Mahmudovun əmisi oğlunun şikayətinə baxılıb
Bu gün, 09:23
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:22
Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL
Bu gün, 09:21
DYP rəisi işdən çıxarılıb - ƏMR
Bu gün, 09:20
Tibbi sığorta həkimlərə nə qazandıracaq? - GÖZLƏNTİ
Bu gün, 09:19
Fəxri Kazımov evsizləri yenə evsiz qoyur: - Hökumətin uğurlu layihəsində İpoteka və Kredit Zəmanət Fondunun uğursuzluğu
Bu gün, 09:18
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:14
"Liftəmir" İB-də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlanıb
Bu gün, 09:11
"Azenerji"dən oğurlanan pullar bura xərclənib - FAKT
Bu gün, 09:10
Rüfət Quliyev üçün çətin anlar... - Belə deyirlər...
Bu gün, 09:04
Mingəçevirdə zəlzələ olub
Bu gün, 09:01
"Elnur Allahverdiyevin namizədliyi ləğv olunmalıdır" - Cavad Cavadov
Bu gün, 09:00
Seçicilər görüşdə Sevinc Fətəliyevaya etiraz etdilər: - "Namizədliyini geri götür..."
Bu gün, 08:57
Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir
Bu gün, 08:56
ABŞ Suriyada antiterror əməliyyatlarına yenidən başlayıb
Bu gün, 08:53
Qusarda bir nəfər dəm qazından zəhərlənərək ölüb
Bu gün, 08:52
Bu gündən seçki bülletenlərinin çapına başlanacaq
Bu gün, 08:46
Bu gün dollar neçəyədir?
Bu gün, 08:43
Türkiyəli müğənni "Həsrət nəğməsi"nə klip çəkdirdi
24-01-2020, 07:22
"Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər"
24-01-2020, 04:28
"30 ildir bu yolla kimsə maraqlanmayıb" - GİLEY
24-01-2020, 04:14
“Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” – ƏLƏŞRƏFQIZI “ÜSYAN” ETDİ
24-01-2020, 04:12
Xəzər TV-yə Murad Dadaşov rəhbərlik etməyəcək - Yeni rəhbər kim olacaq?
24-01-2020, 04:09
Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib - AĞIR İDDİA
24-01-2020, 04:01
Saatlıda biabırçı seçki mənzərəsi - İDDİA
24-01-2020, 03:56
Lerik İqbal Məmmədovdan imtina edir - İTTİHAM
24-01-2020, 03:49
Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”
24-01-2020, 03:46
Parlament seçkiləri demokratik keçəcək? - Prezident Administrasiyası rəsmilərinin xəbərdarlığının pərdəarxası...
24-01-2020, 03:45
"Sovetski"də yenidən söküntü başlandı - Narazı da var, razılaşan da...
24-01-2020, 03:39
Bu universitet rektorlarının vəzifələrini itirəcəkləri gözlənilir - İDDİA
24-01-2020, 03:37
“Vücudum istənilən cəsarətli bir geyimi insanlara nümayiş etdirməyə imkan verirsə, niyə də bunu etməyim?”
24-01-2020, 03:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru