Müsavat partiyası ÇALXALANIR .....                     Bakı sakininə qarşı 145 min dollarlıq dələduzluq edilib .....                     LDU-da nazirliyin qərarları keçərli deyil... .....                     Göyçayda oğul 79 yaşlı atasını ölümcül bıçaqladı .....                     Əvvəlcə keçmiş arvadını, sonra da polisləri yandırmaq istədi... .....                     Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb .....                     Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi .....                     Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ... .....                     Gənc Tamaşaçılar Teatrının tavanı çöküb .....                     Bakıda iki müəllim musiqi məktəbinin direktorunu şantaj edərək .....                     Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb .....                     “Ermənistanı gərgin payız gözləyir...” .....                     Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək .....                     Bakıda keçmiş məhkum qadına xəsarət yetirib .....                     Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... .....                     "Xalq Sığorta"da yeni TƏYİNAT .....                     Azərbaycan nefti 12%-ə yaxın bahalaşıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Atası qorxa-qorxa, ürkə-ürkə büdcəni yeyir... .....                     SƏHİYYƏ KORRUPSİYASI .....                     Bakıdan müharibə anonsu .....                     Neft yenidən ucuzlaşıb .....                     Neft bahalaşır, xeyrimizədir, amma narahatıq .....                     Milli Şuranın mitinq oyununun pərdəarxası .....                     “Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT .....                     İsmayıl Hüseynov DGK sədri olacaq? .....                     “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil” .....                     Əli Kərimli-İlqar Məmmədov debatı .....                     Cəlilabadda süqut edən təhsil sistemi... .....                     Dövlət qulluğuna qəbulla əlaqədar növbəti müsahibələrin TARİXLƏRİ açıqlandı .....                     "Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi... .....                     İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? .....                     Qırğızstanla Tacikistan arasında SAVAŞ BAŞLADI .....                     Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək .....                     “Paşinyanın ətrafında elə bir tor qurulur ki...” .....                     Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb .....                     Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək .....                     Deputatın Balakəndə bazarı var imiş... .....                     "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir" .....                 

Bir “Relax”ın izi ilə... - Növbəti il “qara ildir”, başınıza indidən çarə qılın
Tarix: 26-08-2019, 09:15 | Çap et
Bir “Relax”ın izi ilə...
"Bu ilin yanvar ayından Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minəndən sonra Vergilər Nazirliyi bəyan edib ki, əsas hədəflərdən biri Azərbaycanda kölgə iqtisadiyyatının həcmini azaltmaqdır. Ölkədə kölgə iqtisadiyyatının həcmi böyükdür. Kölgə iqtisadiyyatı o deməkdir ki, hər hansı bir istehsal olunan məhsul və yaxud da xidmət uçota alınmır, yəni heç bir uçotu həyata keçirilmir. İstehsal olunan məhsul və yaxud da xidmət uçotdan kənardırsa, deməli, bunu hökumət görmür, yəni kölgədədir".

Bunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a deyib.

O, bildirib ki, ona görə də son dövrlər aparılan işlər bütün əməliyyatların uçota alınması məqsədi daşıyır: "Məsələn, "Relax" istirahət mərkəzinin timsalında çox obyektlər var ki, müxtəlif səbəblər ucbatından kölgə iqtisadiyyatının tərkibində qalıblar. Normalda isə istirahət mərkəzləri və digər obyektlər xidmət göstərirsə və yaxud mal və məhsul istehsal edirsə, satış zamanı hamısı rəsmiləşməlidir. Mədaxil qəbzi, elektron qaimə və yaxud kassa çeki ilə rəsmiləşmə aparılmalıdır. Məsələn, bu gün Dərnəgüldə olan mağazalara, "Sədərək" və "Binə" ticarət mərkəzlərində olan obyektlərə baxsaq, vergi ödəmə məsələlərindən kənarda qalıblar".

"Hökumət də bununla bağlı elan verirdi ki, 2018-ci il keçid ilidir, yəni bir növ güzəşt ilidir, hamı könüllü şəkildə öz fəaliyyətini rəsmiləşdirsin. 2019-cu ildə də bu rəsmiləşdirmə çağırışı edildi. Çünki 2020-ci yanvarın 1-dən Vergi Məcəlləsinə olan köklü düzəlişlər qüvvəyə minəcək" – deyə o qeyd edib.

Ekspert bildirib ki, ona görə də 2020-ci ildə görüləcək tədbirlər builkindən daha da sərt olacaq, yəni vergi ödəməyən, vergidən yayınan, şəffaf fəaliyyət göstərməyənlərə qarşı ciddi tədbirlər görüləcək: "Belə olmayanda isə vergi ödəyən, təmiz işləyən müəssisələrə qarşı böyük haqsızlıq edilmiş olur. Çünki rəsmi şəkildə işləyən müəssisələr qeyri-rəsmi işləyən müəssisələr ilə rəqabət apara bilmirlər. Qeyri-rəsmi işləyən müəssisələr vergi və sosial ödəmələr həyata keçirmirlər və ona görə də məhsullarının maya dəyəri aşağı düşür, bazarda qiymətləri aşağı sala bilirlər. Ona görə də rəqabətin əsas şərtlərindən biri hamı üçün bərabər şəkildə oyun qaydalarının formalaşdırılmasıdır. Vergi mühiti də hamı üçün bərabər olmalıdır".

İqtisadçı-ekspert Vüqar Bayramov "Relax" istirahət mərkəzinin 7 ayda 972 manat vergi ödəməsi faktını şərh edib: ""Relax" istirahət mərkəzi bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub. 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir".

"Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır" – deyə ekspert bildirib.

Onun sözlərinə görə, "Relax" az vergi ödəyən birinci şirkət deyil və sonuncu da olmayacaq: "Vergilər Nazirliyinin bu məsələdə prinsipal mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərli aparılmasından və təbii ki, real sektorda "himayəçiliyin" aradan qaldırmasından asılı olacaq".

Qeyd edək ki, "Relax" istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər həbs edilib və faktla bağlı cinayət işi açılıb.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI
Bu gün, 10:45
Bakı sakininə qarşı 145 min dollarlıq dələduzluq edilib
Bu gün, 10:38
LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ
Bu gün, 10:36
Göyçayda oğul 79 yaşlı atasını ölümcül bıçaqladı
Bu gün, 10:28
Əvvəlcə keçmiş arvadını, sonra da polisləri yandırmaq istədi... - RƏSMİ
Bu gün, 10:27
"Niyə peşəkar musiqiçilər bu kompozisiyanı bəyənmədi?"
Bu gün, 10:23
Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
Bu gün, 10:21
Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi
Bu gün, 10:18
Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ... - FOTOFAKT
Bu gün, 10:15
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb - "Hadisə baş verən zaman zalda heç kim olmayıb"
Bu gün, 10:14
Bakıda iki müəllim musiqi məktəbinin direktorunu şantaj edərək 25 min manatını alıb
Bu gün, 10:11
"Öz istəyimlə işdən çıxmışam" - AÇIQLAMA
Bu gün, 10:10
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 10:08
Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb
Bu gün, 10:01
“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL
Bu gün, 09:51
Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək
Bu gün, 09:49
Bakıda keçmiş məhkum qadına xəsarət yetirib
Bu gün, 09:43
Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA
Bu gün, 09:41
"Xalq Sığorta"da yeni TƏYİNAT
Bu gün, 09:38
Azərbaycan nefti 12%-ə yaxın bahalaşıb
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:35
“Bir insan fahişə ilə evlənmək istəyirsə, evlənə bilər” – Yüzbəyov
Bu gün, 09:30
Atası qorxa-qorxa, ürkə-ürkə büdcəni yeyir... - Balası raht-rahat xırıd edir...
Bu gün, 09:28
SƏHİYYƏ KORRUPSİYASI - Şirəliyev belə dağıdır...
Bu gün, 09:24
Telejurnalist Aytəkin Alxaslı təltif olundu
Bu gün, 09:14
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
Bu gün, 09:12
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:10
Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL
Bu gün, 09:09
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
Bu gün, 09:06
“Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT
Bu gün, 09:05
İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...
Bu gün, 09:03
“Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil” - Tramp
Bu gün, 08:57
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
Bu gün, 08:53
Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM
Bu gün, 08:50
Dövlət qulluğuna qəbulla əlaqədar növbəti müsahibələrin TARİXLƏRİ açıqlandı
Bu gün, 08:48
"Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi... - Müraciət...
Bu gün, 08:46
İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? - GƏLİŞMƏ
Bu gün, 08:43
Qırğızstanla Tacikistan arasında SAVAŞ BAŞLADI - ölən və yaralananalar var
Bu gün, 08:41
Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək
Bu gün, 08:38
“Həyat yoldaşım dedi ki, saçlarını boyasan, səndən ayrılacam, ona görə də...”
Bu gün, 08:37
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - GƏLİŞMƏ
Bu gün, 08:33
Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb
Bu gün, 08:32
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək
Bu gün, 08:30
Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...
Bu gün, 08:29
"Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
Bu gün, 08:26
Bakıda gənc oğlan bıçaqlanıb
Bu gün, 08:24
Maduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edib
Bu gün, 08:23
Əlil mayorun həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi - MƏTN
Bu gün, 08:21
Bakıda ər arvadını bıçaqlayıb
Bu gün, 08:17
Bu gün dollar neçəyədir?
Bu gün, 08:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru