"Moskva Qarabağ məsələsində Bakını dəstəkləyir" .....                     20 saylı məktəb-liseyin müəllimi vəfat etdi .....                     Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat edib .....                     Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri yola salınır .....                     “Ermənilərə zərbə endirilməlidir, başqa yol qalmayıb” .....                     Zaur Hüseynovun metro əməliyyatları .....                     “Şamaxıdakı ziyarətgahların bərpası savab işdir” .....                     Virusla mübarizə xərcləri: Hökumət heç nəyi əsirgəmədi .....                     Elmar Məmmədyarovun oğluna bahalı ev alması işi böyüyür... .....                     Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb .....                     Deputat köməkçilərinin maaşı açıqlanıb .....                     Ramiz Mehdiyevin kadrı hesab olunan daha bir başçı yol üstündədir... .....                     Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib .....                     "Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb .....                     “Keçmiş deputatın qızı və yüksək rütbəli Azərbaycan məmuru” Xalidə Türkiyədə yaxalandı .....                     Üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir .....                     Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı layihə hökumətə təqdim edilib .....                     Şamaxı Rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlanıb .....                     Neftin qiyməti pandemiyadan əvvəlki həddinə qayıdır? .....                     Bütün ölkə üzrə YOXLAMALAR BAŞLAYIB .....                     Ermənilər Ramil Səfərovdan əl çəkmirlər .....                     Sabah 32 dərəcə isti olacaq .....                     "Söyüş söyənlərin başında Əli Kərimli dayanır" .....                     “Yanacaq bazarı Tarif Şurasının nəzarətindən çıxarılmalıdır” .....                     200-ədək gömrük işçisi işsiz qala bilər... .....                     “Silk Vey Holdinq”də kadr dəyişikliyi baş verib .....                     Azərbaycanda it itə yedizdirilib .....                     İki ermənipərəst konqresmenin və Gültəkin Hacıbəylinin Azərbaycan iqtidarını devirmə planı: .....                     Bakıda kişi bacısının başını niyə kəsdi? .....                     “Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin” .....                     Koronavirusdan öldüyü iddia olunan şəxs narkomn çıxdı .....                     "Kim ki, bütün ruhu ilə gülərsə..." .....                     Təhqiqatçılara yeni hüquqlar verilir .....                     Prokurorluq Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yaydı .....                     Çimərliklərdə ehtiyatlı olmaq lazımdır .....                     ÜST Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirib .....                     Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı .....                     Sumqayıtda baş verən qəzada 4 hərbçimiz ölüb .....                     Nazirlik övladlığa götürülən uşaqlara videozəng etdi .....                     Ermənistanda indiyədək 7402 nəfər koronavirusa yoluxub, 91 nəfər ölüb .....                 

"O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." - deputat
Tarix: 22-08-2019, 15:54 | Çap et
"O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..."
Bu gün Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin anım günüdür. Onun vəfatından 19 il ötür.


Vaxtilə xalq hərəkatında Əbülfəz Elçibəylə birlikdə iştirak etmiş deputat, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı eks-prezidentlər bağlı xatirələrini Modern.az-a danışıb. Deputat söhbətinə başlamadan öncə Əbülfəz Elçibəyə Allahdan rəhmət diləyib:


“Bu gün artıq onun arzuladığı Azərbaycan ayaq üstədir, dünya miqyasında tanınır, nüfuzu var, hörmət sahibidir. Dövlətimiz möhkəmlənir, regionda liderə çevrilir. Bütün bunlar Əbülfəz Elçibəyin arzuları idi. Düşünürəm ki, onun ruhu indi şad olmalıdır.

Elçibəylə bizim tanışlığımız 1968-ci ildə mən BDU-da tələbə olarkən başladı. O bizə tarix fənnindən dərs deyirdi. Kifayət qədər savadlı, tələblərlə səmimi münasibətdə olan bilici kimi tanıyırdıq. Bizim onunla tezliklə yaxşı münasibətlərimiz yarandı. Əslində isə Elçibəylə bütün tələbələri arasında səmimi münasibət, ünsiyyət var idi. O, Azərbaycanın azadlığı, bütövlüyü ilə əlaqədar söhbətlər edir, tələbələrin milli şüur və düşüncələrinin, azadlıq əzmini artırmaq üçün çalışırdı. Həmin günlərdə yaranmış olan gizli tələbə dərnəyində də belə müzakirələr aparılırdı. Həmin dərnəyin yaradıcılarından biri də məhz Elçibəy idi. Mən isə gizli dərnəyin üzvlərindən biri idim.

Sonrakı illərdə də bizim dostluğumuz, münasibətlərimiz davam etdi. O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda, məhkəmə prosesinə çağırıldım. Naxçıvanda müəllim işləyirdim. İki dəfə izahatı verdim. O zaman Elçibəyin antisovet fəaliyyəti haqqında böyük bilgilərə malik olsam da, heç birini demədim. Həmin istintaqdan Allahın köməyi ilə üzüağ, alnıaçıq çıxdım. Ona görə, hərəkat illərində də biz yenə çiyin-çiyinə yola davam etdik”.


Fəzail Ağamalı yaddaşımızı bir az da təzələyib. O, mərhum ek-prezidentin millətçilik, türkçülük ideologiyasına münasibətini bu cür ifadə edib:


“Əbülfəz Elçibəy Azərbaycanın azadlığını, milli istiqlalını bütün varlığı istəyən bir siyasətçi idi. Türkçü idi. Onun bu millətçiliyi, türkçülüyü digər xalqların aşağılanması, kənarlaşdırılması anlamına gəlmirdi. Əksinə, o deyirdi ki, öz millətini sevməyən başqa millətə sayğı ilə yanaşa bilməz. Onun düşüncələrində tolerantlıq, Azərbaycanda yaşayan xalqlara böyük sevgi var idi. Amma sadəcə onun mənfur ermənilərə münasibəti pis idi. O erməniləri türk soyunun genetik düşməni kimi qəbul edirdi.

Elçibəy bu düşüncələrlə Azərbaycan Xalq Hərəkatına liderlik etdi, Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında müstəsna rolu oldu. Təşkilatın təsis konfransında mən də iştirak etmişəm. Əbəülfəz Elçibəy prinsip etibarı ilə özünü prezident kimi görmək istəmirdi. O, bizim bütün söhbətlərimizdə ulu öndər Heydər Əliyevə böyük dəyər verdiyini hər zaman vurğulayırdı. Elçibəy onun idarəçilik istedadını, xarizmasını, yüksək intellektini xüsusi qeyd edirdi. Onun bundan sonra Azərbaycana çox töhfə verəcəyinin üzərində dayanırdı”.


Müsahibimiz Elçibəyin prezident seçilməsinin qaranlıq məqamlarından da danışıb. F.Ağamalı deyir ki, prezidentlik missiyası Elçibəyinn heç də şəxsi istəyi olmayıb:


“Həmin dövrdə Elçibəyin əhatəsindəkilər məcbur etdilər ki, o prezident seçkilərində iştirak etsin. Elçibəyin ətrafındakıların Heydər Əliyevə münasibəti birmənalı deyildi. Onun yaxın ətrafı Heydər Əliyevi qəbul etmirdi. AXC-nin İdarə Heyətində Heydər Əliyevə müsbət münasibət göstərən şəxs demək olar ki, yox idi. Sadəcə Dilarə Əliyeva və Aydın Məmmədov Heydər Əliyevə münasibətdə loyal idi. Xüsusilə İsa Qəmbərin ətrafında birləşən şəxslər Heydər Əliyevə qarşı çox aqressiv yanaşırdılar. Bu vəziyyətdə Elçibəy hadisələrin məntiqinə uyğun olaraq, namizədliyini irəli sürməli oldu və qalib gəldi. O, öz imkanlarını daha yaxşı bilirdi. Belə bir komanda ilə, bu şəraitdə Azərbaycanı idarə etmək onluq deyildi, bunu anlayırdı. Məhz ona görə, “Biz bacarmadıq” fikri ilə hakimiyyətdən getmişdi.


Əbülfəz Elçibəy Azərbaycan xalqını, onun istiqlalını çox istədiyi üçün ciddi bir addım atdı. Azərbaycan xalqının təkidi, tələbi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Buna Azərbaycan dövlətçiliyinin xilası, Azərbaycanın parçalanmasının qarşısını almaq yolu kimi baxırdı. Bütün xalq – Azərbaycan xalqının bir nümayəndəsi kimi, elə mən də bu cür düşünürdük. Elçibəyin milli istiqlalımız, dövlətçiliyimiz qarşısında ən böyük xidməti də məhz bu idi.


Yaranmış vəziyyətdən çıxış yolunun ən optimal variantı bu idi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Sürət Hüseynovun başladığı qiyam nəticəsində Moskvanın yardımı ilə Ayaz Mütəllibov hakimiyyətə gətiriləcəkdi. Bu isə Azərbaycanın müstəqilliyinə təhdid idi. Buna mane olmasa, indi Azərbaycan da Ermənistan kimi Rusiyanın for-postuna çevrilmişdi. Elçibəy Heydər Əliyevin çiyinlərinə böyük bir yük qoymuş olsa da, dövlətini, xalqını qorumaq üçün geri çəkildi”.


Xatırladaq ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.

İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən 62 yaşlı Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Moskva Qarabağ məsələsində Bakını dəstəkləyir" - Rusiyalı politoloq
Bu gün, 16:35
20 saylı məktəb-liseyin müəllimi vəfat etdi
Bu gün, 16:31
“Mədəniyyət naziri postuna ən layiqli namizəd Vaqif Əliyevdir” - Tanınmış sənətşünas
Bu gün, 16:17
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat edib
Bu gün, 16:12
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri yola salınır –ONU BU ŞƏXS ƏVƏZ EDƏCƏK
Bu gün, 16:10
“Ermənilərə zərbə endirilməlidir, başqa yol qalmayıb” – Tofiq Zülfüqarov
Bu gün, 16:09
Zaur Hüseynovun metro əməliyyatları - İTTİHAM
Bu gün, 16:08
“Azərbaycanda saçımın tükü qədər müğənni var”
Bu gün, 15:55
“Şamaxıdakı ziyarətgahların bərpası savab işdir” - Ülvi Quliyev
Bu gün, 15:46
Virusla mübarizə xərcləri: Hökumət heç nəyi əsirgəmədi - TƏHLİL
Bu gün, 15:44
Elmar Məmmədyarovun oğluna bahalı ev alması işi böyüyür... - GƏLİŞMƏ
Bu gün, 15:36
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
Bu gün, 15:32
"Boşanandan sonra çox evlilik təklifi almışam"
Bu gün, 15:28
Deputat köməkçilərinin maaşı açıqlanıb - 1200 manat
Bu gün, 15:23
Ramiz Mehdiyevin kadrı hesab olunan daha bir başçı yol üstündədir... - Zamanında Əhəd Abıyevlə kəllə-kəlləyə gəlmişdi
Bu gün, 15:22
Koronavirusa yoluxan jurnalist danışdı: - "Elə öskürürdüm ki..."
Bu gün, 15:04
Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR
Bu gün, 14:47
"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb
Bu gün, 14:43
"Bomj həyatı yaşayıram" - Əməkdar artist
Bu gün, 14:40
“Keçmiş deputatın qızı və yüksək rütbəli Azərbaycan məmuru” Xalidə Türkiyədə yaxalandı - 1 MİLYON LİRƏLİK DƏLƏDUZLUQ
Bu gün, 14:37
Üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir
Bu gün, 14:33
"Toylar açıq havada ola bilər"
Bu gün, 14:29
Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı layihə hökumətə təqdim edilib
Bu gün, 14:22
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlanıb - RƏSMİ
Bu gün, 14:21
Neftin qiyməti pandemiyadan əvvəlki həddinə qayıdır? - 45 dollar üçün gözlənti
Bu gün, 13:43
“Vilyamın kabinetindən çıxanları görəndə dedim ki, kaş mənim də bu qədər pulum olaydı…” - Əməkdar artist
Bu gün, 13:38
“50 yaşımda kimdir məni toya çağıran?”
Bu gün, 13:27
Bütün ölkə üzrə YOXLAMALAR BAŞLAYIB - Qəzet satışından qızıl satışınadək
Bu gün, 13:24
Ermənilər Ramil Səfərovdan əl çəkmirlər - Avropa Məhkəməsi zabitimiz barədə QƏRAR ÇIXARDI
Bu gün, 13:18
Sabah 32 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 13:09
Kamilənin AzTV-dəki verilişi bağlandı
Bu gün, 13:06
"Söyüş söyənlərin başında Əli Kərimli dayanır" - Adil Əliyev
Bu gün, 13:00
“Yanacaq bazarı Tarif Şurasının nəzarətindən çıxarılmalıdır” - ekspert
Bu gün, 12:54
"Sənətlə işləri olmasın, sənətkara dəyməsinlər"
Bu gün, 12:51
200-ədək gömrük işçisi işsiz qala bilər... - İDDİA
Bu gün, 12:48
"Burda öz dilimizdə rəsmiyyətdə yazıb-oxumasaq da..."
Bu gün, 12:35
"Maşınımın üstünə dəmir atdılar, həmin adamı tapsam..."
Bu gün, 12:26
“Silk Vey Holdinq”də kadr dəyişikliyi baş verib
Bu gün, 12:14
Azərbaycanda it itə yedizdirilib - hadisə araşdırılır
Bu gün, 12:13
İki ermənipərəst konqresmenin və Gültəkin Hacıbəylinin Azərbaycan iqtidarını devirmə planı: - necə və nə ilə...
Bu gün, 12:11
Bakıda kişi bacısının başını niyə kəsdi? — Dəhşətli hadisənin təfərrüatı
Bu gün, 12:01
“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin” - deputat
Bu gün, 11:57
Koronavirusdan öldüyü iddia olunan şəxs narkomn çıxdı
Bu gün, 11:55
"Kim ki, bütün ruhu ilə gülərsə..."
Bu gün, 11:54
Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK
Bu gün, 11:49
Prokurorluq Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yaydı
Bu gün, 11:39
Çimərliklərdə ehtiyatlı olmaq lazımdır - ÜST
Bu gün, 11:27
ÜST Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirib
Bu gün, 11:17
Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı - FOTO
Bu gün, 11:15
Sumqayıtda baş verən qəzada 4 hərbçimiz ölüb - YENİLƏNİB
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru