"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim" .....                     “Samir Şərifov qanunları pozub” .....                     Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: .....                     Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı .....                     Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb .....                     Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı .....                     Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək... .....                     “Prezidentin icra başçısına iradı tamamilə yerində idi” .....                     Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar .....                     "ADB Azərbaycana dair biznes planını yeniləyir" .....                     "Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" .....                     Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi .....                     Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb .....                     Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir .....                     Ermənistanda 100 polis koronavirusa yoluxub .....                     Bayramovların biri də təhsili batırır... .....                     “AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” .....                     Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər .....                     Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb .....                     8 iyunda dollar neçəyə olacaq? .....                     ReAL lideri ÇAĞIRIŞ ETDİ .....                     Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb .....                     AKİA-nın daha bir tender müəmması .....                     Afina Türkiyəyə niyə meydan oxudu? .....                     Kürdə batan bir nəfərin axtarışları davam etdirilir .....                     “Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib .....                     Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı .....                     Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu .....                     “Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” .....                     Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, .....                     Yeni Yasamalda yanğın olub .....                     “Böyük qayıdış” proqramı işə salınıb: .....                     Paşinyanın ölməkdən başqa yolu qalmayıb .....                     “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” .....                     Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər .....                     Ağstafada 60 yaşlı kişi intihar edib .....                     KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? .....                     Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq .....                     "Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək .....                     Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür .....                 

“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək
Tarix: 22-08-2019, 10:38 | Çap et
“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!”
“Hünərin bu yola nə yüklə çıxdı?
Tapdığın nə oldu, itirdiyin nə?
Nahaqqın yoluna kötüklə çıxıb,
Haqqını qoşdunmu Haqq qədəminə?”


Məlum vergi qalmaqalından sonra mətbu orqanlarında “Relax-Lerik”şirkətinə qarşı qara piar kampaniyasının aparılması istər-istəməz böyük Azərbaycan şairi Məmməd Arazın yuxarıdakı məşhur misralarını yadıma saldı.

Sözsüz ki, “Relax-Lerik”də baş verən hadisələrə heç cür haqq qazandırmaq mümkün deyil. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyinin birgə məlumatına görə, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyekt fəaliyyət göstərir. Buna baxmayaraq, bu istirahət mərkəzi 2018-ci ilin 8 ayı ərzində 972 manat məbləğində vergi ödəyib. Halbuki, ötən il eyni müəssisənin vergi ödənişi bu illə müqayisədə hardasa 12 dəfə çox – 10 min 726 manat olub.

“Relax-Lerik” şirkətinin vergidən bu cür yayınması həqiqətən də qınanılası hadisədir. Ona görə ki, vergi əməyin kəfarəsidir və hər bir iş adamı bunu canü-könüldən ödəməlidir. Çünki vergilər üçün ödəyimiz hər quruş dövlətin çarxını fırlatdığından ilk növbədə biz iş adamlarını xarici və daxili təcavüzlərdən qoruyur. Dövlət idarəçilərimiz, müəllimlərimiz, həkimlərimiz, polis və hərbçilərimiz bizim ödədiyimiz vergilər hesabına maaş ala bilir və fiziki, mənəvi sağlamlığımızın keşiyində dayanırlar. Dolayısıyla, büdcədən əsirgədiyimiz pullar bizə və cəmiyyətimizə endirilmiş zərbədir. Əlbəttə, bu zərbəni endirənlər cəzalandırılmalıdırlar ki, digərlərinə gözdağı verilsin.

Bununla belə, hər şeydə olduğu kimi, vergi cinayətlərinin cəzalandırmada da ədalət ölçülərini gözləmək lazımdır. Bəzən artıq cəza nəinki cinayətlərin qarşısını almır, əksinə, onun kök salmasına, qurunun oduna yaşın yanmasına yol açır. Xüsusilə, iqtisadi məsələlərdə cəzalandırmanın həddini zərgər dəqiqliyi ilə ölçmək lazımdır. Əks halda, milli sərhədləri tanımayan sərmayə qaçar, başqa ölkələrdə özünə daha güvənli yer axtarışına başlayar. Ağıllı dövlətlər məhz bu mənfi perspektivin qarşısını almaq üçün çox vaxt vergi əfvinə gedir, iş adamlarına toxunmur, amma bundan sonra eyni səhvin təkrarlanmaması üçün müəyyən tədbirlər görürlər. Hesab edirəm ki, “Relax-Lerik” məsələsində də dünya praktikasında mövcud olan bu təcrübələrdən yararlanmaq Azərbaycan iqtisadiyyatı üçün daha faydalı olardı.

Onu da vurğulamaq lazımdır ki, vergi ödəmədiyinə görə iş adamlarına kəsdiyimiz ağır cəzalar xarici sərmayədarların da gözünü qorxudar və ölkəmizin dişi-dırnağı ilə beynəlxalq biznes qurumlarında qazandığı müsbət imicə kölgə salar. Zira Azərbaycan son illərdə Prezident İlham Əliyevin iqtisadi siyasətləri sayəsində dünyanın ən aparıcı maliyyə qurumlarının övgüsünü qazanmış, hətta Dünya Bankının “Doing Business 2019” hesabatında ən çox islahat aparan ölkə elan olunmuşdu. Qazandığımız bu uğurun səbəbi isə ölkədə maliyyə sabitliyinin və iqtisadi artımın bərpası, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və qeyri-neft sektorunda əhəmiyyətli irəliləyiş əldə edilməsi ilə birbaşa bağlıdır. Ölkə başçısı tərəfindən sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələrinin inkişafı, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılmasında qət edilən məsafə də bu təltifdə önəmli rol oynamışdır. Xüsusilə vergi ödəyicilərinə ədalətli yanaşma, sahibkarların incidilməməsi kimi amillər də reytinq dəyərləndirməsində bizim aktivimizə yazılan özəlliklərdəndir və bu məsələdə Vergilər naziri Mikayıl Cabbarovun da xidmətini danmaq nankorluq olardı.

İndisə birdən-birə vergidən yayındığına görə “Relax-Lerik” adlı bir şirkətin mətbu orqanlarda eninə-uzununa tənqid edilməsi, siyasi partiya liderlərinin bu faktdan faydalanaraq bütün hökumət nümayəndələrini nişangaha alması, vergi cinayəti ilə məşğul olan hansısa şirkətin təkcə rəhbərlərinin deyil, qohumlarının da tənqid hədəfinə çevrilməsi ölkəmiz barədə heç də yaxşı imic yaratmır. Bir çox siyasi partiyalar və onların rəhbərləri tərəfindən elə bir görüntü yaradılır ki, sanki Azərbaycan adlı məmləkətdə iş adamlarına qarşı Stalin represiyaları tərzində basqı siyasəti yürüdülür. Sovet hakimiyyəti illərində olduğu kimi, yenə xüsusi mülkiyyət sahibləri “QULAQ” elan edilir, onların təkcə özləri deyil, qohumları da cəzalandırılır.

“Relax-Lerik” istirahət mərkəzini zorla deputat İqbal Məmmədovla əlaqələndirən müxaliflər anlamırlar ki, hansısa cılız siyasi məqsədlər naminə aparılan bu qara piar kampaniyası ilə hakimiyyətdən çox, guya sözcüsü olduqlarını düşündükləri xalqımıza, dövlətimizin milli maraqlarına zərbə vururlar. Halbuki, deputatın özü “Relax-Lerik” şirkətinin ona yox, qardaşı Məmmədov Çingiz Nəriman oğluna aid olduğunu rəsmən bəyan etmiş, hətta sözügedən istirahət mərkəzində baş verənlərə görə qardaşını qınayaraq demişdir:

“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul olunacaq".

Bir qardaş bundan artıq nə deməlidir? “Relax-Lerik” şirkəti İqbal Məmmədova məxsus olsaydı, hörmətli deputat öz mülkiyyəti üçün qardaşını güdaza verə bilərdimi? Bəs, müəssisənin əsl rəhbəri Məmmədov Çingiz Nəriman oğlu necə, qardaşı üçün bu fədakarlığa gedərdimi?

Məni narahat edən əsas məsələ isə iqtisadi bir insidentin bəzi müxalif liderlər tərəfindən siyasiləşdirilərək, Lerik rayonunun həyatında böyük uğurlara imza atmış bir şirkətin şüurlu şəkildə məhv olunması ehtimalıdır. Sirr deyil ki, Azərbaycanın indiki vəziyyətində “Relax-Lerik” kimi çoxsaylı işçisi, hər il dövlət büdcəsinə onminlərlə manat vergi ödəyəcək imkana malik olan bir müəssisəni qurmaq asan deyil.Ölkəmizin turizm məkanında artıq markaya çevrilmiş “Relax-Lerik”i qanuni vergi sisteminə cəlb etməklə, maliyyə cəriməsinə tabe tutmaqla problemi çözmək olar. Şirkətin ətrafında aparılan qara piar kampaniyası isə onun işgüzar nüfuzuna zərbə vurmaqla qalmır, bəlkə də tamamilə sıradan çıxarılmasına hədəflənir. Halbuki, bu şirkətdə yüzlərlə insan işləyir, onun xeyriyyəçilik aksiyaları nəticəsində xeyli lerikli tələbə ölkəmizin və dünyanın müxtəlif ölkələrində təhsil alır, bir çox xəstələrə maddi yardımlar göstərilir və s.

Bəs bu şirkət tamamilə sıradan çıxarılarsa, Lerik nə qazanacaq?

Məlum olduğu kimi, Talış dağlarının ətəklərində yerləşən Lerik rayonu öz təbii relyefinə görə çoxşaxəli iqtisadiyyat qurmaq imkanından məhrumdur. 76,4 min nəfərlik əhalisi ilə bu rayon əsasən kənd təsərrüfatı ilə məşğul olur. Üçüncü Dövlət Proqramının icrası nəticəsində rayonda 1309 nəfər, ümumilikdə son 12 ildə isə 10317 yeni iş yeri açılmışdır. Yeni yaradılan iş yerlərinin isə cəmi 40 faizdən çoxu daimidir. Nəzərə alsaq ki, “Relax-Lerik”də tərkibində 20 müxtəlif obyekt fəaliyyət göstərir və orda işləyənlərin sayı hardasa 1000 nəfərə yaxındır, şirkətin rayon iqtisadiyyatının canlanmasında oynadığı rolu daha yaxşı anlaya bilərik.

Digər tərəfdən, “Relax-Lerik” əsasən turizm sektoru ilə məşğuldur. Dağlıq relyefi sayəsində o qədər də çoxşaxəli iqtisadiyyat qurmaq imkanı olmayan, buna görə də aqrar sektorla uğraşan Lerikdə turizmin inkişafı rayonun iş həyatına yenilik, çeşidlilik gətirir. Dolayısıyla, bu şirkətin sıradan çıxarılması rayon iqtisadiyyatı üçün də böyük itki olardı.

Üstəlik, Lerik həm də İranla həmsərhəddir. Burada iş imkanlarının zəiflədilməsi sərhədlərimizin təhlükəsizliyinə də ciddi zərbə vurar.Lerikin Əfqanıstandan Avropaya, Rusiyaya gedən narkomatika marşrutu üzərində yerləşməsi işsiz qalan rayon sakinlərini asanlıqla beynəlxalq mafiyanın caynağına düşməsinə şərait yarada bilər.

Onu da unutmamalıyıq ki, İran həm də Azərbaycana hərbi-ideoloji insan bazası kimi baxır və son zamanlar onun bu niyyəti tam çılpaqlığı ilə ortaya çıxıb. Xüsusilə Gəncə hadisələrində iştirak edən insanların İranda, Suriyada və İraqda təlimdən keçərək ölkəmizə göndərildiyi də sirr deyil. Etiraf edək ki, bu gənclərinin bir çoxunun terrorizmin qucağına atılmasında işsizlikləri də mühüm rol oynamışdır.

Bu baxımdan, regionların işlə təminatı terrorizmə qarşı mübarizədə ən gözəl silahdır. “Relax-Lerik” kimi böyük şirkətlər bəlkə də indiyədək bir çox gəncimizi özləri də bilmədən bu təhlükədən xilas etmişlər. İndi belə bir şirkətin üzərinə hücum edənlər nəyə xidmət etdiklərini dərindən düşünüblərmi?

Xüsusilə AXCP sədri Əli Kərimlinin və yandaşlarının “Relax” şirkətinə hücumları daha amanzlığı ilə seçilir. Az qala, öz hakimiyyətləri zamanı yol verdikləri səhvləri belə, indiki iqtidarın üzərinə atan Əli Kərimlinin adi bir iqtisadi cinayəti siyasiləşdirməsi yolverilməz olduğu qədər də başadüşüləndir. Yuxarıda da qeyd etdiyim kimi, bu qara piardan daha çox xalqın əziyyət çəkəcəyini düşünsək, müxaliflərin əsl məqsədləri də bu mətləbdə gizlənir. Normal seçkilərlə hakimiyyətə gələ bilməyəcəkləri anlayan, hətta bu səbəbdən dəfələrlə seçkilərdən yayınan Əli Kərimli komandası yeganə yolu xalq üsyanlarında, sosial iğtişaşlarda görürlər. Zənn edirlər ki, bu yolla hakimiyyət dəyişikliyinə nail olub iqtidarı ələ keçirə bilərlər. Halbuki, bu siyasətin vətəndaş müharibəsini tətikləmək, Azərbaycanı Suriyaya çevirmək imkanları da istisna deyil.

Rus ruletinə bənzəyən bu təhlükəli siyasətlərində müxaliflərin əlində yaxşı bəhanələri də var: ““Relax-Lerik” kimi şirkətlər hakimiyyətdəki himayədarları sayəsində bu cür iqtisadi cinayətləri törədə bilirlər”. Amma unudurlar ki, “Relax-Lerik” şirkətinin vergidən yayındığını aşkarlayan onlar yox, məhz hakimiyyətdir. Ölkənin ümummilli məsələlərində himayədarlıq keçərdisə, “Relax”ın törətdiyi bu iqtisadi cinayət də ifşa edilməzdi.

Sonda Azərbaycanın milli qüvvələrini AXCP və Milli Şuranın bu təhlükəli siyasi oyunlarını dayandırmaq üçün səfərbər olmağa və təhlükənin qarşısını zamanında almağa çağırıram.
Mürvət Həsənli

Redaksiyadan: Yazı müəllifin facebook səhifəsindən götürülmüşdür.
//hurriyyet.org//

https://www.facebook.com/ruft.hasanli/posts/2461654733894459




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim"
Bu gün, 18:25
“Samir Şərifov qanunları pozub” – İqtisadçı alimdən nazirə ittihamlar
Bu gün, 18:24
Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: - “Çarəsizik, nə pulumuz var, nə vaxtımız”
Bu gün, 18:22
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı
Bu gün, 18:20
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Bu gün, 18:19
Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı
Bu gün, 17:50
Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək...
Bu gün, 17:48
“Prezidentin icra başçısına iradı tamamilə yerində idi” - deputat
Bu gün, 17:45
Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar - TƏHLİL
Bu gün, 17:44
“Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz”
Bu gün, 17:40
"ADB Azərbaycana dair biznes planını yeniləyir" - MÜSAHİBƏ
Bu gün, 17:38
"Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" - Varis Yolçiyev
Bu gün, 17:37
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD
Bu gün, 17:34
“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - deputat
Bu gün, 17:31
Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb
Bu gün, 17:28
Mina sinəsinin ona məxsus olmadığını deyənlərə səsləndi: - "Həkimə gedək, yoxlatdırım"
Bu gün, 17:28
Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir
Bu gün, 17:26
Ermənistanda 100 polis koronavirusa yoluxub
Bu gün, 17:16
Bayramovların biri də təhsili batırır... - İTTİHAM
Bu gün, 17:13
“AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” - deputat
Bu gün, 17:12
“Bəsdir də qan içdiniz!” - QALMAQAL
Bu gün, 17:09
Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər
Bu gün, 17:08
Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb
Bu gün, 17:06
8 iyunda dollar neçəyə olacaq?
Bu gün, 17:01
"Parni iz Baku"nun aktyoru vəfat etdi - FOTO
Bu gün, 16:58
ReAL lideri ÇAĞIRIŞ ETDİ - "İqtidar səhv edə bilər..."
Bu gün, 16:56
Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
Bu gün, 16:54
Rusiyanın Xalq artisti koronavirusdan öldü - Biz də yaxşı tanıyırdıq
Bu gün, 16:52
AKİA-nın daha bir tender müəmması - İLGİNC
Bu gün, 16:49
Afina Türkiyəyə niyə meydan oxudu?
Bu gün, 16:44
Kürdə batan bir nəfərin axtarışları davam etdirilir - FHN
Bu gün, 16:40
“Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib
Bu gün, 16:39
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
Bu gün, 16:38
Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu
Bu gün, 16:05
“Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı
Bu gün, 16:02
"Şad xəbər verdilər mənə ki, nəticə neqativdir"
Bu gün, 16:01
Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, 3-nün axtarışları davam etdirilir
Bu gün, 15:59
Yeni Yasamalda yanğın olub - VİDEO
Bu gün, 15:56
“Böyük qayıdış” proqramı işə salınıb: - “30 il əvvəlki səhvlərə yol verməyəcəyik”
Bu gün, 15:51
Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət
Bu gün, 15:50
“Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri
Bu gün, 15:48
“Xalq artisti adını pulla satırdı” – Kamil Əbülfəs Qarayevdən danışdı
Bu gün, 15:44
Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər - SİYAHI
Bu gün, 15:42
"Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib, əri işə piyada gəlmişdi, indi ''BMW''-də gəzir — Nadir Əzimovdan SƏRT AÇIQLAMALAR
Bu gün, 15:41
Ağstafada 60 yaşlı kişi intihar edib
Bu gün, 15:37
KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri
Bu gün, 15:34
Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq
Bu gün, 15:29
"Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək
Bu gün, 15:21
Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür
Bu gün, 15:20
Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu - VİDEO
Bu gün, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru