"Naxçıvandakı qoşunlar ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir" .....                     "5 ilini başa vurdu, bəsidir..." .....                     Müsavat partiyası ÇALXALANIR .....                     Bakı sakininə qarşı 145 min dollarlıq dələduzluq edilib .....                     LDU-da nazirliyin qərarları keçərli deyil... .....                     Göyçayda oğul 79 yaşlı atasını ölümcül bıçaqladı .....                     Əvvəlcə keçmiş arvadını, sonra da polisləri yandırmaq istədi... .....                     Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb .....                     Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi .....                     Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ... .....                     Gənc Tamaşaçılar Teatrının tavanı çöküb .....                     Bakıda iki müəllim musiqi məktəbinin direktorunu şantaj edərək .....                     Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb .....                     “Ermənistanı gərgin payız gözləyir...” .....                     Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək .....                     Bakıda keçmiş məhkum qadına xəsarət yetirib .....                     Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... .....                     "Xalq Sığorta"da yeni TƏYİNAT .....                     Azərbaycan nefti 12%-ə yaxın bahalaşıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Atası qorxa-qorxa, ürkə-ürkə büdcəni yeyir... .....                     SƏHİYYƏ KORRUPSİYASI .....                     Bakıdan müharibə anonsu .....                     Neft yenidən ucuzlaşıb .....                     Neft bahalaşır, xeyrimizədir, amma narahatıq .....                     Milli Şuranın mitinq oyununun pərdəarxası .....                     “Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT .....                     İsmayıl Hüseynov DGK sədri olacaq? .....                     “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil” .....                     Əli Kərimli-İlqar Məmmədov debatı .....                     Cəlilabadda süqut edən təhsil sistemi... .....                     Dövlət qulluğuna qəbulla əlaqədar növbəti müsahibələrin TARİXLƏRİ açıqlandı .....                     "Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi... .....                     İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? .....                     Qırğızstanla Tacikistan arasında SAVAŞ BAŞLADI .....                     Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək .....                     “Paşinyanın ətrafında elə bir tor qurulur ki...” .....                     Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb .....                     Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək .....                 

Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL
Tarix: 21-08-2019, 17:09 | Çap et
Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, danışıqlar zamanı bir çox regional münaqişələrə toxunulub.

"Rusiya və Fransa prezidentlərinin danışıqları tutumlu, konstruktiv və inamlı keçib. Görüşlərin əsas müzakirə mövzusu "Normandiya formatı" sammitinin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də iqlim və Arktikanın mənimsənilməsi olub", - deyə o qeyd edib. D. Peskov danışıqların ümumilikdə müsbət keçdiyini də vurğulayıb.

V. Putin və E. Makron görüşündə əsas müzakirə mövzusu “Donbas problemi” olub. Prezidentlər Ukraynanın iştirakı olmadan, Ukraynanın taleyini müzakirə ediblər. Rusiya Donbas problemində münaqişə tərəfidir, odur ki, beynəlxalq münasibətlərə görə Donbasa hansı statusun verilməsi Kiyevin iştirakı olmadan müzakirə edilə bilməz.

İki liderin danışıqlarında Qarabağ münaqişəsinə epizodik toxunulması isə təəssüf doğurur. Nəzərə alsaq ki, hər iki ölkə ATƏT-in Minsk qrupunun üzvüdür, Ermənistan isə son zamanlar açıq şəkildə danışıqları pozur, həmsədr ölkələrin liderlərinin görüşündə bu məsələnin səthi müzakirə edilməsi anlaşılan deyil. Görünən budur ki, Qarabağ danışıqlarında vasitəçi olan ölkələr üçün də Ukrayna və Suriya böhranı daha önəmlidir, bu baxımdan Qarabağ məsələsi arxa plandadır. Fransa və Rusiya bir daha nümayiş etdirir ki, əslində, Dağlıq Qarabağ münaqişəsinin həlli onlar üçün prioritet deyil. "Status-kvo" Moskva və Parisə sərf edir, odur ki, “görüş zamanı Qarabağ münaqişəsi müzakirə edildi” cümləsi ilə kifayətlənirlər. Putin və Makron arasında müzakirə edilən Donbas problemindən fərqli olaraq, Qarabağla bağlı müzakirənin detalı açıqlanmır və bu fakt həmsədr ölkələrin münaqişəyə etinasız yanaşmasının daha bir sübutudur.

İki həmsədr ölkə - Rusiya və ABŞ danışıqlarla bağlı hər nə qədər imitasiyaya oxşasa da, ara-sıra aktivlik nümayiş etdirir, Avropa İttifaqını təmsil edən Fransanın isə nədənsə fəallığı görünmür. Bunu Avropa İttifağı ilə ABŞ arasında mövcud fikir yaxınlığı kimi də dəyərləndirmək mümkündür.

Buna baxmayaraq, münaqişə ilə bağlı aparıcı rol Rusiyaya məxsusdur. Belə görünür ki, istər ABŞ, istərsə də Avropa İttifaqı bu məsələdə Rusiyanın aparıcı rolunu qəbul edir. Yəni digər konflikt zonalarına münasibətdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya və Qərb arasında rəqabət yoxdur, əksinə, həmrəylik və əməkdaşlıq mövcuddur, Fransa isə ümumiyyətlə, bu məsələ ilə maraqlanmır. Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri arasında ən az təsir imkanlarına malik olan ölkədir. Avropa İttifaqında Fransa ilə müqayisədə Almaniya daha önəmli mövqeyə malik olsa da, məhz Fransanın Minsk qrupunda həmsədr olması Azərbaycana təzyiq məqsədlidir. Məlumdur ki, Almaniyanın həmsədr ölkə olmasını Bakı arzulayırdı, buna Ermənistanın etirazları imkan vermədi.

Bu baxımdan, Makron-Putin görüşündən Qarabağ üçün ciddi nəticə gözləməyə dəyməzdi. Ümumiyyətlə, dünyanın aparıcı gücləri Qarabağ münaqişəsini nizamlamağa həvəsli deyil. Münaqişə güc mərkəzlərinin qüvvələrini bölgəyə daxil etmək üçün ən gözəl bəhanədir. 1990-cı illərdə oxşar situasiya keçmiş Yuqoslaviyada yaranmışdı, lakin “Deyton sazişi” ilə tərəfləri sülhə məcbur etdilər. Tərəflərə açıq şəkildə bildirildi ki, razılığı pozan tərəf cəzalandırılacaq.

Bu gün Ermənistan sülhü pozmağa çalışır, vasitəçilər isə susur, heç kəs İrəvanı beynəlxalq hüquqa əməl etməyə səsləmir. ATƏT-in Minsk qrupunun müəyyən təkliflər irəli sürməsi isə danışıqlar prosesini uzatmaq oyunudur və həmin təkliflər sülhün yaranmasına xidmət etmir. Vasitəçilər münaqişə tərəflərinin özlərini Dağlıq Qarabağın statusunu müəyyən etməyə çağırırlar. Lakin Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini Ermənistanla müzakirə edə bilməz. Çünki Ermənistanla müzakirə İrəvana Azərbaycanın daxili işlərinə müdaxilə şansı qazandırır. Əgər Bakı Dağlıq Qarabağın statusunu Ermənistanla müzakirə edərsə, həmin ərazinin mübahisəli olduğunu etiraf etmiş olar. Bakı Dağlıq Qarabağa ən yüksək status təklifini verib, təəssüf ki, münaqişənin başlanmasından 30 il ötsə də, vasitəçilər bu istiqamətdə aydın konsepsiya işləməyiblər.

Makron-Putinin görüşü də göstərdi ki, Fransa və Rusiya “vaxt udmaq” oyununda iştirak edirlər. Hər iki tərəf mümkün olduğu qədər çalışır ki, münaqişəni daha çox öz nəzarətinə alsın və problem həll edilməsin. Bu münaqişə bölgədə nüfuz mənbəyidir. Bir çox oyunçu bu amildən istifadə edib öz mənafeyini önə çıxarmaq məqsədi güdür.

E. Makron və V. Putinin - iki həmsədr ölkənin liderinin son görüşü də göstərdi ki, həmsədrlər institutu ciddi qurum deyil. Həmsədrlər bu münaqişənin həllində hər hansı rol oynamaq fikrində deyil. Anlamaq lazımdır ki, Dağlıq Qarabağ mövzusu həmsədr ölkələrin istədiyi qədər uzadılacaq. Probleminin həll edilməməsi münaqişə tərəflərindən çox, regionda maraqları olan qlobal oyunçuların maraqları ilə bağlıdır. Qlobal oyunçuların maraqları təmin edilməyənə qədər Qarabağ münaqişəsinin dinc yolla həllində uğurların əldə olunacağı ehtimalı yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin "hər şey münaqişə tərəflərindən asılıdır” tezisi də keçərli deyil. Həmsədrlərin vahid mövqeyi olsaydı, onların regionda maraqları təmin edilsəydi, Azərbaycan və Ermənistanı sülh sazişinə razı salmaq o qədər də çətin olmazdı. Həmsədrlərin münaqişənin həlli üçün təsir imkanları və məcburetmə mexanizmləri var. Ən azı BMT Təhlükəsizlik Şurasının qərarları ilə tərəfləri sülh sazişinə təhrik etmək olar. Belə variantların digər münaqişə regionlarında həyata keçirildiyinin dəfələrlə şahidi olmuşuq. Təbii ki, əgər qlobal oyunçular bu barədə öz aralarında razılığa gələ bilərsə, bu, mümkün olardı.

Bu gün Ermənistan məhz həmsədr dövlətlərin fəaliyyətsizliyi səbəbindən mövcud "status - kvo"nun qalmasına nail olur. Ermənistana hər hansı təzyiq göstərilməməsi isə həmsədrlərin vecsizliyinin və sülhün yaranmasında maraqlı olmamasının göstəricisidir. Ermənistan əmindir ki, ona qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq.

Hazırda münaqişənin həlli istiqamətində aparılan danışıqlar dalandan çıxa bilmir. Tərəflər arasında sülhə nail olmaq üçün isə danışıqların formatı dəyişməlidir. İlk növbədə, ATƏT-in Minsk qrupu həmsədrliyinə yeni üzvlər qəbul edilməlidir. Hazırkı həmsədrlərdən bəziləri daha çox ermənipərəst mövqedə olduğu üçün yeni üzvlərin qəbulu barədə düşünmək lazımdır. Azərbaycan isə daha çox beynəlxalq hüququn imkan verdiyi savaş variantı ilə öz ərazilərini azad etmək barədə düşünməlidir. Çünki vasitəçilərin və beynəlxalq güclərin davranışları gec-tez bu ssenarini zəruri edir.

APA Analytics





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Naxçıvandakı qoşunlar ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir" - General
Bu gün, 11:03
"5 ilini başa vurdu, bəsidir..." - GİLEY
Bu gün, 11:01
Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI
Bu gün, 10:45
Bakı sakininə qarşı 145 min dollarlıq dələduzluq edilib
Bu gün, 10:38
LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ
Bu gün, 10:36
Göyçayda oğul 79 yaşlı atasını ölümcül bıçaqladı
Bu gün, 10:28
Əvvəlcə keçmiş arvadını, sonra da polisləri yandırmaq istədi... - RƏSMİ
Bu gün, 10:27
"Niyə peşəkar musiqiçilər bu kompozisiyanı bəyənmədi?"
Bu gün, 10:23
Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
Bu gün, 10:21
Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi
Bu gün, 10:18
Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ... - FOTOFAKT
Bu gün, 10:15
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb - "Hadisə baş verən zaman zalda heç kim olmayıb"
Bu gün, 10:14
Bakıda iki müəllim musiqi məktəbinin direktorunu şantaj edərək 25 min manatını alıb
Bu gün, 10:11
"Öz istəyimlə işdən çıxmışam" - AÇIQLAMA
Bu gün, 10:10
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 10:08
Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb
Bu gün, 10:01
“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL
Bu gün, 09:51
Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək
Bu gün, 09:49
Bakıda keçmiş məhkum qadına xəsarət yetirib
Bu gün, 09:43
Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA
Bu gün, 09:41
"Xalq Sığorta"da yeni TƏYİNAT
Bu gün, 09:38
Azərbaycan nefti 12%-ə yaxın bahalaşıb
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:35
“Bir insan fahişə ilə evlənmək istəyirsə, evlənə bilər” – Yüzbəyov
Bu gün, 09:30
Atası qorxa-qorxa, ürkə-ürkə büdcəni yeyir... - Balası raht-rahat xırıd edir...
Bu gün, 09:28
SƏHİYYƏ KORRUPSİYASI - Şirəliyev belə dağıdır...
Bu gün, 09:24
Telejurnalist Aytəkin Alxaslı təltif olundu
Bu gün, 09:14
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
Bu gün, 09:12
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:10
Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL
Bu gün, 09:09
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
Bu gün, 09:06
“Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT
Bu gün, 09:05
İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...
Bu gün, 09:03
“Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil” - Tramp
Bu gün, 08:57
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
Bu gün, 08:53
Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM
Bu gün, 08:50
Dövlət qulluğuna qəbulla əlaqədar növbəti müsahibələrin TARİXLƏRİ açıqlandı
Bu gün, 08:48
"Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi... - Müraciət...
Bu gün, 08:46
İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? - GƏLİŞMƏ
Bu gün, 08:43
Qırğızstanla Tacikistan arasında SAVAŞ BAŞLADI - ölən və yaralananalar var
Bu gün, 08:41
Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək
Bu gün, 08:38
“Həyat yoldaşım dedi ki, saçlarını boyasan, səndən ayrılacam, ona görə də...”
Bu gün, 08:37
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - GƏLİŞMƏ
Bu gün, 08:33
Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb
Bu gün, 08:32
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək
Bu gün, 08:30
Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...
Bu gün, 08:29
"Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
Bu gün, 08:26
Bakıda gənc oğlan bıçaqlanıb
Bu gün, 08:24
Maduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edib
Bu gün, 08:23
Əlil mayorun həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi - MƏTN
Bu gün, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru