Dövlətin ayırdığı subsidiyanı mənimsəyənlərlə bağlı rəsmi açıqlama .....                     Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı .....                     Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib .....                     Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb .....                     “Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” .....                     "Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" .....                     Virusun əsas yoluxma məkanı... .....                     "İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" .....                     Partiya sədrindən hökumətə TƏKLİF: .....                     "Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" .....                     Alimpaşa Məmmədovun tender oyunu davam edir .....                     Arif Qasımovun işdən çıxarılmasına səbəb olan .....                     İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib .....                     “Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” .....                     Koronavirus xəstələrini tanımağın daha bir yolu .....                     Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı .....                     BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... .....                     Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? .....                     "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" .....                     Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı .....                     Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi .....                     Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü .....                     "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" .....                     "Atabank"da araşdırmalar başladı .....                     “Azəriqaz” qanunsuz cərimə yazır? .....                     Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir .....                     "Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." .....                     Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” .....                     Mərkəzi Bank qalmqallı duruma .....                     Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər .....                     Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     "Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" .....                     “Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” .....                     "İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" .....                     Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu .....                     Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi .....                     Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb .....                     Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq .....                     "AMEA-nın üzvü koronavirusa aid şeir yazsa da, çapına icazə verilmədi" .....                 

Rusiyada MÜDHİŞ HƏBS – Nəsimi Sadıqovu Azərbaycanda da yaxşı tanıyırlar...
Tarix: 21-08-2019, 17:26 | Çap et
Rusiyada MÜDHİŞ HƏBS
Azərbaycanlı iş adamı Nəsimi Sadıqov avqustun 8-də Moskvanın Şeremetyevo hava limanında saxlanılıb.

Hurriyyet.org xəbər verir ki, məlumatı rus mediası yayıb.

İş adamı öz işçilərinin şikayəti əsasında saxlanılıb və Xakasiya Muxtar Respublikasına göndərilib. Hazırda o, Çernoqorski təcridxanasında Xakasiya prokurorluğu tərəfindən işində yol verdiyi ciddi nöqsanlara görə dindirilir.

“Evrostroy” ASC-nin təsisçisi olan Nəsimi Sadıqovu prokurorluq qarşısında çıxaran əsas günahı 7 aydan çoxdur ki, işçilərinə maaş ödəməməsidir. Neçə müddətdir ki, Xakasiya Muxtar Respublikası azərbaycanlı iş adamının xakas işçilərini necə barmağına doladığını müzakirə edir. İşçilərin yerli mətbu orqanlara göndərdiyi şikayət məktublarının ardı-arası kəsilmir. Nataliya adlı şikayətçinin muxtar respublikada yayımlanan 19rus.info saytında dərc olunan məktubunda deyilir:

Rusiyada MÜDHİŞ HƏBS

“Məndə olan məlumata görə, 7 aydır oradakı işçilərə maaş verilmir. Həyat yoldaşım da orada işləyir, ona son üç ayda bir qəpik də pul verilməyib. Hər gün işçilər yenidən saldıqları yola yığışıb direktoru gözləyirlər, direktordan isə xəbər yoxdur. Hamı onu görmək və nəhayət, maaşlarını nə vaxt ödənəcəyini soruşmaq istəyirlər”.

“Kimsə Xakasiyadakı Çernoqorski dağında pul yuyur” adlı məqalədə bir başqa şikayətçi qeyd edir ki, yolun yenidən qurulmasına bir neçə il əvvəl, 2014-cü ildə başlanılıb və onun 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub: “Ancaq bu qrafik daim uzanır. Artıq 2019-cu ildir. Əslində hərəkət təhlükəsizliyi standartlarına cavab verməyən yolun bu 8 kilometrlik hissəni tamamlamaq bu il də mümkün olmayacaq. Keyfiyyətdən isə heç danışmağa dəyməz. Yolun yuxarısı artıq dağılmağa başlayıb, əksər hissəsində isə böyük çatlar yaranıb. Buna hətta yol da demək mümkün deyil, iki ildir biz xarabalıqlara baxırıq”.

Qeyd edək ki, Nəsimi Sadıqovun rəhbərlik etdiyi şirkət Rusiyanın Monqolustan sərhəddində R-257 Yenisey adlı magistralının bir hissəsinin yenidən qurulması layihəsinə podratçı kimi qatılıb. 5 ildir tamamlanmaq bilməyən bu layihəyə Federal büdcədən 2 milyard rubldan (30 milyon dollardan çox) artıq vəsait ayrılıb. Şikayətçilər və Rusiya hüquq mühafizə orqanları bu vəsaitin artıq mənimsənildiyindən və magistral yolun yenidənqurulması işinin məhz bu üzdən dayandırıldığından şübhələnirlər.

19rus.info bu şübhələrini açıq dilə gətirərək yazır:

“Şikayətçilər çox qəzəblidirlər: doğrudanmı Xakasiyada federal vəsaitlərin oğurlanması ilə əlaqədar bir obyekt aşkarlanıb; çünki layihəyə ayrılan vəsaitin böyük hissəsi, oxucuların fikrincə, artıq sifarişçi tərəfindən ödənilib.

“Yoxsa bu, bir maliyyə cinayətdir? Şirkət rəhbərliyi yol işçiləri ilə müqavilə bağlamır, ancaq ikinci ildir inşaat sahəsində ümumiyyətlə görünmürlər. İndi obyektdə işlər də dayanıb", deyə oxucular yazırlar”.

Şiakyətçilərin anlamadığı əsas məsələ isə bu qədər böyük layihənin niyə yerli inşaat şirkətlərinə deyil, Moskvada qeydiyyatdan keçmiş və karyerası müəmmalı olan “hansısa bir” şirkətə - “Evrostroy” ASC-yə verilməsidir. Axı yerli bir şirkətin bu tikintini aparması həm də muxtar büdcəyə 100 milyonlarla rublun daxil olması demək idi. İş isə nədənsə, Rusiya Federasiyasının rəsmi qurumlarının “vicdansız” şirkətlər siyahısına düşmüş “Evrostroy”a tapşırılıb:

http://zakupki.gov.ru/epz/dishonestsupplier/view/info.html?supplierId=100929&law=44

“Sifarişçi müəssisə subpodratçı ilə necə razılaşıb? Baş podratçı ilə dövlət satınalmalarının tələblərinə uyğun bir müqavilə bağlanılıbmı? Vicdansız tədarükçülərin siyahısında olan bir subpodratçıya niyə bu iş həvalə olunub? Onun Xakasiyaya vergi ödəməsi də məlum deyil. Yoxsa tədarükçüyə insanlara maaş verməmək və dövlət vəsaitlərini mənimsəmək üçün bu cür baş podratçı və subpodratçı “qatarı” lazım idi?”

Göründüyü kimi, Xakasiya Muxtar Respublikası ictimaiyyətini düşündürən xeyli cavabsız suallar var. Bütün sualların birləşmə nöqtəsi isə Nəsimi Sadıqovun kimliyi ilə bağlıdır. Bəlkə də adını belə eşitmədikləri Azərbaycandan çıxıb uzaq Ural dağlarının ətəklərinə gələn və birda 8 km-lik yolu 5 ildir tamamlamayan, 30 milyon dollardan artıq dövlət vəsaitinin mənimsənilməsində adı hallanan, bu da azmış kimi işçilərinin maaşlarını verməyən Nəsimi Sadiqov adlı bu adam kimdir? Onu bu qədər güclü edən sirr nədir? Əslən türk olan xakas qardaşlarımızın, yəqin ki, ömürlərinin sonuna qədər tapa bilməyəcəkləri bu sualın cavabı bəlkə də Azərbaycanın məşhur jurnalistlərindən birinin – Eynulla Fətullayevin ötən il qələmə aldığı bir yazının sətirləri arasında gizlənib. Təqdim edəcəyimiz həmin məqalədə adı keçən Salam və Tufan Sadıqovların üçüncü qardaşı da məhz Xakasiyanı dərin düşüncələrə qərq edən həmin Nəsimi bəydir.

Təqdimatdan öncə bəyan edirik ki, Sadıqov qardaşlarının da mövqeyini işıqlandırmağa hazırıq.

Eynulla Fətullayevin məqaləsi

“Stroymarket №1” Moskva ticarət mərkəzinin son sahibləri, hansının ki, ətrafında barbar ehtirasları qızışmışdı, Azərbaycan mənşəli məşhur Rusiya biznesmenləri Tufan və Salam Sadıqovlar idi. Amma istintaq qardaşların, demək olar ki, bu inanılmaz qətldəki şübhəli rollarından bir qayda olaraq yan keçir.

Hərçənd cinayət işinin materiallarının özü bu nəhəng tarixi əhvalatda ağ ləkələrin olduğunu olduqca açıq və inandırıcı şəkildə göstərir. Biz bu qəribə, tam gülünc hadisələrin və işin ziddiyyətli səhifələrinə qayıdacağıq, amma əvvəlcə daha bir mühüm məsələyə aydınlıq gətirmək istəyirik –Sadıqov qardaşları kimdilər?

Sadıqov qardaşları kimdilər axı belə?

2016-cı ilin martında, Savkinlə Brilyovun qətllərinə az qalmış, Sadıqovlar haqda bütün Rusiya danışırdı. "Volqomost" Səhmdar Cəmiyyəti dövlət miqyaslı layihəni-Kerç-Simferopol yolunun tikintisini, necə deyərlər, batırmışdı. Layihəçilərin səhlənkarlığı hətta prezident Vladimir Putinin özünü qəzəbləndirmişdi. "Bu vicdansız layihəçi nə qədər pulu basıb yeyib?" – prezidentin bu acı məzəmməti bütün ölkəyə yayılmışdı.

Rusiya dövləti başçısının hiddəti "Volqomost”un əsas benefisiariyasına - körpülərin, nəqliyyat və yol keçidlərinin tikintisi üzrə ixtisaslaşmış Rusiya şirkətinə və bilavasitə Moskva biznesmeninə, hansı ki, anlaşmazlıq üzündən oliqarx adlandırırdılar, Tufan Sadıqova ünvanlanmışdı. Rusiya KİV-i yazırdı ki, bu biznesmen öz nicatını qüdrətli dostu Arkadi Rottenberqin kölgəsində tapıb.

Belədir ya yox, demək çətindir, amma bütün hallarda Tufan Sadıqovun gəlişi ilə podratçı şirkət "Volqomost" pis reputasiya qazandı. "Volqomost"u korrupsiyada, işləri vaxtında yerinə yetirməməkdə, keyfiyyətin aşağı düşməsində və vicdansızlıqda ittiham etməyə başladılar. Tufan Sadıqov öz reputasiyasını əsaslı şəkildə hələ Moskvada yolların təmirinə və qarın təmizləməsi işlərinə girişərkən korlamışdı. Ancaq Rusiya paytaxtının yeni Sobyanin administrasiyası diqqətsiz və məsuliyyətsiz sahibkardan tez qurtuldu. O həmçinin "Dmitrovski avtodoromu"nun və "Volqoqradoblavtodor"un səhm paketinə nəzarət edirdi. Və Sadıqovun hər məhv etdiyi dövlət layihəsi onun Türkiyədəki şəxsi yarıkriminal biznesinin çiçəklənməsi üçün yeni imkanlar açırdı. Yeri gəlmişkən, Türkiyənin cənub hissəsində Tufan Sadıqovun şəxsi mehmanxana-kurort biznes şəbəkəsi var.

Bu xadim Rusiya ictimaiyyətinin yaddaaşında həm də silsilə bank qalmaqalları ilə qalıb. Sadıqov şübhəli banklardan götürülmüş öz şəxsi borclarını "Volqomost"a yükləməyə nail olub, amma həmin banklar sonradan “yanıb”.

Biz Sadıqovla əlaqə saxlamağa və onunla söhbət etməyə çalışdıq, ancaq biznesmen jurnalistlərlə ünsiyyət qurmağı sevmir. İndiyə qədər o Rusiya mətbuatının bir sualına belə cavab verməyib. Hətta qalmaqallı Kerç - Simferopol yolunun uğursuzluğundan sonra…

Tufanın kiçik qardaşı Salam Sadıqov isə şəxsi işləri və böyük qardaşının yarıkriminal biznesi ilə məşğul olur.

Daha əvvəl Telman İsmayılovun qardaşına məxsus olan ticarət mərkəzinə 2011-ci ildə məhz bu qardaşlar yiyələndilər. Əlbəttə, Sadıqov qardaşlarının reputasiyası heç də ürəkaçan deyil. Bu azmış kimi, onlar özlərini həm də ticarət mərkəzinin satışı ilə bağlı qalmaqallı və cəncəlli bir işə saldılar.

Rafiq İsmayılov: "Qətldə Sadıqov qardaşlarının əli ola bilər"

İstintaq birinci gündən qətlin icraçısı Mehman Kərimovla Salam Sadıqovun tanışlığı faktını səylə gizlədib. Bəli, M.Kərimovu hadisə yerinə Rafiq İsmayılov şəxsən gətirib, amma axı Kərimovla Sadıqovların da sıx münasibətləri olub. Və öldürülmüş Savkin Sadıqovlarla daha böyük ölçüdə bağlı idi, nəinki İsmayılovlarla. İstintaqın materiallarından aydın olur ki, Savkin həlak olana qədər ticarət mərkəzindən gələn gəlirin 50 faizini Sadıqovlardan alıb və faktiki olaraq “Stroymarket №1”in şəriki olub. Yəni Savkini qətlə yetirmək üçün Sadıqovların daha çox motivi olub, nəinki İsmayılovların.

29 noyabr 2016-cı ildə Rafiq İsmayılov sensasion ifadələr verdi. Dindirilmənin gedişatında müttəhim bildirdi ki, qətlə Sadıqov qardaşları cəlb olunmuş ola bilərlər. Bəs istintaq hansı addımı atır? Salam Sadıqovu yalnız bir dəfə çağırır və sorğu-sual edir. Bu necə ola bilər? Axı Rafiq İsmayılova və hətta onun qardaşı Telman İsmayılova qarşı ittihamlar yalnız təkcə Kərimovun ifadəsinə əsasən irəli sürülüb? Niyə müstəntiqlər eyni həvəslə Sadıqovlardan yapışmırlar? Hərçənd öz ifadələrində Rafiq İsmayılov iddia edir ki, Tufan və Salam Sadıqovlar həmin günə Ticarət mərkəzinin alınması ilə bağlı tam hesablaşmamışdılar və onların Savkinə 3 milyon dollar borcları qalmışdı.

Rafiq İsmayılovun bu ittihamlarına Salam Sadıqov özü nə cavab verir? S.Sadıqovun sözlərinə görə, o bu ticarət mərkəzini 2006-cı ildə tikib və o vaxtdan bu binaya toxunmayıb, yəni heç bir münasibətə malik olmayıb. Necə yəni? Axı bizim keçmiş yayımlarımızda təqdim edilmiş sənədlər Sadıqovun ifadələrinin yalan olduğunu ifşa edir. 2015-ci ilin 16 iyulundan “Stroymarket №1” ticarət mərkəzinin sahibi "Salyut" MMC şirkəti idi. Və MMC-nin təsis sənədlərində tək bir sahibin adı göstərilib - Salama Sadıqovun!!! Doğrudanmı istintaq bu sənədlərlə tanış olmağa vaxt tapmayıb? Təsis sənədləri barədə Salama Sadıqovdan heç soruşan da olmayıb.

Bundan əlavə cinayət işinin materialları göstərir ki, müstəntiq İ.Popov S.Sadıqovu Rafiq İsmayılovun ifadələri ilə tanış edib. Ancaq Sadıqovla İsmayılov arasında nəyə görəsə üzləşdirmə aparmayıb. Bu qalsın bir yana, ertəsi gün Salam Sadıqov Rusiyadan qaçıb. 2016-cı il noyabrın 30-dan bəri Rusiyaya qayıtmayıb. Nəyə görə istintaq Sadıqovun barəsində həbs qətimkan tədbiri seçməmişdi? Nəyə görə onu axtarmırlar? Yeni dindirməyə dəvət etmirlər? Və ona ortaya çıxan yeni sualları vermirlər? Axı onun Türkiyədə olduğu, dəqiq yeri məlumdur. Suallar, suallar, yenə suallar...Ancaq cavabsız suallar.

Kərimovun arvadı son nöqtəni qoyur

2017-ci il fevralın 2-də Mehman Kərimovun arvadı A.Şıxəliyeva sensasion etiraf edir. A.Şıxəliyeva Mehman Kərimovla Salam Sadıqovun gizli söhbəti yazılmış fleşkartı İstintaq Komitəsinə verir. Həmin səs yazısında məhz Sadıqovun Savkinin öldürülməsi barədə əmr verdiyi üzə çıxır. Cinayət işinin materiallarında səs yazısının dinlənilməsinə və həmin fleşkarta baxış keçirilməsinə dair protokol var.

Kərimov və Salam Sadıqov Azərbaycan dilində danışırlar, ona görə də müstəntiqlər səs yazısını dinləməyə Azərbaycan dilindən tərcüməçi cəlb edirlər. Lakin nəyə görəsə cinayət işinin materiallarında tərcüməçinin anketi, diplomu, onun hüquqlarının, öhdəliklərinin və məsuliyyətnin izah edilməsi barədə protokol yer almır. Bundan əlavə, söhbətin stenoqramı üç dəfə qısaldılıb, nəticədə mətnə Sadıqovun Savkinin aradan götürülməsi barədə əsas frazaları düşməyib.

Müstəntiqlər Mehman Kərimova bu söhbət barədə heç bir sual verməyiblər. Sadıqovdan da heç nə soruşmayıblar. Axı necə soruşsunlar ki, müstəntiqlər faktiki olaraq heç bir əngəl olmadan Sadıqovu buraxıblar və ölkədən çıxmasına şərait yaradıblar, bu günə qədər də onu narahat edən yoxdur?

Lakin bu da hamısı deyil. Bütün qaydalara zidd olaraq müstəntiq fonoskopik ekspertiza keçirməyib və məhkəmə təhqiqatı zamanı cinayət işinin bu mühüm epizodu barədə lazımi ekspertizanın keçirilməsi təmin olunmayıb. Rafiq İsmayılovun vəkilləri söhbətin səs yazısının araşdırılması barədə vəsadət qaldırıblar. Amma müstəntiqlər fikirlərindən dönməyiblər-müstəntiq Lyudmila Xorunova ekspertizanın keçirilməsindən imtina edilməsi barədə qərar verib, göstərib ki, söhbətdə Savkinin öldürülməsinə sifariş verilməsinə dəlalət edən fraza yoxdur.

Müstəntiqlərə təkcə İsmayılov gərəkdir. Daha doğrusu, onlardan biri-keçmiş oliqarx Telman İsmayılov. Və bütün ittiham şifahi verilmiş sifariş direktivinin əsasında qurulub. Rusiyada deyildiyi kimi, “telefon hüququ”nun belə möcüzələri var.

Telefon danışıqları

Bizim əlimizdə Salam Sadıqovla Mehman Kərimov arasında telefon danışıqlarının siyahısı var. 2016-cı ilin mart ayından may ayına qədər Sadıqov və Kərimov 266 dəfə zəngləşiblər! Ancaq 2016-cı il sentyabrın 6-da Mehman Kərimov öz ifadəsində deyir ki, Sadıqovu şəxsən tanımır. Və Sadıqov özü də istintaqa verdiyi yeganə ifadəsində Kərimovu şəxsən tanımadığına inandırır. Və nəyə görəsə müstəntiqlər bir-birini tanımayan iki şəxsin müntəzəm, çoxsaylı telefon danışıqları barədə heç nə soruşmayıblar.

İstintaqın nəzərdən qaçırdığı daha bir şübhəli fakt. Savkinin və Brilyovun qətlindən bir gün əvvəl Salam Sadıqov Moskvadan çıxır. Və paytaxta ancaq qətldən iki saat yarım sonra, 2016-cı il mayın 15-də, gecəyarısı qayıdır. Bu necə ola bilər? İstintaqın versiyasına görə, qətlin sifarişçisi-Telman İsmayılovun qardaşı killeri qətl yerinə özü gətirir. Sadıqov isə şübhəli hərəkətlər edir, Moskvanı qətldən bir gün əvvəl tərk edib ancaq cinayətin baş verməsindən sonra qayıdır? Nəyə görə müstəntiqlər Sadıqovdan bu məqam barədə heç nə soruşmayıblar? Yenə də cavabsız suallar...

Sadıqov yenə Rusiyadan çıxır...

Daha bir şübhəli məqam: Mehman Kərimovun saxlanılmasından iki gün sonra Sadıqov yenə Rusiyadan çıxır. Sadıqovun bütün bu manipulyasiyaları nəyə görəsə istintaq orqanlarında heç bir şübhə yaratmır. Əksinə, müstəntiqlər Salam Sadıqovun M.Kərimovu, R.İsmayılovu və Savkini tanımadığı barədə dediklərinin səmimiliyinə dərhal inanırlar. Bu necə olur? Axı Moskvadakı azərbaycanlı biznesmenlərin çoxuna bəllidir ki, bütün bu adamlar hələ 90-cı illərin sonlarından sıx ünsiyyətdə olublar?! İstintaq isə nəyə görəsə ancaq Sadıqova inanır.

Həmin Tufan Sadıqovun özünü də dindiriblər. Böyük Sadıqov deyib ki, ticarət mərkəzinə görə Rafiq İsmayılova sövdələşdikləri məbləği ödəyib. Lakin sonradan öyrənib ki, Savkin həmin məbləğdən onun payına düşəni almayıb. Nəticədə Tufan Sadıqov icazə verib ki, Savkin heç bir pul, investisiya qoymadan ticarət mərkəzinin səhmlərinin 33 faizini yenidən əldə etsin. Və Tufan Sadıqovun bu geniş ürəyi sayəsində Savkin ticarət mərkəzinin gəlirlərindən pay alıb. Müstəntiqlərin isə ağlına gəlməyib ki, Sadıqovdan soruşsunlar-bəlkə Sadıqovlar Savkinin ticarət mərkəzinin gəlirlərindən pay almasına obyektin satışından onun payına düşən məbləği ödəmədikləri üçün imkan yaradıblar? Lakin Tufan Sadıqovdan heç kim bu barədə soruşmayıb. Bəs bilirsinizmi Tufan Sadıqov neyləyib? İstintaq dövründə həmin “Stroymarket” ticarət mərkəzinin səhmlərinin 20 faizini qətlə yetirilmiş Savkinin oğlu Roman Savkinin adına keçirib.

Və bütün bunlardan sonra rusiyalı müstəntiqlər Telman İsmayılova qarşı ittiham irəli sürürlər? Onu qətllərdə şübhəli bilirlər? Ancaq çiynini çəkmək qalır-axı bütün bunlara Telman İsmayılovun nə dəxli var? Suallar, suallar, ancaq cavabsız suallar...

DİA.AZ bildirir ki, Nəsimi Sadıqovun Azərbaycandakı "FƏALİYYƏTİ" ilə bağlı dolğun bilgilərimiz var və yaxn günlərdə geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin ayırdığı subsidiyanı mənimsəyənlərlə bağlı rəsmi açıqlama
Dünən, 21:45
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Dünən, 19:27
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
Dünən, 19:25
Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb
Dünən, 16:12
“Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” - Keçmiş icra başçısı
Dünən, 16:08
"Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" - Elnur Allahverdiyev
Dünən, 16:04
Virusun əsas yoluxma məkanı... - Avtobuslarda sıxlığı necə azaltmaq olar?
Dünən, 16:00
"İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" - Kamran Əliyev
Dünən, 15:58
Partiya sədrindən hökumətə TƏKLİF: - “Bakıdakı erməni kilsəsini məscidə çevirin”
Dünən, 15:54
"Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" - COVID-19-dan sağalmış Aytən Cəfərova
Dünən, 15:52
Alimpaşa Məmmədovun tender oyunu davam edir – Bir həftəlik şirkətə bu dəfə 120 min ayırdılar
Dünən, 15:41
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - VİDEO
Dünən, 15:35
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO
Dünən, 15:33
“Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” - Yaqub Məmmədov
Dünən, 15:29
Xəzər TV-nin iki əməkdaşı koronavirusa yoluxdu
Dünən, 15:27
Koronavirus xəstələrini tanımağın daha bir yolu - ARAŞDIRMA
Dünən, 15:18
Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı - ÜSTƏLİK SIXILMIŞ QAZ...
Dünən, 15:16
BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... - Bu, Azərbaycan bankları üçün niyə vacibdir?
Dünən, 15:14
Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? - İLGİNC
Dünən, 15:12
"Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" - Nazirlik
Dünən, 15:09
"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev
Dünən, 15:08
Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı
Dünən, 15:04
Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 15:03
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
Dünən, 15:01
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" - deputat
Dünən, 15:00
"Atabank"da araşdırmalar başladı - Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb?
Dünən, 14:58
“Azəriqaz” qanunsuz cərimə yazır? — Hər əməkdaşa “3 sayğac” limiti
Dünən, 14:55
Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir
Dünən, 14:15
"Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." - deputat
Dünən, 14:03
"Allah Prezidentimizi başımızdan əskik etməsin" - Xalq artisti
Dünən, 13:54
Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” – Həkimdən ÇAĞIRIŞ
Dünən, 13:51
Mərkəzi Bank qalmqallı duruma BELƏ İZAHAT VERİR
Dünən, 13:45
Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək
Dünən, 13:43
Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq
Dünən, 13:31
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Dünən, 13:30
"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" - Əflatun Amaşov
Dünən, 13:27
“Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” - Polis rəisi
Dünən, 13:26
"İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" - deputat
Dünən, 13:15
Röya “Altın Kelebek”də 60 manatlıq paltar geyindi - FOTO
Dünən, 13:00
Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu - FOTO
Dünən, 12:55
Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi
Dünən, 12:40
Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Dünən, 12:39
Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq - Diqqət!
Dünən, 12:38
"AMEA-nın üzvü koronavirusa aid şeir yazsa da, çapına icazə verilmədi" - İsa Həbibbəyli
Dünən, 12:35
İcra başçısı karantin qaydalarını pozdu - FOTO
Dünən, 12:29
Ucar sakini əmisini balta ilə vuraraq öldürüb
Dünən, 12:25
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub
Dünən, 12:24
Sərkisyanın qəfil Qarabağ səfəri: nəyə hazırlıq gedir? - GƏLİŞMƏ
Dünən, 12:18
Bakının Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq - Diqqət!
Dünən, 12:15
ARB24 televiziyasının baş redaktor müavini koronavirusdan sağalıb
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru