"Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." .....                     Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... .....                     Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır .....                     Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: .....                     Bakıda ağacı betonladılar .....                     Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb .....                     Onun GENERAL olmaq həvəsi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? .....                     MHP sədri xəstəxanadan evə buraxılıb .....                     Rəfail Cəbrayılovu gözləyən cəza: .....                     Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır .....                     “Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" .....                     Prezidentdən 13 milyonluq .....                     Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət .....                     "Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" .....                     Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı .....                     “Nar” tələbələr üçün təqaüd proqramı elan edir! .....                     “AFB Bank”da yeni TƏYİNAT .....                     60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT .....                     Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb .....                     Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib .....                     Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq .....                     Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ .....                     “Gələcəkdən qorxma, onsuz da gələcək” .....                     Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir .....                     Ermənilərin məhsulu “Araz”da: .....                     “Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? .....                     Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib .....                     Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb .....                     Allahşükür Paşazadə Moskvada səfərdədir .....                     Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız? .....                     Şəkidə məmurların qovğası... .....                     İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub .....                     Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır .....                     “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib .....                     Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib .....                     Qısamüddətli yağış yağacağı ehtimalı var .....                     Kəmaləddin Heydərov "Facebook"da .....                     “Xəstələrimiz arasında vəzifəli şəxslər də var” .....                 

“Relaks” hadisəsinə görə hakimiyyəti ittiham etmək nə dərəcədə doğrudur? - Elman Babayev yazır...
Tarix: 20-08-2019, 17:36 | Çap et
“Relaks” hadisəsinə görə hakimiyyəti ittiham etmək nə dərəcədə doğrudur?
“Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzi ətrafında baş verənlərə operativ reaksiya əslində əlavə şərhə yer qoymurdu. Yəni, bu məsələyə hansısa formada siyasi yön vermək, onu hakimiyyətə qarşı çevirmək üçün əl yeri qalmırdı. Bunu o vaxt etmək olardı ki, müvafiq qurumlar məsələyə loyal münasibət bəsləyərdi. Ortada isə tam fərqli mənzərə var: hadisəni törədənlər barədə dərhal tədbir görülüb, istirahət və turizm mərkəzinin kimə məxsusluğu işin obyektiv araşdırılmasına təsir göstərməyib”.

AzNews.az xəbər verir ki, bu barədə əməkdar jurnalist Elman Babayev özünü “Facebook” səhifəsində yazıb.

“Fəqət AXCP sədri Əli Kərimli bu məsələni də siyasiləşdirib, hakimiyyətə qarşı çevirməyə cəhdlər göstərir. Bu cəhdlərin arxasında başqa niyyətin durduğu gün kimi aydındır. O baxımdan ki, hadisə ilə bağlı hər hansı qaranlıq məqam yoxdur, müvafiq qurumlar lazımi addımlar atıb, ictimaiyyət məlumatlandırılıb.
Hadisənin və ondan sonrakı proseslərin xronikasına baxmaq yetər ki, Kərimlinin bu prosesi məqsədli şəkildə siyasiləşdirməsi, öz nəfinə yararlanmaq istəməsi aydın görünsün”, - deyə E.Babayev vurğulayıb.

O bildirib ki, cari il avqustun 16-da istirahət mərkəzinə vergi nəzarət tədbiri həyata keçirilib. Buna isə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub.

“Faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidən yayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.
İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.

Nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətlərini həyata keçirmələrinə maneələr törədilib və məlum hadisə baş verib.

Faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyalarını yerinə yetirən vəzifəli şəxsləri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Beləliklə, bütün bu sadalananlar Kərimlinin ittiham etdiyi hakimiyyətin məsələyə obyektiv, heç bir qaranlıq məqam olmadan yanaşmasının əyani göstəricisidir.
Kərimli vergilərin yığılmasında qeyri-şəffaf yanaşmanın olmasına işarə vurur. Bununla da son illər görülən tədbirləri gözdən salmağa cəhdlər edir.

Vurğulamaq yerinə düşər ki, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, vergidən yayınma hallarına son qoyulması, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, vergitutmanın optimallaşdırılması, vergi yükünün aşağı salınması, çevik inzibatçılığın yaradılması ilə bağlı ciddi addımlar atılıb. 2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmalarının və qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi bu sahədə ÜDM-in nominal artım tempini üstələyib.

Cari ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb.
İlin birinci yarısında Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox vəsait daxil olub.

Ümumilikdə, ötən il və bu ilin arxada qalan dövründə görülən tədbirlər, əlavə daxilolmalar dövlətin maliyyə imkanlarını gücləndirib, müxtəlif sosial, iqtisadi, humanitar və digər sahələrdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənib və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edib. Çox önəmli addımlar atılıb, minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər əhəmiyyətli dərəcədə qaldırılıb.

Bir sözlə, görülən işləri qaralamaq, görməzdən gəlmək mümkün deyil. Təbii ki, “Relaks”ın az vergi ödəyən tək şirkət olmadığını iddia etmək mümkündür. Lakin bir faktı bütün ölkəyə şamil etmək doğru deyil. Dünyanın hər yerində vergidən bu və ya digər formada yayınma hallarına rast gəlmək mümkündür.

“Relaks” hadisəsi ilə bağlı ortada dövlətin birmənalı iradəsi var. Bunu ancaq və ancaq təqdir etmək lazımdır.

Kərimli və tərəfdarlarının bu məsələnin mahiyyətini təhrif edərək yenidən ictimai rəyi çaşdırmaq cəhdləri isə uğursuzluğa məhkumdur. Bir daha sübut olunur ki, bu adamlar marığda durub hər fürsətdə hakimiyyəti ləkələməklə məşğuldur...” – Elman Babayev qeyd edib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." - VİDEO
Bu gün, 17:35
Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... - İTTİHAM
Bu gün, 17:30
Kənan MM Azərbaycanı tərk edir
Bu gün, 17:26
Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır
Bu gün, 17:22
Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: - eks-deputata Goranboydan “salam” var
Bu gün, 17:14
Bakıda ağacı betonladılar - Nazirlik hərəkətə keçdi
Bu gün, 17:11
Tanınmış aktyorumuzun maşınını İtaliyada SOYDULAR - VİDEO
Bu gün, 17:09
Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb
Bu gün, 17:06
Onun GENERAL olmaq həvəsi... - Polis əməliyyat keçirdi
Bu gün, 17:05
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
“Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? - GİLEY
Bu gün, 17:00
MHP sədri xəstəxanadan evə buraxılıb
Bu gün, 16:55
"Əgər adamın yoxdursa, səni incitməlidirlər, bu günə qalmalısan?" - Əməkdar artist
Bu gün, 16:53
Rəfail Cəbrayılovu gözləyən cəza: - “Səlahiyyətinə xitam verilə bilər”
Bu gün, 16:50
Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır
Bu gün, 16:48
“Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" - deputat
Bu gün, 16:46
Prezidentdən 13 milyonluq - SƏRƏNCAM
Bu gün, 16:40
Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət - “Hazırda komadadır və hər hansı reaksiyası yoxdur”
Bu gün, 16:38
"Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" - Sərdar Cəlaloğlu
Bu gün, 16:34
“Gələn ay sevgilim ailə qurur, mən isə...”
Bu gün, 16:32
Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı
Bu gün, 16:30
“Nar” tələbələr üçün təqaüd proqramı elan edir!
Bu gün, 16:28
Fədayə Laçının məhkəməsi 11-ci dəfə təxirə düşüb
Bu gün, 16:27
“AFB Bank”da yeni TƏYİNAT
Bu gün, 16:25
60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT
Bu gün, 16:24
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb
Bu gün, 16:21
Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib
Bu gün, 16:20
Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq - Agentlik
Bu gün, 16:19
Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ - İTTİHAM
Bu gün, 15:50
“Gələcəkdən qorxma, onsuz da gələcək” - 50 yaşlı Müşfiq Əmirov
Bu gün, 15:44
Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir
Bu gün, 15:41
Ermənilərin məhsulu “Araz”da: - alış dayandırıldı
Bu gün, 15:39
“Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? - ŞOK
Bu gün, 15:32
Afaq Aslana evlilik təklifi edən gəncin şok səs yazısı yayıldı - Hər şey təşkil olunubmuş...
Bu gün, 15:31
Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib
Bu gün, 15:28
Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb
Bu gün, 15:26
Allahşükür Paşazadə Moskvada səfərdədir
Bu gün, 15:20
Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız?
Bu gün, 15:18
Şəkidə məmurların qovğası... - İLGİNC
Bu gün, 15:16
İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub
Bu gün, 15:12
Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır
Bu gün, 15:11
“Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib - FOTO
Bu gün, 13:07
Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib
Bu gün, 12:59
Qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:55
Kəmaləddin Heydərov "Facebook"da - Səhifəsində musiqiləri paylaşılır
Bu gün, 12:50
Rövşən Məmmədov tanınmış professoru "Mədəniyyət" kanalından UZAQLAŞDIRDI
Bu gün, 12:44
“Xəstələrimiz arasında vəzifəli şəxslər də var” - Ruhi xəstəxananın baş həkimi
Bu gün, 12:42
Azərbaycan sərhədçisinə bıçaqla xəsarət yetirilib
Bu gün, 12:37
Dövlət Komitəsi 63 adda dini ədəbiyyatın ölkəyə idxalına icazə verməyib
Bu gün, 12:33
Fədayə Laçın azadlığa buraxılır? - Vəkildən açıqlama
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru