Paşinyan ABŞ-da elə bir şey etdi ki... .....                     ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? .....                     "Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." .....                     Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... .....                     Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır .....                     Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: .....                     Bakıda ağacı betonladılar .....                     Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb .....                     Onun GENERAL olmaq həvəsi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? .....                     MHP sədri xəstəxanadan evə buraxılıb .....                     Rəfail Cəbrayılovu gözləyən cəza: .....                     Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır .....                     “Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" .....                     Prezidentdən 13 milyonluq .....                     Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət .....                     "Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" .....                     Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı .....                     “Nar” tələbələr üçün təqaüd proqramı elan edir! .....                     “AFB Bank”da yeni TƏYİNAT .....                     60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT .....                     Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb .....                     Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib .....                     Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq .....                     Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ .....                     “Gələcəkdən qorxma, onsuz da gələcək” .....                     Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir .....                     Ermənilərin məhsulu “Araz”da: .....                     “Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? .....                     Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib .....                     Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb .....                     Allahşükür Paşazadə Moskvada səfərdədir .....                     Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız? .....                     Şəkidə məmurların qovğası... .....                     İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub .....                     Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır .....                     “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib .....                     Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib .....                     Qısamüddətli yağış yağacağı ehtimalı var .....                 

Aslan İsmayılov hansı məmura zəng edərək pul istəyib? - İTTİHAM
Tarix: 20-08-2019, 16:41 | Çap et
Aslan İsmayılov hansı məmura zəng edərək pul istəyib?
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev AzNews.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Deyilənə görə, Siz Qərbi Azərbaycanın Ağbaba mahalının başçısı olmuş “Qurdoğlu Mustafa” nəslinin davamçılarındansınız? “Qurdoğlu Mustafa” kim idi?

- Qurdoğlu Mustafa Qərbi Azərbaycanın Ağbaba mahalının imperiya dönəmində 1917-ci ilə kimi başçısı (“qlava”sı) olubdur. Onun adı Ramazanov Mustafa Rüstəm oğludur. “Qurdoğlu” adı bizim nəslimizə Qərbi Azərbaycana köçməmişdən əvvəl Güney Azərbaycanda verilmişdir. Əcdadlarımız 1800-cü illərin əvvəllərində Qərbi Azərbaycana köçməmişdən əvvəl Təbriz yaxınlığında yerləşən Zunuzda yaşadıqları məlumdur.

Atam anadan olanda 1936-cı ildə atası Abbas Rüstəmov soyadını daşısa da, oğlunun doğum haqqında şəhadətnaməsinə israrla “Mustafaoğlu” soyadını yazdırmışdır. Atamın sovet dönəmində bütün sənədlərində soyadı “Mustafaoğlu” qeyd olunmuşdur. Bu soyad sırf Türk soyadı olduğu üçün ona problemlər də yaratmışdır.

Mən Qurdoğlu Mustafanın oğlu Abbasın oğlan nəvəsiyəm. Mustafa hələ imperiya dönəmində Ağbaba mahalının ən böyük kəndi olan Güllübulaq kəndində rus dilində ibtidai məktəb açılmasına nail olmuşdur. İmperiya dönəmində Ağbabanın mərkəzi Güllübulaq kəndi olmuşdur. Ağbaba mahalının 97% -i türk kəndləri olmuşdur. Adlarına diqqət yetirin: Gülllübulaq, Oxçuoğlu, Çaxmaq, Qaraçanta, Göllü, Balıqlı və s.

Şura hökuməti gələn zaman ilk həbs olunan şəxs Qurdoğlu Mustafa olmuşdur. O, 1939-cu ilə kimi həbsxanalarda olmuşdur. Şura hökuməti, nəinki Mustafaya, hətta onun arvadı Gülüstan xanıma qarşı amansız olmuşdur. Mustafa həbs edildikdən bir neçə il sonra onun da Güllübulaqda yaşamasına icazə verilməmiş, Qazaxıstana sürgün edilmiş, 1937-ci ildə sürgündə vəfat etmişdir. Onun məzarı Qazaxıstanın Almatı şəhərinin yaxınlığında Talqar rayonundadır. 15 il bundan əvvəl həmin məzar tapılaraq, abadlaşdırılmışdır. Bizə məlumdur ki, həmin ərazidə yaşayan qazax qadınlar, sürgündə olan azərbaycanlı qadınlar Gülüstan xanıma diqqətlə yanaşmışlar və onu şəriət qaydalarına uyğun dəfn etmişlər. Son vaxtlar ən azı iki ildən bir mən onun məzarını ziyarət edirəm.

Qurdoğlu Mustafa Qərbi Azərbaycanın Allahverdi şəhərində müsəlman qəbristanlığında dəfn edilmiş, lakin məzarı sonradan sel nəticəsində dağılmış, itgin düşmüşdür. Sovet dönəmində atamgil onun məzarını tapmağa cəhd etsələr də, bu mümkün olmamışdır.

Babamgilə rayonumuzda yaşamağa belə icazə verilməmişdir. Babam Abbas da 7 il həbsxanalarda yatmışdır. Həbsxanadan qayıtdıqdan sonra Qərbi Azərbaycanın kəndimizdən çox uzaq, Allahverdi şəhərində yaşamağa icazə verilmiş, babam orada işləməyə məcbur olmuşdur.

Babam Abbas pensiyaya çıxdıqdan sonra 1955-ci ildə Gəncə şəhərinə köçmüşdür. Mən 1964-cü ildə Gəncə şəhərində anadan olmuşam. Qurdoğlu Mustafanın hələ imperiya dönəmində Gəncə şəhəri ilə sıx əlaqələri olmuşdur. Ata babam Abbas 1991-ci ilin may ayında vəfat etmiş, İmamzadə qəbirstanlığında dəfn edilmişdir.

Babam Abbasın dediyinə görə, imperiya dövründə Qurdoğlu Mustafanın katibi əslən Gəncəli olan Muxtar ağa olmuşdur. O, sonradan sovet dönəmində bankın müdiri olmuş, bizim qohumlara da köməklik etmişdir.

Əmilərim hazırda Qurdoğlu Mustafanın atası Rüstəmin adı ilə “Rüstəmov” soyadını daşıyırlar. Bəzi adamlar mənə “Rüstəmov” da deyirlər. “Ramazanov” soyadını da mən özümün soyadım kimi qəbul edirəm. Mustafa özünü “Ramazan oğlanlarından Qurdoğlu Mustafa” kimi təqdim edərmiş.

Atam və əmilərim sürgünə, çətinliklərə baxmayaraq, ali təhsil almış, yüksək dərəcəli mühəndislər olmuşlar. Atam sovet dönəmində Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeni almağa təqdim edilmiş, ailəsinin sovet hökumətinin düşməni, dayısı Usubun isə Türkiyə Cümhuriyyətinin xüsusi xidmət orqanının yüksək rütbəli əməkdaşı olması səbəbindən atama yalnız sovetlər birliyinin üçüncü dövlət təltifi – “Qırmızı Əmək Bayrağı” ordeni verilmiş, dəfələrlə başqa orden və medallarla təltif edilmişdir.

Anamın atası Kazım Kələntərov Ağbaba mahalının ən nüfuzlu ailələrindən birinin təmsilçisidir. Onların kök adı “Söyünlülər”-dir. Kazım Kələntərov 1937-ci ildə həbs edilərək, 10 il Kolımada cəza çəkmişdir. Onun qardaşı İsa sovet hökuməti tərəfindən güllələnərək öldürülmüş, digər qardaşı Məmmədhəsən (Alay) isə istintaq zamanı döyülərək öldürülmüşdür. Axmaq NKVD cəlladları onun ölüm səbəbini “ağ ciyərin qanqrenası” kimi qeyd ediblər, halbuki, “ağ ciyərin qanqrenası” olmur.

Anamgilin nəslinin nüfuzlu təmsilçisindən biri də Axund İsmayıl olmuşdur. O, ən yüksək dini təhsil alaraq, dini qazi adı almış, bütün Azərbaycan ərazisində fətva vermək səlahiyyəti olmuşdur. Maraqlısı odur ki, Qacarlar dövründə ona verilmiş dini təhsil haqqında sənəddə bütün Azərbaycan ərazisində fətva vermək səlahiyyəti qeyd edilmişdir. O da istintaq zamanı müəmmalı şəkildə həbsxanada ölmüşdür. Axund İsmayıl Qurdoğlu Mustafanın arvadı Gülüstanın qardaşıdır.

Böyük dayım professor Qəmbər Namazov Kazım oğlu babası Namazın adı ilə soyadı daşıyır. Babam Kazım həbsxanadan qayıtdıqdan sonra o, orta məktəbdə təhsil almağa başlamış, orta məktəbi gümüş medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, oranı bitirdikdən sonra Moskva Universitetində məşhur rus riyaziyyatçısı Akademik İvan Qriqoriyeviç Petrovski və “differensial inteqral tənliklər” üzrə məşhur alim akademik Olqa Arsenyevna Oleyniklə birlikdə işləmişdir.

O, uzun dəfələrlə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin dekanı, vəfat edənə kimi isə həmin universitetin “differensial inteqral tənliklər” kafedrasının müdiri olmuşdur.

Digər dayım Kələntərov Vərqa Kazım oğlu anam kimi, babamın soyadını daşıyır. O, Bakı Dövlət Universitetini bitirdikdən sonra elmlər namizədi elmi dərəcəsi almış, bundan sonra SSRİ Elmlər Akademiyasının Sankt-Peterburq (Leninqrad ) V.A. Steklov adına Riyaziyyat İnstitututunda işləmiş, orada Leninqrad Universitetində dərs deməklə, fizika-riyaziyyat elmləri doktoru adı almışdır. O, “differensial inteqral tənliklər” üzrə digər məşhur rus riyaziyyatçısı akademik Olqa Aleksandrovna Ladıjenskayanın başçılığı altında çalışmışdır.

Olqa Aleksandrovna haqqında maraqlı bir əhvalat yadıma düşdü. Sovet dönəmində Bakıya qonaq gələndə mən onu müşayiət etmişəm. Gəncə şəhərində bizim evdə qonaq olmuşdur. Çox sadə adam olduğunu qeyd etməliyeəm. Din adamı olan ata babam Abbasla görüşə gələndə şəriət qaydalarına uyğun başını yaylıqla bağlamışdı. Sovet vaxtında məktəbdə məşhur riyaziyyatçı kimi akademik Ladıjenskayanın da portreti asılmışdı. Qardaşım Faxrəddin məktəbdə deyəndə ki, bu akademik bizim evdə qonaq olub, müəllim və tələbələr ona gülmüşdülər. O isə sabahısı gün onun qohumlarımızla Göygöldə çəkdirdiyi fotonu məktəbə aparıb göstərmişdi.

Dayım Vərqa Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat instiutununu direktor müavini olmuş, 1992-ci ildən isə Türkiyə Respublikasının Hacattəpə Universitetinin professoru, son 15 ildə isə Koç Universitetinin yeganə Azərbaycanlı professorudur. O, dəfələrlə ABŞ, Kanada, İsrail, Çin və Avropanın bir sıra ölkələrinin məşhur universitetlərində məruzələrlə çıxış etmişdir.

Ana babam Kələntərov Kazım Namaz oğluna da Kolımadan həbsxanadan qayıtdıqdan sonra doğma kəndi, böyük torpaq sahələrinin mülkiyyətçisi olduğu Güllübulaq kəndində yaşamağa icazə verilməmiş, Qərbi Azərbaycanın Allahverdi şəhərinin yaxınlığında yerləşən Şamlıq deyilən ərazidə çətin şəraitə yaşamış, dayım Bakı şəhərində mənzil aldıqdan sonra isə Bakıya köçmüşdür. 1983-cü ildə vəfat etmiş, çox sevdiyi Gəncə şəhərində, müqəddəsi saydığı İmamzadə qəbirstanlığında dəfn edilmişdir.

Babalarım mənə uşaq ikən sovet hökumətinə inanmamağı, bu barədə heç kimə heç nə deməməyi və onun nə vaxtsa mütləq çökəcəyini bildirmişlər. Ata babam Abbas 1991-ci ilin may ayında vəfat edəndə sovet hökumətinin çökdüyü aşkar idi və o, aşkar hamıya deyirdi ki, “Görürsünüz, dediyim baş tutur, çökür köpəyoğlu”.

- Deyilənlərlə görə, qohumlarınızdan biri uzun illər Türkiyə MİT-də işləyib. O, kimdir, qohumluq əlaqələriniz necədir?

- Atamın dayısı Yusuf Səngərin Türkiyənin xüsusi xidmət orqanlarında calışmağı məlumdur. Bu, hətta sovet hökumətinə də məlum idi. Buna görə də, yuxarıda da qeyd etdiyim kimi, atama Sosialist Əməyi Qəhrəmanı adı verilməmişdi. Yusuf Səngəri atamın dayısıdır. O, imperiya dönəmində Tiflisdə gimnaziyada oxumuşdur. Atamın anası Nazlı xanımın doğma qardaşıdır. Nazlı nənəmin bütün qohum-əqrəbası Türkiyəyə köçərək, orada yaşamış, onun özü isə Sovet ərazisində qalmışdır. O, çox zəngin ailənin qızı olmasına baxmayaraq, çətinliklərə rəğmən, ərinin, qaynatasının, qaynansının həbsdə, sürgündə olduğu vaxt namusla, kasıblıq və məşəqqət içərisində yaşamış, övladlarının böyütmüşdür.

Sovetlər birliyi çökdükdən sonra 1992-ci ildə atamın dayısı Yusuf Səngər Gəncəyə gəldi və bütün qohum-əqrəba ilə görüşdü. Atamla görüşəndə, buna qədər bir dəfə də görmədiyi, heç bir ünsiyyəti olmadığı bacısı oğlunun tərcümeyi-halını danışanda, atam təəcsübləndi, “siz bunu haradan bilirsiniz” deyə soruşdu, o isə dedi ki, “tək KCB yox, biz də işləmişik”. Çünki atamın 1974-cü ildə atamın işlədiyi Gəncə (Kirovabad) Aliminum zavodu ilə ABŞ şirkəti arasında müqavilə imzalanmışdı və ən yaxşı mütəxəssis kimi atam ABŞ-a təcrübə mübadilsəsinə göndərilməli idi, lakin sonradan atamın adı siyahıdan silinərək, başqa adam göndərildi, bunu heç kim bilmirdi. Atam isə hansı səbəbdən siyahıdan adının çıxarıldığı bilirdi.

Yusuf Səngər 1994-cü ildə vəfat etmişdir. O, sovet məhbəsindən Tiflisdən Metex qalasından qaçması və s. haqqında məlumat vermişdi.

- Sabiq Baş Prokuror Əli Ömərovla da qohumsunuz?

- Əli müəllimlə qan qohumu deyilik, amma eyni rayondanıq. Amma sonradan müəyyən qohumluq əlaqələri yaranıb. Əli müəllim mənim Baş prokurorum olub. Ciddi hüquqşünasdır, öz sözünü demiş adamdır. Ancaq iddia edildiyi kimi, mənim dayım deyil. Xətir-hörmət var aramızda, ona sayğı ilə yanaşıram və mütəmadi görüşürük.

- Belə məlum olur ki, siz bundan öncə prokurorluqda işləmisiniz?

- Bəli, Bakı Şəhər Prokurorluğunda mülki işlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifəsində işləmişəm, müsbət göstəricilərim olmuşdur, bu barədə müvafiq attestasiya sənədləri də var. 1997-ci ildə öz xahişimlə işdən azad olunmuşam. İşdən çıxan zaman mənə yüksək dərəcəli mütəxəssis olmağım barədə xasiyyətnamə verilmişdir. Mənimlə çalışan iş yoldaşlarım bu gün də prokurorluqda, ədliyyə orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışırlar və onlarla çox yaxşı münasibətlərim var. Onlar bütün yaxınlarına

1997-ci ildə işdən çıxdıqdan sonra hələ SSRİ dövründə 1991-ci ildə təsis etdiyim “Ədalət və Hüquq” firmasının direktoru vəzifəsinə qayıtmışam. Həmin firma Azərbaycanda olan böyük şirkətlərə, banklara xidmət göstərib və hal-hazırda da xidmət göstərir.

Böyük məhkəmə təcrübəm var. SSRİ dönəmində, 1990-ci ildə İttifaq Məhkəməsində Gəncə Cihazqayırma zavodunun hüquqşünası olaraq, Ermənistanın Noraçin istehsalat Birliyinə qarşı itirilmiş mənfəətlə bağlı iddia qaldırmışam və bu iddia SSRİ Dövlət Arbitrajının qərarı ilə 248 000 rubl məbləğində təmin edilmiş, Ermənistan tərəfinin nəzarət qaydasında verdiyi şikayət yuxarı instansiya məhkəməsi tərəfindən rədd edilmişdir.

Mənim İnsan Hüquqları üzrə Avropa Məhkəməsində də böyük təcrübəm var. 2007-ci ildən bəri 20-yaxın şikayətim üzrə həmin məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Hazırda 11 şikayətim üzrə bütün kommunikasiya bitərək, qərar qəbul edilmə ərəfəsindədir.

Azərbaycan Respublikası Konstitusiysa Məhkəməsində mənim şikayətlərim üzrə 4 işlə bağlı Ali Məhkəmənin qərarları qüvvədən düşmüş hesab edilmişdir.

Onu da qeyd etməliyəm ki, Azərbaycan məhkəmələri tərəfindən ədalətin bərpa edilməsi, Avropa Məhkəməsində qəbul edilmiş qərarlardan daha çox sevindirir.

- Muxtar müəllim, biz sizi həm də Özbəkistanda ermənilər tərəfindən təqiblərə məruz qoyulan Şöhrət Barlasın hüquqlarının müdafiəçisi kimi tanıyırıq...

- Şöhrətin əsl soyadı Salamovdur. Onunla məni Özbəkistandakı səfirimiz Hüseyn Quliyev tanış edib. Hüseyn müəllim məşhur bir ailənin övladıdır və Azərbaycanın mənafeyini Özbəkistanda uğurla təbliğ edir. Ermənilərin təkidi ilə Şöhrət Barlas barəsində cinayət işi başlanılmışdı. Biz onda təpki göstərdik, mətbuatda çıxışlarımız oldu. Özbək qardaşlarımız da ədalətli qərar verib cinayət işinə xitam verdilər. Bildiyimə görə, indi həmin cinayət işini açan şəxslər cəzalanıb.

- Son zamanlar adınız iki qalmaqallı məhkəmə çəkişməsində hallanır. Birincisi, Baş nazirin müavini Əli Həsənovun nəvəsi ilə bağlı prosesdə Nail Allahverdiyevə vəkillik etmisiniz. Bu da sizə qarşı bir sıra ittihamlar yaradıb. Öncə bunu dəqiqləşdirək: Əli Həsənovun nəvəsinin vəkillə təmin olunmaq hüququ varmı?

- Əlbəttə, var. Heç Stalinin dövründə belə, nəvəyə görə babanı cəzalandırmırdılar.

- Ancaq indi onu deyirlər ki, nəvəni babaya görə həbs etməyiblər...

- Nağıldır. Nailin atası Elman Allahverdiyev ciddi bir iş adamıdır, şirkət rəhbəridir. Onun böyük biznesi var. Elman müəllim bu məsələyə görə narazılıq edirdi ki, uşağın atası mənəm, amma ana babasının adı hallanır. Nə əlaqəsi? Baş nazirin müaviniu Əli Həsənov nəvəsinə görə niyə cəza almalı, ittiham olunmalıdır? Yaxud bir babası baş nazirin müavini olduğu üçün, Nailin işinə niyə obyektiv baxılmamalıdır? Ona hadisə yerindən qaçma ittihamı irəli sürülmüşdü. Nəyin əsasında? Belə bir fakt varmı? Cinayət işinin materialları, videogörüntülər var. Həmin videomateriallara baxanda görürsən ki, maşın qəzaya uğrayandan 10 dəqiqədən çox Nail hadisə yerində olub. Onun burnundan qan gəlməsi, qolunun ciddi xəsarət alması, beyin silkələnməsi məhkəmə ekspertizaları ilə təsdiq edilib. Yanan maşının içərisindən avtmobilin şüşəsi qırılaraq kənar şəxs tərəfindən çıxarılmış, özünü pis hiss edən şəxsin məcburən xəstəxanaya getməsi nə vaxtdan qaçmaq hesab olunur? Bəzi hüquqşünaslar özünü öldürür ki, ona 264-cü maddənin (hadisə yerindən qaçma ) verilməlidir. Kim istəyirsə, gəlsin, görüntüləri təqdim edim, Nail hadisə yerindən qaçmayıb. Görüntülərdə aydın əks olunub ki, onu yanan maşının içindən çıxarıblar. Deyirlər maşın 250 sürətlə gedib. Sübut var? Necə ola bilər ki, hadisə yerindən 1 km.dən az olan məsafədə, Bağırov körpüsündə yerləşən radarlar tərəfindən qeydə alınmır? Avtomobil, bəli, sürətlə gedib, amma o qədər sürətlə yox! Hadisə zamanı Nail Allahverdiyevin idarə etdiyi maşın “Jiquli”yə dəyib, həmin maşının arxa sol qanadı syırılıb, maşın zərəbədən heç istiqamətini belə dəyişməyib. O maşına dəymiş xəsarətin məbləği isə 500 manat olub. 250 sürətlə hərəkət edən maşının zərbəsi qarşısında “Jiqulu” dözər? Nailin əsas günahı ondan ibarətdir ki, təhlükəsizlik kəmərini bağlamayıb. O, kəməri bağlamış olsaydı, idarəetməni daha yaxşı həyata keçirərdi. Ehtiyatsızlıq nəticəsində cinayət hadisəsi baş verib. Hadisə vaxtı iki nəfər vəfat edib, iki nəfər türk vətəndaşı da yaralanıb. Vəfat edənin biri Nailin yanında əyləşən , təhlükəsizlik kəməri taxmayan şəxs-onun sürücüsüdür. O, özünü pis hiss etdiyindən avtomobili nail idarə etmişdir. Qərəz olmuş olsa idi, avtomobilin idarəetməsini vəfat etmiş sürücünün üzərinə atardılar. Real hadisənin təhrif edilməsinə cəhd belə olmayıb, ola da bilməzdi.

- Həmin Türkiyə vətəndaşları da açıqlama verir, müəyyən narazılıqlar bildirirlər...

- Bəli, onlar açıqlama verib bildiriblər ki, guya Afrikada yatırımları var, qəza nəticəsində oradakı sərmayələri batıb. Buyursunlar, yatırım faktlarını təqdim etsinlər. Bizim həmin türk vətəndaşları ilə heç bir problemimz yoxdur, onların bütün əsaslı iddialarını qəbul etmişik və edirik. Həmin şəxslər Türkiyə respublikasına müalicəyə göndərilib, bahalı klinikalarda bütün xərcləri, məsrəfləri ödənilib. Bunu Elman Allahverdiyev və onun şirkəti edib. Nailin idarə etdiyi avtomobil kimin adınadır? Bunu heç kəs araşdırmadı.

- Kimin adınadır?

- “Gardenia” MMC-nin. Həmin maşın Əli Həsənovun adına deyil. Şirkət təminat verib ki, biz həmin adamların bütün xərclərini çəkəcəyik. Qarşı tərəfi obyektiv olmağa çağırırıq. Bu hadisədən istifadə edib varlanmaq istəyi düz deyil. Əgər sənin bisnesin vardısa, zərərçəkənlər tərəfindən Türkiyədə ödənilməmiş tibbi sığorta haqlarını niyə görə Elman Allahverdiyevin şirkəti ödəyir? Bütün pullar bank yolu ilə ödənilib. Biz son olaraq bildirmişik ki, biz bunu məhkəmə müstəvisində həll edək, yəni iddianızı qaldırın, tələblərinizi qoyun. Çünki qarşı tərəf və ona yalan vəd verən bəzi “hüquqşünaslar” mətbuatda pressinq vasitəsi ilə bir milyondan çox pul alacaqlarını bildirirlər. Real tələbləri qəbul edirik, amma bu tələblər ağlabatan olmalıdır.

- Nail Allahverdiyev həbsxanadan necə çıxdı?

- Bakı Ağır Cinayətlər Məhkəməsi Nailə 6 il cəza vermişdi. Əslində isə Nailə maksimum 5 ilə qədər cəza verilməli və o, həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli idi. Hadisə yerindən qaçmaq ittihamı sübut olunmadı. Nail bir il əsassız olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində deyil, istintaq təcridxanasında qaldı. Amma birinci gündən onun cəzası məntəqə tipli olmalı idi. Nail üzərində məhkumluğu qalır, ona bəraət verilməyib. Zərərçəkmişlə olan mübahisəyə son qoymaq üçün biz bu prosesi barışıq sazişi imzalamaqla yekunlaşdırmaq niyətindəyik. Bu barışıq sazişinin məhkəmədə təsdiqlənməsində maraqlıyıq.

- Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla ilə həmin ali məktəbin iki əməkdaşı və “Xural” qəzeti arasında da məhkəmə çəkişməsi gedir. Bu işdə ADU-nun vəkili sizsiniz. Proses nə yerdədir?

- Kamal Abdullanı çoxdan tanıyıram. Kamal müəllimin rektor kimi ADU-nun bəzi əməkdaşlarının işdən çıxarılması ilə bağlı əmrləri var. Bu qərarlardan sonra həmin şəxslər mətbuata çıxdı, müxtəlif əsassız ittihamlar səsləndirdilər. Guya Kamal müəllim kiminsə övladlarını hədələyib, onları təhqir edib. Ünvanına belə ifadələr yazılan elm müəssisəsinin rəhbərliyi və kollektivi özünü rahat hiss edə bilərmi? Əlbəttə, bütün bunlar universitetin adına xələl gətirir. Belə çıxır ki, universitetdə dərəbəylikdir, nizam-intizam yoxdur. Ona görə Universitetin Elmi Şurası qərar verib ki, məsələ ilə bağlı məhkəmə iddiası qaldırılsın. Deyə bilərəm ki, Kamal müəllim həmişə universitetdə kollektivlə normal rəftar edib, bəzən hətta yumşaq darvanıb, məsələn, 3 gün işə gəlməyən şəxsi işdə saxlayıb. Hakbuki bu, əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdr. Kamal müəllimin heç kimə qarşı qərəzi yoxdur. Çıxarılan şəxslərin də hüquqlarını məhkəmə yolu ilə müdafiə etməsinə normal yanaşırıq. Ancaq şantaj yolunu seçməsinlər.

- Bəs, necə oldu ki, ADU-nun iddia ərizəsindən təzminatla bağlı tələblər götürüldü?

- Həmin tələb işgüzar nüfuza dəyən zərərin qarşılanması məqsədi ilə irəli sürülmüşdü. Sonra qərara aldıq ki, maddi tələbi geri çəkək. belə bir təəssürat yaranırdı ki, iddianın məqsədi “Xural” qəzetinin və digər şəxslərin maddi vəziyyətini pisləşdirməkdir. Əslində, elə əvvəldən də Kamal müəllim də, mən də maddi tələbin irəli sürülməsini məqbul saymırdıq.

- Bu məhkəmənin barışıqla başa çatması ehtimalı nə qədərdir?

- Mümkündür. Bizim nə Əvəz Zeynallıya, nə də narazı əməkdaşlara qarşı qərəzimiz yoxdur.

- Yaxşı olmazmı, elə işdən çıxan həmin xanımlar da doğma kollektivə qaytarılsın, bu məsələlər də arxada qalsın, söhbət bağlansın... Gənc adamlardırlar, öz sahələrində müəyyən uğurları olan insanlardırlar...

- Əlbəttə, bu da mümkündür, ancaq bu qərarı qəbul edəcək adam mən deyiləm. Mən onu deyə bilərəm ki, “Xural”ın yazdıqları, orada deyilənlər həqiqətə uyğun deyil. Məsələn, deyirlər ki, hədə-qorxu gəlinib. Sübüt? Sən adamları cinayətdə ittiham edirsən, amma ortada fakt yoxdur. Fikrimcə, bu məsələlər mətbuatda təkzib olunsa, qarşı tərəfin mövqeyi dərc olunsa, barışıq olar. Bizim kimisə əzmək, sıradan çıxarmaq, qisas almaq kimi fikrimiz yoxdur.

- Muxtar müəllim, bəs Aslan İsmayılov kod adlı şəxs sizdən nə istəyir? Bilmirəm, bilirsiniz, ya yox, Aslan İsmayılov sizi söydürmək üçün açıqlamanızı sosial şəbəkədə paylaşıb.

- Mən bununla bağlı səhifəmdə qısaca yazdım. Provakatorlara əsla cavab vermək fikrində deyiləm. Bununla onları ancaq şərəfləndirə bilərik. Millət bilir ki, onlar kimdir. Söyüş söyürsə, söydürürsə, özünün səviyyəsini göstərir. Onun səviyyəsinə qətiyyən enmərəm.

- Bayaq dediniz ki, Nail Allahverdiyev məsələsini şişirtmək istəyənlər var. Bizdə olan məlumata görə, bir hüquqşünas Nail Allahverdiyevin ailəsinə zəng edib, “mən sizdən böyük pullar qoparacam” deyib. Gəlin, dəqiqləşdirək: həmin şəxs Aslan İsmayılovdurmu?

- (Gülür) Məlumatınızı mənə təsdiqlətmək istəyirsiniz? Cavabım belədir: kənardan kim nə deyir desin, telefonla, internetlə kim hansı mesaj göndərirsə, göndərsin, biz onu qəbul etmirik. Səlahiyyətli şəxs olarsa, biz ona cavab verəcəyik. Nailin işini ictimailəşdirməklə “görürsüz, iqtidar neyləyir” deyə özünə əl qatanlar var. Belə şantajlar keçməz.

- Aslan İsmayılov tez-tez Vəkillər Kollegiyasına hücum edir. Siz də Kollegiyanın Rəyasət Heyətinin üzvüsünüz. Bu ittihamları necə qarşılayırsınız?

- Vəkillər Kollegiyasına qarşı əsaslı və əsassız tənqidlər var. Əsaslı tənqidləri biz qəbul edirik və çalışırıq ki, bu nöqsanları aradan qaldıraq. Biz demirik ki, Vəkillər Kollegiyasının heç bir problemi yoxdur. Məsələn, vəkillərin biliklərinin artırılması ilə yaxşı məşğul ola bilməmişik. İlk növbədə onların savadını artırmalıyıq. Vəkillərin hüquqlarının müdafiəsi ilə bağlı ciddi işlər görürük. Anar Bağırov kollegiyaya sədr təyin olunandan sonra qurumda ciddi dəyişiklik hiss olunmaqdadır. Bu gün biz beynəlxalq təşkilatlarlar əlaqə qururuq, onların tədbirlərinə qatılırıq. Bunlar il yarımda görülən işlərdir. Yazırlar ki, kollegiyanın binasını icarəyə götürmüşük. Bəs, neyləməliyik? Küçədə oturmalıyıq? Haradasa oturmalıyıq, ya yox? Gənc vəkillərlə bağlı layihələrimiz var. İndi kollegiyanın maliyyə qaynaqları artmaq üzrədir. Üzümü özündən razı olan hüquqşünaslara tutub deyirəm, gedin güzgüyə baxın, bir axtarın görün, adınız hansı dəftərdə var? Kim Biləcəridən o tərəfdə onları tanıyır?





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan ABŞ-da elə bir şey etdi ki... - GƏLİŞMƏ
Bu gün, 17:47
ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? - TƏHLİL
Bu gün, 17:46
"Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." - VİDEO
Bu gün, 17:35
Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... - İTTİHAM
Bu gün, 17:30
Kənan MM Azərbaycanı tərk edir
Bu gün, 17:26
Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır
Bu gün, 17:22
Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: - eks-deputata Goranboydan “salam” var
Bu gün, 17:14
Bakıda ağacı betonladılar - Nazirlik hərəkətə keçdi
Bu gün, 17:11
Tanınmış aktyorumuzun maşınını İtaliyada SOYDULAR - VİDEO
Bu gün, 17:09
Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb
Bu gün, 17:06
Onun GENERAL olmaq həvəsi... - Polis əməliyyat keçirdi
Bu gün, 17:05
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
“Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? - GİLEY
Bu gün, 17:00
MHP sədri xəstəxanadan evə buraxılıb
Bu gün, 16:55
"Əgər adamın yoxdursa, səni incitməlidirlər, bu günə qalmalısan?" - Əməkdar artist
Bu gün, 16:53
Rəfail Cəbrayılovu gözləyən cəza: - “Səlahiyyətinə xitam verilə bilər”
Bu gün, 16:50
Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır
Bu gün, 16:48
“Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" - deputat
Bu gün, 16:46
Prezidentdən 13 milyonluq - SƏRƏNCAM
Bu gün, 16:40
Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət - “Hazırda komadadır və hər hansı reaksiyası yoxdur”
Bu gün, 16:38
"Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" - Sərdar Cəlaloğlu
Bu gün, 16:34
“Gələn ay sevgilim ailə qurur, mən isə...”
Bu gün, 16:32
Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı
Bu gün, 16:30
“Nar” tələbələr üçün təqaüd proqramı elan edir!
Bu gün, 16:28
Fədayə Laçının məhkəməsi 11-ci dəfə təxirə düşüb
Bu gün, 16:27
“AFB Bank”da yeni TƏYİNAT
Bu gün, 16:25
60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT
Bu gün, 16:24
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb
Bu gün, 16:21
Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib
Bu gün, 16:20
Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq - Agentlik
Bu gün, 16:19
Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ - İTTİHAM
Bu gün, 15:50
“Gələcəkdən qorxma, onsuz da gələcək” - 50 yaşlı Müşfiq Əmirov
Bu gün, 15:44
Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir
Bu gün, 15:41
Ermənilərin məhsulu “Araz”da: - alış dayandırıldı
Bu gün, 15:39
“Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? - ŞOK
Bu gün, 15:32
Afaq Aslana evlilik təklifi edən gəncin şok səs yazısı yayıldı - Hər şey təşkil olunubmuş...
Bu gün, 15:31
Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib
Bu gün, 15:28
Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb
Bu gün, 15:26
Allahşükür Paşazadə Moskvada səfərdədir
Bu gün, 15:20
Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız?
Bu gün, 15:18
Şəkidə məmurların qovğası... - İLGİNC
Bu gün, 15:16
İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub
Bu gün, 15:12
Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır
Bu gün, 15:11
“Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib - FOTO
Bu gün, 13:07
Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib
Bu gün, 12:59
Qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:55
Kəmaləddin Heydərov "Facebook"da - Səhifəsində musiqiləri paylaşılır
Bu gün, 12:50
Rövşən Məmmədov tanınmış professoru "Mədəniyyət" kanalından UZAQLAŞDIRDI
Bu gün, 12:44
“Xəstələrimiz arasında vəzifəli şəxslər də var” - Ruhi xəstəxananın baş həkimi
Bu gün, 12:42
Azərbaycan sərhədçisinə bıçaqla xəsarət yetirilib
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru