Vaqif Əsədovun bölməsində yeni təyinat .....                     Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək .....                     20-yə yaxın icra başçısı yola salınacaq .....                     İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı .....                     Biləsuvarda bir müəllimin iki vəzifəni icra etməsinə .....                     5 kiloqramdan artıq tiryəki satmaq istəyən şəxs saxlanılıb .....                     Azərbaycan-Ermənistan sərhədində təxribat baş verib, .....                     Maliyyə Nazirliyində kadr dəyişikliyi olub .....                     Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı .....                     "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim .....                     Tramp Hindistana səfər edib .....                     Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə .....                     "Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" .....                     Baş infeksionist əhaliyə müraciət etdi: .....                     Ən çox və ən az bu dairələrin məntəqələrinin nəticəsi etibarsız sayılıb .....                     Lənkəranda itkin düşən şəxs Bakıda tapıldı .....                     İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur .....                     "AtaBank"a müvəqqəti sədr TƏYİN EDİLİB .....                     “Dövlət Aqrar Ticarət Şirkəti”nin rəhbəri dəyişib .....                     “Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir” .....                     Abşeronda baş verən yanğın söndürüldü .....                     Ağdam rayon Vergilər şöbəsinin sabiq direktorunun məhkəməsi başlayıb .....                     Evə girdilər, amma heç nə oğurlamadılar... .....                     Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib .....                     Siyəzəndə Xocalı faciəsinin qurbanları anıldı .....                     BİZNESİ OLAN İCRA BAŞÇISI TƏKCƏ VƏLİYEV DEYİL... .....                     Bakıda mağazadan 330 manatlıq viski oğurlanıb .....                     Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... .....                     Neftçalanın aqibəti Beyləqanı da gözləyir... .....                     Qazı kimlər və necə oğurlayır? .....                     Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb .....                     Lerikin icra başçısından Prezidentə şikayət olundu .....                     Zaqatalada 44 yaşlı kişi intihar edib .....                     MSK bu həftə seçkilərə yekun vuracaq .....                     İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib .....                     Qarabağ veteranı işsizlikdən gileylənir... .....                     "Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi" .....                     "Bu vətəndən Astaranın icra başçısına nə?.." .....                     Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                 

Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı - AXIRI QANLA VƏ HƏBSLƏ BİTDİ...
Tarix: 17-08-2019, 16:03 | Çap et
Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini, qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, qətl hadisəsi ötən il noyabrın 7-də Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. E. Abdullayev onun evli və iki uşaq anası olan bacısını yoldan çıxarıb qaçıran, daha sonra Qəbələyə geri yola salan Murad Quliyevi qətlə yetirib, özünün dediyi kimi ailələrinin “namusunu təmizləyib”.

Bu qanlı drama aparıb çıxaran hadisələr isə 10 il əvvəl-E.Abdullayevin bacısının ailə qurduğu gündən başlayıb.

Təranə gəlin köçdüyü, qədəm basdığı ocaqda ilk gündən pis rəftara, tənələrə, təzyiqlərə məruz qalıb. Buna səbəb toy gününün səhərisi baldızının qəfil ölümü və ömür boyu “uğursuz, qaradaban” adı altında aşağılanması olub. Dəfələrlə boşanmaq istəyib, yaxınları imkan verməyib, el qınağına görə geri çəkilmək məcburiyyətində qalıb.

...On il bu cür yaşayıb. Bu illər ərzində iki övladı dünyaya gəlib. Günlərin birində sosial şəbəkədə tanış olduğu şəxsə özü barədə danışıb, yenidən ailə quracağını düşünüb, qadın kimi xoşbəxt olacağına ümid edib. Lakin bu dəfə də bəxti gətirməyib. İkinci cəhd birincidən də uğursuz alınıb. Onun ərini və iki uşağını atıb qaçdığı adam narkoman çıxıb, qadını da narkotikə qurşadıb, pis rəftara məruz qoyub və nəhayət Qəbələyə geri göndərib.

Qadının hərəkəti qardaşını başıaşağı edib

İttihama görə, bacısı Təranənin evli olmasına baxmayaraq ailəsini tərk edib Murad Quliyevə qoşulub qaçması, Bakıda kirayədə yaşaması, müəyyən müddətdən sonra isə sonuncunun onu rayona gətirib ailə üzvlərinə təhvil verməsi Elnur Abdullayevin heysiyyatına toxunub. O, qohum-əqrəba arasında rüsvay olduğuna görə Murad Quliyevdən qisas almaq qərarına gəlib. Bu məqsədlə də Muradı öldürmək üçün Qəbələdən Bakıya üz tutub. Muradın Zabrat qəsəbəsində yerləşən “moyka” da işlədiyini öyrənib. M.Quliyevin iş yerinə gələrək ona bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Törətdiyi cinayət əməlinə görə, E.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Elnur Abdullayev ifadəsində bacısı Təranənin 2008-ci ildə həmyerlisi Şahid Muradovla ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu göstərib.

Ər evinə bədbəxtçilik gətirən gəlin

E.Abdullayevin ifadəsinə görə, Təranə gəlin köçən günün səhəri ərinin bacısı rəhmətə gedib. İlk gündən Təranəyə qarşı münasibət yaxşı olmayıb. Ailə üzvləri onu “qaradaban” adlandırıblar, özüylə bədbəxtçilik gətirməkdə ittiham ediblər. Evliliyin ilk günündən başlayan problemlər on ilə yaxın davam edib. Bu illər ərzində Təranə dəfələrlə boşanmaq istəyib, lakin yaxınları kəndin adət-ənənələrinə görə onun boşanmasına icazə verməyiblər, hər şeyə dözməsini məsləhət görüblər.

Nəhayət, günlərin birində hər şeyə dözən qadın iki uşağını da ataraq ər evini biryolluq tərk edib. Əri də, qohumları da onu axtarmağa başlayıblar. Təranəni gördüm deyən, olmayıb. Ailə üzvləri qadının itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Bir neçə gündən sonra Təranə anası ilə telefon əlaqəsi saxlayıb, ona öz istəyi ilə internetdə tanış olduğu oğlanla qaçdığını deyib, axtarmamalarını xahiş edib.

Bacısının sözlərindən əsəbləşən Elnur anasına bir daha onunla əlaqə saxlamamağı tapşırıb: “Telefonu yerə vurub sındırdım. Anama da dedim ki, daha onunla danışmasın”.

“Onu öldürmək qərarına gəlmişdim”

Boşanmaq üçün məhkəməyə müraciət edən Təranə ötən ilin oktyabrında Muradla birgə Qəbələyə gəlsə də məhkəməyə gecikdiyindən prosesdə iştirak edə bilməyib: “Söhbət zamanı bacım dedi ki, Murad onu hədələdiyi üçün qoşulub qaçıb. Onunla pis rəftar edib, müntəzəm olaraq narkotik maddələr qəbul etdirib. Həm Təranəyə, həm də yaxın qohumlarına xəsarət yetirəcəyi ilə hədə-qorxu gəlib. Bütün bunları eşitdikdən sonra Muradı öldürmək qərarına gəldim. Evdə heç kimə bir söz demədim. Bakıya polisə şikayət etmək məqsədilə getdiyimi bildirdim. Yoxsa anamla qardaşım getməyə imkan verməyəcəkdilər”.

E.Abdullayev Muradın işlədiyi “moyka”nın dəqiq yerini bilmədiyindən üç gün Sabunçu rayonunda yerləşən avtoyuma məntəqələrini gəzib, həmin müddətdə küçələrdə gecələyib. Nəhayət, Muradın iş yerini müəyyənləşdirib. Yaxınlıqdakı dönərxanadan bıçaq oğurlayan Elnur birbaş “moyka”ya yollanıb: “Ailəmin qeyrətini təmizləmək üçün Muradı öldürəcəyimə öz-özümə söz vermişdim. Bıçağı kəmərimin altında gizlədib onun iş yerinə gəldim. Murad məni görən kimi ayağa qalxıb görüşmək istədi, əl uzatdı. Ona “sən adam fırladan olmusan?” dedim və bıçaqla sinəsinə, boynuna zərbələr endirdim. Zərbələrin təsirindən üzü üstə yerə yıxıldı. Daha bir neçə zərbə vurdum ki, ölsün”.

Muradın öldüyünə əmin olduqdan sonra Elnur rayona qayıdıb. Əynindəki qanlı paltarları çıxarıb həyətə atıb. Anası ilə qardaşına Muradı öldürdüyünü deyib və birbaş Qəbələ rayon polis bölməsinə gələrək təslim olub.

“Qardaşım Təranəni rayona aparıb ailə üzvlərinə təhvil verdiyini dedi...”

Öldürülən şəxsin hüquqi varisi Sevda Quluzadə qardaşının “sakit, mehriban insan olduğunu” deyib: “Sentyabrda Muradla telefonla danışanda Təranə adlı qızla tanış olduğunu, bir yerdə yaşadıqlarını söylədi. Dedim ki, götür Təranəni də, gəlin bizdə yaşayın. Razılaşmadı, kirayə ev tutduğunu dedi. Təranənin rəsmi evli olmağını və uşaqlarının olduğunu bilmirdim. Sonradan Murad özü zəng vurdu, maddi imkanı çətin olduğundan yanıma köçmək istədiyini dedi. Təranəni də götürüb bizə gəldi. Onların münasibəti çox yaxşı idi, mehriban yola gedirdilər, mübahisə etmirdilər. Təranə özü də gülərüz idi. Bizdə qalanda öyrəndim ki, ailəlidir, iki övladı var. Rəsmi boşanacağını dedi. Bir həftə sonra yenidən kirayə ev tutub köçdülər. Noyabrın əvvəlində Murad mənə Təranəni rayona aparıb ailə üzvlərinə təhvil verdiyinin dedi”.

Zərərçəkmiş qardaşının qətlə yetirilməsi xəbərini digər bacısından eşitdiyini məhkəmənin diqqətinə çatdırıb.

“Deyirdilər ki, artıq uşaqların böyüyüb, birtəhər döz”

Şahid qismində dindirilən Təranə Muradova ifadəsində ərinin onunla pis rəftar etdiyini, uşaqlarına diqqət, qayğı göstərmədiyini, lazımi tərbiyə vermədiyini, onlara baxmadığını, maaşının çox hissəsini evə gətirmədiyini, kənarda xərclədiyini, bu səbəbdən də aralarında mütəmadi olaraq mübahisələr yarandığını göstərib: “Dəfələrlə ayrılmaq istəsəm də, ailəm boşanmama razı olmurdu. Deyirdilər ki, artıq uşaqların böyüyüb, birtəhər döz”.

Muradla 2018-cilin avqustunda sosial şəbəkədə tanış olduğunu deyən Təranə bir qadın kimi xoşbəxt həyat yaşamaq arzusunda olduğunu da gizlətməyib: “Ciddi münasibət qurub xoşbəxt yaşamaq istəmişəm. Muradla sonradan “WhatsApp” yazışdıq. Ona evli, iki uşaq anası olduğumu dedim. O da cavabında “bu bizim tanışlığımıza mane olmayacaq” dedi. Hər dəfə məni qaçıracağını dedikdə elə bilirdim zarafat eləyir. Ötən ilin avqustunda zəng vurub Qəbələdə olduğunu dedi. Son anadək ona inanmırdım. Həmin gün anamgilə gedərkən yanımda qara maşın saxladı. Murad məni maşına dəvət etdi. Maşında Muradın bacısı Leyla və yeznəsi Ayaz da vardı. Onlarla birgə Bakıya gəldim. Bir həftə Leylagildə qaldıq, sonra kirayə köçdük”.

“Mənə güclə narkotik qəbul etdirirdi”

T.Muradova Bakıda olarkən ərinin onun itkin düşməsi barədə polisə ərizə ilə müraciət etdiyini öyrənib. Bu üzdən Muradla Qəbələyə gələrək polis şöbəsində izahat verib.

“İlk günlər mehriban dolanırdıq. Sonradan Muradın mənə qarşı münasibəti dəyişdi. Tez-tez narkotik vasitələrdən istifadə edir, məni də məcbur edirdi ki, onunla birgə narkotik qəbul edim. Ailə üzvlərimlə əlaqə saxlamağa icazə vermirdi, mənasız yerə mübahisələr yaradırdı. Ona görə də rayonda, məhkəmənin qarşısında qardaşlarıma, xalama hər şeyi açıb olduğu kimi danışdım”,-o ifadəsində deyib.

Məhkəmənin hökmü ilə Elnur Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaqif Əsədovun bölməsində yeni təyinat
Bu gün, 11:42
Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək
Bu gün, 11:40
20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...
Bu gün, 11:35
İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı - "İndi bazara ancaq Türkiyədən mallar gətirilir"
Bu gün, 11:31
Biləsuvarda bir müəllimin iki vəzifəni icra etməsinə - RƏSMİ CAVAB
Bu gün, 11:30
5 kiloqramdan artıq tiryəki satmaq istəyən şəxs saxlanılıb - FOTO
Bu gün, 11:28
Azərbaycan-Ermənistan sərhədində təxribat baş verib, bir hərbçimiz şəhid olub
Bu gün, 11:25
Maliyyə Nazirliyində kadr dəyişikliyi olub
Bu gün, 11:19
Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı - FOTO
Bu gün, 11:17
"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim SAXLANILDI
Bu gün, 11:16
Tramp Hindistana səfər edib
Bu gün, 11:15
Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə - İDDİA
Bu gün, 11:13
"Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır" – Məşhur YAP-çıdan sensasion açıqlama
Bu gün, 11:06
Baş infeksionist əhaliyə müraciət etdi: - Vacib deyilsə, İrana getməyin
Bu gün, 11:01
Ən çox və ən az bu dairələrin məntəqələrinin nəticəsi etibarsız sayılıb - SİYAHI
Bu gün, 10:49
Lənkəranda itkin düşən şəxs Bakıda tapıldı
Bu gün, 10:46
İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur - HƏKİMİ DANIŞDI
Bu gün, 10:45
"Özəl kanallar istədiyi hər ifaçını çağırır"
Bu gün, 10:42
"AtaBank"a müvəqqəti sədr TƏYİN EDİLİB
Bu gün, 10:37
“Dövlət Aqrar Ticarət Şirkəti”nin rəhbəri dəyişib
Bu gün, 10:36
“Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir” - Prezidentin köməkçisi
Bu gün, 10:32
Abşeronda baş verən yanğın söndürüldü
Bu gün, 10:27
Ağdam rayon Vergilər şöbəsinin sabiq direktorunun məhkəməsi başlayıb
Bu gün, 10:25
Evə girdilər, amma heç nə oğurlamadılar...
Bu gün, 10:22
Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib - SİYAHI
Bu gün, 10:20
Siyəzəndə Xocalı faciəsinin qurbanları anıldı
Bu gün, 10:18
Xalq artistinə doğum günü sürprizi
Bu gün, 10:17
BİZNESİ OLAN İCRA BAŞÇISI TƏKCƏ VƏLİYEV DEYİL... - Daha hansı icra başçılarının biznesləri var?
Bu gün, 10:08
Bakıda mağazadan 330 manatlıq viski oğurlanıb
Bu gün, 10:03
Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...
Bu gün, 10:02
Neftçalanın aqibəti Beyləqanı da gözləyir... - İDDİA
Bu gün, 10:00
Qazı kimlər və necə oğurlayır? - VİDEO
Bu gün, 09:56
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb
Bu gün, 09:51
Lerikin icra başçısından Prezidentə şikayət olundu - VİDEO
Bu gün, 09:49
Zaqatalada 44 yaşlı kişi intihar edib
Bu gün, 09:47
MSK bu həftə seçkilərə yekun vuracaq
Bu gün, 09:45
İrana gündəlik istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib - DANX
Bu gün, 09:42
Qarabağ veteranı işsizlikdən gileylənir... - "Mənə deyirlər ki, kimə istəyirsən yaz"
Bu gün, 09:41
"Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi" - PA rəsmisi
Bu gün, 09:39
"Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
Bu gün, 09:37
Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur - Səhiyyə Nazirliyi
Bu gün, 09:33
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:32
İsa Qəmbərin 63 yaşı tamam oldu
Bu gün, 09:31
DTX gömrük sistemində araşdırma aparsa... - İDDİA
Bu gün, 09:30
Mənzurə Musayeva yenidən ərə gedir? - "Mütləq kişi lazımdır"
Bu gün, 09:29
“Nazilrik əlinin altındakı sənədi bizdən istəyir” - GİLEY
Bu gün, 09:26
Nəqliyyat şirkəti özünə yeni rəhbər seçəcək
Bu gün, 09:19
Nazim İbrahimovun dolayı biznesi... - İndi-indi üzə çıxır...
Bu gün, 09:17
"AtaBank"ın İdarə Heyəti tam və 3 departament direktoru işdən azad olunub
Bu gün, 09:15
Samir Şərifovun kürsüsü çoxmu rahatdır?.. - İTTİHAM
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru