Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub .....                     Paşinyan ABŞ-da elə bir şey etdi ki... .....                     ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? .....                     "Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." .....                     Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... .....                     Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır .....                     Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: .....                     Bakıda ağacı betonladılar .....                     Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb .....                     Onun GENERAL olmaq həvəsi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? .....                     MHP sədri xəstəxanadan evə buraxılıb .....                     Rəfail Cəbrayılovu gözləyən cəza: .....                     Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır .....                     “Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" .....                     Prezidentdən 13 milyonluq .....                     Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət .....                     "Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" .....                     Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı .....                     “Nar” tələbələr üçün təqaüd proqramı elan edir! .....                     “AFB Bank”da yeni TƏYİNAT .....                     60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT .....                     Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb .....                     Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib .....                     Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq .....                     Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ .....                     “Gələcəkdən qorxma, onsuz da gələcək” .....                     Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir .....                     Ermənilərin məhsulu “Araz”da: .....                     “Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? .....                     Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib .....                     Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb .....                     Allahşükür Paşazadə Moskvada səfərdədir .....                     Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız? .....                     Şəkidə məmurların qovğası... .....                     İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub .....                     Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır .....                     “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib .....                     Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib .....                 

Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir? - TƏHLİL
Tarix: 17-08-2019, 09:55 | Çap et
Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir?
Ermənistan rəsmilərinin son təxribatçı bəyanatları Dağlıq Qarabağa dair sülh danışıqlarını davam etdirib-etdirməməklə bağlı sualı bütün ciddiliyi ilə gündəmə gətirib. Maraqlıdır ki, problemin həlli üçün görəvli olan ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri hələ də “Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə” avantürasına reaksiya verməyiblər. Bu da faktiki şəkildə işğalçını şirnikləndirən yanaşma sayıla bilər.

Artıq rəsmi Bakı məsələyə öz münasibətini bildirib. İrəvan yetkililərinin - baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zoqrab Mnatsakanyanın bu açıqlamalarının olduqca riskli, bölgədə yeni savaşa təhrik edən mövqe olduğu barədə xəbərdarlıq edilib. Əslində indi elə bir vəziyyət yaranıb ki, müharibənin tətiyi hər an çəkilə bilər. Buna görə də artıq bir tərəf suçlu olacaq - özünün təxribatçı hərəkətləri ilə Qarabağ düyününə yeni düyünlər vuran işğalçı Ermənistan.

Lakin həmsədrlərdən “miatsum” sərsəmləməsinə reaksiya gəlməsə də obyektiv düşüncəli əcnəbi şərhçilər İrəvan rəsmilərinin bu qəbildən bəyanatlarını təhlükəli, sülh prosesinə ciddi zərbə hesab etməklə yanaşı, ölkəmizin ərazi bütövlüyünü müdafiə edən açıqlamalar verirlər. O sırada rusiyalı tanınmış ictimai xadim, Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov Real TV-yə müsahibəsində deyib ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

*****

Bu arada Azərbaycan özünün hərbi qüdrətini artırmaqda davam edir. Ermənistanın kövrək danışıqlar prosesini də torpedaladığı indiki həssas vaxtda hərbi faktor şübhə yox ki, xüsusi önəm kəsb edir. Bu və digər səbəbdən Bakı silahlı qüvvələrimizin hərbi və döyüş hazırlığına diqqəti daha da artırıb. Bura yeni texnikaların alınması və mümkün dərəcədə onların yerli istehsalını təşkil eləmək də daxildir.

Məsələn, bu günlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə “Harop” adlanan pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusu nümayiş etdirilib. Məlumatına görə, “Maz” markalı zirehli avtomobildə yerləşdirilən qurğu 12 ədəd pilotsuz uçuş aparatını daşıya və havaya buraxa bilir. Qurğu yerləşdirildiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edir. Qurğuda İsrail istehsalı olan pilotsuz uçuş aparatı yerləşdirilə bilir. Qurğu döyüşə hazır vəziyyətə gətirilərkən 9 dəqiqə ərzində öz-özünü test edir və döyüşə hazır olub-olmaması barədə komanda verir. Özünütest zamanı hansısa aparat və ya cihazda nasazlıq aşkarlanacağı təqdirdə qurğu avtomatik bloklanır.

Maşında yerləşdirilən PUA 200 kilometr məsafədən idarə olunur. PUA hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. PUA hədəfi 100 faiz vurmağa qadirdir. Aparat 16 min metr hündürlükdə uçduğundan düşmənin onu görməsi, müəyyən edib vurması qeyri-mümkündür. Qeyd edək ki, “Harop” 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və 100 faiz uğur əldə edib.

*****

Azərbaycan özünün hərbi potensialını artırmaq üçün təbii ki, 1 nömrəli müttəfiqimiz qardaş Türkiyə ilə əlaqələrə və onun döyüş təcrübəsinə məxsusi önəm verir. İki ölkə arasında müntəzəm şəkildə həm Azərbaycan, həm də Türkiyə ərazisində birgə hərbi təlimlər keçirilir. Qardaş dövlət Azərbaycanın mühüm silah tədarükçülərindən biridir. Türkiyə ələlxüsus da Naxçıvanın təhlükəsizliyinin gücləndirilməsi yönündə gərəkən addımlar atmaqdadır. Muxtar bölgənin təhlükəsiz mövcudluğu isə Qarabağda müharibə variantında Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Yalnız o halda Azərbaycan Ordusu Naxçıvan sarıdan arxayın olaraq, bütün gücünü erməni işğalçıları ilə mübarizəyə yönəldə bilər.

Lakin bu da hamısı deyil. Məsələ ondadır ki, iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının potensialı daha böyükdür. Bu potensial özündə Azərbaycan ərazisində Türkiyə hərbi bazaların qurulmasını da ehtiva edir. Yəqin ki, proseslər buna doğru gedir. Artıq məsələ heç vaxt olmadığı qədər Azərbaycanın siyasi-hərbi gündəliyinə çıxıb. Azərbaycanlı siyasilər və analitiklər bu yöndə çağırışlar edirlər.

“Ümid edirəm ki, gələcəkdə Türkiyənin Azərbaycanda iki hərbi bazası qurulacaq”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Qətər əmiri ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdi. Türkiyə Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası - Naxçıvanda və Abşeronda mövcud olacaq. Başqa alternativimiz yoxdur. Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq”, - E.Şahinoğlu bildirib.

*****

Əlbəttə ki, nə vaxtsa bu da reallaşa bilər. Bəziləri iddia edir ki, NATO üzvü olan bir ölkənin Azərbaycanda baza qurması çətin olacaq. Ancaq NATO üzvü olmayan Qətərin timsalında artıq nümunə var. İkinci yandan belə fikirlər səslənir ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası ölkəmizdə xarici bazaların qurulmasını yasaq edir. Ancaq konsepsiyaya, qanunlara müvafiq düzəlişləri eləmək də Azərbaycanın daxili işi, suveren haqqıdır. Qalır iki paytaxtın ortaq siyasi qərarı. Xain qonşularımızın Qarabağa düyününə yeni düyün vurduğu vaxtda bu qərar tarixi önəm kəsb edir...
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO
Bu gün, 17:51
Paşinyan ABŞ-da elə bir şey etdi ki... - GƏLİŞMƏ
Bu gün, 17:47
ABŞ-Türkiyə münasibətləri: Buzlar əriyir? - TƏHLİL
Bu gün, 17:46
"Gecə plombı kimsə qırır, sabahı «Azərqaz» gəlir...." - VİDEO
Bu gün, 17:35
Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb... - İTTİHAM
Bu gün, 17:30
Kənan MM Azərbaycanı tərk edir
Bu gün, 17:26
Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır
Bu gün, 17:22
Gültəkinin satdığı su, zəbt etdiyi torpaqlar: - eks-deputata Goranboydan “salam” var
Bu gün, 17:14
Bakıda ağacı betonladılar - Nazirlik hərəkətə keçdi
Bu gün, 17:11
Tanınmış aktyorumuzun maşınını İtaliyada SOYDULAR - VİDEO
Bu gün, 17:09
Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb
Bu gün, 17:06
Onun GENERAL olmaq həvəsi... - Polis əməliyyat keçirdi
Bu gün, 17:05
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
“Şaqay” su kanalına qənim kəsilənlər kimlərdir? - GİLEY
Bu gün, 17:00
MHP sədri xəstəxanadan evə buraxılıb
Bu gün, 16:55
"Əgər adamın yoxdursa, səni incitməlidirlər, bu günə qalmalısan?" - Əməkdar artist
Bu gün, 16:53
Rəfail Cəbrayılovu gözləyən cəza: - “Səlahiyyətinə xitam verilə bilər”
Bu gün, 16:50
Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır
Bu gün, 16:48
“Erməni qızları təhsil alanda biz qadınları döyüb bir küncə basmışdıq" - deputat
Bu gün, 16:46
Prezidentdən 13 milyonluq - SƏRƏNCAM
Bu gün, 16:40
Vurğun Əyyubun səhhəti ilə bağlı son vəziyyət - “Hazırda komadadır və hər hansı reaksiyası yoxdur”
Bu gün, 16:38
"Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam" - Sərdar Cəlaloğlu
Bu gün, 16:34
“Gələn ay sevgilim ailə qurur, mən isə...”
Bu gün, 16:32
Nazirlik rüşvətin qarşısını aldı, başqa problem yarandı
Bu gün, 16:30
“Nar” tələbələr üçün təqaüd proqramı elan edir!
Bu gün, 16:28
Fədayə Laçının məhkəməsi 11-ci dəfə təxirə düşüb
Bu gün, 16:27
“AFB Bank”da yeni TƏYİNAT
Bu gün, 16:25
60 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT
Bu gün, 16:24
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb
Bu gün, 16:21
Bakı sakininə qarşı 32 min dollarlıq dələduzluq edilib
Bu gün, 16:20
Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq - Agentlik
Bu gün, 16:19
Fikrət Məmmədovun şətiri altında ŞOK ÖZBAŞINALIQ - İTTİHAM
Bu gün, 15:50
“Gələcəkdən qorxma, onsuz da gələcək” - 50 yaşlı Müşfiq Əmirov
Bu gün, 15:44
Ailəsi Şahbaz Quliyevin tezliklə qayıdacağını gözləyir
Bu gün, 15:41
Ermənilərin məhsulu “Araz”da: - alış dayandırıldı
Bu gün, 15:39
“Sevgisi” ilə ailə dağıdanlara nəyi etibar etmək olar? - ŞOK
Bu gün, 15:32
Afaq Aslana evlilik təklifi edən gəncin şok səs yazısı yayıldı - Hər şey təşkil olunubmuş...
Bu gün, 15:31
Bakıda keçmiş məhkumun üzərindən 1 kiloqramdan artıq heroin aşkar edilib
Bu gün, 15:28
Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb
Bu gün, 15:26
Allahşükür Paşazadə Moskvada səfərdədir
Bu gün, 15:20
Aygün Kazımova: Mənim taleyimlə oynayacaqsız?
Bu gün, 15:18
Şəkidə məmurların qovğası... - İLGİNC
Bu gün, 15:16
İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub
Bu gün, 15:12
Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır
Bu gün, 15:11
“Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib - FOTO
Bu gün, 13:07
Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib
Bu gün, 12:59
Qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:55
Kəmaləddin Heydərov "Facebook"da - Səhifəsində musiqiləri paylaşılır
Bu gün, 12:50
Rövşən Məmmədov tanınmış professoru "Mədəniyyət" kanalından UZAQLAŞDIRDI
Bu gün, 12:44
“Xəstələrimiz arasında vəzifəli şəxslər də var” - Ruhi xəstəxananın baş həkimi
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru