Müsavat partiyası ÇALXALANIR .....                     Bakı sakininə qarşı 145 min dollarlıq dələduzluq edilib .....                     LDU-da nazirliyin qərarları keçərli deyil... .....                     Göyçayda oğul 79 yaşlı atasını ölümcül bıçaqladı .....                     Əvvəlcə keçmiş arvadını, sonra da polisləri yandırmaq istədi... .....                     Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb .....                     Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi .....                     Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ... .....                     Gənc Tamaşaçılar Teatrının tavanı çöküb .....                     Bakıda iki müəllim musiqi məktəbinin direktorunu şantaj edərək .....                     Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb .....                     “Ermənistanı gərgin payız gözləyir...” .....                     Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək .....                     Bakıda keçmiş məhkum qadına xəsarət yetirib .....                     Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... .....                     "Xalq Sığorta"da yeni TƏYİNAT .....                     Azərbaycan nefti 12%-ə yaxın bahalaşıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Atası qorxa-qorxa, ürkə-ürkə büdcəni yeyir... .....                     SƏHİYYƏ KORRUPSİYASI .....                     Bakıdan müharibə anonsu .....                     Neft yenidən ucuzlaşıb .....                     Neft bahalaşır, xeyrimizədir, amma narahatıq .....                     Milli Şuranın mitinq oyununun pərdəarxası .....                     “Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT .....                     İsmayıl Hüseynov DGK sədri olacaq? .....                     “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil” .....                     Əli Kərimli-İlqar Məmmədov debatı .....                     Cəlilabadda süqut edən təhsil sistemi... .....                     Dövlət qulluğuna qəbulla əlaqədar növbəti müsahibələrin TARİXLƏRİ açıqlandı .....                     "Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi... .....                     İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? .....                     Qırğızstanla Tacikistan arasında SAVAŞ BAŞLADI .....                     Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək .....                     “Paşinyanın ətrafında elə bir tor qurulur ki...” .....                     Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb .....                     Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək .....                     Deputatın Balakəndə bazarı var imiş... .....                     "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir" .....                 

“Ermənistan savaş müstəvisinə keçəcək siyasət aparır...” - GƏLİŞMƏ
Tarix: 17-08-2019, 09:34 | Çap et
“Ermənistan savaş müstəvisinə keçəcək siyasət aparır...”
Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” iddiası ilə çıxış etməsi danışıqların taleyini sual altında qoyub. Hətta bir sıra ermənilərin bəziləri də baş nazirin bu mövqeyinin nə dərəcədə təhlükəli olduğunu anlayırlar.

Ermənistanda konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunan keçmiş prezident Robert Köçəryanın vəkili Ovanes Xudoyan Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin bir hissəsinin “Dağlıq Qarabağa aid olmadığını” deyib. Virtualaz.org xəbər verir ki, vəkilin bu sözləri ətrafında hay-küy qalxıb, onu az qala xəyanətdə ittiham etməyə başlayıblar. “Azadlıq” radiosunun erməni xidmətinin bildirdiyinə görə, qondarma “dqr prezidenti aparatının rəhbəri” David Babayan “artsax konstitusiyasına əsasən” bütün işğal edilmiş ərazilərin “dqr”ə aid olduğunu deyib. Onun sözlərinə görə, hər bir patriot hesab edir ki, keçmişə qayıtmaq mümkün olmayacaq, o cümlədən sərhədlər məsələsində. Vəkil Ovanes Xudoyan həmin fikirləri Ermənistanın İctimai Televiziyasına açıqlamasında 2008-ci il 1 mart hadisələri zamanı Dağlıq Qarabağdan İrəvana hərbi birləşmələrin yeridilməsi barədə danışarkən işlədib. Deyib ki, tanınmasından, yaxud tanınmamasından asılı olmayaraq Dağlıq Qarabağ “müstəqil dövlət vahididir” və özünün silahlı qüvvələri var. Və həmin silahlı qüvvələrin tərkibindən bir nəfər də olsun hərbçi Ermənistana gətirilməyib. Bu zaman jurnalist vəkildən soruşub: “Bəyəm siz zəbt olunmuş əraziləri də Qarabağın tərkib hissəsi hesab etmirsiniz?” “Həmin ərazilərin bir hissəsi Dağlıq Qarabağ respublikasının ərazisi hesab edilə bilməz”,-vəkil belə cavab verib.

Köçəryan Azərbaycan ərazilərinin işğalına başçılıq edən biri kimi “Qarabağ qəhrəmanı”dır və onun vəkilinin işlətdiyi sözlər qondarma rejimin rəhbərliyini məmnun etməyib. Amma Babayan deyib ki, onlar bu mövzu ətrafında spekulyasiya etmək istəmirlər. Çünki “konstitusiyada” bütün zəbt edilmiş ərazilərin “Dağlıq Qarabağ respublikası”na aid olduğu göstərilib.

Köçəryanı dəstəkləyən Daşnaksütun Partiyası isə məsələni şərh etmək istəməyb. Hakim “Mənim addımım” fraksiyasından deputat Vahan Tevosyan isə vəkilin “təsadüfən belə fikirlər işlətdiyinə” ümid etdiyini bildirib. Vəkil Xudoyan isə daha sonra Facebook-da izahatla çıxış edərək fikirlərinin yanlış yozulduğunu bildirib. Lakin bu polemika, hay-küy ondan xəbər verir ki, Ermənistan rəhbərliyi, siyasi dairələri işğal edilmiş ərazilərin ümumiyyətlə geri qaytarılmaması xəttini tutub. Və “bir qarış da olsun torpaq qaytarmamaq” artıq İrəvanın Qarabağ məsələsindəki mövqeyi hesab edilə bilər. Hansı ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində verdiyi son bəyanatlar, Qarabağı Ermənistanın tərkib hissəsi elan etməsi, ətraf rayonlarda qanunsuz məskunlaşdırma üçün yeni yolların, suvarma sistemlərinin çəkilməsi də təsdiqləyir. O zaman “bir qarış da torpaq qaytarmaq istəməyən” düşmənlə danışıqlar masası arxasında nədən danışasan?!

Ermənistan rəhbərliyinin bəyanatının ardınca cəbhə xəttində gərginliyin artması müşahidə olunur. Qazax istiqamətindəki erməni təxribatının qarşısı alındıqdan sonra düşmən Naxçıvan cəbhəsi boyunca təxribata əl atıb. Avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən ordu.az-a verilən məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur. Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam etsə də Əlahiddə Ümumqoşun Ordunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

Bəzi müşahidəçilər hesab edir ki, N.Paşinyan diqqəti daxildəki problemlərdən yayındırmaq üçün Azərbaycanı təxribata çəkir. Ancaq digər ehtimala görə, əslində Paşinyan icraçıdır və o, digər qüvvənin tapşırıqlarını icra edir. Hesab olunur ki, indiki halda Qarabağda savaşın başlaması üçüncü qüvvəyə sərf edir. Ancaq Azərbaycanda ictimai rəy bundan ibarətdir ki, torpaqların azad olunması istiqamətində yaranmış istənilən fürsətdən yararlanmaq lazımdır.

Deputat Elman Məmmədov moderator.az-a deyib ki, baş verən olayların təhlili Azərbaycanın Qarabağ problemini hərbi yolla həll etmək, ərazi bütövlüyün güc yolu ilə təmin etmək variantını aktuallaşdırır: “Ermənilərin Qarabağ və ətraf rayonlarda törətdiyi vəhşiliklərin qarşısını almaqdakı ən böyük çətinlik bu torpaqlar üzərində faktiki nəzarətin düşmənə məxsus olmasıdır. Nə qədər ki, işğaldakı torpaqlar ermənilərin əlindədir, onlar bu torpaqlarda istədiklərini edəcəklər. Bu ərazilərin təbii sərvətlərini də talayacaqlar, sularımızı da kəsəcəklər, film də çəkəcəklər və s. Bu gün Paşinyanın Qarabağa gəlib dədəsinin başından böyük qələt etməsi də bununla bağlıdır.

Bunlara son qoymaq üçün Azərbaycan hərbi gücündən istifadə edib əraziləri işğaldan təmizləməlidir. Ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir. Bunun üçün ordumuzun yetərincə gücü var. Problemin yeganə fundamental həlli yolu budur".

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Qarabağda “miatsum” bəyanatı birbaşa Azərbaycana qarşı işğalçı siyasətin nəticəsidir: “Həmçinin Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 20 ildən artıq aparılan danışıqların sonu olmalıdır. Ermənistan xarici işlər naziri Mnatsakanyan da Paşinyanın məlum çıxışına dəstək verdi. Demək, rəsmi İrəvan danışıqlarda maraqlı deyil və savaş müstəvisinə keçəcək siyasət ortaya qoyur. Qeyd edim ki, Paşinyan danışıqlara impuls verən və nizamlanma prosesində irəliyə aparan heç bir bəyanat vermir. Hesab edirəm ki, son baş verənlər Azərbaycana kart-blanş verirdi ki, hərbi əməliyyatlara başlasın. Rəsmi Bakı regionda baş verənlər proseslər fonunda öz siyasətini ortaya qoyur. Çünki Cənubi Qafqazda elə bir vəziyyət hökm sürür ki, maraqlı ölkələr burada müharibənin başlanmasında maraqlıdır. Azərbaycanın müharibə qərarı tam qanuni haqqıdır və bu qərarı verməlidir ki, Qərb və Moskva münaqişənin həllinə başlasınlar. Ona görə də müharibə qərarı xeyrimizə olar. Diplomatik danışıqlara start verilər”.

M.Əsədullazadə hesab edir ki, o zaman Qərb Ermənistan qarşısında şərt qoyar: “Necə ki, aprel döyüşlərində sonra danışıqlarda irəliləyiş olmuşdu. Müəyyən məsələlər var ki, onlara görə irəliləyiş olmadı. Qərb çalışır ki, regionda Rusiyanın mövqeyini zəiflətsin və Moskva öz təsir dairəsini itirsin. Qeyd edim ki, Moskva Cənubi Qafqazda xüsusilə Qarabağda yenidən hərbi əməliyyatların başlanmasında maraqlı deyil. Çalışır ki, status-kvo qorunsun. Çünki, regionda qeyri-stabillik onun köklü maraqlarına ziddir. Məhz Moskva hesab edir ki, Qarabağ münaqişəsinin başlanması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ABŞ və Qərbin maraqlarına cavab verir. Ona görə də burada savaş ehtimalı, Paşinynanın müharibəni qızışdıracaq açıqlamaları regionda geopolitik marağı olan digər dövlətlərdən qaynaqlanan bilər. Azərbaycan daima öz torpaqlarını geri almağa hazırdır. Paşinyanın bu kimi avantürist siyasəti onsuz da savaş ehtimalını yaxınlaşdırır. Amma, hələ ki, Rusiyanın Ermənistanda təsiri və regionda ümumi rıçaqları müharibənin başlanmasının bir qədər qarşısını alır”.

Politoloq dedi ki, Ermənistan baş nazirinin Qarabağda səsləndirdiyi “miatsum” bəyanatı və Qarabağa yardım ayırması əsasən, özünün hakimiyyətinin qorunmasına hesablanıb: “Bununla həmçinin Qarabağ klanını mövqeyini zəiflətmək istəyir. Həmçinin özünə geniş dəstəyi bununla qazanacağını fikirləşir. Qeyd edim ki, bununla Qarabağda separatçı rejimi dəyişməyi planlayır. Hesab edirəm ki, onun bu açıqlamaları birbaşa aparılan Qarabağ danışıqlarında adekvat deyil, mümkün sülh imkanlarını heçə endirir. ABŞ səfəri öncəsi onun Qarabağla bağlı xal toplayaraq, oradakı erməni lobbisindən maliyyə yardımını almaq istəyir. Bilir ki, erməni lobbisi işğal zonasına maliyyə ayırır. Ona görə də səfər öncəsi Qarabağa 6 milyon ayırması əsasən siyasi gedişi, lobbiyə göstərmək istəyir ki, o bu məsələlərdə güzəştsiz mövqe tutur və maliyyə yardımının ayrılmasında daha da maraqlıdır. Onun Sərkisyandan daha da kəskin mövqe tutması əsasən özünün siyasi dayaqlarının zəif olmasından irəli gəlir və Qarabağla bağlı xal toplamaqla rejimini möhkəmləndirməyə çalışır. Çünki, Ermənistanda siyasi hakimiyyətdə qalmaq üçün ilk növbədə Qarabağ kartından istifadə edilir. Sərkisyan bu planın üzvü olduğu üçün manipulyasiya edirdi.

Amma, Paşinyan barədə gözləntilər fərqli olduğu üçün o özünün sələflərindən artıq Qarabağa can yandırdığı kimi göstərir”. Ekspert deyir ki, Paşinyanın ABŞ səfəri uğurlu alınmayacaq: “Vaşinqton ümumiyyətlə, onu çıxdaş edib. Siyasi təmasları aşağı səviyyəyə salıb. ABŞ erməni lobbisinin dəstəyini almağa və lobbi vasitəsilə Trampın qəbuluna düşməyi xahiş edəcək. Rəsmi Bakı Paşinyanın hazırkı siyasətinə qarşı güc tətbiq etməli, Minsk Qrupunun həmsədrlərindən ciddi hesabat istəməli, danışıqların formatının dəyişilməsini tələb etməlidir. Nə qədər ki, güc tətbiq edilsə, Ermənistan tərəfi kompromisə gedəcək. Erməni lobbisi ilə görüşdə Qarabağa maliyyə yardımına nail ola bilər. Sadəcə qeyd edim ki, erməni lobbisinin Qarabağa maliyyə yardımı əvvəlki vaxtlarda olduğu kimi yüksək məbləğdə olmayacaq”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI
Bu gün, 10:45
Bakı sakininə qarşı 145 min dollarlıq dələduzluq edilib
Bu gün, 10:38
LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ
Bu gün, 10:36
Göyçayda oğul 79 yaşlı atasını ölümcül bıçaqladı
Bu gün, 10:28
Əvvəlcə keçmiş arvadını, sonra da polisləri yandırmaq istədi... - RƏSMİ
Bu gün, 10:27
"Niyə peşəkar musiqiçilər bu kompozisiyanı bəyənmədi?"
Bu gün, 10:23
Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
Bu gün, 10:21
Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi
Bu gün, 10:18
Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ... - FOTOFAKT
Bu gün, 10:15
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb - "Hadisə baş verən zaman zalda heç kim olmayıb"
Bu gün, 10:14
Bakıda iki müəllim musiqi məktəbinin direktorunu şantaj edərək 25 min manatını alıb
Bu gün, 10:11
"Öz istəyimlə işdən çıxmışam" - AÇIQLAMA
Bu gün, 10:10
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 10:08
Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb
Bu gün, 10:01
“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL
Bu gün, 09:51
Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək
Bu gün, 09:49
Bakıda keçmiş məhkum qadına xəsarət yetirib
Bu gün, 09:43
Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA
Bu gün, 09:41
"Xalq Sığorta"da yeni TƏYİNAT
Bu gün, 09:38
Azərbaycan nefti 12%-ə yaxın bahalaşıb
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:35
“Bir insan fahişə ilə evlənmək istəyirsə, evlənə bilər” – Yüzbəyov
Bu gün, 09:30
Atası qorxa-qorxa, ürkə-ürkə büdcəni yeyir... - Balası raht-rahat xırıd edir...
Bu gün, 09:28
SƏHİYYƏ KORRUPSİYASI - Şirəliyev belə dağıdır...
Bu gün, 09:24
Telejurnalist Aytəkin Alxaslı təltif olundu
Bu gün, 09:14
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
Bu gün, 09:12
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:10
Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL
Bu gün, 09:09
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
Bu gün, 09:06
“Bank VTB (Azərbaycan)"da YENİ TƏYİNAT
Bu gün, 09:05
İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...
Bu gün, 09:03
“Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil” - Tramp
Bu gün, 08:57
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
Bu gün, 08:53
Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM
Bu gün, 08:50
Dövlət qulluğuna qəbulla əlaqədar növbəti müsahibələrin TARİXLƏRİ açıqlandı
Bu gün, 08:48
"Şah"ı ələ keçirmək üçün məmur-hakim işbirliyi... - Müraciət...
Bu gün, 08:46
İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? - GƏLİŞMƏ
Bu gün, 08:43
Qırğızstanla Tacikistan arasında SAVAŞ BAŞLADI - ölən və yaralananalar var
Bu gün, 08:41
Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək
Bu gün, 08:38
“Həyat yoldaşım dedi ki, saçlarını boyasan, səndən ayrılacam, ona görə də...”
Bu gün, 08:37
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - GƏLİŞMƏ
Bu gün, 08:33
Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb
Bu gün, 08:32
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək
Bu gün, 08:30
Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...
Bu gün, 08:29
"Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
Bu gün, 08:26
Bakıda gənc oğlan bıçaqlanıb
Bu gün, 08:24
Maduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edib
Bu gün, 08:23
Əlil mayorun həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi - MƏTN
Bu gün, 08:21
Bakıda ər arvadını bıçaqlayıb
Bu gün, 08:17
Bu gün dollar neçəyədir?
Bu gün, 08:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru