Güney Azərbaycanda türkcə kitablar paylandı .....                     İrşad Abbasov direktoru olduğu Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecində bazar açıb .....                     Məktəblərdə açılan “bazar”: Onu hansı yolla bağlamaq olar .....                     Pornoçarxı yayılan azərbaycanlı model danışdı .....                     Gəncədə DSMF hansı əsaslarla işləyir? .....                     Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir .....                     Bu üç rayonun icra başçısı seçkilərə müdaxilə edir... .....                     "Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də əsirlikdə olduğu bir şəraitdə "xalq diplomatiyası"nın heç bir faydası yoxdur" .....                     “Bir dəfə güclü külək əssə, daxma başına uçacaq” .....                     Yanan bazarın Eldar Həsənova məxsus olduğu deyilir .....                     “Əgər qərb təhsilli adamlar parlamentdə çox olsa…” .....                     “O qədər saxta əlillik alan var ki…” .....                     Cavanşir Tağıyev nədən toxunulmazdır... .....                     AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir .....                     Nefti bahalaşdıran BÖYÜK ANLAŞMA .....                     AQTA rəhbərliyi yenə də heyrətləndirir .....                     "Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür" .....                     Ələkbər Yasamallı Aqşin Fatehi təhqir etdi .....                     "İranın bu vəziyyətdən yeganə çıxış yolu..." .....                     "70-dən çox seçki dairəsi üzrə namizədlərimiz artıq məlumdur" .....                     “Mən Lənkəranın icra başçısının fəaliyyətini izləmirəm” .....                     Bakıda DƏHŞƏT: .....                     “Aygünü problem, Röyanı gizli sevgi, Faiqi vəzifə, Nadiri fəxri ad gözləyir” .....                     Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər .....                     Daşkəsəndə 64 yaşlı qadının boynu qırılıb .....                     Türkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilər .....                     Liviya dəstək istəyəcəyi halda, Türkiyə kömək etməyə hazırdı .....                     Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb .....                     Bakıda avtomobil 19 yaşlı gənci vurub .....                     Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir .....                     “Fəzail Ağamalı bunu Əli Həsənov işdən çıxarılandan əvvəl etməli idi” .....                     Kanada sakini lotoreyada 6,8 milyon dollar udub .....                     Qəbələdəki futbol şəraiti Xorvatiyada yoxdur .....                     Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı .....                     Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb .....                     Bələdiyyə saytında qumarxana təbliğatı .....                     Bakının ucuz və bahalı Yeni il “yolka”ları .....                     Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb .....                     Üzeyirin bu çağırışına 1 milyon insan toplandı .....                     Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb .....                 

Mürəkkəb oyunların fiquru: Atambayev nələr etmişdi və harada “yandı” - TƏHLİL
Tarix: 14-08-2019, 11:05 | Çap et
Mürəkkəb oyunların fiquru: Atambayev nələr etmişdi və harada “yandı”
Qırğızıstan Çin və Əfqanıstanla həmsərhəd, ərazisində iki supergücün - Amerikanın və Rusiyanın hərbi bazalarının (Manas və Kant) yerləşdiyi kiçik, yoxsul, amma geostrateji əhəmiyyəti böyük olan ölkədir. Buna görə də, oradakı hadisələr təsadüfi sayıla bilməz.
Ölkənin dördüncü prezidenti Atambayevin həbsi ərəfəsində orada Avrasiya İqtisadi Birliyinin yubiley sammiti keçirilməli idi. Üstəlik, Atambayev həbsindən bir müddət öncə Kremldə Putinlə görüşmüşdü. O, 2014-cü ildə ABŞ-ın Manas hərbi bazasını bağlatdırmış və bunu onunla əsaslandırmışdı ki, mülki aeroportda hərbi bazanın yerləşməsi doğru deyil. Bununla belə, Kant hərbi bazasının avtomatik istifadə müddəti onun dövründə uzadılmışdı. Lakin Atambayev vurğulamışdı ki, Rusiya ilə Qırğızıstanın münasibətləri bir hərbi baza vasitəsilə yox, dərin və çoxşaxəli iqtisadi inteqrasiya ilə müəyyən olunur. "Biz artıq bu hərbi oyunlarda iştirak etmək istəmirik",- demişdi Atambayev.

Son 20 ildə postsovet məkanında etnik və geosiyasi qarşıdurmanın əsas mərkəzlərindən biri olan Qırğızıstan ABŞ, Rusiya və Çinlə münasibətlərində balansı son dərəcə dəqiq gözləməli idi. Əks halda, indi olduğu kimi xarici güclərin qarşıdurması və klanlararası taxt-tac mübarizəsi kövrək sabitliyi asanlıqla məhv edə bilər. Tyan-şan, Altay və Pamir dağları arasında sıxılıb qalmış, dənizə çıxışı olmayan, üstəlik, demoqrafik, iqtisadi cəhətdən özündən daha güclü qonşuları Qazaxıstan və Özbəkistan tərəfindən yeri gəldikcə təzyiqlə üzləşən Qırğızıstan müstəqillik əldə etdiyi dövrdən bəri iki dəfə inqilab dalğası yaşamış ölkə olaraq, növbəti inqilab ərəfəsindəki kimi görünür.

1933-cü ildə basmaçilər üsyanından sonra qırğızlar müstəqillik dövründə iki dəfə inqilab etməklə onları müti, itaətkar hesab edənləri xeyli təəccübləndirdilər. Lakin bu inqilablar doğrudanmı qırğızların öz ağlının və iradəsinin məhsulu idi?!

Ailə-klan münasibətlərinin dərin kök saldığı, fərdin azadlığı anlayışının mənsub olduğun klandan ayrı təsəvvür belə edilmədiyi cəmiyyətdə Qərb demokratiya ənənələrinin kök atıb cücərməsinə heç bir ümid işığı, əlverişli zəmin yoxdur. Demokratiya Qırğızıstan üçün sadəcə, böyük geosiyasi oyunların həyata keçirilməsi, Qərbin müdaxilə edib, Rusiyanı oradan sıxışdırıb çıxarması üçün bir bəhanədir. Əfqanıstanda cəmləşmiş İŞİD nəinki Qırğızıstanın, bütün Orta Asiyanın, eləcə də Rusiyanın başı üzərində Damokl qılıncı kimi dayanıb, əmr gözləyir. MDB müşahidə missiyasının rəyinə görə demokratik yolla seçilmiş, sosial-demokrat, rusiyapərəst, onun həbsindən şəxsən Sergey Narışkinin narahatlıq keçirdiyini bəyan etdiyi Almazbek Atambayev Avrasiya İqtisadi Birliyinin sammiti ərəfəsində qalmaqallı şəkildə həbs edilirsə, orada atılan güllələr Kremlə atılmış deməkdir.

Rusiya Qırğızıstanla münasibətini ilk növbədə sosial-iqtisadi asılılıq üzərində qurub. Hər il 300 min qırğız Rusiya əmək bazarında iş tapır ki, bu da ilk növbədə Rusiyanın Bişkekə tətbiq etdiyi sadələşdirilmiş viza proseduru ilə bağlıdır. Rusiya Qırğızıstanda ABŞ-dan daha çox, Çinlə geosiyasi nüfuz uğrunda savaşır, çünki bu, onun isti dənizlərə çıxışının, çar və SSRİ dövründə də həyata keçirilmiş, Putinin dirçəltdiyi Avrasiyaçılıq, isti dənizlərə çıxma və dünya gücü olmaq ambisiyalarının bir hissəsidir. Çin isə Mərkəzi Asiyanın nəhəng enerji resurslarına və digər təbii ehtiyatlarına çıxış, eləcə də bu ərazilərdən öz mallarını daşımaq üçün tranzit məqsədilə istifadə etməyə çalışır. Deməli, ABŞ Qırğızıstanda nüfuz dairəsi əldə etməklə, Çinin resurslara və dünya bazarına kommunikasiya çıxışlarına əngəl olmaq istəyir. Böyük İpək Yolu, "Bir qurşaq, bir yol"dan sonra Çin ehtiyat marşrutlar axtarışındadır və onun qarşısını həm ABŞ, həm Rusiya Qırğızıstanda almağa çalışır.

Qırğızıstanla 980 km. sərhədi olan Çini narahat edən həm də Türkiyə amili və İslam təhlükəsidir. Çinin başağrısına çevrilmiş Sinsizyan-uyğur vilayəti türkçülük və islam həmrəyliyi adı altında separatizm təhdidi Çini narahat etməyə bilməz. Üstəlik, Qırğızıstan son illərdə türkdilli dövlətlərin toplaşdığı mərkəzə çevrilib. Avrasiyaçılıq, türkçülük, islam həmrəyliyi və s. Çini qorxudan məsələlərdir.

Azərbaycan bu məsələdə orta, barışdırıcı mövqe tutur və Çinin də maraqlarının nəzərə alınması tərəfdarı kimi çıxış edir. Çünki biz Avrasiyanı birləşdirən nəhəng layihələrin iştirakçısı, türkdilli, müsəlman ölkəsiyik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdəki toplantısında ötən il Azərbaycan prezidenti İlham Əliyev “Bakı-Tbilis-Qars” dəmiryolu layihəsinə Türkiyə, Azərbaycanla yanaşı, digər ölkələrin də qoşulması təklifini irəli sürmüşdü. Türkdilli dövlətlərin regional təhlükəsizlik məsələlərinə diqqət çəkən dövlət başçısı İlham Əliyev bu məsələdə tərəfdaşlığın vacibliyini vurğulamışdı. Hazırda dünyada əsas problemlərdən biri təhlükəsizlik məsələləridir. Burada bölgə ölkələri öz aralarında əməkdaşlıq edərək qlobal, regional təhdidlərə qarşı sağlam mövqe nümayiş etdirməlidirlər. Perspektivdə siyasi, təhlükəsilik, humanitar, iqtisadi sahədə əməkdaşlıqların gücləndirilməsi istiqamətində gələcək görüşlərin keçirilməsi və bu birliyin dünya sisteminə təsirinin daha da artırılmasına çalışılacaq. Bu təşkilatın güclənməsi, inkişafı gələcəkdə türkdilli dövlətlərin dünya siyasətində, beynəlxalq sistemlərdə həmrəy çıxış etməsinə və güclü söz sahibi olmalarına gətirib çıxaracaq.

Bununla belə, regionda geosiyasi mübarizə səngimək bilmir, əksinə, getdikcə alovlanır. Çin hər halda 1933-cü il basmaçı üsyanını unutmayıb. Lakin Qırğızıstanda proseslərə ən çox təsir gücü olan dövlət Rusiya olaraq qalır. Böyük ehtimalla, Atambayevin həbsinə Rusiya imkan verib. Çünki bəzi məsələlər hakimiyyətdə olduğu zamanlarda onun heç də təkcə Rusiyanın deyil, ABŞ-ın da marağın nəzərə aldığını göstərir.

Atambayevlə Ərdoğanın münasibəti çox pisdir. Hətta Türkiyə mediası AK Parti təmsilçilərindən misal gətirərək, Atambayevin həbsini FETÖ-nun təşkil etdiyi 17-25 dekabr həbsləri və 15 iyul çevriliş cəhdi ilə müqayisə edirlər. Türkiyə ilə ABŞ-ın əsas mübahisə mövzularından biri FETÖ vasitəsilə Orta Asiyadan, xüsusilə Qırğızıstandan ABŞ-a ötürülməli olan 53 milyard dollar pulun lazımi yerə çatmasına Türkiyənin mane olması idi. Məhz bu səbəbdən də Türkiyənin bütün çağırışlarına baxmayaraq, Orta Asiya respublikalarının bəziləri, cümlədən Qırğızıstan FETÖ məktəblərini bağlamaq istəmədi. Çünki burada birbaşa ABŞ-ın göstərişi var idi. FETÖ ABŞ-ın Orta Asiyada maraqlarının həyata keçirilməsi vasitələrindən biri idi. Rusiya vaxtilə bunu bildi və qarşısını aldı. Çünki Orta Asiya Çin, Rusiya, İran kimi ABŞ üçün əhəmiyyətli rəqiblərin yaxınlığında yerləşən Qırğızıstanın Türkiyə ilə münasibətlərin kəskinləşməsi bahasına da olsa, FETÖ məktəblərini saxlaması onların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin örtük təşkilatları olması ilə bağlıdır. Qırğızıstan Türkiyənin FETÖ məktəblərini bağlamaq xahişini məhz Atambayevin dövründə rədd etdi. Həmin vaxtlar Ərdoğan bundan narazı qalmış, XİN başçısı Çavuşoğlu FETÖ-nun Qırğızıstanda çevriliş edə biləcəyi haqda xəbərdarlıq etmişdi. Buna görə Türkiyə Atambayevin həbsini FETÖ ilə əlaqələndirməyə çalışır.

ABŞ hazırda FETÖ vasitəsilə Orta Asiyadan gələn və Mərkəzi Kəşfiyyat İdarəsinə, Pentaqona catacaq pulların Türkiyədə anti-FETÖ əməliyyatları zamanı müsadirə olunmasına görə çox narahat idi. Əslində FETÖ-nun maliyyə mənbələrinin kökünün kəsilməsi, onunla əlaqədə olan şirkətlərin çökdürülməsi ABŞ-a gedən çirkli pulların qarşısının alınması əməliyyatı idi. Atambayev bu məsələdə Türkiyəyə qarşı mövqe tutaraq, ABŞ-ın yanında yer almışdı. Türkiyə Rusiya təyyarəsini vuranda Ankaranın üzr istəməsini tələb edən Atambayev ziddiyyətli oyunlarda iştirak edib və onun bugünkü həbsi də bunun nəticəsidir. Buna görə də sifarişin, yaxud həbsə razılığın hansı dövlət tərəfindən gəldiyini söyləmək çətindir. Lakin bir şey dəqiqdir ki, Qırğızıstan böyük güclərin qarşıdurmasının mərkəzinə çevrilir və bu, həm də demokratiya deyil, Asiya taxt-tacı uğrunda mübarizədir.
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güney Azərbaycanda türkcə kitablar paylandı - VİDEO
Bu gün, 10:00
İrşad Abbasov direktoru olduğu Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecində bazar açıb - İTTİHAM
Bu gün, 09:24
Məktəblərdə açılan “bazar”: Onu hansı yolla bağlamaq olar - PROBLEM
Bu gün, 09:14
Pornoçarxı yayılan azərbaycanlı model danışdı - "Ailəm məni dəsəklədi..."
Bu gün, 09:09
Gəncədə DSMF hansı əsaslarla işləyir? - GİLEY
Bu gün, 09:03
Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir
Bu gün, 09:00
Bu üç rayonun icra başçısı seçkilərə müdaxilə edir... - CƏZALANACAQLARMI?
Bu gün, 08:52
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də əsirlikdə olduğu bir şəraitdə "xalq diplomatiyası"nın heç bir faydası yoxdur" - REAL MƏNZƏRƏ...
Bu gün, 08:48
“Bir dəfə güclü külək əssə, daxma başına uçacaq” - GİLEY
Bu gün, 08:45
Yanan bazarın Eldar Həsənova məxsus olduğu deyilir - İDDİA
Bu gün, 08:41
“Əgər qərb təhsilli adamlar parlamentdə çox olsa…” - GƏLİŞMƏ
Bu gün, 08:34
“O qədər saxta əlillik alan var ki…” - GİLEY
Bu gün, 08:29
Cavanşir Tağıyev nədən toxunulmazdır... - İDDİA
Bu gün, 08:22
AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir - BÖYÜK İDDİA
Bu gün, 08:18
Nefti bahalaşdıran BÖYÜK ANLAŞMA - TƏHLİL
Bu gün, 08:11
AQTA rəhbərliyi yenə də heyrətləndirir - MÜƏMMA
Bu gün, 08:04
"Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür" - Keçmiş baş nazir
Bu gün, 08:01
Ələkbər Yasamallı Aqşin Fatehi təhqir etdi
Bu gün, 07:58
"İranın bu vəziyyətdən yeganə çıxış yolu..."
Bu gün, 07:52
"70-dən çox seçki dairəsi üzrə namizədlərimiz artıq məlumdur" - Arif Hacılı
Bu gün, 07:36
“Mən Lənkəranın icra başçısının fəaliyyətini izləmirəm”
Bu gün, 01:04
Bakıda DƏHŞƏT: - gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb
Bu gün, 00:55
“Aygünü problem, Röyanı gizli sevgi, Faiqi vəzifə, Nadiri fəxri ad gözləyir” - Zirəddindən proqnoz
Bu gün, 00:47
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
Bu gün, 00:44
Daşkəsəndə 64 yaşlı qadının boynu qırılıb
Bu gün, 00:43
Türkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilər
Bu gün, 00:41
Liviya dəstək istəyəcəyi halda, Türkiyə kömək etməyə hazırdı - Ərdoğan
Dünən, 22:46
Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb
Dünən, 22:39
Bakıda avtomobil 19 yaşlı gənci vurub
Dünən, 22:29
Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir - FOTO
Dünən, 22:25
“Fəzail Ağamalı bunu Əli Həsənov işdən çıxarılandan əvvəl etməli idi” - Mətləb Mütəllimli
Dünən, 22:16
Kanada sakini lotoreyada 6,8 milyon dollar udub
Dünən, 22:03
Qəbələdəki futbol şəraiti Xorvatiyada yoxdur - Sopiç
Dünən, 22:01
Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı - FOTO
Dünən, 21:44
Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb
Dünən, 21:20
Bələdiyyə saytında qumarxana təbliğatı - Bakıda - FOTO
Dünən, 21:19
Bakının ucuz və bahalı Yeni il “yolka”ları - 10 min AZN
Dünən, 21:09
Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb
Dünən, 21:05
Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO
Dünən, 20:50
Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb - FOTO
Dünən, 20:38
Xaçmaz RİH başçısı məktəbin vəziyyətini görüb heyrətləndi - FOTO, VİDEO
Dünən, 20:36
"Bir daha xahiş edirəm, atam Oktay Gülalıyev ilə bağlı..." - hüquq müdafiəçisinin oğlu etiraz etdi
Dünən, 20:25
Sudanın devrilmiş prezidenti 2 il azadlıqdan məhrum edilib
Dünən, 20:16
Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir - FOTO
Dünən, 20:14
Şəmkirdə maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Dünən, 20:11
Google Türkiyədəki xidmətlərini dayandırır - Play Store, Gmail və YouTube İŞLƏMƏYƏCƏK
Dünən, 20:03
"Mən həmişə jurnalistikanı ucada görmək istəmişəm"
Dünən, 19:53
Mingəçevirdə gənc oğlan bıçaqlandı
Dünən, 19:40
Bazarı canlandıracaq 50 manat: Onu hər kəs ödəməlidir, bir şərtlə ki… - AÇIQLAMA
Dünən, 19:34
"2000-ci ildə Əli Kərimli parlamentə necə düşdü, razılaşmışdınızmı?" - QALMAQAL
Dünən, 19:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru