Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun! .....                     İstirahət bizim də haqqımızdır... .....                     “Azneft”ə yeni mətbuat katibi təyin edilib .....                     Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb .....                     Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: .....                     Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq .....                     Prezidentə ŞOK MÜRACİƏT .....                     “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır .....                     Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi .....                     Mehin Hümbətovadan tənqidlərə cavab: .....                     "Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" .....                     Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub .....                     Saakaşvili “Qarabağ Azərbaycandır” dedi .....                     "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" .....                     Dənizdə batanlar bu il niyə çox oldu? .....                     Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb .....                     “Mühacir biznesi”: insanlar necə aldadılır? .....                     Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” .....                     Yaqub Zurufçu Bakıda solo-konsert verəcək .....                     “Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” .....                     "Hələ restoranı batırmayıb?" .....                     Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı .....                     Məmurlara ÇAĞIRIŞ .....                     Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb .....                     Zakir Qaralova sözü olanların .....                     "O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." .....                     "Baksol" yolunda taxta anbarı yanır .....                     "Bəs niyə həkimlər xəstədən rüşvət alır..." .....                     İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri .....                     Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi .....                     Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır" .....                     "Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi" .....                     Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb .....                     Dia.az-a haker hücumu olub .....                     "Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" .....                     Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb .....                     “Bu, biznesmen məmurlar üçün başağrısıdır” .....                 

Qlobal iqtisadi böhran dünyanı hara aparır... - TƏHLİL
Tarix: 13-08-2019, 09:15 | Çap et
Qlobal iqtisadi böhran dünyanı hara aparır...
ABŞ və Çin arasında ticarət gərginliyinin artması ilə qlobal iqtisadi vəziyyət pisləşir.

Durğunluğun yaranacağı və neftə tələbin azalacağı gözlənilir. Avqustun 1-də ABŞ Prezidenti Donald Tramp, 300 milyard dollar dəyərindəki Çin məhsuluna 10 faiz nisbətində əlavə gömrük vergisi tətbiq edəcəyini açıqladı. Qərarın sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Trampın açıqlaması qlobal enerji bazarlarında neftin 8 faizlik kəskin ucuzlaşmasına səbəb oldu. Analitiklərin qənaətincə, ABŞ-ın Çin məhsullarına əlavə gömrük rüsumu tətbiq etməsi Çinin İrandan neft alışını təkrar bərpa etməsi ilə nəticələnəcək. Çinin ABŞ-a qarşı cavab verməsi təqdirdə neftdə volatilliyin (qiymət dəyişkənliyinin) yenidən artacağı gözlənilir.

ABŞ-ın iri investisiya banklarından "Bank of America Merrill Lynch"a (BofA) görə, Çin ABŞ-ın əlavə gömrük tarifi addımlarına cavab olaraq İrandan xam neft almağa qərar verərsə, neftin barelinin qiyməti 30 dollara qədər geriləyə bilər. “BofA”ın araşdırma departamenti “Brent” neft üzrə qiymət, təxmini 60 dollarda qoruduqlarını, ancaq Çinin İrandan ola biləcək neft alışının qiymətlərdə enişə səbəb olacağını, bu senaridə qiymətin 20-30 dollara qədər enə biləcəyi xəbərdarlığını edib.

Neft qiymətlərindəki volatillik Səudiyyə Ərəbistanını da narahat edib. Ərəbistan rəsmiləri tərəfindən verilən açıqlamaya görə, Krallıq neft qiymətlərindəki enişin davam etməsini qəbul etməyəcək və bu mövzunu müzakirə etmək üçün digər istehsalçılar ilə ünsiyyətə keçiblər.

Məlumata görə, Səudiyyə Ərəbistanı rəhbərliyi digər neft istehsalçısı ölkələrin rəhbərliyinə telefonla zəng edib. Səbəb neft qiymətlərinin 7 ayın ən aşağı səviyyəsinə geriləməsidir. Telefon danışıqları zamanı çıxış yolları və tətbiq edilə biləcək siyasətlər müzakirə edilib.

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, hazırda Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Birliyə üzv olmayan müttəfiqlərinin razılaşması çərçivəsində istehsalını həddindən çox azaldıb.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, son bir neçə gündə neftin qiymətindən enmələrin müşahidə olunmasının bir neçə səbəbi var: “Dünyada neftə olan tələbat elə də yüksək səviyyədə deyil. İlin əvvəlində Beynəlxalq Enerji Agentliyi (BEA) cari ildə neftə olan tələbatla bağlı verdiyi proqnozları artıq ikinci kvartaldan sonra dəyişmək məcburiyyətində qaldı. Hazırda neftə olan tələbat BEA-nin verdiyi proqnozun əksinədir. Neftin qiymətini təhdid altına alan məsələlərdən biri də ABŞ-la Çin arasında ticarət müharibəsinin daha da dərinləşməsidir. Donald Tramp 300 milyard dollar dəyərindəki Çin məhsuluna 10 faiz nisbətində əlavə gömrük vergisi tətbiq edəcəyini açıqladıqdan sonra, həm ABŞ-ın, həm də Çinin maliyyə bazarlarında müəyyən geriləmələr müşahidə olundu. Yəni aparıcı şirkətlərin səhmləri durmadan ucuzlaşır. Artıq uzunmövqeli neft füçerslərinin sürətlə satılması müşahidə olunur. Bu o deməkdir ki, bazar iştirakçıları qarşıdakı aylarda neftin qiymətində enmələrin olmasını güman etdiklərindən əllərində olan neft kağızlarını sürətlə satırlar. Hazırda Fars körfəzində mövcud geosiyasi gərginlik də neftə olan tələbatı aşağı salır. Bütün bu faktorlardan sonra qarşıdakı aylarda neftin qiymətində ciddi sıçrayışlar olmayacaq”.

“Çin İrandan neft idxalını bu gün də davam etdirir”

Çinin İrandan neft idxalını bərpa etməsinə gəlincə, ekspert iki ölkə arasında sözügedən idxalın bu gün də davam etdiyini deyib: “İranın neft hasilatında və ixracında ciddi azalmalar müşahidə olunmur. 2016-cı ildə nüvə proqramı ilə əlaqədar saziş imzalanandan bir neçə ay sonra İranda neft hasilatı 3.8 milyon barel səviyyəsinə qalxdı. Halbuki həm BMT, həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən nüvə proqramı ilə bağlı tətbiq olunan sanksiyalar dövründə İrana sutkalıq maksimum 1.1 milyon barel neft ixrac etmək şansı verilmişdi. İsveçrədə 2016-cı ildə saziş imzalandıqdan bir neçə ay sonra İran dünya bazarlarına gündəlik 2 milyon bareldən artıq neft ixrac etmişdi. Bu, o deməkdir ki, keçən illər ərzində İranın neft hasilatında və ixracında ciddi enmələr müşahidə olunmayıb. Bu tendensiya bu gün də var. İran əvvəlcə də bəyan etmişdi ki, 79-cu ildən bu günə kimi neft ixracı ilə bağlı təcrübəsini var gücü ilə işə salacaq. Deməli, onlar müxtəlif sxemlər üzrə neft ixracını əvvəlki səviyyədə saxlamağa çalışacaqlar. Bu gün məlum olur ki, Süveyş kanalı vasitəsilə Aralıq dənizi regionuna, həm də Çin limanlarına böyük həcmlərdə neft ixracı davam etməkdədir. Ötən ilin may ayında ABŞ birtərəfli qaydada bağlanmış nüvə sazişindən çıxdı. Nə Avropa İttifaqı, nə də Asiya ölkələri ABŞ-ın mövqeyini dəstəkləyir. Ona görə də neft ixracına çox geniş mənada məhdudiyyət qoyulmur”.

Analitik onu da vurğulayıb ki, hazırda İran dünya bazarlarına 7 sxem üzrə neft ixrac edir: “Bu gün Çinə gömrük anbarı rejimində kifayət qədər neft ixrac edir. Yəni Çin limanlarında gömrük anbarlarına təhvil verilən İran nefti burada gömrük prosedurlarından keçirilmir. Bu prosedurlardan keçirilməyən neft də İrana məxsusdur. Başqa bir məlumata görə, Çin İran neftini gəmidən-gəmiyə sxemi ilə neytral sularda qəbul edir və öz limanlarına daşıyır.

Sentyabr ayından başlayaraq, Səudiyyə Ərəbistanı da Dubay və Oman etalon markası ilə müqayisədə Asiya bazarlarına ixrac etdiyi neftdə müəyyən endirimlərə yol verdi. Bu o deməkdir ki, Asiya bazarlarında kifayət qədər statistikadan kənar, yəni OPEC-in nəzarəti xaricində neft həcmləri var. Həmin neft həcmləri də çox güzəştli şərtlər və qiymətlər əsasında təşkil olunur. Buna görə də Asiya bazarlarında Səudiyyə Ərəbistanı və digər dövlətlər öz bazar paylarını qoruyub saxlamaq naminə satdıqları neft markalarında endirimlər edirlər. Buna görə də bu gün bazarı və ixrac həcmlərini tənzimləmək və ortaya kifayət qədər təkmil bir model qoymaq, neftin qiymətinin sabitləşməsi, balansın formalaşması ilə bağlı cəhdlər öz nəticəsini verməyəcək. Çünki burada İran faktoru var. Qarşıdakı aylarda bazarı tənzimləmək çox çətin olacaq”.

“Tərəflər kompromis variantlar haqqında düşünməlidir”

Zəfər Vəliyevin sözlərinə görə, son 3 ay ərzində İrandan Əfqanıstan istiqamətinə çox böyük həcmlərdə neft məhsulları ixrac edilib: “İrandan Əfqanıstan bazarına çıxarılan neft məhsullarının həcmləri çox, qiymətləri isə sərfəlidir. Bunun qarşısında həm Qazaxıstan, həm Türkmənistan, həm Rusiya Əfqanıstanın enerji bazarında mövqelərini qoruyub saxlamaq üçün böyük endirimlərə yol verirlər. Son bir neçə ayda İrandan İraqa ixrac edilən elektrik enerjisinin kifayət qədər artması müşahidə edilir.

Deməli, İran xam neft ixracından müəyyən həcmləri elektrik stansiyalarına yönəldir, buradan alınan elektrik enerjisi də qonşu dövlətlərə ixrac olunur. İran neft ixracından əldə olunan gəlirləri kompensasiya etmək üçün bu addımları atır. İranı neft ixracından məcburi məhrum etmək çox çətin olacaq. Bazarlardakı qarışıq vəziyyəti aradan qaldırmaq üçün ABŞ-Çin və ABŞ-İran arasındakı məsələlər müəyyən kompromis variantlar əsasında həllini tapmalıdır. Hətta İranın neft ixracını sıfırlamaq cəhdləri baş tutsa belə, Çin və ABŞ arasındakı ticarət qarşıdurması dünya bazarlarında neftin qiymətinin tələb olunan səviyyəsinə qalxmasına mane ola bilər. Bu həm də dünyada ümum daxili məhsul istehsalına çox ciddi təsir edər ki, bu da dünya üzrə ticarət dövriyyəsini təhdid altına alacaq. Belə olan halda neftə olan tələbat azalacaq və nəticədə neftin qiyməti də aşağı düşəcək”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!
Dünən, 07:06
İstirahət bizim də haqqımızdır... - Tezliklə işimizin başında olacağıq...
23-08-2019, 08:05
“Azneft”ə yeni mətbuat katibi təyin edilib
22-08-2019, 18:02
Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb
22-08-2019, 18:00
Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: - “Ayda altı-yeddi oğlan..."
22-08-2019, 17:58
Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq
22-08-2019, 17:51
Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...
22-08-2019, 17:47
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
22-08-2019, 17:28
Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi
22-08-2019, 17:13
Mehin Hümbətovadan tənqidlərə cavab: - "Mən milyoner deyiləm"
22-08-2019, 17:04
"Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" - deputat
22-08-2019, 16:58
Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub
22-08-2019, 16:54
Saakaşvili “Qarabağ Azərbaycandır” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı
22-08-2019, 16:53
"Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" - Əli Əhmədov
22-08-2019, 16:51
Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı
22-08-2019, 16:47
Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb
22-08-2019, 16:45
“Mühacir biznesi”: insanlar necə aldadılır? - RƏYLƏR
22-08-2019, 16:43
Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO
22-08-2019, 16:41
Yaqub Zurufçu Bakıda solo-konsert verəcək
22-08-2019, 16:37
“Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” - deputat
22-08-2019, 16:21
"Hələ restoranı batırmayıb?" - Samir Niyamı ələ saldı
22-08-2019, 16:19
Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı - FOTO
22-08-2019, 16:17
Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."
22-08-2019, 16:07
Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb
22-08-2019, 15:57
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
22-08-2019, 15:57
"O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." - deputat
22-08-2019, 15:54
"Baksol" yolunda taxta anbarı yanır
22-08-2019, 15:41
"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM
22-08-2019, 15:40
İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL
22-08-2019, 15:38
Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz”
22-08-2019, 15:33
Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"
22-08-2019, 15:29
"Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi"
22-08-2019, 15:26
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
22-08-2019, 15:24
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:22
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:21
Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb
22-08-2019, 15:14
Dia.az-a haker hücumu olub
22-08-2019, 14:16
"Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" - Əli Həsənov
22-08-2019, 12:27
Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb
22-08-2019, 12:26
“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü
22-08-2019, 12:24
Gürcüstan vətəndaşı Bakıda homoseksuallara siqaret vermədi, döyüldü
22-08-2019, 12:21
Qondarma "DQR"-in daha bir hesabatı BMT-nin saytında yerləşdirilib - Azərbaycana qarşı növbəti təxribat
22-08-2019, 12:19
Azərbaycanlı aparıcı Rusiyadakı torpaq sahəsini satdı
22-08-2019, 12:18
Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıb
22-08-2019, 12:14
Azərbaycan nefti bahalaşıb
22-08-2019, 12:13
İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı
22-08-2019, 11:57
Azərbaycanlı jurnalist gürcü oliqarxa boyun əymədi... - FOTO
22-08-2019, 11:55
Üç uşaq anası evdən niyə qacıb? - “O hadisəyə görə izahatı alınmışdı”
22-08-2019, 11:52
"Bu ər söhbətini bağlayaq?" - Ərinin sevgilisini döydüyü deyilən azərbaycanlı müğənni əsəbiləşdi
22-08-2019, 11:50
Bank 14-yaşlı uşağa böyük məbləğdə krediti necə verib? - İLGİNC
22-08-2019, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru