Putin koronavirusla bağlı yenidən Rusiya xalqına müraciət edib .....                     Ölkələr pulları da karantinə alır .....                     Rusiya neftinin 1 bareli 16 dollara satılır .....                     Daxili Qoşunların hərbçiləri Bakı küçələrindədir .....                     “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda .....                     “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Sazişə edilən dəyişikliklər təsdiqləndi .....                     Azərbaycan Prezidenti “Fövqəladə vəziyyət haqqında” .....                     Koronavirusun qəzet bazarına təsiri: .....                     "Mikroavtobuslar, "1 manatlıq" taksilər sağlamlıq üçün böyük təhlükə yaradır" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 100-ə çatdı .....                     "Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb .....                     DİN iri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verildiyini açıqlayıb .....                     Gürcüstanda ərzaq ehtiyatı yaradılır .....                     Yasamal İH yaşlı nənəyə küçə süpürdür .....                     Şəkidə polis əməkdaşları çölə çıxa bilməyən yaşlı sakinlərə köməklik göstəriblər .....                     Bakıda evdən meyit tapılıb .....                     Metro stansiyalarının girişində sərnişinlərin hərəkəti bir qədər də məhdudlaşdırılıb, .....                     Xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur .....                     Karantin qaydalarını pozan “Sabah Residence”-lə sakinlər qarşı-qarşıya .....                     Azərbaycanda koronavirusdan sağalanların sayı açıqlandı .....                     Azərbaycanda karantində 4 085 nəfər var .....                     Rusiyada koronavirusdan ölənlərin sayı artdı .....                     Ukrayna səhiyyə naziri istefaya göndərildi .....                     Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb .....                     “Evdə oturmaq faciə deyil, camaat 10 il türmədə yatır” .....                     Tokio Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı açıqlanıb .....                     Qarabağda “seçkiləri” pozmaq üçün fürsət .....                     Neftə tələbat xeyli azalacaq .....                     Yer kürəsinə Atlas kometi yaxınlaşır .....                     Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır .....                     Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi .....                     Mingəçevir şəhər sakini Nazir Əliyevin səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir .....                     AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir .....                     Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır? .....                     Azərbaycan nefti yenidən ucuzlaşıb .....                     Aydın Səfixanlı əvvəlki ampluasındadır... .....                     Bakıda ət mağazalarında antisanitariya: .....                     Koronavirusun aktuallaşdırdığı YENİ İQTİSADİ SİSTEM: .....                     Şirvanda “Seyid Sadiq” ləqəbli narkotacir tutulub .....                 

İcra başçısına haqq vermədiyi üçün İŞDƏN KƏNARLAŞDIRILDI... - İTTİHAM
Tarix: 23-07-2019, 17:13 | Çap et
İcra başçısına haqq vermədiyi üçün İŞDƏN KƏNARLAŞDIRILDI...
Lerik rayonu, Orand kənd sakini Cənnətov Vaqif Əziz oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Möhtərəm Prezident!

Mən 17 oktyabr 2012-ci il tarixindən 03 fevral 2014-cü il tarixinə kimi Lerik rayon İcra Hakimiyyəti başçısının Orand kənd ərazi icra nümayənəliyinin baş məsləhətçisi - baş mühasibi, 03 fevral 2014-cü il tarixdən Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişəm. İşimə məsuliyyətlə yanaşdığım üçün işlədiyim müddətdə barəmdə heç bir intizam tənbeh tədbirləri görülməmişdir. Orand kənd Ərazi İcra Nümayəndəsi Şahbaz Rəhimov və İcra Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Əlipənah Bayramov məndən mütəmadi olaraq hədə-qorxu yolu ilə rüşvət tələb etdikləri üçün, məcbur qalaraq onların səs yazılarını telefonun yaddaşına köçürmüşəm və 03 dekabr 2018-ci il tarixində Baş prokuror yanında korrupsiya idarəsinə göndərmişəm. Onların qanuna zidd hərəkətləri barəsində dəfələrlə Rayon İcra Aparatına məlumat vermişəm.

03 dekabrda onların korrupsiya əməlləri barəsində etdiyim müraciətlərə görə, 22 fevral 2019-cu il tarixində məndən hədə-qorxu ilə rüşvət tələb edən Əlipənah Bayramovun qərəzli təqdimatları ilə əsassız olaraq məni “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 18.1-ci, 18.2-ci, 18.3-cü və 18.4-cü maddələrin tələblərini kobud sürətdə pozmaqda ittiham ediblər. Nəticədə 22 fevral 2019-cu il tarixində “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 25.2.6 maddəsinə əsasən, guya “qulluq keçdiyim dövlət orqanının nufuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyim” haqda absurd ittihamla müqaviləmə xitam verilməsi barədə sərəncam verilmişdir.

Möhtərəm Prezident!

Məndən hədə-qorxuyla rüşvət tələb edən Əlipənah Bayramov Lerik rayon İcra Hakimiyyətində şöbə müdiridir, Şahbaz Rəhimov 28 fevral 2019-cu il tarixində ərizəsi ilə işdən azad olunub və sonradan Nuravud kənd ərazi icra nümayəndəsinin mühasibi vəzifəsinə təyin olunub, məni isə elə formada əssasız olaraq işdən azad etdilər ki, gələcəkdə dövlət orqanlarında işləyə bilməyim. Bu da Lerik rayon İcra Hakimiyyətinin məndən hədə-qorxu yoluyla rüşvət istəmələri ilə bağlı aidiyyəti orqanlara etdiyim müraciətlərin “mükafatı” oldu.

Lerik rayon İcra Hakimiyyəti rüşvətxorluqla mübarizə aparmaq əvəzinə, rüşvətxor məmurları müdafiə edərək, korrupsiya haqqında qanunların tələblərini pozur.

Lerik rayon İcra Aparatı mənim korrupsiya ilə bağlı 8 aydır etdiyim çoxsaylı şikayətlərimə görə, qardaş və bacılarımı da işləri ilə şantaj edir və təzyiqlər göstərirlər. Lerik rayon İcra Hakimiyyəti vətənə xəyanət etdiyi üçün azadlıqdan məhrum olunan Atabəy Rəhimovun qardaşı Şahbaz Rəhimovun korrupsiya və digər qanuna zidd əməllərini ört-basdır etməyə çalışır. Hətta o, qonşu kənd olan Nuravud kənd Ərazi İcra nümayəndəliyində baş mühasib vəzifəsinə təyin edilib. Bizim ailəmizin hər bir üzvü nə vətən xaini, nə də möhtərəm Prezidentimizə müxalif olan şəxslər deyilik. Biz vətənimizi, dövlətimizi, torpağımızı çox sevən, Prezidentimizin siyasi kursunu sidqi-ürəklə dəstəkləyən Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Lerik rayon İcra Aparatı vətənə xəyanət edən, idman çantasından Ermənistanın dolları çıxan leytenant Atabəy Rəhimov kimi vətən xaininin qardaşını açıq-aşkar müdafiə edir. Onun məndən hədəylə rüşvət tələb etməsi faktını ört-basdır etməyə çalışır.

Möhtərəm Prezident!

Bütün aidiyyəti orqanlara göndərdiyim səs yazısı olan disklərdə Şahbaz Rəhimovun səs yazısı dinlənilsə aydın olar ki, mən ona Prezident Apratına və Korrupsiya İdarəsinə məndən hədəylə rüşvət tələb etməsi ilə bağlı müraciət edəcəyimi deyirəm, o isə məni hədələyir ki, hara müraciət edirsən et, mən səndən rüşvət istəyirəm.

Doğrudan da 8 aydır ki, etdiyim müraciətlər cavabsız qalmışdır. Belə çıxır ki, Şahbaz Rəhimov və Əlipənah Bayramov Lerik rayon İcra Aparatına və onun yüksək vəzifəli məmurlarına arxayın olaraq, rüşvət tələb edib. Və həqiqətən mənə zənglə dedikləri sözlər öz təsdiqini tapmış Əlipənah Bayramovun dediyi kimi, qanunsuz olaraq işdən azad olundum. Şahbaz Rəhimovun dediyi kimi də 8 aydır ki, hara mürciət edirəmsə, heç bir nəticə olmur, əksinə qardaş və bacılarım ciddi təzyiqlərə məruz qalmışlar.

Möhtərəm Prezident!

Azərbaycan Respublikasının Ədliyyə nazirinin məhkəmə ekspertizası mərkəzinin 29 aprel 2019-cu il tarixli 2066/8482 saylı rəyində də məndən hədəylə rüşvət tələbiylə bağlı səs nümünələri Əlipənah Bayramova və Şahbaz Rəhimova məxsus olduğundan, Azərbaycan Respublikasının Baş Prokurorluğu Lerik rayon Prokurorluğundan toplanılmış materialı 02 may 2019-cu il tarixindən Lerik rayon Prokurorluğundan götürərək, araşdırmanı davam etdirməkdən ötrü Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə göndərmişdir. İndiyədək korrupsiya idarəsində olan işlə bağlı heç bir məlumatım yoxdur. Kimlərsə Lerik rayon İcra Aparatının Korrupsiya əməllərini ört-basdır etməyə çalışaraq, cinayət işinin başlanmasına imkan vermir. Hətta məni susdurmaq üçün ailə üzvlərimə şər-böhtan ataraq, Korrupsiya İdarəsində olan işlə bağlı iddiamı geri götürmədiyim halda, Lerik rayon Prokurorluğunda ailə üzvlərim haqqında cinayət işi başlanılması ilə hədələnirik.

Möhtərəm Prezidentimiz çıxışlarında qeyd edir ki, rüşvət alan məmur elə bil dövlətə xəyanət edir. Hədəylə rüşvət tələb edən şəxsləri müdafiə edən məmurların qanunsuz hərəkətləri də Prezidentimizin siyasətinə ziddir. Bütün bu olanlardan Prezidentimizin xəbəri yoxdur.

Möhtərəm Prezidentimizin sərəncamı ilə Orand kəndində köhnə məktəbin yerində yeni məktəb tikilir. Lerik rayon İcra Hakimiyyətinin məsul işçilərinə rüşvət vermədiyim üçün məktəbin direktorunun qardaşım olduğunu əllərində əsas götürərək, qardaşıma və digər qohumlarıma böhtanlar ataraq akt tərtıb edib, 2018-ci ilin noyabr ayında aidiyyəti qurumlara göndərmişlər. Həmin aktda da ancaq İcra aparatının məsul işçilərinin və tabeliyində olan məsul şəxslərin imzaları olmuşdur. Mənim yaxın qohumlarımın söküntüdə heç bir iştirakı olmadığı üçün, İcra aparatının böhtanları öz təsdiqini tapmamışdır. Məktəbin söküntüsündə iştirak edən fəhlələlərin əmək haqları şirkət tərəfindən ödənilmiş və məktəbi də hal-hazırda şirkət tikir. Lerik rayon İcra Aparatı məni susdurmaq məqsədi ilə yenidən qardaşıma 2018-ci ilin noyabr ayında tərtib etdikləri böhtan aktlar vasitəsi ilə təzyiqlər göstərmək istəyirlər və hədələyirlər ki, mən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində və Şirvan İnzibati – İqtisadi Məhkəməsinədə olan iddialarımı geri götürməsəm, yaxınlarımı adı korrupsiyada hallanan Şahbaz Rəhimovun və yaxın qohumlarının böhtan şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb etdirəcəklər.

Möhtərəm Prezidentimiz ən ucqar kəndlərdən olan Orand kəndində üç mərtəbəli yeni məktəb tikintisi üçün sərəncam verərək pül ayırır. Lerik rayon İcra Hakimiyyəti isə öz korrupsiya əməlini ört-basdır etmək üçün Prezidentimizin bu xeyirxah əməlindən də öz çirkin niyyətini həyata keçirmək üçün isdifadə edir. Belə ki, hal-hazırda Korrupsiya idarəsinin icraatında olan işlə baglı iddiamı geri götürmədiyimdən ailə üzvlərimə bütün təzyiq vasitələrindən istifadə edirlər. Ardıcıl yoxlamalardan, işləri ilə əsassız olaraq şantaj olunmaları ilə yanaşı, bohtan olduğu üçün təsdiqini tapmayan həmin böhtan aktlardan səkkiz aydan sonra yenidən ailə üzvlərim üçün təzyiq vasitəsi kimi isdifadə edilir.

Lerik rayon İcra Aparatı vətənə xəyanət edən, leytenant Atabəy Rəhimov kimi vətən xaininin qardaşı Şahbaz Rəhimovu açıq-aşkar müdafiə edərək, ona yenidən vəzifə verib, Əlipənah Bayramov isə şöbə müdiridir. Məni isə qərəzli şəkildə nöqsanla işdən çıxartdıqları üçün gələcək karyeramı zədələyərək, yeni iş yeri tapa bilmirəm. İşsiz olduğum üçün iki azyaşlı övladımı saxlaya bilmirəm. Xahiş edirəm mənə köməklik edin.

Mən iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişəm. Məni hədələyirlər ki, bu işi icra başçısı tapşırıb, başçının verdiyi sərəncamı heç kim ləğv edə bilməz.

İcra başçısı və müavininin adından hədə-qorxu yoluyla rüşvət tələb edən Əlipənah Bayramov və Şahbaz Rəhimov indi də hədələyirlər ki, başçının yaxşı adamları var, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olan işə xitam veriləcək və cinayət işi üstümdə qalacaqdır.

Cənab Prezident!

Rayonumuzda istənilən vətəndaş öz pozulmuş huquqlarını müdafiə etdikdə, yaxud məmurların özbaşınalığına, onların cinayət tərkibli əməllərinə görə yuxarı instansiyalara müraciət etdikdə mərahətlə susdurulur. Bu susdurulma əməliyyatını həyata keçirmək üçün hər bir vasitəyə əl atılır, kimini işdən qovmaqla, kimini qohumunu işdən çıxarmaqla hədələyirlər. Bunlar işə yaramadıqda şər-böhtan atmaqla və s. usuldan istifadə olunur. Ən universal susdurma vasitələrindən biri huquqlarını tələb edənlərə “dövlətə xəyanət” damğası vurmaqdır ki, bununla da vətəndaşın dövlətə, qanunların aliliyinə olan inamına sarsıdıcı zərbə vurmaga çalışırlar. Çünki bu məmurlar öz qanunsuz əməllərini dövlət adından etməyə çalışır və kim bu əmələrə müxalif çıxırsa, bunu “dövlətə xəyanət” kimi qiymətləndirirlər.

Qeyd edim ki, rayonumuzda korrupsiya və rüşvətin nufuz etmədiyi sahə qalmayıb. Bütün sahələrdə rüşvət dövlət rusumu kimi təqdim edilərək, məcburi hal alıb. Bu cür “bacarıq” sərgiləməklə bu məmurlar həm öz qanunsuz əməllərini ört-basdır edir, həm də vətəndaşları dövlətdən narazı salmağa çalışırlar.

Möhtərəm Prezident!

Heç kim doğulub boya-başa çatdığı yurd-yuvasından didərgin düşmək istəməz. Amma bizim ailəmiz buna məcburdur. Lerik rayon İcra Hakimiyyəti tərəfindən bizim ailəmizə təzyiqlər davam etdiyi üçün, ölkəmizin istənilən yerinə köçürülməyə razıyıq, təki Lerik rayon İcra Hakimiyyəti tərəfindən ailəmizə olan təzyiqlər və şər-böhtanlardan xilas olaq. Mən onlara rüşvət vermədiyim və məndən hədəylə mütəmadi olaraq rüşvət tələb etdikləri üçün aidiyyəti orqanlara 03 dekabr 2018-ci ildən etdtiyim müraciətlərə görə qanunsuz olaraq işdən azad olundum. Bu fakt Əlipənah Bayramovun mənə zəng edərək hədylə rüşvət tələb etməsi ilə bağlı səs yazısı olan diskdən də açıq-aşkar görünür.

Dövlətə xəyanət edərək azadlıqdan məhrum olunan Atabəy Rəhimovun qardaşı Sahbaz Rəhimova, atası, əmiləri və digər yaxın qohumlarına qardaş və bacılarım haqda böhtan şikayətlər yazdıraraq, bizə təzyiqlər göstərilir ki, iddiamı geri götürüm.

Möhtərəm Prezident!

Lerik rayon İcra Hakimiyyəti öz korrupsiya əməllərini ört-basdır etməkdən ötrü məktəb direktoru işləyən qardaşıma və digər ailə üzvlərimə şər-böhtan atmaqla məni susdurmaq istəyirlər. İki aydan coxdur Korrupsiya idarəsində olan işlə baglı məndən izahatlar alınamyıb və işin gedişatınadan heç bir məlumatım yoxdur.

Prezidentimizin rəhbərliyi altında Azərbaycanımızın bütün bölgələri inkişaf edərək, çoxlu iş yerləri açılıb. Lerik rayon İcra Aparatı bizim normal yaşamağımıza, işləməyimizə imkan vermədiyindən, bizi şər-böhtana salmağından qorxduğumuzdan, xahiş edirəm, ailə üzvlərimizi Azərbaycanımızın istənilən bir bölgəsinə köçürməyinizi, qardaşımın və ailə üzvlərimin təhlükəsizliyinin qorunmasını, bizə atılan şər-böhtanların qarşısının alınması və Korrupsiya idarəsində olan işin obyektiv araşdırılaraq cinayət işinin başlanması haqda göstəriş verməyinizi xahiş edirəm”.
Hurriyyet.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin koronavirusla bağlı yenidən Rusiya xalqına müraciət edib
Bu gün, 18:43
Ölkələr pulları da karantinə alır – Azərbaycanda vəziyyət necədir?
Bu gün, 18:28
Rusiya neftinin 1 bareli 16 dollara satılır
Bu gün, 18:26
Daxili Qoşunların hərbçiləri Bakı küçələrindədir - VİDEO
Bu gün, 18:23
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edildi
Bu gün, 17:58
“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Sazişə edilən dəyişikliklər təsdiqləndi
Bu gün, 17:58
Azərbaycan Prezidenti “Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edib
Bu gün, 17:56
Koronavirusun qəzet bazarına təsiri: - Jurnalistlər necə işləyir?
Bu gün, 17:41
Nazirin TV-lərə çağırışı: - əməl edən varmı?
Bu gün, 17:34
Mərhum xalq artistinin qızının koronavirusa necə yoluxması bəlli oldu
Bu gün, 17:31
"Mikroavtobuslar, "1 manatlıq" taksilər sağlamlıq üçün böyük təhlükə yaradır"
Bu gün, 17:28
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:22
Gürcüstanda koronavirusa yoluxanların sayı 100-ə çatdı
Bu gün, 17:19
"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb
Bu gün, 17:18
DİN iri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verildiyini açıqlayıb
Bu gün, 17:14
Gürcüstanda ərzaq ehtiyatı yaradılır
Bu gün, 17:11
Yasamal İH yaşlı nənəyə küçə süpürdür - 65 yaş məsələsi burada rol oynamır?
Bu gün, 17:08
Şəkidə polis əməkdaşları çölə çıxa bilməyən yaşlı sakinlərə köməklik göstəriblər - FOTO
Bu gün, 17:05
Bakıda evdən meyit tapılıb
Bu gün, 16:57
Metro stansiyalarının girişində sərnişinlərin hərəkəti bir qədər də məhdudlaşdırılıb, istiqamətləndiricilər qoyulub
Bu gün, 16:55
Habil Əliyevin həkim qızı koronavirusa tutuldu - FOTO
Bu gün, 16:54
Xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur - Operativ Qərargah
Bu gün, 16:48
Karantin qaydalarını pozan “Sabah Residence”-lə sakinlər qarşı-qarşıya - QALMAQAL
Bu gün, 16:34
Azərbaycanda koronavirusdan sağalanların sayı açıqlandı
Bu gün, 16:33
Azərbaycanda karantində 4 085 nəfər var - RƏSMİ
Bu gün, 16:32
Rusiyada koronavirusdan ölənlərin sayı artdı
Bu gün, 16:30
"Maşın" şouda qazandığı maşınla qəzaya düşdü
Bu gün, 16:28
Ukrayna səhiyyə naziri istefaya göndərildi
Bu gün, 16:27
Pərvinə AĞIR İTKİ - Koronavirus qohumunun canını aldı
Bu gün, 16:26
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
Bu gün, 16:23
Tanınmış müğənni 5 dildə karantin haqqında mahnı oxudu – sonda türkcə təşəkkür etdi
Bu gün, 16:20
“Evdə oturmaq faciə deyil, camaat 10 il türmədə yatır” – Adil Qeybulla
Bu gün, 16:17
Tokio Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı açıqlanıb
Bu gün, 16:15
Qarabağda “seçkiləri” pozmaq üçün fürsət - GƏLİŞMƏ
Bu gün, 16:07
Neftə tələbat xeyli azalacaq - “Goldman Sachs”
Bu gün, 16:05
Yer kürəsinə Atlas kometi yaxınlaşır
Bu gün, 16:01
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır
Bu gün, 16:00
Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi
Bu gün, 15:59
Mingəçevir şəhər sakini Nazir Əliyevin səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir - DİN
Bu gün, 14:35
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir
Bu gün, 14:33
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır? - GƏLİŞMƏ
Bu gün, 14:31
Azərbaycan nefti yenidən ucuzlaşıb
Bu gün, 14:29
Aydın Səfixanlı əvvəlki ampluasındadır... - İTTİHAM
Bu gün, 14:28
Bakıda ət mağazalarında antisanitariya: - Karantin qaydaları belə pozulur
Bu gün, 14:25
“Bu sınaqdan insanlıq alnı açıq çıxmalıdır” - Xalq artisti
Bu gün, 14:22
Koronavirusun aktuallaşdırdığı YENİ İQTİSADİ SİSTEM: - “Bu gerilik aradan qaldırılmasa...”
Bu gün, 14:20
Şirvanda “Seyid Sadiq” ləqəbli narkotacir tutulub - FOTO
Bu gün, 14:18
Erməni yazar Qarabağdakı “seçkiləri” ələ saldı – “Virusa yoluxanlar gizlədilir”
Bu gün, 14:15
Əsgərlərimizin bu qərara münasibəti necə olacaq? - Şair Ramaldanovdan AÇIQLAMA
Bu gün, 14:13
Ramiz Mehdiyev onları məzuniyyətə göndərdi
Bu gün, 14:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru