Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun! .....                     İstirahət bizim də haqqımızdır... .....                     “Azneft”ə yeni mətbuat katibi təyin edilib .....                     Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb .....                     Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: .....                     Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq .....                     Prezidentə ŞOK MÜRACİƏT .....                     “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır .....                     Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi .....                     Mehin Hümbətovadan tənqidlərə cavab: .....                     "Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" .....                     Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub .....                     Saakaşvili “Qarabağ Azərbaycandır” dedi .....                     "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" .....                     Dənizdə batanlar bu il niyə çox oldu? .....                     Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb .....                     “Mühacir biznesi”: insanlar necə aldadılır? .....                     Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” .....                     Yaqub Zurufçu Bakıda solo-konsert verəcək .....                     “Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” .....                     "Hələ restoranı batırmayıb?" .....                     Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı .....                     Məmurlara ÇAĞIRIŞ .....                     Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb .....                     Zakir Qaralova sözü olanların .....                     "O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." .....                     "Baksol" yolunda taxta anbarı yanır .....                     "Bəs niyə həkimlər xəstədən rüşvət alır..." .....                     İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri .....                     Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi .....                     Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır" .....                     "Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi" .....                     Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb .....                     Dia.az-a haker hücumu olub .....                     "Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" .....                     Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb .....                     “Bu, biznesmen məmurlar üçün başağrısıdır” .....                 

Ermənistan əks-inqilab astanasında - Paşinyan onu iqtidar etmiş xalqı hədələdi
Tarix: 20-07-2019, 09:23 | Çap et
Ermənistan əks-inqilab astanasında
Ermənistanda 8 may 2018-ci il inqilabı ilə bağlı məyusluq artır. Nikol Paşinyan hökumətindən normal iş yerləri, yaxşı güzəran gözləyən əhali indi heç vaxt olmadığı qədər xəyal qırıqlığı yaşamaqdadır. Bu xəyal qırıqlığı getdikcə özünü hökumətə qarşı daha fəal etiraz aksiyalarında göstərməyə başlayıb. Necə deyərlər, Paşinyan iqtidarı “gerisayım” mərhələsinə girib.

Belə etirazların birində - Paşinyanın doğulduğu İcevanda srağagün yerli vətəndaşlarla polis arasında toqquşma olub. Xəbər verdiyimiz kimi, 600 nəfərə yaxın nümayişçi mərkəzi yolu kəsərək nəqliyyatın hərəkətini dayandırıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman da qarşıdurma yaşanıb. 13 nəfər yaralanıb. Ermənistanın İstintaq Komitəsi olayla bağlı cinayət işi qaldırıb, bir neçə nəfər saxlanılıb. Daha 6 nümayişçidən başqa yerə getməməklə bağlı iltizam alınıb.

Qeyd edək ki, narazı kütlə İcevandakı taxta-şalban sexlərinin işçiləri olub. Etirazçılar hökumətdən meşələrdə ağac kəsilməsinə qoyulan qadağanın ləğvini tələb ediblər. Çünki buradakı əhalinin yeganə gəlir mənbəyi məhz bu sexlərdir.

Vəziyyətin gərginliyi Ermənistan hökumətini də hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan aksiyaya və daha sonra baş verənlərə sərt münasibət bildirib. “Dünənki insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi cəzalandırılacaqlar”, - deyə o, facebook səhifəsində yazıb və ötən il onu hakimiyyətə gətirmiş kütləni faktiki şəkildə ilk dəfə hədələyib. “Heç bir qanunsuz kompromis olmayacaq və bunu hamının bilməsi vacibdir. Bu vəzifəni hüquq-mühafizə orqanları qarşısında dəqiq şəkildə qoyuram. Heç kim hökumətlə şantaj dilində danışmaq haqqına sahib deyil”, - deyə baş nazir bildirib.

*****

İcevan insidenti ölkədə ciddi rezonans doğurub. Əksər təhlilçilər bunu inqilabdan sonra hökumətlə xalq arasında ilk böyük, qan tökülməsi ilə müşayiət olunan olay kimi qiymətləndiriblər. Bu xüsusda 1in.am saytının analitiki Sərkis Arsruninin şərhi diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, müəllif öncə hadisəni Ermənistanda inqilabın qələbəsindən sonra vətəndaşla polis arasında ən böyük toqquşma adlandırır. “Ölkədə inqilabdan sonra talançılığın yolu bağlanıb. Lakin İcevan əhalisinin böyük əksəriyyəti boş-bekar və yoxsulluq içindədir, faktiki, meşənin hesabına yaşayır. Bu da keçən ilki inqilabi prosesin iştirakçılarını etirazşılara çevirib”, - deyə o qeyd edib.

Erməni analitik daha sonra yazır: “Aksiyada yüzlərlə adam iştirak edib. Bunun özü ən azından, onu göstərir ki, ölkədə hazırda olduqca aşağı keyfiyyətli idarəçilik var və hökumət tədricən reallıqdan qopmaqdadır. İcevanda dünənki (srağagünkü-red.) dramatik hadisələr inqilab komandasında ciddi böhran indikatorudur. Üstəlik, hakimiyyət məhz Paşinyanın vətənində simvolik bir şillə yedi. Məsələ ondadır ki, əgər ölkədə baş verən inqilab özü ilə yeni dəyərlər sistemi gətirmirsə, o zaman təbii ki, belə vakuumlar yaranır - hansı vəziyyətdən ki, bir yandan keçmiş korrupsİonerlər, digər tərəfdən isə marginallar istifadə edə bilərlər. Romantizm mərhələsi artıq bitib. Bundan sonra insanlar çətin ki, Paşinyan və komandasının gözəl şüarlarına qulaq assınlar. Əgər düzgün nəticə çıxarılmasa, yaxın zamanlarda kortəbii etirazlar qaçılmaz olacaq. Özü də böyük miqyasda”.

*****

“İyulun 17-də Ermənistan başqalaşdı. Həmin gün hakimiyyətlə əhali arasında çat sürətlə böyüməyə başladı və bu çat göstərdi ki, cəmiyyətin Paşinyan hökumətindən gözləntilərinin çin olması mümkün deyil. Məlum olur ki, ötən il xalq diktatoru devirib, ölkə rəhbərliyinə təkcə diletant və populist birisini deyil, həm də diktator xüsusiyyətlərindən xali olmayan birisini gətirib”.

Bunu isə armenianreport.com-da siyasi icmalçı Tevoş Arşakyan İcevan insidentini şərh edərkən yazıb. “O gün 2018-ci ilin aprelindən bu yana hakimiyyətlə xalqın ən iri toqquşması baş verdi. Ötən il hakimiyyəti özü zorla ələ keçirən hökumət etirazçıların üzərinə repressiv qurumları göndərdi. Halbuki, belə vəziyyətdə Paşinyan şəxsən hadisə yerinə getməli, insanlarla söhbət eləməli, hamını qane edən kompromis tapmalı idi”, - deyə erməni şərhçi qeyd edib.

Şərhin bundan sonrakı hissəsində Paşinayan qarşı daha sərt ittihamlar yer alıb: “Paşinyanın yaddaşı qısadır. Ötən il o, Sərkisyan rejimini devirəndə hökumətlə şantaj dilində danışmağı özünə rəva bilə bilirdi. Ona görə ki, arxasında kütlənin gücünü hiss edirdi - hansı kütlə ki, yoxsulluq və dərəbəylik illərinə görə Serji və komandasını parça-tikə eləməyə hazır idi. İndi isə situasiya sürətlə dəyişir - özü də inqilabçıların xeyrinə yox. O səbəbə Paşinyan açıq-aşkar narazılarla hədələyici, diktator dilində danışmağa keçir: ”İmkan verməyəcəyik", “Cinayət məsuliyyətinə cəlb edəcəyik”, “İnqilab düşmənləri məhv ediləcək” və s. Bunu o, zorən edir, çünki ürəyində başa düşür ki, İcevanda adamlar küçələrə çıxılmazda qaldıqları üçün axışıblar: əgər onlara meşəni qırmaq yasaq edilsə, o zaman yüzlərlə ailə çörəksiz qalacaq və sonuncu mövcudluq vasitəsini itirəcək. Bəs onlar bundan sonra necə yaşasınlar? Axı son il ərzində sıravi erməninin həyat şəraiti zərrəcə yaxşılaşmayıb. İnqilabçı hakimiyyət hələ də sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağı, ölkəyə sərmayələr cəlb eləməyi və yeni iş yerləri açmağı bacarmayıb".

*****

Beləcə, cəmi bir il öncə bəh-bəhlə “məxməri inqilab” edib qurtulduqlarını düşünən ermənilər təzədən küçələrə axışmağa başlayıblar. Çünki qurtuluş üçün üsyan, inqilab, hakimiyyət dəyişikliyi yox, ilk növbədə Dağlıq Qarabağ problemini həll edib qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaq lazımdır. Əks halda, Ermənistanda inqilablar, əks-inqilablar hələ çox silkələyəcək...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!
Dünən, 07:06
İstirahət bizim də haqqımızdır... - Tezliklə işimizin başında olacağıq...
23-08-2019, 08:05
“Azneft”ə yeni mətbuat katibi təyin edilib
22-08-2019, 18:02
Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb
22-08-2019, 18:00
Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: - “Ayda altı-yeddi oğlan..."
22-08-2019, 17:58
Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq
22-08-2019, 17:51
Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...
22-08-2019, 17:47
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
22-08-2019, 17:28
Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi
22-08-2019, 17:13
Mehin Hümbətovadan tənqidlərə cavab: - "Mən milyoner deyiləm"
22-08-2019, 17:04
"Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" - deputat
22-08-2019, 16:58
Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub
22-08-2019, 16:54
Saakaşvili “Qarabağ Azərbaycandır” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı
22-08-2019, 16:53
"Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" - Əli Əhmədov
22-08-2019, 16:51
Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı
22-08-2019, 16:47
Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb
22-08-2019, 16:45
“Mühacir biznesi”: insanlar necə aldadılır? - RƏYLƏR
22-08-2019, 16:43
Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO
22-08-2019, 16:41
Yaqub Zurufçu Bakıda solo-konsert verəcək
22-08-2019, 16:37
“Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” - deputat
22-08-2019, 16:21
"Hələ restoranı batırmayıb?" - Samir Niyamı ələ saldı
22-08-2019, 16:19
Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı - FOTO
22-08-2019, 16:17
Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."
22-08-2019, 16:07
Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb
22-08-2019, 15:57
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
22-08-2019, 15:57
"O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." - deputat
22-08-2019, 15:54
"Baksol" yolunda taxta anbarı yanır
22-08-2019, 15:41
"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM
22-08-2019, 15:40
İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL
22-08-2019, 15:38
Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz”
22-08-2019, 15:33
Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"
22-08-2019, 15:29
"Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi"
22-08-2019, 15:26
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
22-08-2019, 15:24
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:22
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:21
Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb
22-08-2019, 15:14
Dia.az-a haker hücumu olub
22-08-2019, 14:16
"Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" - Əli Həsənov
22-08-2019, 12:27
Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb
22-08-2019, 12:26
“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü
22-08-2019, 12:24
Gürcüstan vətəndaşı Bakıda homoseksuallara siqaret vermədi, döyüldü
22-08-2019, 12:21
Qondarma "DQR"-in daha bir hesabatı BMT-nin saytında yerləşdirilib - Azərbaycana qarşı növbəti təxribat
22-08-2019, 12:19
Azərbaycanlı aparıcı Rusiyadakı torpaq sahəsini satdı
22-08-2019, 12:18
Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıb
22-08-2019, 12:14
Azərbaycan nefti bahalaşıb
22-08-2019, 12:13
İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı
22-08-2019, 11:57
Azərbaycanlı jurnalist gürcü oliqarxa boyun əymədi... - FOTO
22-08-2019, 11:55
Üç uşaq anası evdən niyə qacıb? - “O hadisəyə görə izahatı alınmışdı”
22-08-2019, 11:52
"Bu ər söhbətini bağlayaq?" - Ərinin sevgilisini döydüyü deyilən azərbaycanlı müğənni əsəbiləşdi
22-08-2019, 11:50
Bank 14-yaşlı uşağa böyük məbləğdə krediti necə verib? - İLGİNC
22-08-2019, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru