Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun! .....                     İstirahət bizim də haqqımızdır... .....                     “Azneft”ə yeni mətbuat katibi təyin edilib .....                     Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb .....                     Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: .....                     Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq .....                     Prezidentə ŞOK MÜRACİƏT .....                     “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır .....                     Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi .....                     Mehin Hümbətovadan tənqidlərə cavab: .....                     "Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" .....                     Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub .....                     Saakaşvili “Qarabağ Azərbaycandır” dedi .....                     "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" .....                     Dənizdə batanlar bu il niyə çox oldu? .....                     Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb .....                     “Mühacir biznesi”: insanlar necə aldadılır? .....                     Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” .....                     Yaqub Zurufçu Bakıda solo-konsert verəcək .....                     “Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” .....                     "Hələ restoranı batırmayıb?" .....                     Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı .....                     Məmurlara ÇAĞIRIŞ .....                     Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb .....                     Zakir Qaralova sözü olanların .....                     "O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." .....                     "Baksol" yolunda taxta anbarı yanır .....                     "Bəs niyə həkimlər xəstədən rüşvət alır..." .....                     İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri .....                     Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi .....                     Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır" .....                     "Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi" .....                     Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb .....                     Dia.az-a haker hücumu olub .....                     "Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" .....                     Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb .....                     “Bu, biznesmen məmurlar üçün başağrısıdır” .....                 

Bölgədə Bakının mövqeyi güclənir - ABŞ-ın şok planı
Tarix: 19-07-2019, 09:07 | Çap et
Bölgədə Bakının mövqeyi güclənir
Keçən ay SOCAR Cənub Qaz Dəhlizi (CQD) ilə bağlı bəyanat yaymışdı. Bəyanatda deyilirdi ki, CQD-nin əsas seqmenti olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib.

“Dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın ”Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olub", - deyə rəsmi açıqlamada bildirilirdi.

Bu məlumat, əlbəttə ki, ən çox işğalçı Ermənistanda, qismən də onun müttəfiqi Rusiyada narahatlıq yaratdı. İşğalçı ölkənin nədən təlaş keçirməsinin motivi bəlli - Azərbaycanın Avropa üçün artan önəmi, iqtisadi bağların siyasi bağları möhkəmlətməsi. Rusiya isə Avropanın Azərbaycan qazı hesabına ondan energetik asılılığının azalmasına görə əndişəyə düşə bilərdi...

*****

ABŞ-dakı erməni lobbisi üçün əlçatmaz olan prezident Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı son məktublarda da Azərbaycanın Qərb, Avropa üçün önəmi dönə-dönə vurğulanır. Həmçinin Rusiya və NATO (ABŞ) generallarının görüş yeri kimi daim Bakını seçməsi də Azərbaycana artan inam-etimadla yanaşı, onun bölgədəki yeri, önəmi və avtoriteti ilə birbaşa bağlıdır.

İşğalçı Ermənistanı narahat edən də Azərbaycanın Qərb üçün get-gedə artan dəyəri və önəmidir. Bu isə nə vaxtsa Dağlıq Qarabağ məsələsinin istər dinc, istərsə də hərbi yolla ədalətli çözümü yönündə Bakıya unikal fürsətlər aça bilər. Söz düşmüşkən, ötən həftə Bakıda səfərdə olan Avropa İttifaqı Nazirlər Şurasının prezidenti Donald Tusk da ölkəmizin Avropa Birliyi üçün önəmini dilə gətirib və təşkilat adından Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edib. Təxminən eyni mövqeyi o, İrəvanda ortaya qoyub.

Şübhə yox ki, hazırda Ermənistandan birdən-birə üç (!) rəsmi nümayəndə heyətin - baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zohrab Mnatsakanyan və parlamentin spikeri Ararat Mirzoyanın eyni vaxtda, lakin ayrı-ayrılıqda ABŞ-da səfərdə olması ilk növbədə bölgədə geosiyasi tarazlığın Azərbaycanın xeyrinə dəyişməkdə olması ilə bağlıdır. Politoloq Elxan Şahinoğlu haqlı olaraq bunu “Paşinyanın Amerikaya siyasi desant göndərməsi” kimi qiymətləndirib. Bu fonda srağagün Ermənistanın müdafiə naziri David Tonoyanın İrəvanda ABŞ səfiri ilə görüşü də diqqət çəkməyə bilməz.

*****

Az öncə isə ABŞ Konqresinin Nümayəndələr Palatası ermənipərəst konqresmenlərin təşəbbüsü ilə Xankəndi aeroportu ilə bağlı Azərbaycan əleyhinə qanun layihəsini qəbul edib. Sənədin qüvvəyə minməsi üçün onu Senat və prezident də təsqidləməlidir. Qanun layihəsi Azərbaycana mülki hava obyektlərini (Xankəndinə qanunsuz hava uçuşları nəzərdə tutulur) vuran silah və sistemlərin satışını qadağan edir.

Ancaq bu, məsələnin zahiri tərəfidir, nəticədir. Siyasi müşahidəçilər ən əvvəl Azərbaycanın Qərb üçün artmaqda olan önəminə və bu önəmi zəiflətmək üçün ermənilərin artan həşirinə xüsusi diqqət yönəldirlər.

Məsələn, politoloq Erkin Qədirli erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və ya qərar layihələrini qəbul etdirmək marağının, demokratların da bu cür layihələrə səs vermək həvəsini xatırladaraq deyir: “Lakin işin maraqlı tərəfi bu deyil. Konqresin birdən-birə belə layihəni qəbul etməsi çox maraqlı oldu. ABŞ bizə onsuz da silah satmırdı. Sən demə, ortada bizim xeyrimizə olan və erməniləri, o cümlədən Rusiya və İranı narahat edən fakt varmış”.

Bəs söhbət hansı faktdan gedir? Ekspert bu xüsusda fikrini davam etdirərək maraqlı bir məqamın üzərinə gəlib: “Vaşinqtondakı Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran ”Security Assistance Monitor" proqramının yaydığı məlumata görə, prezident Tramp 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Müqayisə üçün, 2016-2017 maliyyə ili üçün ayrılmış pulun məbləği cəmi 3 milyon olub. Bir ilin içində 97 milyon artımın bir izahı olmalıdır. Ayrılmış 100 milyon dolların təyinatına baxanda çox şey aydın olur. Bu pul Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Oraya tikinti qurğuları, elektron cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Bir qədər məbləğ də Xəzərdə təhlükəsizliyə yönəlib".

Politoloq ABŞ prezidentinin bu qərarının arxasında digər məqamların olduğunu bildirib: “Məsələn, Azərbaycanın Ermənistanla sərhəddən Müdafiə Nazirliyinə aid hissələri götürüb yerinə sərhəd qoşunlarına aid hissələrini yerləşdirməyin konteksti aydın oldu. ABŞ-ın cənub sərhədlərimizin gücləndirilməsinə ayırdığı pulun hesabına öz büdcəmizdən başqa sərhədlərimizi gücləndirmək imkanımız yarandı. Üstəlik, Ermənistanla sərhəddən götürülmüş MN hissələri indi birbaşa Qarabağa yönəldilə bilər. Daha sonra Gürcüstanla sərhədimizdə Rusiyanın təxribatı indi daha aydın görünür. Rusiya gücümüzü Ermənistandan yayındırmaq, Gürcüstanla bizim aramızda əlavə münaqişə yaratmaq istəyir. Bu, şübhəsiz ki, İranın da xeyrinə olardı”.

Politoloq hesab edir ki, Qərbin bölgədə əsas dayağı Azərbaycandır: “Ermənistana qarşı gücümüzü çoxdan yığmışıq, fürsət yaranan kimi vuracağıq. Bunları bir güman kimi yazırdım, indi isə ortada faktlar var. Yeri gəlmişkən, Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün cəmi 2 milyon dollar ayırıb. Ermənilər də buna görə çox narahat olublar. Ehtimal var ki, Tramp bunu Ermənistanı cəzalandırmaq üçün, ermənilərin Suriyada ruslara yardım üçün əsgər göndərdiyinə görə edib”.

*****

Əslində ABŞ “demokratik inqilab”ın lideri kimi Paşinyana inamını artıq itirib, ondan xeyli dərəcədə məyusdur. Nikolun Ermənistanı Rusiya cazibəsindən uzaqlaşdırıb, tutaq ki, Türkiyə və Azərbaycana yaxınlaşdıracağına, Moskvadan asılılığı zəiflətmək üçün Bakı və Ankara ilə dil tapacağına ümidini itirib. Rusiya orbitində qalmağı üstün tutan Paşinyanın Amerikaya yolladığı “emissarlar”, çətin ki, bu reallığı dəyişə bilsin. Demək, Bakıya Qərbin “stavkası” da artacaq ki, azalmayacaq...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!
Bu gün, 07:06
İstirahət bizim də haqqımızdır... - Tezliklə işimizin başında olacağıq...
Dünən, 08:05
“Azneft”ə yeni mətbuat katibi təyin edilib
22-08-2019, 18:02
Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb
22-08-2019, 18:00
Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: - “Ayda altı-yeddi oğlan..."
22-08-2019, 17:58
Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq
22-08-2019, 17:51
Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...
22-08-2019, 17:47
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
22-08-2019, 17:28
Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi
22-08-2019, 17:13
Mehin Hümbətovadan tənqidlərə cavab: - "Mən milyoner deyiləm"
22-08-2019, 17:04
"Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" - deputat
22-08-2019, 16:58
Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub
22-08-2019, 16:54
Saakaşvili “Qarabağ Azərbaycandır” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı
22-08-2019, 16:53
"Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" - Əli Əhmədov
22-08-2019, 16:51
Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı
22-08-2019, 16:47
Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb
22-08-2019, 16:45
“Mühacir biznesi”: insanlar necə aldadılır? - RƏYLƏR
22-08-2019, 16:43
Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO
22-08-2019, 16:41
Yaqub Zurufçu Bakıda solo-konsert verəcək
22-08-2019, 16:37
“Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” - deputat
22-08-2019, 16:21
"Hələ restoranı batırmayıb?" - Samir Niyamı ələ saldı
22-08-2019, 16:19
Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı - FOTO
22-08-2019, 16:17
Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."
22-08-2019, 16:07
Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb
22-08-2019, 15:57
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
22-08-2019, 15:57
"O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." - deputat
22-08-2019, 15:54
"Baksol" yolunda taxta anbarı yanır
22-08-2019, 15:41
"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM
22-08-2019, 15:40
İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL
22-08-2019, 15:38
Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz”
22-08-2019, 15:33
Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"
22-08-2019, 15:29
"Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi"
22-08-2019, 15:26
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
22-08-2019, 15:24
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:22
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:21
Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb
22-08-2019, 15:14
Dia.az-a haker hücumu olub
22-08-2019, 14:16
"Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" - Əli Həsənov
22-08-2019, 12:27
Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb
22-08-2019, 12:26
“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü
22-08-2019, 12:24
Gürcüstan vətəndaşı Bakıda homoseksuallara siqaret vermədi, döyüldü
22-08-2019, 12:21
Qondarma "DQR"-in daha bir hesabatı BMT-nin saytında yerləşdirilib - Azərbaycana qarşı növbəti təxribat
22-08-2019, 12:19
Azərbaycanlı aparıcı Rusiyadakı torpaq sahəsini satdı
22-08-2019, 12:18
Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıb
22-08-2019, 12:14
Azərbaycan nefti bahalaşıb
22-08-2019, 12:13
İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı
22-08-2019, 11:57
Azərbaycanlı jurnalist gürcü oliqarxa boyun əymədi... - FOTO
22-08-2019, 11:55
Üç uşaq anası evdən niyə qacıb? - “O hadisəyə görə izahatı alınmışdı”
22-08-2019, 11:52
"Bu ər söhbətini bağlayaq?" - Ərinin sevgilisini döydüyü deyilən azərbaycanlı müğənni əsəbiləşdi
22-08-2019, 11:50
Bank 14-yaşlı uşağa böyük məbləğdə krediti necə verib? - İLGİNC
22-08-2019, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru